Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-904/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Aqentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Zakir Quliyev(məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, qarşı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Aqentliyinə “iddiaçının müraciətinə cavab verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-677/2022 nömrəli iş üzrə 10 yanvar 2022ci il tarixli qərarda dından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.09.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə iki dəfə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-11776/2021 nömrəli qərardadı ilə (hakim Nəriman Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyin siyasəti şöbəsi üçüncü şəxs qismində göstərilməklə müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi edilməsi tələbinə dair 2-1(112)-11776/2021 nömrəli inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2-1(103)-677/2021 nömrəli qərardadı ilə (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə aidiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi barədə qərar qebuı edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə: Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gün dən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul ed ilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində məhkəmə qərardadının təqdim olunduğu gündən isə 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
9. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 202 2-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməsi barədə vəkil orderi 3 mart 2022-ci il tarixində tərtib edilmişdir. İddiaçının kassasiya şikayəti isə 16 mart 2022-ci il tarixdə apellyasiya məhkəməsinə daxil olmuşdur (elektron qaydada). Beləliklə də, qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət otürülmüşdür və bu barədə tərəflərə 13 aprel 2022-ci il tarixli bildiriş göndərilmişdir. Bildirişdə məhkəmə iclasının təyin olunduğu vaxtadək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyan ın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.
10. Lakin buna baxmayaraq müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılımış vəsatəti məhkəməyə təqdim edilməmişdir.
11. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2-1(103)-677/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. İş Bakı Apelly