Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-903/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü; iddianın xüsusi mümkünlük şərtlərinə cavab verməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2755/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 67.069,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 68040 manat məbləğində siyahıya alınmış əmlakın satılmasını tələb etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yara nmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci tarixli Qərar çıxarmışdır.
3. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 67.069,01 manat borcuna görə 68040 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir.
4. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
5. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 67.069,01 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3292/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir.
9. İPM-in 46.3-cü maddəs inə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.
10. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Məhkəmə hesab edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsus luğu, əmlakın fərdiləşdirmək imkanının və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.
12. İddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında siyahıya alınmış əmlak olan zirzəmidəki maşın qarajlarını eyniləşdirməyə imkan verən hər hansı məlumat (cizgilər, qaraj nömrələri və s.), eləcə də həmin qarajların cavabdehə məxsusluğu müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi (hansı əmlaka yönəldiyi müəyyən edilmədiyindən) aydın deyil.
13. Məhkəmə tərəfindən (məhkəmə iclasında) iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya ağlabatan vaxt verilmiş, iddia tələbi dəqiqləşdirilməmişdir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan (iddia tələbinin dəqiqləşdirilməsi) iddianın m ümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2755/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3292/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı vergi orqanının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün siyahıya alı nıb satılmasını tələb etdiyi əmlakın məhz vergi ödəyicisinə məxsus olması əsas şərtdir. Lakin hazırkı işdə iddiaçının açıq hərracdan satılmasını tələb etdiyi əmlakın cavabdehin büdcəyə yaranmış vergi borcunun ödənilməsi məqsədilə məhz ona məxsus olan siyahıya alınmış əmlak olması iş materiallarından müəyyən olunmur. O ki qaldı iddiaçının apellyasiya şikayətində göstərdiyi “qeyd olunun bina Cavabdeh MTK tərəfindən tikildiyindən binanın zirzəmisindəki qarajın da ona məxsus olması” barədə dəlilinə, bu barədə qeyd olunmalıdır ki, sözügedən binanın Cavabdeh MTK tərəfindən tikilməsi faktı həmin binanın zirzəmisindəki qarajın da məhz MTK-ya məxsus olması demək deyil. Nəzərə alınmalıdır ki, “əmlakın məxsusluğu” müvafiq hüquq müəyyən edən sənədlər əsasında görünməlidir. Hazırkı vəziyyətdə siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsusluğu ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud olmadığından satılması tələb olunan əmlakın da məhz cavabdehə məxsus olması barədə birmənalı qənaətə gəlmək mümkün deyil.
18. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilir ki, vergi orqanı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” **********9 nömrəli protokola əlavə edilmiş siyahıdan da göründüyü kimi siyahıda əmlakın dəqiq a dı - çoxmərtəbəli yaşayış binası-zirzəmi (qaraj), sayı- 108 kv, fərdi əlamətləri- 16 mərtəbəli, 90 mənzilli 2 bloklu binanın zirzəmisi, qiyməti- 68040 manat qeyd olunmuşdur.
20. Göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakı siyahıya alınarkən Vergi Məcəlləsinin 89.10-cu maddəsində göstərilənlərə əməl edilmişdir.
21. Məhkəmə binanın Cavabdeh MTK-ya aidliyini bildiyi halda, MTK tərəfindən tikilmiş binanın zirzəmisinin ona məxsus olduğunun müəyyən olmadığını əsas götürmüşdür. Halbuki, qeyd olunun bina Cavabdeh MTK tərəfindən tikildiyindən binanın zirzəmisindəki qarajın ona məxsusluğu işin mübahisələndirilməyən halıdır. Bundan əlavə məhkəmə qərardadında siyahıya alınmış əmlak olan zirzəmidəki maşın qarajlarını eyniləşdirməyə imkan verən hər hansı məlumatın (cizgilər, qara j nömrələri və s.) müəyyən edilmədiyini qeyd edir. “Əmlakın siyahıya alınması haqqında” protokola diqqət yetirdikdə görmək olur ki, həmin protokol Vergi Məcəlləsində nəzərdə tutulmuş formada tərtib olunmuş, binanın zirzəmisində yerləşən 108 kv sahəni əhatə edən qarajlar siyahıya alınmışdır. Lakin məhkəmə bu iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
22. Eyni zamanda əmlakın siyahıya alınma prosesində vergi ödəyicisinin nümayəndəsi - rəhbəri X1 iştirak etmiş, lakin tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Lakin bu hallar məhkəmə tərəfindən nəzərə alınmayaraq, əsassız yerə iddia mümkün sayılmamışdır.
23. Məhkəmə kifayət qədər araşdırma aparmamış, vəzifəsi olduğu halda zəruri sübutlar toplamamış, bununla bağlı müvafiq orqanlara, eyni zamanda vergi orqanın a sorğular verilməmişdir.
24. Məhkəmə qərardadında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən (məhkəmə iclasında) iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya ağlabatan vaxt verilmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. İşin apellyasiya baxışı zamanı da iddiaçı açıq hərracdan satılmasını tələb etdiyi siyahıya alınmış əmlakın məhz cavabdehə məxsus olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
25. Məhkəmənin bu əsaslandırması ilə razılaşmayaraq qeyd edilir ki, vergi orqanı tərəfindən tərtib olunmuş protokolda Vergi Məcəlləsinin 89.10-cu maddəsində qeyd olunan hallara əməl edilmişdir. Əgər iddia əmlakın cavabdehə məxsusluğu məsələsinin müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalı idisə, bununla bağlı məhkəmə iclasın gedişində iddiaçının nümayəndəsinə ağlabatan vaxt təyin etm əməli, iclası təxirə salaraq müvafiq sorğular göndərərək bu halın mövcudluğunu müəyyən etməli idi. Çünki qeyd olunan hal məhkəmə iclasında yerinə yetirilə bilməzdi. Lakin məhkəmə üzərinə düşən vəzifəni lazımi qaydada icra etməmiş, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozmuşdur.
26. Məhkəmənin qərardadına diqqət yetirdikdə görmək olur ki, məhkəmə qərardadda işə mahiyyəti üzrə baxmışdır. Belə olan halda da iddianın mümkün sayılmamağına dair qərardad qəbul edilə bilməzdi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: 46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin s oyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. 46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: 46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; 46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; 46.2.3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; 46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; 46.2.5. ərizə yə əlavə olunmuş sənədlərin siyahısı. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ap ellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab o lunur.
33. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
34. İddiaçının şikayətinin dəlillərinə gəldikdə, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
35. Digər tərəfdən, iddiaçının əsaslandığı hallar və təqdim etdiyi sənədl ər siyahıya alınmış daşınmaz əmlakı Mülki Məcəllənin 110-cu maddəsinə əsasən Kooperativin (hazırkı halda, cavabdehin) əmlakı kimi qiymətləndirməyə də imkan vermir.
36. Belə olan halda, iddiaçının cavabdehə qarşı yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2755/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.