Məhkəmə qərarları › İş №2-1(102)-902/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-902/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-902/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üz ərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(106)-205/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən, iddiaçıya İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə 835 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

2. Tərəflər arasında torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib olunmuş və h əmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 688 nömrə ilə qeydiyyata alınmışdır.xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən, həmin torpaq sahəsinin satılması müqabilində iddiaçı tərəfindən bələdiyyənin hesabına 835 manat haqq ödənilmişdir.

3. İddiaçıya satılmış sözügedən 835 kv.m torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.

4. Həmin torpaq sahəsi yerində iddiaçıya təhvil verilmiş və bu barədə İmişli bələdiyyəsinin sədrinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdirinin və iddiaçının iştirakı ilə xx.xx.2007-ci il tarixli akt tərtib e dilmişdir. 5. xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında yerləşən ümumi sahəsi 345,5 kv.m olan qeyri-yaşayış binası X6 tərəfindən iddiaçıya satılmışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli çıxarışa əsasən, İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında istifadədə olan, bələdiyyəyə məxsus 0,0472 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 345,5 kv.m olan qeyriyaşayış binasına iddiaçının tam pay üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

7. İddiaçı İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə İmişli şəhəri, Mu ğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 835 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

8. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış ümumi sahəsi 835 kv.m olan torpaq sahəsinə dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş ilkin torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olma dığı müəyyən olunmuş və ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələri aşkar olunmamışdır. Bundan başqa, sözügedən torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmadan ayrıldığı məlum olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilm iş qaydada dövlət qeydiyyatına alınır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə İmişli bələdiyyəsinə müraciət olunması tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 835 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması nı xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə iddiaçıya İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə 835 kv.m torpaq sahəsi satılmışdır. Həmin tarixdə torpağın alqı-satqısına dair akt tərtib olunmuş və digər torpaqayırma sənədləri hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sözügedən torpaq sahəsinə dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olmadı ğı, həmin sənədlərin arxiv nüsxələrinin aşkar olunmadığı, həmçinin sözügedən torpaq sahəsi ayrılarkən İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Belə ki, sözügedən torpaq sahəsinə dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olmamasının, həmin sənədlərin arxiv nüsxələrinin aşkar olunmamasının, həmçinin torpaq sahəsi ayrılarkən İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmamasının məsuliyyəti vətəndaş olaraq iddiaçıya aid deyildir. İddiaçı torpaq sahəsinin ayrılması barədə İmişli bələdiyyəsinə müraciət etmiş, ilkin torpaqayırma sənədləri hazırlanmış və ona torpaq sahəsi satılmışdır.

11. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 130 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/4249 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İmişli bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 11 nömrəli protokol qərarına və 30.11 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən, iddiaçıya satılmış 835 kv.m torpaq sahəsi iddiaçıya ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur. Sərhədləri yerində dəqiqləşdirilmiş torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında yerləşən ümumi sahəsi 345,5 kv.m olan daşınmaz əmlak, həmçinin həmin daşınmaz əmlakın yerləşdiyi 0,0472 hektar torpaq sahəsi İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarına və xx.xx.2007-ci il tarixli torpaqları n alqı-satqısına dair akta əsasən iddiaçıya satılmış 835 kv.m torpaq sahəsinin ərazisində yerləşir

13. Şirvan İnzibati Məhkəməsinin (hakim: Fehruz Abbasov) 16 iyun 2022-ci il tarixli, 2-1(120)-59/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus boş torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 850 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya ayrılmış (alqı-satqı yolu ilə) 835 kv.m torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Digər tərəfdən də, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və həmin tarixli torpağın alqı-satqısına dair müqavilə mübahisələndirilmədiyindən (və ləğv edilmədiyindən), eləcə də etibarsız sayılmadığından mötəbər sayılmalıdır. İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqayrıma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olmaması və ilkin torpaqayrma sənədlərinin arxiv nüsxələrinin aşkar olunmaması, eləcə də sözügedən torpaq sahəsinin İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmadan ayrılması iddiaçının iradəsindən asılı olan hal deyil. Bundan əlavə, cavabdeh orqanın iddiaçı ya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasından imtinasını İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olmaması, ilkin torpaqayrma sənədlərinin arxiv nüsxələrinin aşkar olunmaması, eləcə də sözügedən torpaq sahəsinin İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin müvafiq rəyinin olmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Digər tərəfdən, mübahisə predmeti olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün zəruri sənədlər əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqı nda” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məruzəçi/, Zaur Allahyarov və Orxan İsmayılov) 05 oktyabr 2022-ci il tarixli, 2-1(106)-213/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçının İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına əsasən ona satılmış 835 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, iddiaçıya satılmış sözügedən 835 kv.m torpaq sahəsinə dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş ilkin torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olmaması, ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələrinin aşkar olunmaması, həmçinin sözügedən torpaq sahəsinin İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmadan satılması, eləcə də müqavilə ilə deyil, torpaqların alqı-satqısına dair akt tərtib edilməklə satılması inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından iddiaçının təqsiri deyildir. İnzibati aktın qəbul edilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyə uyğun aparılmamasına görə məsuliyyəti də məhz müvafiq inzibati orqan daşıyır. Müvafiq rəyin alınmaması, eləcə də inzibati aktın icrasının müəyyən olunmuş formada aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh inzibati orqan iddiaçıya sözügedən 835 kv.m torpaq sahəsinin satılmasına dai r İmişli bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarın hazırda qanuni qüvvədə olmamasına dair, həmçinin həmin inzibati aktın məzmununa iddiaçının etimad hüququnun qorunmadığı halların mövcudluğuna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eləcə də, cavabdeh inzibati orqanın istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin yeni redaksiyada verilməsini nəzərdə tutan xx.xx.2007-ci il tarixli, 466İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu xx.xx.2007-ci il tarixdə, yəni iddiaçıya sözügedən 835 kv.m torpaq sahəsinin satılmasına dair İmişli bələdiyyəsi tərəfindən qərarın qəbul edildiyi və qeyd edilən torpaqların alqı-satqısına dair aktın tərtib edildiyi tarixdə qanuni qüvvəyə minmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinə münasibətdə isə qeyd etmişdir ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına əsasən iddiaçıya 835 kv.m torpaq sahəsi satılmış və iddiaçı da ona satılmış həmin 835 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin birinci instansiya məhkəməsi aydın olmayan səbəblərdən qərarın nəticə hissəsində iddiaçının 850 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv e dilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) 17 yanvar 2023cü il tarixli, 2-1(102)-265/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən, lazımi sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti mötəbər sübut kimi qiymətləndirilir. İddiaçının təqdim etdiyi İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarış isə kserosurətdir və lazımi qaydada təsdiq olunmamışdır və İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışın əsli iş materiallarında mövcud deyil. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından araşdırmalı, bu məqsədlə əlavə olaraq İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarını tələb edərək iş materiallarına əlavə etməli, həmin qərarı və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin əslini araşdıraraq qanuni və ədalətli qərar qəbul etməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Samir Mayılov və İlham Əsədov) 21 noyabr 2023-cü il tarixli, 2-1(106)-205/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində göstərilən “850 kv.m” ifadəsinin “835 kv.m” kimi oxunması qərara alınmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 139-1.1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddələrində torpaqayırma (hüquqmüəyyənedici) sənədi kimi nəzərdə tutulan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nöm rəli protokol qərarından başqa iddiaçıdan müvafiq sənədlərin təqdim edilməsinin (İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin müvafiq rəyi) tələb olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun “hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi” adlanan 10-cu maddəsinin tələbləri ilə, eyni zamanda inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun 32.3-cü maddəsinin tələbləri baxımından ziddiyyət təşkil edir. Bununla belə, iddiaçı tərəfindən ona satılmış torpaq sahəsinin DTXK-nın İmişli rayon şöbəsinin müdiri və İmişli bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmiş planı (sxemi), rəy, təhkim aktı və torpaq sahəsi barədə məlumata dair arayış məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, tədqiq olunan mütəxəssis və ekspert rəyindən göründüyü kimi, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarına və 30.11 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya satılmış 835 kv.m torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur. Sərhədləri yerində dəqiqləşdirilmiş həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında yerləşən ümumi sahəsi 345,5 kv.m olan daşınmaz əmlak, həmçinin h əmin daşınmaz əmlakın yerləşdiyi 0,0472 hektar torpaq sahəsi İmişli bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 11 nömrəli protokol qərarına və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya satılmış 835 kv.m torpaq sahəsinin ərazisində yerləşir. Bundan başqa, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

24. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında əks edilmiş göstərişlərə uyğun olaraq iddiaçıdan müvafiq sənədləri tələb edərək, iş materiallarına əlavə etmiş və həmin sənədləri iş üzrə mövcud olan digər sübutlarla birlikdə tədqiq edib, araşdırmışdır. İşə tək rar baxan apellyasiya instansiya məhkəməsi obyektiv araşdırmanı təmin etmək məqsədilə 20062014-cü illərdə İmişli bələdiyyəsinin sədri vəzifəsində çalışmış X3 şahid qismində məhkəmə iclasına dəvət etmiş və ifadəsini almışdır. Məhkəmə baxışında şahid qismində iştirak edən X4 ifadəsində bildirmişdir ki, o, 2006-2014-cü illərdə İmişli bələdiyyəsinin sədri vəzifəsində çalışmış, 2007-ci ildə iddiaçı torpaq sahəsinin əldə edilməsindən ötrü İmişli bələdiyyəsinə müraciət etmiş, həmin müraciət əsasında İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfində bələdiyyəyə məxsus, 835 kv.m torpaq sahəsi yerində baxış keçirilməklə ona ayrılmışdır. İş materiallarında olan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və şahid X2 imzası ilə təsdiqlənmiş digər sənədlərin əsillərinə şahid X2 iştirakı ilə baxış keçirilmiş və şahid X4 həmin sənədlərdə olan imzaların ona məxsus olduğunu və İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsinin satıldığını bir daha təsdiq etmişdir.

25. İddiaçının üzərində xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binasının İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya satılmış 835 kv.m torpaq sahəsinin ərazisində yerləşməsinin şübhə doğurması ilə bağlı cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan şübhəsinin nədən ibarət olmasını əsaslandırmamış, eyni zamanda buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmə mişdir. İş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış binası “Kür” kiçik müəssisəsinin təsisçisi X7 tərəfindən xx.xx.2007-ci il tarixdə X1, X6 tərəfindən isə xx.xx.2014-cü il tarixdə iddiaçıya satılmış və xx.xx.2015-ci il tarixdə də həmin qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı izahat verərək bildirmişdir ki, sözügedən qeyriyaşayış binası xx.xx.2007-ci il tarixdə onun qonşusu X7 tərəfindən onun, yəni iddiaçının birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu şəriki X1, iddiaçı da həmin qeyri-yaşayış binasının altında və ətrafında olan 835 kv.m torpaq sahəsini mülkiyyətçi İmişli bələdiyyəsindən xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərara və xx.xx.2007-ci il tarixli torpaqla rın alqı-satqısına dair akta əsasən almış, 2014-cü ilə qədər o, yəni iddiaçı X6 ilə şərik olmuş, həmin qeyri-yaşayış binasının mülkiyyətçisi X6 həmin qeyri-yaşayış binasının yerləşdiyi 835 kv.m torpaq sahəsinin mülkiyyətçisi də o, yəni iddiaçı olmuş, onların arasında heç vaxt mübahisə olmamış, xx.xx.2014-cü il tarixdə şəriki X6 özünə məxsus olan həmin qeyri-yaşayış binasını ona, yəni iddiaçıya satmış və xx.xx.2015-ci il tarixdə də onun həmin qeyri-yaşayış binasına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

26. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

27. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məh dudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dö vlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar arada n qaldırılmadıqda. 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların is tifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hü quqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şi kayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Madd ə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətl ərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfində n hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaq la qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, in zibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu d a nəzərə alınmalıdır.

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(106)-205/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar