Məhkəmə qərarları › İş №2-1(102)-904/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-904/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-904/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin vəki li Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-1(105)-38/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək JN:0046, KOD 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın ver ilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 19 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya məxsus olan JN 0046, KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Ayrılmış torpaq sahəsi JN 0046, KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 23 sentyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəmə sinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0046, KOD 30102018 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu, Samur Bələdiyyəsinin 2005-ci il 01 dekabr tarixli, 15 saylı qərarına əsasən Qusar rayonu, Samur qəsəbəsi ərazisindən bələdiyyənin ehtiyat fondunun alğı-satqı predmeti olan torpaqlarından kənd təsərrüfatına az yararlı olan 30.66 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı mə qsədi ilə ona satılmışdır. Onun torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini aldığı ildən - 2005-ci ildən bu günə qədər hər il kənd təsərrüfatı məhsulları (buğda, arpa və s.) əkir. Hazırda isə torpaq sahəsini icarəyə vermək istədikdə problemlə üzləşmişdir. Mülkiyyətində olan torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:0046 KOD 30102018 saylı X3 İdarəsinin əməkdaşlarının dediyinə görə elektron bazada və qeydiyyat kitabında yoxdur. O, ilkin hüquqmüəyyənedici sənədlərin (torpaqayırma sənədləri-qərar, rəy, alğı–satqı aktı) əsillərini, Arxiv arayışını və “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının” əslini təqdim etməsinə baxmayaraq, onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etmişlər. O, 2005-ci ildə bə lədiyyəyə müraciət edərək torpaq sahəsini almış və torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində tərtib olunaraq onun mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazasında və qeydiyyat kitabında olmaması onun təqsiri deyil. Reyestr idarəsinin gətirdiyi dəlillər qanunvericiliyə görə torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ona görə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. Cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətini təmin etməkdən imti na etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı Qusar rayonu, Samur kəndi ərazisində yerləşən 30.66 ha torpaq sahəsinə JN:0046 KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 2019-cu il 06 iyun tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə 2019-cu il 19 iyun tarixli, **********82 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN:0046 KOD, 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təh vil verilmiş Dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Ayrılmış torpaq sahəsi JN:0046 KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3 bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-1(118)-174/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il 10 mart tarixli, JN:0046, KOD 30102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Samur bələdiyyəsi ərazisində yerləşən 30.66 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-1(105)-38/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 11 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, ayrılmış torpaq sahəsi JN 0046, KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 30 dekabr tarixli, 10/2172 nömrəli eks pert rəyində də bu fakt öz əksini tapmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət sərhəd zolaqlarının yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

13. JN 0046, KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Qusar rayonu, Samur Bələdiyyəsinin 2005-ci il 01 dekabr tarixli, 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün ayrılmış 30.66 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydala ra əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alğı-satqı predmeti deyildir. Qeyd olunduğu kimi mübahisə predmeti olan JN 0046, KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamış, o cümlədən ayrılmış torpaq sahəsi aktın koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. Bununla əlaqədar, icraatda olan iş üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini, Qusar rayonu Samur bələdiyyəsini üçüncü şəxs qismind ə işə cəlb olunmasının zəruriliyi nəzərə alaraq vəsatət verilmiş, lakin Qusar rayonu Samur Bələdiyyəsi işə cəlb olunmamışdır.

14. Apellyasiya qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.” Bununla əlaqədar JN 0046, KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə bağlı cavabdeh tərəfindən qeydiyyat aparılmamış və bununla da həmin qurum tərə findən texniki səhvə yol verilməsi halı mövcud deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmamış, onlara obyektiv qiymət verməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Torpaq Məcəlləsi Maddə

46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:... dövlət obyek tlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;...

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Mə hkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin 2020-ci il N yanvar tarixli, 121 saylı məktubundan görünür ki, ŞirvanlıSamur yolunun sağ tərəfində Dövlət Aktı ilə iddiaçının 30,66 ha torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin mühafizə zolağında yerləşmir və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olması mülkiyyətində olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən dövlət sərhədinin mühafizəsinin təşkilində hər hansı maneçilik törətmir. Qeyd olunan əraziyə mülkiyyətinə dair dövlət reyestrindən çıxarışın verilməsinə və həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olunmasın a etiraz etmirlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 23 fevral tarixli, 16/815 saylı məktubuna əsasən JN:0046, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarına əsasən Qusar rayon Samur bələdiyyəsinin 2005-ci il 01 dekabr tarixli, 15 saylı qərarı ilə İddiaçı satılmış 30,66 ha torpaq sahəsi sərhədboyu zolağa düşmür. Bundan başqa, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən Sərhəd Xidmətinin faktiki 2-ci qoruma zolağının mübahisələndirilən torpaq sahəsi ilə ən yaxın məsafəsi 78 metrdir.”.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, Dövlət Sərhəd Xidmətinin məktub unda qeyd olunan məlumatla, Azərbaycan Respublikasında dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aid qurum tərəfindən tərtib olunmuş rəydəki məlumat arasındakı aşkar ziddiyyətlə bağlı hər hansı araşdırma aparılmayıb. Halbuki, Dövlət Sərhəd Xidmətinin məktubunda göstərilənlərdən fərqli olaraq, iddia olunan torpaq sahəsinin bütünlüklə sərhəd zolağında yerləşdiyi rəydə qeyd olunmaqla yanaşı, həm də həmin rəyə əlavə olunmuş torpaq sahəsinin ölçü planında ( koordinatlarla) aşkar göstərilmişdir.

24. Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan 46-cı maddəsinin müddəalarının tələblərinə görə isə, dövlət sərhəd zolaqlarının yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir və dövlətin müstəsna mülkiyyətindədir. Həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-1(105)-38/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar