Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-901/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər X2, Cavabdeh2, X6) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 21(103)-3002/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnaməyə və Nazirlər Kabinetinin ”Özəlləşd irilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli qərarına uyğun olaraq qiymətləndirilmiş, bu sərəncama 1 saylı əlavədə göstərilən icarəyə verilmiş qeyri-yaşayış sahələri və daşınmaz dövlət əmlakı 100 faiz dəyəri ilə satın alınması üçün icarəçilərə təklif edilmişdir.
2. Həmin sərəncama 1 saylı Əlavədə-“İcarəçilərə 100 % dəyəri ilə təsdiq olunan icarəyə verilmiş qeyri-yaşayış sahələrinin Siyahısı”nda 427 nömrəli, xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında X4 icarəyə verilmiş Azərbaycan Dövlət Neft Akademiyasına məxsus, ünvan 1 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 607.1 kv. metr qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur.
3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dö vlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə X6 arasında 12 may 2003-cü il tarixli, 149 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 1 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İd arə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamının İddiaçı ünvan 2 ünvanında yerləşən 3-cü tədris binasının 607,1 kv. metr sahəsinin özəlləşdirilməsi hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami küçəsi, 117 ünvanında yerləşən əmlak İddiaçı balansındadır və dövlət mülkiyyəti hesab olunur. Buna baxmayaraq, həmin əmlak onun razılığı olmadan qanunsuz olaraq özəlləşdirilmişdir. Belə ki, “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanu nunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.2-ci, 7.1-ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Belə olduğu təqdirdə, 2003-cü ildə Universitetin balansında olan dövlət əmlakının özəlləşdirilməsi ya Azərbaycan Respublikasının Prezidentinin, ya da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş sərəncam yox, qərar əsasında olmalı idi. Lakin hazırki özəlləşdirmə “Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin” direktorunun imzaladığı s ərəncam əsasında baş vermişdir. Departament direktorunun dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qərar vermək səlahiyyəti qanunla nəzərdə tutulmayıb. Həmçinin təqdim olunan sənədlərdən göründüyü kimi, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.4-15.7-ci maddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılmamışdır. Eyni zamanda iddiaçı hesab edir ki, xx.xx.2003-cü il tarixli, 117 nömrəli Sərəncam yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan dövlət əmlakının özəlləşdirilməsini nəzərdə tutur. ADNSU yerli icra hakimiyyəti orqanı və mərkəzi icra hakimiyyəti orqanı olmadığına görə, özəlləşdirmə prosesi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 16-cı maddəsində nə zərdə tutulan üsulla aparılmışdır. Yəni, əsas qaydaya riayət olunmadan və qərar qəbul edilmədən yalnız Qanunun 16.1.6-cı maddəsində nəzərdə tutulmuş icarəyə verilmiş dövlət əmlakının satışı üsulu ilə özəlləşdirmə baş tutmuşdur. Bundan savayı, özəlləşdirmə zamanı balans saxlayıcı olan ADNSU-dan (o vaxt ADNA) razılıq məktubu alınmamışdır. İşin içində yalnız xx.xx.2003-cü il tarixli AR Təhsil Nazirinin imzaladığı məktub mövcuddur. İlk növbədə ADNSU-nun nizamnaməsinə əsasən, Təhsil Naziri Universitetin balansında olan əmlaka dair hər hansı qərar qəbul edə bilməz. Bundan başqa, TN-nin təqdim olunan məktubunda “özəlləşdirmə prosesinə icazəyə” rast gəlinmir. Bu məktub xx.xx.2003-cü il tarixində imzalanmış, 427 nömrəli icarə müqaviləsi isə xx.xx.2003-cü il tarixində bağlanmışdır. 117 nömrəli Sərən cam isə öz növbəsində xx.xx.2003-cü il tarixində, cəmi 6 gün sonra imzalanmışdır. Faktiki olaraq, icarə müqaviləsinin bağlanma səbəbi heç də həmin müqavilənin mətnində qeyd olunduğu kimi “6 ay müddətinə qeyri-yaşayış sahəsinin xidmət məqsədi ilə istifadəyə verilməsi” olmamışdır. Bu baxımdan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Daha sonra, xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanla təsdiq olunmuş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, i carə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. Buna baxmayaraq, xx.xx.2003-cü il tarixli, 427 nömrəli icarə müqaviləsində hər hansı şərt və ya satınalma hüququ nəzərdə tutulmamışdır. Bu baxımdan Əsasnamənin 11-ci maddəsinə əsasən, bu müqavilə üzrə dövlət əmlakının özəlləşdirilməsi aparıla bilməzdi. Bundan başqa özəlləşdirmə prosesi qanunsuz keçirilmişdir. Belə ki, xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanla təsdiq olunmuş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 4.2.2-ci bəndinə əsasən icarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu m üddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən icarə obyekti özəlləşdirmə üçün açıq elan olunduqda, icarə müqaviləsi ləğv edilmiş hesab olunur və mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir. İddiaçı hesab edir ki, ƏMDX bu qaydalara da riayət etməmişdir. Belə ki, xx.xx.2003-cü il tarixli, 117 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən icarəçilərə icarəyə götürdükləri qeyri-yaşayış sahələrinin satın alınması təklifi ilə eyni anda, 1 ay müddəti gözlənilmədən dərhal bağlanmış icarə müqavilələri ləğv edilmişdir. Onların halında, cəmi 6 gün əvvəl bağlanmış müqavilə ləğv olunmuşdur. Yəni, müqavilə ləğv olunduqda dövlət əmlakı özəlləşdirmə üçün açıq elan olunmalı idi ki, digər maraq göstərən şəxslər bu prosesdə iştirak edə bilsin. Göründüyü kimi ADNSU-nun balansında olan əmlakın özəlləşdirmə prosesi qeyri-şəffaf və mövcud qaydaların pozulması ilə aparılmışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılm asına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, işə baxan möhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün mümkünlük şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirməlidir. Bu baxımdan hazırda iddiaçı Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 117 nömrəli sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edir və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən, bu hal irəli sürülmüş iddianın inzibati a ktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul olunmasını istisna edir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında işə baxan məhkəmələrin mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməli olduğu qeyd edilmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 607.1 kv. metr qeyri yaşayış sahəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti ilə X6 arasında 23 aprel 2003-cü il tarixli, 427 nömrəli icarə müqaviləsi bağlanılmış və daha sonra qeyd edilən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-ci yarımbəndinə, Azərb aycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, xx.xx.2003-cü il tarixli, 149 nömrəli alqı-satqı müqaviləsi ilə X6 tərəfindən satın alınmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı 19 il ərzində mübahisə predmeti olan əmlakın özəlləşdirilməsindən xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
7. Üçüncü şəxs X6 tərəfindən iddia tələbinə qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddia tələbi birbaşa onun qanunla qorunan hüquq və maraqlarına toxunur və buna görə rədd edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 1 iyul 2022- ci il tarixli, 2-1(112)-2239/2022 nömrəli qərarı (hakim X5) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, özəlləşdirmə prosesi qanuni keçirilmişdir. Belə ki, iddiaçının tabeçilik qaydasında yuxarı orqanı sayılan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış məktubda mübahisəli daşınmaz əmlakın üçüncü şəxsin adına özəlləşdirilməsi ilə bağlı etirazın olmadığı bildirilmişdir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.12.16-cı maddəsinə (mübahisələndirilən sərəncamın qəbul edildiyi zaman qüvvədə olan redaksiyasına) əsasən, İddiaçı Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan dövlət icbari ümumi orta təhsil müəssi səsinə aid edilə bilməz. Belə olduğu təqdirdə isə, qeyd olunan müddəada nəzərdə tutulmuş qadağa ADNSU-ya tətbiq edilə bilməz və cavabdeh inzibati orqan tərəfindən keçirilmiş özəlləşdirmə prosesi qanunidir.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-3002/2022 nömrəli qərarı (hakimlər X13 (sədrlik edən və məruzəçi), X7 və X3) ilə Bakı İnzibati Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəməsi əlavə olaraq, Nəsimi rayon Məh kəməsinin 2(006)-1179/2018 saylı, 08 fevral 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş X2 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış barışıq sazişi faktına istinad etmişdir. Həmin sazişə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan X1 və Cavabdeh2 məxsus olmuş və sökülmüş 21,7 kv.m sahəyə görə onlara kompensasiya ödəmiş və həmin əmlakla bağlı iddia irəli sürməyəcəyini öz öhdəsinə götürmüşdür. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab etmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəli llərinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin qərardadının hazırki işdə preyudisial əhəmiyyəti yoxdur. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhk əmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhd əliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. İnzibati Prosessual Məcəllə Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud i nzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müd dətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasi ya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılımamışdır.
21. Belə ki, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
22. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericili kdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tut ulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
24. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
25. Azərbaycan Respublikası Ali Məh kəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilm əlidir. Hazırkı mübahisə üzrə iddia tələbi cavabdehin xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamının (mübahisə predmeti olan əmlaka münasibətdə) etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının hüquqi marağı, iddia tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, etibarsız inzibati aktlar qəbul edildiyi andan yararsız, əhəmiyyətsiz olduğuna və bu baxımdan heç bir hüquqi nəticə yaratmadığına, yəni iddia predmeti mövcud olmadığına görə, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bununla belə, həmin inzibati aktın etibarsızlığının tanınmasında xüsusi hüquqi müdafiə marağının mövcud olduğu hallarda, şəxs tanınma haqqında iddia vasitəsi ilə məhkəmədən həmin inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. Bu növ iddialara münasibətdə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, xüsusi mümkünlük şərtləri nəzərdə tutulur. Belə ki, İnzibati Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin normanın təfsiri baxımından iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın etibarsızlığının tanınmasında maraqlı olmalı və müəyyən məqsəd güdməlidir (məsələn, inzibati aktın mövcudluğu görüntüsünün aradan qaldırılması, həmin aktın onun şəxsi və işgüzar nüfuzuna neqativ təsirinin istisna edilməsi və sairə). Başqa sözlə, iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən mümkünlük şərtləri (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən yan qaçmaq cəhdi kimi qiymətləndirilməlidir.
27. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Həmin normaya görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsas ında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
28. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir.
29. Belə ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 117 saylı sərəncamı 29 aprel 2003-cü il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının (iddiaçı qismində onun hazırkı rəhbərliyi deyil, bütövlükdə Dövlət Neft və Sənaye Universiteti qəbul edilir) əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Kassasiya şikayətində də, qeyd edilən qərarın iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmiş və ümumiyyətlə, bu məsələdən bəhs olunmamışdır. Bu baxımdan məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdehin sərəncamının qəbul edildiyi tarixdən iyirmi il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuli yyət sferasına aid edilməlidir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qüvvədə olan inzibati prosessual qanunvericilikdə hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı prosessual müddət müəyyən edilməsə də, qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə belə müddət nəzərdə tutulmuşdu. Bu zaman həm də nəzərə alınmalıdır ki, mübahisə olunan qərar İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl, yəni 29 aprel 2003-cü ildə qəbul edilmişdir.
31. Həmin dövrdə qüvvədə olmuş və 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn mübahisələrə dair işlər üzrə məhkəmə icraatını tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyət i orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin (həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır) müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları, hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar mübahisə qaldıra bilər (MPM-in 296.1-ci maddəsi). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (MPM-in 298-ci maddəs i). Göründüyü kimi, iddiaçı sözügedən 29 aprel 2003-cü il tarixli qərarı həmin dövrdə qüvvədə olan MPM-də təsbit edilmiş iddia müddəti ərzində mübahisələndirməmiş və iddia müddətini ötürmüşdür.
32. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
33. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olm ağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia mümkün sayılmamalıdır. İddia mümkün sayılmadığından iddiaçının kassasiya şikayətinin işin mahiyyəti ilə bağlı dəlillərinə münasibət bildirilməsini məhkəmə kollegiyası zəruri hesab etmir.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-3002/2022 nömrəli qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia mümkün sayılmır. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.