Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-903/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Səyyad Kərimov, Əhməd Nurməmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının nümayəndəsi Balaqardaş Xalıqovun və vəkili Mehman Əliyevin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-13/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 2M/73 saylı reyestrlə qeydə alınmaqla 10.03.2005-ci ildə Torpaq Alqı-Satqı Müqaviləsi ilə aldığı Abşeron rayon Aqrar İslahat Komissiyasının 21.12.1997-ci i l tarixli, 15 nömrəli qərarı ilə JN-393, Kod 30800108 saylı 16.02.1998-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Məmmədli kəndində yerləşən 1.12 hektar “Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin” onun adına qeydiyyata alınmasının və bu barədə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 11.10.2017-ci il tarixli məktubu ilə iddiaçının aldığı torpaq sahəsini onun adına qeydiyyata almaqdan imtina etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya JN-393 Kod: 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə müə yyən edilmiş torpaq sahəsi Dövlət Qoruq torpaq sahəsinə aiddir. Cavabdehin gətirdiyi dəlil əsasızdır. Belə ki, mübahisəli torpaq sahəsi ilkin olaraq xüsusi mülkiyyət kimi qeydiyyata alınmış və bu barədə Dövlət aktı verilmişdir. Sonradan isə həmin torpaq sahəsi cavabdehdə 2014-cü il tarixdə yenidən qeydiyyatdan keçmişdir. Xüsusi mülkiyyət kimi verilmiş torpaq sahəsi dövlət qoruq torpaq sahəsi kimi göstərildiyi təqdirdə bu barədə mülkiyyətçiyə heç bir məlumat verilməmişdir. Cavabdeh xüsusi mülkiyyət kimi verilmiş torpaq sahəsi nə zaman və hansı qanunla dövlət qoruq torpaq sahəsinə aid edilməsi barədə heç bir məlumat verməmişdir. Əgər xüsusi mülkiyyət kimi verilmiş torpaq sahəsi dövlət ehtiyacları üçün alındığı təqdirdə həmin torpaq sahəsi əvəzləşdirilməli və ya dəyəri pul ilə ödənilməlidir. Cavabdeh qanunun tələblərinə əməl etməmiş və iddiaçının qanuni tələbindən əsassız imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 26.01.2018-ci il tarixli, 2-1(85)352/2018 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçının Abşeron rayon 2 saylı Dövlət 9 Notariat Kontorunda 2M/73 saylı reyestrlə qeydə alınmaqla 10.03.2005-ci ildə torpaq alqı-satqı müqaviləsi ilə aldığı Abşeron rayon Aqrar İslahat Komissiyasının 21.12.1997-ci il tarixli 15 nömrəli qərarı ilə JN-393, Kod 30800108 saylı 16.02.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Məmmədli kəndində yerləşən 1.12 ha “Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin” onun adına qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsaslanaraq belə hesab etmişdir ki, iddiaçı ilə X1 və X3 arasında torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 10 mart 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunduğundan iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışla rəsmiləşdirilməlidir.
5. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2-1( 85)-352/2018 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.04.2019-cu il tarixli, 2-1(105)-06/2019 nömrəli (hakimlər Səadət Bəktaşi- sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülarə Tağızadə) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən belə hesab etmişdir ki, torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla “Yanardağ” X6 və Təbiət Qo ruğuna aid ərazidə yerləşdiyindən cavabdehin imtinası qanuni və əsaslıdır.
8. Qərardan narazı qalan iddiaçı kasasiya şikayəti verərək 29.04.2019cu il tarixli, 2-1(105)-06/2019 nömrəli qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya instansiya məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19.11.2019-cu il tarixli, 2-1(102)-2951/2019 nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Xəqani Məmmədov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(105)-06/2019 nömrəli, 29 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Ali Məhkəmənin İnzibati Kollegiyası həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının İPM-nin 1.2, 2.2.3, 12, 58-ci maddələrinə, MPM-nin 102.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə, 9-cu maddəsinə, Mülki Məcəllənin 146.1-ci maddəsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyaktləri haqqında” Qanunun 4-cü maddəsinə, “Daşınmaz əmlaka dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən İPM-nin 12, 58-ci maddələrinin tələbləri təmin edilməmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(105)-13/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2-1(85)352/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 96.11-ci maddəsinə, Mülki Məcəllənin 146.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
13. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin predmeti olmuş 1.12 ha torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarına aid olub-olmaması araşdırılmamış, zəruri sübutlar tədqiq edilməklə (o cümlədən, ehtiyac yaranarsa ekspertiza keçirilməklə) torpağın kateqoriyası ilə bağlı məsələ dəqiq müəyyən edilməmiş, iddianın əsaslı olub-olmamasına qanunvericiliyin tələbləri, eləcə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarındakı hüquqi mövqelər nəzərə alınmaqla qiymət verilməmişdir.
14. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəfindən araşdırılması və 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müə yyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə X7-Mədəniyyət və Təbiət Qoruğuna aid ərazidə yerləşdiyi aşkar edilmiş, sənəd üzrə və faktiki torpaq sahəsinin 0.12 ha hissəsinin avtodayanacaq kimi istifadə edildiyi, sənəd üzrə torpaq sahəsinin bir hissəsinin avtomobil yolunun altına düşdüyü aşkar edilmişdir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli, 2-1(105)-13/2021 nömrəli qərarın ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakç ılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli, 2-1(105)-13/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili M.Əliyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhk əməsinin 03.02.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçınən nümayəndəsi B.Xalıqov da vəkili M.Əliyevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
22. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Azərbaycan Respublikasının İnzi bati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
25. Məhkəmə kollegiyası ilk öncə qe yd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin məhkəmə baxışı predmeti olmuş, nəticə etibarı ilə 19.11.2019-cu il tarixli qərar qəbul edilərkən iddiaçının kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 29.04.2019-cu il qərarının ləğv edilməsi, işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
26. Ali Məhkəmənin həmin qərarında göstərilmişdir ki, “apelyasiya instansiyası məhkəməsi iddiaçının 1.12 ha torpaq sahəsinə istifadə və sahiblik hüququ yaranmasından sonra hansı qaydada həmin torpaq sahəsinin sonradan yaranmış “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisinə aid edilməsini (əgər bu həqiqətən belədirsə) müəyyən etməmiş, (...) məhkəmə mütəxəssis və ekspert rəylərinə əsasən iddia çıya məxsus torpaq sahəsinin qoruğun ərazisində yerləşdiyi qənaətinə gəlmiş, birinci dəfə verilən rəylərlə sonrakı rəylər arasında olan uyğunsuzluğu, sonrakı ekspert rəyinin mütəxəssis rəyi əsasında tərtib edilməsi, mütəxəssis rəyinin isə “xxxx” MMC-nin rəyi əsasında verildiyi, MMC-nin belə rəy vermək səlahiyyəti araşdırılmamış, rəyin hansı məlumatlar əsasında tərtib edilməsi müəyyən edilməmiş, rəydə iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə “Yanar dağ” X6 və təbiət qoruğunun ərazisinin koordinatları, torpaq sahələrinin planı (cizgisi) müəyyən edilməmiş, rəydə 1.12 ha torpaq sahəsinin dəmyə əkin yeri olmaqla kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olması, sonradan həmin torpaq sahəsinin “Yanar dağ” X6 və Təbiət Qoruğuna verilməsi qeyd edilməsinə baxmayaraq bununla bağlı məhkəmə tərəfindən araşdırma aparılmamışdır.”
27. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi xarakter daşıyan yuxarıda yazılmış göstərişlərini tam icra etmiş və Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq, 03 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılması bu sahədə ixtisaslaşmış AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun sərhədlərini özündə əks etdirən plan-sxem mütəxəssis və ekspertə təqdim edilmişdir.
29. Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli 10/1542 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********55 saylı 25 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, 10 mart 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi ilə X2 və X4 tərəfindən İddiaçı satılmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1,12 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaqlara aid olduğu v ə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi halı baş vermədiyi, həmçinin iddiaçının sahiblik və istifadəsində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.12 hektar torpaq sahəsinin koordinatlarının “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunun ərazisinin koordinatları daxilində yerləşmədiyi müəyyən edilmişdir.
30. Burada məhkəmə kollegiyası xüsusi olaraq çox önəmli bir məqamı vurğulamaq zəruri hesab edir.
31. Belə ki, hazırkı inzibati mübahisəyə apelyasiya instansiyası məhkəməsində 2 (ikinci) dəfə baxılaraq əlavə ekspertiza təyin edildiyi zaman, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyindən sorğu əsasında “Yanar Dağ” Dövlət TarixMədəniyyət və Təbiət Qoruğunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli, 227 nömrəli qərarı ilə təs diq edilmiş xəritəsi əldə edilərək ekspertizaya təqdim edilmiş, yəni əlavə ekspertiza öz rəyini, işə apelyasiya instansiyası məhkəməsində birinci dəfə baxıldığı və təkrar ekspertiza təyin edildiyi zamandan fərqli olaraq məhz sözügedən xəritəni araşdırmaqla rəy vermişdir.
32. Cavabdehin kasasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, kasasiya şikayəti 7 (yeddi) səhifədən ibarət olsa da, onun 6 (altı) səhifədən də çoxusu bir sıra maddi və prosessual hüquq normalarının mətninin yazılaraq sadalanmasına həsr edilmiş və işin konkret halları ilə əlaqələndirilməmişdir, yəni bunlar formal və deklarativ xarakter daşıyır.
33. Kasasiya şikayətində yalnız konkret 2 (iki) dəlil göstərilmişdir ki, onların ikisi də əsassızdır.
34. Belə ki, cavabdeh kasasiya şikayətində yazır ki, “işə ba xmış məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin predmeti olmuş 1.12 ha torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarına aid olub-olmaması araşdırılmamış, zəruri sübutlar tədqiq edilməklə (o cümlədən, ehtiyac yaranarsa ekspertiza keçirilməklə) torpağın kateqoriyası ilə bağlı məsələ dəqiq müəyyən edilməmiş, iddianın əsaslı olub-olmamasına qanunvericiliyin tələbləri, eləcə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarındakı hüquqi mövqelər nəzərə alınmaqla qiymət verilməmişdir.”
35. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Ali Məhkəmənin 19 noyabr 2019-cu il tarixli qərarındakı hüquqi mövqey i nəzərə alınmaqla, apelyasiya məhkəməsi tərəfindən əlavə ekspertiza təyin edilmiş və bütün zəruri sübutlar, o cümlədən “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunun rəsmi xəritəsi ekspertizaya təqdim edilməklə, apelyasiya ekspertizadan məhkəməsi tərəfindən qoyulmuş suallara yuxarıda adıçəkilən müfəssəl və dəqiq rəy alınmışdır. Buna görə də cavabdehin bu dəlili əsassızdır.
36. Cavabdehin kasasiya şikayətində göstərdiyi digər dəlil isə ondan ibarətdir ki, “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəfimizdən araşdırılması və 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin təyinatına və hüquqi re jiminə görə X7-Mədəniyyət və Təbiət Qoruğuna aid ərazidə yerləşdiyi aşkar edilmiş, sənəd üzrə və faktiki torpaq sahəsinin 0.12 ha hissəsinin avtodayanacaq kimi istifadə edildiyi, sənəd üzrə torpaq sahəsinin bir hissəsinin avtomobil yolunun altına düşdüyü aşkar edilmişdir”.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır.
38. Belə ki, əvvəla qeyd edilməlidir ki, cavabdehin iddiaçıya verdiyi “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə 11.10.2017-ci il tarixli bildirişində sözügedən 0.12 ha torpaq sahəsinin avtodayanacaq kimi istifadə edilməsi, eləcə də bir hissəsinin avtomobil yolunun altına düşməsi barədə bir kəlimə belə yazılmamışdır.
39. Nəhayət xüsusi olaraq qeyd edilməlidir ki, 18 noyabr 2020-ci il tarixli əlavə ekspertizanın əsasını təşkil edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin 25.09.2020-ci il tarixli rəyindən göründüyü kimi (iş səhifə 249), çöl ölçmə işləri həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin iştirakı ilə aparılmış və bu zaman cavabdeh tərəfindən onun kasasiya şikayətində göstərdiyi sözügedən məsələlərlə bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmiş, eyni zamanda buna dair cavabdeh tərəfindən məhkəməyə də heç bir mötəbər sübut verilməmişdir.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(105)-13/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.