Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-903/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi tarixinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəx s Bakı şəhər 9 nömrəli şəhər poliklinikası) “əlilliyin təyin edilməsi tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2915/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Bakı şəhəri 9 saylı şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında baxılmış və dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə qeyd olunmuş müalicə məlumatları təsdiqini tapmadığı üçün əlillik təyinatından imtina edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə həmin poliklinikanın xx.xx.2021-ci il tarixli 0069003AADC2 saylı gö ndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1...; Diaqnozun mətni: Yuxarı ətrafın dəqiqləşdirilməmiş səviyyədə travmatik amputasiyası, Sol əlin İ barmağın proksimal falanqa səviyyəsində və İİ,İİİ,İV,V DARAQ SÜMÜKLƏRİNİN daraq arxası birləşmədən exsaartikuliyasiyası. Əlin hər hansı bir digər barmağının travmatik (tam) (hissəvi), sol əlin 1- ci barmağın proksimal falanqa səviyyəsində İİ ci İİİ cü İV cü barmaqların səviyyəsində amputasiyon güdülü; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.7. bir əlin olmaması (Q71.2,Z89.1)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsinə barədə ərizə ilə məhkəməyə müraciət edərək ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2016-cı il tarixdən hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bədbəxt hadisə nəticəsində sol əlinin barmaqları amputasiya olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat İnstitutunun Travmatologiya və Ortopediya İnstitutunda tibbi cərrahi yolla sol əlinin amputasiyası həyata keçirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı 25 dekabr 2015ci il tarixdən 05 yanvar 2016-cı il tarixə kimi, 0 5 sentyabr 2016-cı il tarixdə, 02 oktyabr 2016-cı il tarixdə Travmatologiya və Ortopediya İnstitutunda sol əlinin amputasiya olunması ilə yanaşı tibbi müayinələrdən keçmişdir. Bu barədə tibb qeydiyyatında olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 9 nömrəli Şəhər Poliklinikası 18 noyabr 2016-cı il tarixdə ona əlillik dərəcəsinin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına № 0069003AABX8 saylı Göndəriş təqdim etmişdir. Tibbi Sosial Ekspertiza Komissiyası əlillik dərəcəsinin təyin edilməsi barədə 18 dekabr 2016-cı il tarixdə qanunsuz imtina vermişdir. İddiaçı həmin tarixdən bugünədək əlillik dərəcənin təyin edilməsi ilə əlaqədar davamlı olaraq müraciətlər etmişdir. Müraciətlərinin nəticəsində Bakı 9 nömrəli Şəhər P oliklinikasının 0069003AADC2 nömrəli göndərişi əsasında 09 iyul 2021-ci il tarixdə ona müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bakı 9 nömrəli Şəhər Poliklinikası 18 noyabr 2016-cı il tarixdə ona əlillik dərəcəsinin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına № 0069003AABX8 saylı Göndəriş təqdim etdikdən sonra qanunvericiliyə uyğun olaraq müddətsiz 2-ci qrup əlillik təyin edilməli olduğu halda qanunsuz imtina verilmişdir.
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 7 iyun 2022-ci il tarixli, 2-1(112)-5505/2022 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilərək, iddiaçıya ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş i kinci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2016-cı il tarixdən hesab edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının 2016-cı ildən və hal-hazırda da 9 saylı Şəhər Poliklinikasının qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması, xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, xx.xx.2016-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə xx.xx.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2915/2022 nömrəli qərarı ilə (hakimlər S.Bəktaşi – sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya ş ikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu İnzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, 2022-ci ildə, yəni təxminən 5 il sonra xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçının həmin müddəti buraxdığı açıq-aşkar görsənir. Məhkəmənin apellyasiya qərarında İddiaçının iddiasının mübahisələndirmə yox, məhz məcburetmə olduğu qeyd olunmuşdur, İnzibati prosessual məcəllənin 38.2-ci maddəsində məcburetmə haqqında iddia formasında da müddət 30 gündən çox deyildir. Bu da onun nümunəsidir ki, məhkəmə müddəti keçmiş iddiam qəbul edərək bununla bağlı düzgün olmayan qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 15. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən eti barlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
16. İnzibati Prosessual Məcəllə Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati akt lara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və ş ikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
20. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının əlillik vəziyyətinə ilk dəfə Bakı şəhəri 9 nömrəli poliklinikanın xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında baxılmış və ona xx.xx.2017-ci il tarixdə əlilliyin təyin olunmasından imtina verilmişdir. Sonradan, onun əlillik vəziyyətinə həmin poliklinikanın xx.xx.2021-ci il tarixli 0069003AADC2 saylı göndərişi əsasında yenidən baxılmış və ona müddətsiz ikinci dərəcə əlillik verilmişdir.
22. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, ona təyin edilmiş əlilliyin təyinat tarixinin xx.xx.2016-cı il tarixdən hesab edilməsidir.
23. Bununla bağlı İlk öncə qeyd edilməlidir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə 14 fevral 2017-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.5-ci bəndində qeyd edilir ki, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 25. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən eti barlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
26. Qeyd edilməlidir ki, cavabdehin yuxarıda göstərilən 14 fevral 2017-ci il tarixli imtina qərarı məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin 14 fevral 2017-ci il tarixli qərarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir.
27. Cavabdehin 14 fevral 2017-ci il tarixli imtinası, inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma mü ddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, iddiaçının əlillik təyinatın dəyişdirilərək tibb müəssisəsinin birinci göndərişi, yəni xx.xx.2016-cı il tarixindən hesablanması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir
28. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməsi barədə yeni qərar qərar qəbul edilməlidir. QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 21( 103)-2915/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2016-cı il tarixdən hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.