Məhkəmə qərarları › İş №2-1(102)-903/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-903/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-903/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64.5 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı qeydlərin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiy asının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-580/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 5 avqust 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az təşkil etdir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud deyil. Beləliklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkü n deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 5 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 64.6 yaşdan, yəni 16 iyun 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. 1 sentyabr 1973-cü il tarixdə Ağdam RİK-nin tikinti və memarlıq şöbəsində əmək fəaliyyətinə başlamışdır. Bundan sonra müxtəlif təşkilatlarda çalışmış, sonuncu iş yeri 8 iyul 1991-ci il tarixdən 1 iyul 2001-ci il tarixədək “7 gün ” qəzetinin redaktoru vəzifəsi olmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin imtina cavabı verilmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası və əmək kitabçasının doldurulduğu tarixdə qaralama müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 8 iyul 1991-ci ildə redaktor vəzifəsinə qəbul olunduğu “7 gün” qəzetində işə daxil olma tarixlərində düzəlişlər edilmişdir. Eləcə də işə daxilolma əmrinin avqust ayında verildiyini nəzərə alsaq 1 nömrəli əmrlə qeyd edilməsi əsaslı şübhələr yaradır. Eyni zamanda, iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydlər aparmağa əsas verən əmr göstərilməmişdir. İddiaçının işə daxil olma və işdən azad edilmə tarixləri həftənin bazar gününə düşür. Əmək kitabçasının 1991ci ildəki işə qəbul qeydləri kiril əlifbası ilə yazılmışdır, halbuki idarənin möhürü latin qrafikası ilə yazılmışdır. İddiaçının ümumi sosial sığorta stajı və hərbi xidmət dövrü birlikdə 18 il 5 ay 13 gün təşkil edir. Onun kifayət qədər sosial sığorta stajı mövcud deyil. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da aşkar edilməmişdir. Halbuki, 28800 manat pensiya kapitalının toplanılması zəruridir.

6. Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5470/2021 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, iddiaçıya 64 il 6 ay yaşdan, yəni 16 iyun 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödəni lməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “7 gün” qəzetində işə başlama tarixinin 1991-ci ilə təsadüf etməsinə baxmayaraq latin qrafikalı yazılardan ibarət möhürlə həmin məlumatın təsdiq edilməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçının məhkəmə iclasında da etiraf etdiyi kimi onun redaktor vəzifəsindən azad edildiyi xx.xx.2001-ci il tarixdə işdən azad olma barədə məlumatın təsdiq edilməsi zamanı möhür vurulan zaman, işə başlama ilə bağlı məlumatın olduğu hissəyə də möhür vurulmuşdur. Göründüyü kimi iddiaçının 1991-ci il tarixdə işə başlaması ilə bağlı məlumat olan hissədə latin qrafikalı yazılardan ibarət möhürün olmasının səbəbləri araşdırıl mış və səbəb müəyyən edilmişdir. Halbuki, ümumiyyətlə işə başlama ilə bağlı əmək kitabçası doldurularkən həmin hissəyə möhürün vurulmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na görə zərurət də olmamışdır. Məhkəmə işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar gününə, qeyri iş gününə düşməsi ilə bağlı da mövqeyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işçilərin işləməsi əmək qanunvericiliyi ilə qadağan edilməmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən həftənin bazar günündə şəxsin işləməsini qadağan edən norma yoxdur, eyni zamanda iddiaçının fəaliyyət g östərdiyi qəzet fəaliyyəti kimi xüsusi xidmət sahəsində işin də bazar gününün də qeyri-iş gününə mütləq hesab edilməli olmasını məhkəmə əsaslı hesab etmir. Beləliklə, iddianın təmin olunmamasına yönəlmiş cavabdeh tərəfindən qeyd olunan səbəblər nəzərə alınmamalı, əmək kitabçasında mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan məlumatlar əsasında iddiaçı pensiya hüququ təmin edilməlidir. Beləliklə, iddiaçının işlədiyi dövr və hərbi xidmət müddəti sosial sığorta stajına daxil edildikdə müəyyən olunur ki, onun 25 ildən çox ümumi iş stajı mövcud olur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-580/2022 nömrəli qərarı ilə (hakimlər: X2 /sədrlik edən və məruzəçi/, X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı məhkəməyə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi tərəfindən təqdim dövri nəşrin qeydə alınması haqqında 19 may 1992-ci il tarixli şəhadətnaməsini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi Kütləvi İnformasiya vasitələrinin qeydə alınması haqqında 15 iyul 1994-cü il tarixli və 31 yanvar 1996-cı il tarixli şəhadətnamələri təqdim etmişdir. Sənədlərin heç birində qəzetin qeydiyyatı 1991-ci ilə təsadüf etmir. Eləcə də, iddiaçı məhkəməyə şəhadətnamənin əslini təqdim edə bilməmişdir. Bunları nəzərə alaraq iddiaçının ümumi sosial sığorta stajı və hərbi xidmət dövrü ilə birlikdə 18 il 5 ay 13 gün təşkil edir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qaralama aparılmasına, iddiaçının işə başlama tarixlərində düzəliş aparılmasına, işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar gününə, yəni qeyri-iş günlərinə düşməsinə, iddiaçının əmək kitab çasının 1991-ci il tarixdə işə qəbul hissəsində latın qrafikalı möhürlə təsdiq edilməsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmiş, qeyd edilən nöqsanlar üzrə tam araşdırma aparılmadan həmin illər sosial sığorta stajı kimi qəbul edilməklə qanunsuz və əsassız olan qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pens iya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 15. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edi lir: 3.2.1. əmək kitabçası;...

16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (f aktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilm əsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən mü əyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

22. Hazırkı işdə də iddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır. Bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir.

23. Cavabdehin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qaralama aparılmış, iddiaçının işə başlama tarixlərində düzəliş edilmiş, işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar gününə, yəni qeyri-iş günlərinə düşmüş və iddiaçının əmək kitabçasının 1991-ci il tarixdə işə qəbul hissəsində latın qrafikalı möhürlə təsdiq edilmişdir.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, kütləvi informasiya vasitəsi redaksiyası rəsmi müəyyən edilmiş iş günlərindən fərqli iş rejimi müəyyən edə, həmin günlərdə əmrlər verə, müqavilələr bağlaya bilər. Həmçinin iddiaçının əmək kitabçasının 1991-ci il tarixdə işə qəbul hissəsində latın qrafikalı möhürün işdən çıxma qeydi ilə eyni vaxtda icra olunması dəlili də qəbulediləndir. Lakin əmək kitabçasında iddiaçının bilavasitə özünün işəgötürən vəzifəli şəxs kimi düzəlişlər e tməsi və bu düzəlişlərin normativ aktlarla müəyyən edilmiş qaydada təsdiq olunmaması həmin qeydlərin mötəbərliyi barədə əsaslı şübhələr yaradır.

25. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Apellyasiya instans iyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-580/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar