Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-902/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi yoxlamasının nəticələri üzrə qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın mübahisələndirilməsi; pərakəndə satış) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəl irlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 27.4.2021-ci il tarixli **********8002 nömrəli qərarı ilə iddiaçıda 5.5.2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmiş və həmin nəzarətin nəticəsi 5.5.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21.6.2021- ci il tarixli **********4672 nömrəli qərarla iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.6.2021-ci il tarixli **********4672 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırılması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin nəticəsi üzrə aktda pozuntuya səbəb “2020 – 2021-ci illərdə hissə-hissə olmaqla cəmi 1.937.765,30 manat NKA-ya mədaxil olunmuşdur, Vergi Məcəll əsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə” kimi göstərilmişdir. İddiaçı Firmasının nümayəndəsi vergi orqanının tərtib etdiyi 5.5.2021-ci il tarixli aktı imzalamaqdan imtina etmiş və imtina səbəbləri barədə yerli vergi orqanına 8.6.2021-ci il tarixli **********432100 nömrəli məktub göndərilmişdir. Buna baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Firmanın mövqeyi ilə razılaşmamış və qurumun barəsində 21.6.2021-ci il tarixli **********4672 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarmışdır.
4. Bununla əlaqədar Firma tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Vergi Xidmətinə 12.7.2021-ci il tarixli * *********408200 nömrəli şikayət məktubu göndərilmişdir. Şikayət məktubuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən 6.8.2021-ci il tarixdə “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********159400 nömrəli qərar çıxarılmışdır.
5. İddiaçı X2 Xidmətinin qərarı ilə razılaşmadığından, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 1.9.2021-ci il tarixli müraciət olunmuşdur. Firmanın müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası “İnzibati şikayətin təmin edilməməsi haqqında” 7.10.2021-ci il tarixli 71 nömrəli qərar çıxarmışdır. Həmin qərar İddiaçı Firmasına rəsmi olaraq xx.xx.2021ci il tarixdə təqdim edilmişdir.
6. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə fakturasının tərtib edilmədən verilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç dəfə və daha çox yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir..
7. Nəzərə alınmalıdır ki, İddiaçı Firması öz ticarət obyektində malların pərakəndə satışı ilə məşğul olur. Bunu cavabdehin 27.4.2021-ci il tarixli **********8002 nömrəli “Op erativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı da təsdiq edir. Belə ki, qərarda “Obyektin adı – mağaza”, “Fəaliyyət növü – ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” qeyd edilmişdir.
8. Qanunvericiliyin tələblərinə müvafiq İddiaçı Firması tərəfindən mallar satıldıqda alıcılara NKA çeki verilir və əgər alıcı hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura istənilərsə, o halda elektron-qaimə faktura təqdim edilir. Lakin İddiaçı Firmasında operativ vergi nəzarətinin həyata keçirən yoxlayıcılar tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq, mağazada pərakəndə ticarət fəaliyyəti aparılmasına baxmayaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsini əsas gətirilərək, 193.776,53 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəaları pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərinə şamil olunmur.
9. Bundan başqa, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarda operativ vergi nəzarətinin dövrü 28.4.2021-ci il tarixdən 27.5.2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Lakin yoxlayıcılar öz vergi orqanlarının çıxardığı qərarın tələblərini pozaraq, 2020 – 2021-ci illərdə baş verən əməliyyatlara istinad edərək akt tərtib etmişlər. Yoxlayıcılar tərəfindən aktda nə səbəbdən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad olunmasının izahı verilməmişdir. Yoxlayıcıların hansı səbəbdən məhz 2020 – 2021-ci illərin bəzi əməliyyatlarını yoxladıqları məlum deyil və bu barədə aktda qeyd yoxdur. Həmin illərdə vergi qanunvericiliyinin pozulmasını sübut edən sənədin və ya digər bir səbəbin olması mütləq aktda qeyd edilməlidir. İddiaçı Firmasında bütün illərdə pərakəndə ticarət fəaliyyəti həyata keçirilmişdir. Əgər Vergi Məcəlləsinin 58.13-cü maddəsi pərakəndə ticarətə tətbiq edilə bilirsə, bu yanaşma ilə İddiaçı Firmasının bütün dövriyyəsi maliyyə sanksiyası əhatəsinə düşür. Bütün bunlara baxmayaraq, yoxlayıcılar operativ vergi nəzarəti aktında 2020 – 2021-ci illərdə İddiaçı Firması tərəfindən pərakəndə ticarət qaydasında malları satışını, hansı ki, bu mallara görə ödənilmiş ƏDV istehlakçılara qaytarılmışdır. Vergi orqanı sözügedən Qaydaların tələblərinə zidd olaraq, heç bir sübut olmadan Firmanın fəaliyyətini pərakəndə ticarət kimi qəbul etməmiş, həmin mallara qanuna müvafiq NKA çeki verilməsinə baxmayaraq, Vergi Məcəlləsinin tələblərinin əksinə olaraq onl ara elektron qaimə-faktura verilməli olduğunu, buna görə qeyri-qanuni böyük məbləğdə maliyyə sanksiyasının tətbiq edilməsini təklif etmiş və nəticə etibarı ilə qeyri-qanuni qərar çıxarmışdır. Cavabdehin etirazı:
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27.4.2021-ci il tarixli qərarı əsasında fəaliyyəti ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı olan vergi ödəyicisində 28.4.2021-ci il tarixdən 27.5.2021-ci il tarixədək Vergi Məcəlləsinin 58.8cİ maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün m alların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti keçirilmişdir.
11. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən mağazada 5.5.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.937.765,3 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, həmin tarixli DVX seriyalı 001347 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21.6.2021-ci il tarixli **********4672 nömrəli qərarı əsasında iddiaçı barəsində 193.776,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir (Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq). Belə ki, iddiaçı tərəfindən nəzarət kassa aparatına fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. 12. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmi ş pozuntuların aradan qaldırılması barədə” X1 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.6.2021-ci il tarixli **********695900 nömrəli məktubu ilə iddiaçının dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, elektron qutuda isə 22.6.2021-ci il tarixdə oxunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4044/2022 nömrəli, 25.2.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 21.6.2021-ci il tarixli **********4672 nömrəli qərarı ləğv edilmişdir.
14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyəti üzrə 5.5.2021-ci il tarixdə həyata keçirdiyi və aparılmış operativ vergi nəzarəti zamanı aşkar olunmuş mal satışına münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.2.63 və 58.13-cü maddələrinin tələblərini tətbiq edilməklə cavabdeh orqan haqlı olmamışdır. Bununla da hazırkı inzibati məhkəmə icraatında mübahisə predmeti olan 21.6.2021-ci il tarixli **********4672 nömrəli qərarın vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilmədiyi, yəni qanunsuz əlverişsiz inzibati akt olduğu tam sübuta yetirilir. Mübahisələndirilən inzibati akt (21.6.2021-ci il tarixli **********4672 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayə ti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2181/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25.2.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinin əsasını idd iaya qarşı etirazda göstərilənlər təşkil edir.
20. Bundan başqa, şikayətdə qeyd edilir ki, Cəmiyyət tərəfindən nəzarət kassaaparatına fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Eləcə də, Cəmiyyət tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4672 nömrəli qərarının ləğv olunması və satdığı malların son istehlak məqsədi daşıması ilə əlaqədar araşdırmaya tutarl ı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir.
21. Təqdim edilmiş malların dəyəri konkret olaraq malları alan şəxsin məqsədini müəyyən etməyə imkan verir ki, məhkəmə də daxili inamını və ağlabatanlılıq prinsipini əsas tutaraq işin faktiki hallarını əsas götürməklə qənaətə gəlməlidir. Sözügedən hallar faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası həqiqətin müəyyən olunması üçün hər hansı bir addım atmadan işin formal hallarına (Parakəndə və topdansatış ticarət fəaliyyətlə ri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır) əsasən iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Məhkəmə kollegiyası heç bir sübut təqdim etmədən cavabdehin dəlillərini əsassız saymış və heç bir əsaslandırma aparmadan formal mülahizəsinə əsasən hesab etmişdir ki, mallar son istehlak məqsədləri üçün təqdim edilmişdir. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Vergi Məcəlləsi (vergi yoxlamasının keçirildiyi 5.5.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. Ma ddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün ma lların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi;... 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslə r tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən ed ilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 4649-cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarətkassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habe lə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 19. “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası (Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli, 1341 nömrəli Fərmanı ilə təsdiq edilmişdir):
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13 0.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron q aimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;...
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (iste hlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.... 20. “İnzibati icraat haqqında” Qanun: Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan R espublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
21. İnzibati Prosessual Məcəllə Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. Vergi Məcəlləsinin 58.13 maddəsinin dispozisiyasından göründüyü kimi, vergi ödəyicisi (hazırkı halda, iddiaçı) həmin normaya əsasən o halda məsuliyyətə cəlb oluna bilər ki: 1) elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malları elektron qaimə-faktura verilmədən təqdim etmiş olsun; 2) malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən verilmiş olsun.
26. Cavabdehin qənaətinə görə, iddiaçı elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malları elektron qaimə-faktura verilmədən təqdim etmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin qənaətini əsaslı hesab etmir.
28. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı malları elektron qaimə-faktura verilmədən təqdim etdiyini inkar etmir. Lakin o, bəyan edir ki, cavabdehin istinad etdiyi, vergi yoxlamasının əhatə etdiyi dövrdə və hallarda malların təqdim edilməsi zamanı onun belə öhdəliyi olmamışdır. Belə ki, o, malların pərakəndə satışı ilə məşğul olmuşdur və malı əldə e dən şəxslər tərəfindən alınmış mala görə qaimə-fakturanın tərtibini tələb etməmişlər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin düzgün həlli üçün iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinin əsası kimi cavabdeh tərəfindən istinad edilən Vergi Məcəlləsinin 58.13-cü maddəsi əlahiddə, hazırkı mübahisənin aid olduğu münasibətləri bilavasitə tənzimləyən digər normalardan təcrid qaydada tətbiq edilməli deyil.
30. İddiaçının pərakəndə satışla məşğul olan vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyini cavabdeh mübahisələndirmir. İddiaçı da məhz pərakəndə satışla məşğul olduğunu bəyan edir.
31. Vergi Məcəlləsinin (vergi yoxlamasının keçirildiyi 5.5.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) 16.1.11-7-ci maddəsinə əsasən, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.
32. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
33. Oxşar müddəa “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 1.3.1-ci b əndində də təsbit olunmuşdur. Həmin Qaydanın 4.1-ci bəndinin tələbinə görə, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
34. İddiaçı tərəfindən malların alıcıya satışının (təqdim edilməsinin) Vergi Məcəlləsində müəyyən edilmiş qaydada nəzarət-kassa aparatının çekini təqdim etməklə həyata keçirdiyi mübahisəsizdir.
35. İddiaçıdan mal alan alıcılar tərəfindən malın alınması zamanı qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturasının tərtibinin tələb edildiyini və iddiaçı tərəfindən bu tələbin təmin edilmədiyini təsdiq edən hər hansı sübut işdə yoxdur.
36. Malların alıcılara satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə həyata keçirilməsi ilə bağlı şərtə gəldikdə, iddiaçı haqlı olaraq qeyd edir ki, o, malların pərakəndə satışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məq sədi ilə alan şəxslərə nəzarət-kassa aparatının çekini, sahibkarlıq məqsədilə alan şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Belə ki, pərakəndə satışı həyata keçirən satıcı tərəfindən qaimə-faktura, bunu yalnız alıcı tələb etdiyi halda tərtib edilir, əks halda, alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilir.
37. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab edir. Belə ki, malı satanın (təqdim edənin) alıcının (əldə edənin) bu hərəkəti (fəaliyyəti) ilə arzu etdiyi məhz hansı nəticəyə nail olmaq istəyini müəyyən etmək, bunun üçün alıcıdan həmin malı məhz hansı məqsədlə aldığını bəyan etməyi tələb etmək hüququ və öhdəliyi yoxdur. Əslində, malı satanın (təqdim edənin) üzərinə alıcının (əldə edənin) hüquq sfe rasına müdaxilə edən belə bir öhdəlik də qoyula bilməz.
38. Pərakəndə satış zamanı alınan və ya satılan (təqdim edilən) malın həcminin və ya dəyərinin həddini məhdudlaşdıran imperativ norma yoxdur.
39. Beləliklə, cavabdehin qərarı qanunsuz olduğundan, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin ləğvinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.