Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-904/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması; işin hallarının lazımi qaydada araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 21(103)-2062/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və İstismarı Biriliyi ilə İddiaçı arasında Goradil ərazisində 1751 saylı bağ sahəsinin İddiaçı verilməsinə dair 37332 saylı, xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır.
2. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bak ı şəhər Ərazi İdarəsinə müraciət edərək Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 1751 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh 12 aprel 2016-cı il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi JN-29651 saylı şəhadətnamə ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli bildirişi qa nunsuz hesab edib, X9 adına verilmiş JN-29651 saylı şəhadətnamənin ləğv edilməsinə dair müvafiq məhkəmə qərarının çıxarılması və 24 mart 2006-cı il tarixli 37312 saylı müqavilə üzrə ona verilmiş 0, 12 ha torpaq sahəsinin iddiaçıya aid olmasına dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının İnkişafı Departamenti, X1 və X8 ərazi massivi ünvanında yerləşən 1751 saylı bağın istifadəyə verilməsi haqqında həmin təşkilatla arasında 24 mart 2006-cı il tarixli rəsmi müqavilə bağlanmış olsa da belə, sözügedən bu daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edəcək müvafiq sənədin əldə edilməsi bu günədək mümkün olmam ışdır. 24 mart 2006-cı il tarixli müqavilənin surəti iddia ərizəsinə əlavə edilmişdir. Bununla əlaqədar cavabdehə müraciət edilsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2021 saylı, 01 aprel 2021-ci il tarixli qərardadı ilə X10 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə ona ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-1(112)-65/2023 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir
9. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2-1(112)-65/2023 saylı qərarı ilə (hakim X15) iddia təmin edilmiş, xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə iddaçıya ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 0,12 hektar torpaq sahəsi olan 1751 nömrəli bağın ayrılması na dair X1 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2006-cı il tarixli, 37332 nömrəli müqavilə bağlanılmış və iddiaçı həmin torpaq sahəsini əldə edərkən hər hansı formada qanunsuzluğa yol verməmişdir. Müvafiq uyğunsuzluğu (sxematik xəritə, koordinatlar və s.) qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmanın təmin edilməsi, eyni zamanda torpaq sahəsinin müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aid olduğundan iddia təmin edilməlidir.
11. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2062/2023 nömrəli qərarı ilə (hakimlər X12 (məruzəçi), X7 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2-1(112)-65/2023 saylı qərarın nəticə hissəsində qeyd edilən “1752 nömrəli bağ sahəsi” ifadəsi, “1751 nömrəli bağ sahəsi” ifadəsi ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə Torpaq Məcəlləsinin 65-ci maddəsinə istinad edilərək qeyd edilir ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən ərazinin bir hissəsinə X13 məxsus keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququ haqqında JN-29651 şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən göstərilən torpaq sahələrinin konfiqurasiyaları müxtəlifdir. Belə ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivindəki 1751 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi sahənin bir hissəsi (təqribən 110 kv.m) **********37 reyestr nömrəli çıxarışa əsasən X5 məxsus olan ünvan 2i ünvanında yerləşən torpaq sahəsi (kateqoriyası: sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) ilə, digər hissəsi isə **********87-06301 reyestr nömr əli çıxarışa əsasən X6 məxsus ünvan 2i ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə (kateqoriyası: sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) üstüstə düşür. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Bu səbəbdən bağ sahəsinin dəqiq yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
16. Daha sonra qeyd edilir ki, təqdim edilmiş müqavilə 1751 saylı bağ sahəsinə aid olsa da, məhkəmə qərarının nəticəvi hissəsində 1752 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması qərara alınmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə
16. Dövlət reyestrində düzəlişlər... 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və t amamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bi ldiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymə tləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hiss əsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 58ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
24. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə ona ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır.
25. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə - Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və İstismarı Birliyi ilə onun arasında Goradil ərazisində 1751 saylı bağ sahəsinin ona verilməsinə dair 37332 saylı, xx.xx.2006-cı il tarixli müqaviləyə istinad etmişdir.
26. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş müqavilə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Lakin bunun üçün işin digər zəruri halları, o cümlədən cavabdehin dəliləri də aydınlaşdırılmalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr iş üzrə ətraflı araşdırma aparmamış, ziddiyyətli məqamların aydınlaşdırılması məqsədi ilə qanunla onlara verilmiş səlahiyyətlərdən kifayət qədər səmərəli istifadə etməmişlər.
28. Belə ki, cavabdehin verdiyi kassasiya şikayətinin dəlillərindən aydın olur ki, iddiaçının hüquqların ın qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X3 və X4 mülkiyyət hüquqları qeydə alınmışdır (bu halı cavabdeh apelyasiya instansiyası məhkəməsində də mübahisələndirmişdir). Yəni iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin bir hissəsi artıq mülkiyyət hüququ qeydə alınmış torpaq sahələri ilə üst üstə düşür.
29. Cavabdeh məhkəmənin sorğusuna əsasən 01 oktyabr 2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi elektron baza məlumatlarına əsasən dövlət reyestrində qeydiyyata alınmış vətəndaş X4 mülkiyyətində olan qeyri-yaşayış binası ilə üst-üstə düşür. Həmçinin İddiaçı iddia etdiyi və naturada göstərdiyi bağ sahəsinin bir hissəsi elektro n baza məlumatlarına əsasən X9 adına verilmiş JN-29651 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üst-üstə düşür.
30. İş materiallarından görünür ki, bu halın aydınlaşdırılması məqsədi ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən yerli baxış keçirilmişdir. Baxış zamanı mübahisəli ərazidə qeyri-yaşayış binasının olmadığı müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası yerli baxışın nəticələrini mötəbər hesab etmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən yerli baxışın keçirilmə məqsədi obyekt barədə dolğun və təfsilatlı məlumatların əldə edilməsidir. Hazırki yerli baxışda üçüncü şəxs və cavabdeh iştirak etməmişdir. Yerli baxışa təqdim edilmiş ərazi iddiaçı tərəfindən göstərilmişdir. Başqa sözlə, göstərilmiş ərazinin həqiqətən də mübahisəli ərazi olub olmamasını müəyyən etmək mümkün deyil.
32. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir: “Bundan sonra cavabdehin üst qurumu olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********170 saylı məktubunda elektron baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi bağ sahəsinin vətəndaş X4 mülkiyyətində olan qeyri-yaşayış binası ilə, eyni zamanda bağ sahəsinin bir hissəsinin X13 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən isə orada qeyri-yaşayış binasının olduğu müəyyən edilməmişdir. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli **********68 saylı məktubu ilə məhkəməyə ünvanlanmış mütəxəssis rəyində isə iddiaç ının iddia etdiyi torpaq sahəsinin bir hissəsinin elektron baza məlumatlarına əsasən dövlət reyestrində qeydə alınmış X5 məxsus, digər hissəsinin isə X6 məxsus torpaq sahəsi ilə üst məhkəməyə üst-üstə düşdüyü qeyd edilmişdir. Göründüyü kimi, vahid elektron baza məlumatlarına əsaslanaraq cavabdeh tərəfindən, eyni torpaq sahəsinə dair müxtəlif məzmunlu məlumatların verilməsi bu məlumatların həqiqiliyini şübhə altına alır”.
33. Apelyasiya instansiyası məhkəməsinin bu yanaşması ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfdən təqdim edilmiş hər iki məktubda da (adlar fərqli olsa da) iddiaçının mülkiyyət hüquqlarını qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin başqa iki şəxsin torpaq sahəsi ilə üst üstə düşdüyü göstərilmişdir.
34. Məlumatların ziddiyyətli olması əsaslı i lə onların həqiqiliyinin şübhəli olmasına gəlincə məhkəmə kollegiyası bildirir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı).
35. Lakin göründüyü kimi apelyasiya instansiyası məhkəməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl etməmiş, cavabdehin fərqli mövqelərini aradan qaldırmaq üçün ona verilmiş səlahiyyətlər həddində tam hüquqlu məhkəmə kimi davranmamışdır.
36. Həmçinin məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı iddia tələbinə dəqiqləşdirilmə barədə ərizəsində xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə ona ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (cild 1, iş vər 163)
37. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini tam təmin etmiş, xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə iddiaçıya ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoymuşdur. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2-1(112)-65/2023 saylı qərarın nəticə hissəsində qeyd edilən “1752 nömrəli bağ sahəsi” ifadəsi, “1751 nömrəli bağ sahəsi” ifadəsi ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır.
38. Göründüyü kimi iddiaçının hüquqi marağının yönəldiyi bağ sahəsinin nömrəsi 1752-dir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının bu barədə mövqeyini dəqiqləşdirmədən (bu texniki səhv olsa da belə) iddia tələbindən kənara ç ıxmaqla iddia tələbinin yönəlmədiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsi qənaətinə gəlmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət iddianın təmin edilməməsi hissəsində əsaslı sayılmamalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2062/2023 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.