Məhkəmə qərarları › İş №2-1(102)-902/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-902/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-902/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün torpaqların geri alınması, kompensasiyanın məbləği) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Həsənov Fərid İzafət oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilm əsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2-1(105)-05/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.11.2011-ci il tarixli MA seriyalı ******* və MA seriyalı ******* saylı çıxarışlara əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1655 ha və 0.10807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı mülkiyyətindədir. 2.İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək Bilgə hSumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar həmin qurumun işçiləri tərəfindən mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılmaqla yarasız vəziyyətə salındığı bildirmiş, torpağın dövlət ehtiyacları üçün alınması və yarasız hala salınması ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir. 3.“xxxx” ASC-nin (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) iddiaçının 01 mart 2017-ci il tarixli yazılı ərizəsinə cavab olaraq H-3/16-1945 saylı 03 aprel 2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun t ikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı məhkəməyə müraciət edərək torpaqlarının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq 135000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2015-ci ildə ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Qazma işlərini aparan şəxslər cavabdehin işçiləri olduqlarını, torpaq sa həsinin dövlət ehtiyacları üçün alınacağını və buna görə ona kompensasiya ödəniləcəyini bildirmişlər. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinə salınmış və tam yararsız hala düşmüşdür. Aradan uzun müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. İddiaçının torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat, ümumi dəyəri 135000 manat təşkil edir. 6.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 2-1(85)2546/2017 saylı (hakim – Z.R.Pirverdiyev) qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində in zibati məhkəmə icraatına cəlb edilmişdir. 7.Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi sahə yol tikinti altına düşməmişdir. Ərazidə avtomobil yolunun tikintisi zamanı həmin avtomobil yolunun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidən keçdiyindən və SOCAR-ın buna etirazından sonra, Nazirlər Kabinetinin göstərişinə əsasən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə dəyişiklər edilmişdir və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçirməklə inşa ediləcəkdir. İddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyini, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığını nəzərə alaraq iddiaçının vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Qeyd edilən avtomobil yolunun tikintisi ilə bağlı iddiaçının müraciəti olduğu halda müdaxilə olunan torpaqda kultivasiya və bərpa işləri təmin ediləcəkdir. 8.Üçüncü şəxs iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq işlərin görüldüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən imtina edilməmişdir. Bu baxımdan sözügedən iddia tələbi mümkün sayıla bilməz. 9.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 12 fevral 2019-cu il tarixli məktubda göstərilmişdir ki, BilgəhNovxanı-Sumqayıt istiqamətində avtomobil yolunun layihələndirilməsi müxtəlif variantlar üzrə hazırlanmış və seçilmiş variantlara əsasən yolun layihələndirilməsi mərhələlər üzr ə hissəhissə həyata keçirilirdi. Sözügedən yolun layihələndirilməsi və tikintisinə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün vəsait ayrılmadığından layihənin başa çatdırılması və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması işləri sona çatdırılmamışdır. Bu səbəbdən sözügedən yolun layihə işlərinin başa çatdırılması, razılaşdırılması və tikinti işlərinin davam etdirilməsi üçün sərəncamla dövlət büdcəsindən vəsait ayrıldıqda öz həllini tapacaqdır. 10.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(085)19/2019 saylı (hakim – Z.R.Pirverdiyev) qərarı ilə iddia qismən təmin edilərək, Babayev Arzu Həsən qızının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.2735 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 97200 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq Babayev Arzu Həsən qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 11.Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya ödənilməlidir. Torpaq sahəsinin tikinti altına düşməsi ilə bağlı mövqeyini məhkəmə onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi ilk olaraq sahənin tikinti altına düşmədiyini qeyd etsə də, sonradan iddiaçının müraciət etdiyi halda müdaxilə olunan torpaqda rekultivasiya və bərpa işlərinin təmin ediləcəyini bildirir. Bundan başqa, iş materiallarından və fotoşəkillərdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahəyə müdaxilə olunmaqla qazılmış və istifadəyə tam yarasız hala salınmış, eləcə də cavabdeh 03 aprel 2017-ci il tarixli məktubunda tikinti altına düşən sahəyə görə kompensasiya ödənilməsinin gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacağını qeyd etmişdir. 12.Ödənilməli olan kompensasiyanın məbləğinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilməsini qeyd etsə də, hansı əlavələrin nəzərdə tutulmasını qeyd etməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərman ına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 97200 manat (81000 (3000 x 27 sot) + 16200 (81.000 x 20% = 16200) = 97200) təşkil edir. 13.Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianı təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 14.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 2-1(105)-05/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ç.Babayeva, hakimlər – Z.İ.Məmmədov və F.Ə.Məmmədova) ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 21(085)19/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 15.Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə ekspert və mütəxəssis rəyinin alınması mümkün olmasa da, məhkəmə araşdırması zamanı digər sübutların tədqiq nəticəsində iddiaçıya məxsus torpaq sahələrinin məhz BilgəhSumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi və bu səbəbdən cavabdeh tərəfindən qazılaraq yararsız hala salındığı sübuta yetirilmişdir. İddiaçıya məxsus sahənin məhz ilkin təsdiq edilmiş layihəyə əsasən yolun tikinti altına düşməsi və bu səbəbdən torpaq sahəsində qazma işlərinin aparılması iş m aterialları ilə sübuta yetirilir. Belə olan təqdirdə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən mərhum edilməsi dövlət ehtiyacları ilə əlaqədar baş vermişdir, çünki geri alınma və dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun çəkilməsi ilə əlaqədar baş vermişdir. Lakin iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1655 ha və 0.10807 ha torpaq sahələrinin (ümumilikdə 0.2735 ha) hər sotu 3000 manatdan hesablanmaqla və məlum fərmana uyğun olaraq bazar qiyməti 20% əlavə edilməklə 97.200 manat (81.000(3000 x 2 7 sot)+ 16200 (81.000 x 20% = 16200) =97.200) məbləğində iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoymaqda haqlı olmuşdur. 16.Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, torpaqların geri alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi heç bir halda iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə, bununla bağlı qanunvericiliyin tələblərinə tam riayət edilməsə də, torpağın geri alınması faktiki olaraq baş vermişdir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə riayət edilməməsində iddiaçının hər hansı təqsiri olmamışdır. Ona görə də, onun kompensasiya almaq hüququ faktiki müdaxiləni həyata keçirən orqan tərəfindən təmin edilməlidir. 17.Cavabdeh kassas iya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 18.Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. 19.İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin avtomobil yolunun layihələndirilməsi və tikintisi çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmişdir və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. 20.Halbuki, “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir (1-ci maddə). 21.Hamim Qanunun 15-1-ci maddəsinə görə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. 22.Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yollan üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. 23.Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafi zə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.Bundan başqa, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.27 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (14+000m-42+000m) tikintisi 97200 (doxsan yeddi min iki yüz) manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.27 ha torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat cəmi isə 81000 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni, həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı əkin sahəsidir. Birinci instansiya məhkəməsinin sorğusuna qiymət barəsində arayış təqdim edilmiş, orada qanunda nəzərdə tutulan bütün əlavələrdə qeyd olunmuşdur. İddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 27.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əssasız o lduğundan rədd edilməsi, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. 28.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 29.«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə 1.1.4. alınmanın təsirinə məruz qalan torpaq - bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq; Maddə 1.1.5. alınan torpaq - bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq q ərar qəbul edilmiş torpaq; Maddə 1.1.6. kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları: Maddə 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüv vəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tut ulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. 30.Mülki Prosessual Məcəllə: Maddə 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Maddə 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki yüz iyirmi manatadək miqdarda cərimə olunur. Maddə 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. 31.İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakti ki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

60. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üz rə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatla r göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 32.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 33.Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 34.Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 35.İddiaçının tələbi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi ilə bağlıdır. O, BilgəhNovxanı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mülkiyyətində olan torpaq sahəsində qazma işlərinin aparılması nəticəsində sahənin tam yararsız hala salındığını bildirmiş dir. 36.Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına görə torpaqların dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan torpaq sahəsinin tamamının və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq torpağın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət eht iyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər. 37.Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ ondan ibarət olmalıdır ki, sözügedən avtomobil yolunun çəkilməsi ilə bağlı həyata keçirilən tikinti fəaliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirmişdirmi və tələb etdiyi kompensasiya məhz bu itkinin əvəzidirmi? Yoxsa, iddiaçı tikinti fəaliyyətinin həyata keçirilməsi nəticəsində sahəni faktiki olaraq itirməsə də, görülən işlərin onun mülkiyyətinin dəyərinin və ya faydalılığının azalmasına səbəb olduğundan, yaxud ümumiyyətlə istifadəyə yararsız vəziyyətə gətirdiyindən çıxışı etməklə kompensasiya tələb edir? 38.Apellyasiya məhkəməsi bu məsələni dəqiq müəyyən etməmiş, p rosessual qanunvericilikdə təsbit olunmuş işin hallarının tam və hərtərəfli araşdırılmasına dair xidməti borcunu yerinə yetirməmişdir. Belə ki, məhkəmə kompensasiyanın ödənilməsi tələbini təmin edərkən həm torpaq sahələrinin avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsinin sübut olunduğuna, həm də ərazidə qazıntı işləri aparılmaqla sahənin istifadəyə tam yarasız hala salındığına istinad etmişdir. Odur ki, təkrar apellyasiya baxışında bu məsələ aydınlaşdırılmalı, ilk növbədə torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi, düşürsə hansı hissədə düşməsi məsələsinə dəqiq aydınlıq gətirilməlidir. 39.Apellyasiya məhkəməsi öz qərarında qeyd edir ki, onun tərəfindən ekspertiza təyin edilsə də, dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh “Bilgəh-Sumqayıt avtomobi l yolunun tikintisi layihəsini” təqdim etmədiyi üçün rəy almaq mümkün olmamışdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, İPM-in 60-cı maddəsində təsbit olunmuşdur ki, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Məhkəmənin tələbinə baxmayaraq həmin sənədlər təqdim olunmadıqda yenə prosessual qanunvericilikdə nəzərdə tutulmuş təsir tədbirləri görülməlidir. Ona görə də, məhkəmə İPM-in 1.2 və MPM-in 78-ci maddələrinin tətbiqi imkanlarını nəzərdən keçirməlidir. Digər tərəfdən isə iş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3/02-888 saylı, 04 fevral 2020-ci il tarixli məktubunda ekspertiza üçün tələb olunan sənəd kimi 2 vərəqdən ibarət sənəd məhkəməyə təqdim edilmişdir. Mütəxəssi s və ekspert rəylərində sözügedən həmin sənədə qiymət verilməmişdir. Təkrar apellyasiya baxışında həmin sənəd tədqiq olunmalı, onun mübahisə predmetinə aydınlıq gətirilməsi üçün yetərli olub-olmadığına qiymət verilməli, kifayət etmədikdə cavabdehdən əlavə sənədlər tələb olunmalıdır. 40.Torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi ilə bağlı məsələ aydınlaşdırılarkən nəzərə alınmalıdır ki, bu zaman sahə faktiki olaraq avtomobil yolunun altına (təhkim zolağına) düşə biləcəyi kimi, onun qorunma (mühafizə) zolağına da düşə bilər. Çünki avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yollan üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmə t obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Beləliklə, əgər sahə faktiki olaraq təhkim zolağına və ya qorunma (mühafizə) zolağına düşürsə, bu, həmin sahənin dövlət ehtiyacları üçün geri alınma ilə əlaqədar itirilməsi deməkdir. Bu halda, iddiaçıya ödənilməli kompensasiyanın məbləği mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirilməsinə görə verilməli olan kompensasiya olacaqdır. 41.Torpaq sahəsinin faktiki olaraq təhkim zolağına və ya qorunma (mühafizə) zolağına düşmədiyi müəyyən olunduqda isə ödənilməli kompensasiyanın məbləğini müəyyən etmək üçün həyata keçirilmiş işlərin sahəyə hansı qaydada təsir etdiyi məsələsi aydınlaşdırılmalıdır. Məhkəmə müəyyən etməlidir ki, həyata keçirilmiş işlər sahənin dəyərinin və ya faydalılığının müəyyən qədər azalmasına səbəb olmuşdur, yox sa, görülmüş işlər sahəni ümumiyyətlə istifadəyə yararsız hala gətirmişdir, bərpa mümkün deyil və ya həddən artıq çox xərc tələb edir, yaxud torpağa vurulmuş zərər iddiaçının sahədən bundan sonra istifadəsinə olan marağının tamamilə itirilməsinə gətirib çıxarmışdır. Apellyasiya məhkəməsi bu məsələlər üzrə də araşdırmasını tam və hərtərəfli aparmamış, torpaq sahəsinin qazıntı işləri nəticəsində istifadəyə tam yararsız hala salındığını bildirsə də, bu mövqeyini hər hansı sübutla əsaslandırmamışdır. Qazıntı işlərinin torpaq sahəsinin yararlılığına göstərdiyi təsir və onun dərəcəsi, eləcə də bərpanın mümkünlüyü ilə bağlı məsələ müvafiq mütəxəssis və ekspert rəyi ilə, eləcə də digər aidiyyəti sübutlarla dəstəklənməlidir. 42.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhk əmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 21(105)-05/202 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar