Məhkəmə qərarları › İş №2-1(102)-903/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-903/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-903/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-2226/2024 nömrəli qə rarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus xx.xx.2022-cü il tarixli, SX ******* nömrəli hərbi biletdə iddiaçının xx.xx.1990-cı il tarixdə hərbi xidmətə çağırıldığı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdiyi, xx.xx.1993-cü il tarixdə “Sol əlin 1 barmağının dəlib keçən güllə yarası”, xx.xx.1994-cü il tarixdə “kontuziya, sol budun ağır kor qəlpə yarası” aldığı qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4997 nömrəli arayışına əsasən, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 23 nömrəli əmri ilə xx.xx.19 92-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, müvafiq əmrlərlə müəyyən tarixlərdə Füzuli rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmiş və həmin bölgədə döyüş tapşırıqlarını yerinə yetirmişdir. N nömrəli hərbi hissənin xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Yaralananların qeydiyyatı kitabı”nda xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə hərbi hissənin tibb bölüyünə daxil olmuş yaralananların siyahısında N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi iddiaçının xx.xx.1993-cü il tarixdə döyüşdə “Sol əlin 1 barmağının dəlib keçən güllə yarası” alması barədə məlumat vardır. xx.xx.1993-cü il tarixdə hərbi hospitaldan qayıtdığı üçün iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 351 nömrəli əmri ilə qazan təminatına daxil edilmişdir. N nömrəl i hərbi hissə komandirinin yanvar-dekabr 1994cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 079 nömrəli qərarından görünür ki, Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma – diaqnoz: “Sol əlin İ barmağının dəlib keçən odlu silah qəlpə yaralanması, sümüyün zədələnməsi ilə”, xx.xx.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadə tləndirilmə zamanı təyin edilmiş travma – diaqnoz: “Hava kontuziyası nəticəsində sağ qulağın təbil pərdəsinin cırılması, pıçıltı nitqini AD-1 m, AS-6 m qavraması ilə”, xx.xx.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Sağ qulağın təbil pərdəsinin quru perforasiyası pıçıltı nitqini AD-1 m, AS-6 m qavraması ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2022-ci il tarixli 8 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 36 nömrəli arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1993-cü il tarixli 1625 nömrəli, xx.xx.1994-cü il tarixli 1168 nömrəli, xx.xx.1994-cü il tarixli 2145 nömrəli arayışlar, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

4. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4997 nömrəli arayışına istinadən onun xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmadığı əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və hərbi xidmətdə böyük şücaətlər göstərmişdir. Lakin 1993-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən “sol əlin 1 barmağının dəlib keçən qəlpə yarası” və “hava kontuziyası nəticəsində sağ qulağın təbii pərdəsinin cırılması və pıçıltı nitqini AD-1 m, AS-6 m qavraması” ilə nəticələnən xəsarətlər almışdır. Hazırda barmaqları işləmir və səhhətində ciddi problemlər vardır. Aldığı xəsarətlər hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı ona “Müharibə veteranı” adının və vəs iqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, arxivdə döyüşlərdə iştirak etməsi və yaralanması ilə bağlı müvafiq əmrlər və məlumatlar olsa da, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarında Müdafiə Nazirliyinin xx.xx.1994-cü il tarixli, 2145 nömrəli arayışlarına istinad olunmuşdur. N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatın aşkar olunmaması isə iddiaçıdan asılı olan hal deyil. İddiaçı 1994-cü ilədək hərbi xidmət keçərək cəsarətlə döyüşmüşd ür. Hərbi biletində xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməsi ilə bağlı qeydlər vardır. Füzuli rayonu istiqamətində iddiaçı ilə birgə döyüşən döyüş yoldaşlarına bu status verilmişdir.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-4997 nömrəli arayışına əsasən, iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, cavabdehin imtinası əsaslı olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, iddianın təmin olunmaması xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 07 sentyabr 2023-cü il tarixli, 2-1(112)-9430/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-4997 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, N nömrəli hərbi hissə komandirinin yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Buna görə də qanunvericiliyin tələblərinə gö rə iddiaçının qanunla müəyyən edilmiş qaydada “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsi istisna edilir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, iddiaçı hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasını sübut edə bilməmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrli k edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-2226/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Xidmətin Vahid X2 iddiaçının xidmətinin başlanğıcının xx.xx.1992-ci il, sonunun isə xx.xx.1994-cü il tarixinin qeyd olunduğu müəyyən olunur. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılması barədə məlumatın aşkar edilmədiyi barədədir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 079 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının müayinə və müalicə olunduğu odlu silahla güllə yaralanması “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Odur ki, iddiaçının xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi, döyüş zamanı yaralandığından hospitalda müalicə alması ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olmuşdur. Bu səbəbdən cavabdehin iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun sayılmamalıdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(102)-1989/2023 nömrəli qərarında məhkəmə kollegiyası eyni mövqe nümayiş etdirmişdir.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı e tirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əl illiyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kat eqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqla rı, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (S eyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, o rden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissə sinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya o rqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Res publikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Haz ırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.

25. İş üzrə materiallardan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, həmçinin müvafiq əmrlərlə göndərildiyi Füzuli rayonu döyüş əməliyyatları bölgəsində müəyyən tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirmiş, müxtəlif tarixlərdə yaralanmışdır. İddiaçı barəsində arxivdə sonuncu məlumat xx.xx.1993-cü il tarixdə hərbi hospitaldan qayıtdığı üçün onun N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 351 nömrəli əmri ilə qazan təminatına daxil edilməsi ilə bağlıdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi H əkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 896 nömrəli qərarı ilə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən müxtəlif tarixlərdə yaralanması ilə əlaqədar aldığı xəsarətlərin hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir.

26. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının və kassasiya şikayətinin əsasını iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı dövrdə xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumatın aşkar olunmaması təşkil edir.

27. Cavabdehin imtinasını qanunauyğun hesab edən birinci instansiya məhkəməsi iddianın təmin etməmişdir. Həmin hüquqi mövqe ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmə tinin Vahid X2 iddiaçının xidmətinin başlanğıcının xx.xx.1992-ci il, sonunun isə xx.xx.1994-cü il tarixinin qeyd edildiyi müəyyən olunur. İddiaçının xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi, döyüş zamanı yaralandığından hospitalda müalicə alması ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olmuşdur. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1989/2023 nömrəli qərarında məhkəmə kollegiyası eyni mövqe nümayiş etdirmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, bu qərarın 17-ci bəndində istinad edilən normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Si lahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

29. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “M üharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.

30. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, arxiv sənədlərində iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar vardır. Lakin buna baxmayaraq, onun hərbi hissənin siyahısından çıxarılması, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edi lmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

31. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması, döyüş əməliyyatlarında iştirakı və yaralanması faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır.

32. Bu mənada hazırk ı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Ali Məhkəmə tərəfindən baxılmış 2-1(102)-1989/2023 nömrəli işin faktiki halları hazırkı mübahisədən fərqli olduğuna görə, Ali Məhkəmənin həmin iş üzrə xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş yanaşma hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, həmin işdə iddiaçının tərxisi onun uzun müddət hospitalda müalicədə olunmasına görə deyil, Müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə hərbi hissənin siyahısından çıxarılmasına görə həyata keçirilmişdir. Hazırkı mübahisədə isə iddiaçının hərbi hissənin siyahısından çıxarılması barədə hər hansı əmrin mövcudluğu müəyyən edilmir. Bundan əlavə, həmin iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olmuşdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, bu qərarın 18ci bəndində istinad edilən “Müharibə veteranı” adının verilməsi qaydası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fə rariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

35. Hazırkı mübahisədə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən müxtəlif tarixlərdə yaralanması ilə əlaqədar aldığı xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 079 nömrəli qərarı ilə müəyyən edilsə də, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması iş üzrə materiallarla öz təsdiqini tapmır. Eyni zamanda, bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.

37. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tari xli, 2-1(103)-2226/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar