Məhkəmə qərarları › İş №2-1(102)-902/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-902/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-902/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın qarşı iş üzrə QƏRARİ Açar sözlər: (52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı “güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-617/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 0024771 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1984-xx.xx.1986-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. 2. ИТ-İ 09587715 nömrəli əmək kitabçasına əsasən iddiaçı, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək sovxozda fəhlə işləmiş; xx.xx.1987-ci il tarixdə "xxxx"nda “Qummirovka” sahəsinə 1-ci dərəcəli sistern vulkanizatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-ci il tarixində zavodun Texniki şöbəsinə İİİ kateqoriyalı mühəndistexnoloq vəzifəsinə keçirilmiş, xx.xx.1992- ci il tarixində Mülki Müdafiə qərargahına rəis vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü il tarixdə köçürmə yolu ilə işdən azad edilmiş; xx.xx.1993-cü il tarixdə “Yapışdırıcı” koopeativinə sədr vəzifəsinə təyin olunmuş, xx.xx.1997-ci il tarixdə “Qummirovka” sahəsinə rəis vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə “Bakı Neft Qaz Mədən Avadanlıqları zavodu”na köçürmə yolu ilə işdən azad olunmuş; xx.xx.1997-ci il tarixindən zavoda köçürmə yolu ilə “Qummirovka “ sahəsinə rəis vəzifəsinə qəbul olunmuş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. 3. 0236387 nömrəli digər əmək kitabçasına əsasən iddiaçı xx.xx.2001-ci il tarixdə X3 Cəmiyyəti Biləcəri Su Təchizatı və X2 Müəssisəsinə su müfəttişi vəzifəsinə qəbul edilmiş və xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.20 05-ci il tarixdə "xxxx" ASC Azərenerjitikinti” MMC EVX və YST və Tİ Binəqədi YST 5-ci dərəcəli suvaqçı peşəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə həmin İdarədə 5-ci dərəcəli elektrik xətt quraşdırıcısı vəzifəsinə keçirilmiş; xx.xx.2008-ci il tarixdə EVX Tikintisi və Yenidənqurulması İdarəsinin EVXT və Y 1 №-li tikinti sahəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə X1 İdarəsinin 6 saylı tikinti sahəsinə keçirilmiş və xx.xx.2015-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2016-cı il tarixdə Bakıxanov Bələdiyyəsinə fəhlə işinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə Bələdiyyənin Vergi Xidməti Orqanına vergi müffətişi vəzifəsinə keçirilmişdir.

4. İddiaçı 2 dekabr 2020-ci il tarixində “Dost xidməti” vasitəsilə cavabdehə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün müraciət e tmişdir.

5. Cavabdeh 15 fevral 2021-ci il tarixli məktub ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını “Əmək pensiyaları haqqında” 9.1-ci maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, iddiaçı təqdim etdiyi "xxxx" ASC tərəfindən 078 nömrəli arayışında 3 avqust 1998-ci ildən 1 oktyabr 2007-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödəmədən iddiaçı öz hesabına məzuniyyətə olduğu qeyd olunmuşdur. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az ( 13 il 11 ay 11 gün) və güzəştli iş stajı 10 ildən az ( 3 il 6 ay 8 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə əri zə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, onun ümumi iş stajı 25 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun ümumi iş stajının 25 ildən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası mövcuddur. Bundan əlavə 1998-2001-ci illərdə öz hesabına məzuniyyətlə bağlı qeyd edir ki, bu məzuniyyət deyil NQMA zavodunda iş olmadığı üçün bütün işçilər işdən kənarlaşdırılmışdır.

8. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia çıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

9. Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli, 2-1(112)-6026/2021 nömrəli qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, işçiyə pensiya ödənilməsi üçün onun işlədiyi müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişlərinin aparılması mütləqdir və bu şərt ödənildiyi halda iş müddəti sosial sığorta stajına və ya əmək stajına daxil edilir. Bunun üçün isə işçinin faktiki əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması zəruridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası "xxxx" ASCnin işçisi kimi xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müddətdə onun faktiki olaraq "Qummirovka" sahəsində rəis vəzifəsi üzrə əmək fəaliyyəti ilə məşğul olmadığı, buna görə əmək haqqı almadığı və sosial sığorta ayırmalarının da həyata keçirilmədiyini nəzərə alaraq həmin müddətin iddiaçının güzəştli iş stajı kimi nəzərə alınması mümkün deyildir.

11. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-617/2022 nömrəli qərarı ilə (hakimlər: Mirzə Tağizadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Aytən Oruczadə) idd iaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli, 2-1(112)-6026/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 22-ci və İPM-nin 13-cü maddələrinin tələblərini pozulmasını qeyd etmişdir. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə ü st-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə iddiaçıya üst-üstə düşən müddətlərdən birini seçməyi təklif edə və ya onun belə bir hüququnun olmasını izah edə bilərdi. Lakin məhkəmə İPM-nin 13-cü maddəsinə zidd olaraq iddiaçıya yol verilən formal xətalarnan bağlı iddiaçıya yardım etməmişdir.

16. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının əmək stajının təhsil illəri ilə cəmlədikdə cəmi 16 il 8 ay 18 gün hesab olunmuşdur. Lakin iddiaçı hesab edir ki, onun birinci əmək kitabçası və ikinci əmək kitabçası üzrə əmək stajı toplandıqda onun 20 ildən çox əmək stajı əmələ gəlir.

17. Bundan əlavə cavabdeh iddiaçının öz hesabına məzuniyyətdə olduğu xx.xx.1998-xx.xx.2007-ci illər onun nə ümumi, nə də güzəştli sığorta stajına daxil edilməməsini qeyd etmişdir. Halbuki, ikinci əmək kitabçasında xx.xx.2001-ci ildən – xx.xx.2018-ci il tarixədək iddiaçının əmək stajı qeyd edilmişdir. Bu da 17 il edir (xx.xx.2001- xx.xx.2018). Beləliklə, hər İki əmək kitabçasının əmək stajını topladıqda və öz hesabına məzuniyyət götürülən illəri hesablanmaqla yenə də 20 il təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-617/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə z ərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

22. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edil mişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məs ələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

28. Hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.

29. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının bu tələblərə cavab vermədiyi aydın olur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsə pensiya təyin edilən zaman yetərli stajın hesablanmasında nəzərə alınan əsas sənəd onun əmək kitabçasıdır. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixə ümumi stajının tələb edilən müddətdən az olduğu müəyyən olunur. Belə ki, iddiaçının iş stajı təhsil illəri ilə cəmləndikdə onun cəmi 16 il 08 ay 18 gün ümumi iş stajı olduğu müəyyən edilir.

30. Bundan başqa, məhkəmə kollegiya sı qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.

31. Yuxarıd a göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-617/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar