Məhkəmə qərarları › İş №2-1(102)-905/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-905/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-905/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik enerjısı sərfiyyatına görə əlavə vergilərin hesablanması; mötəbər olmayan ekspert rəyi; inzibati orqanın istinad etdiyi sübutların mötəbərliliyi; sübutetmə yükü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 14.04.2020-ci il tarixli **********198962 saylı və 16.04.2020-ci il tarixli **********98990 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 30.11.2018-ci il tarixli qərarla 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “xx xx” MMC-də 2016-cı ilin fevral ayından 2018-ci ilin sentyabr ayınadək olan dövrün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2. 26.02.2019-cu il tarixli qərarla 01.02.2016-cı ildən 01.10.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə rezin məmulatlarının istehsalı sexində istehsal edilmiş məhsulların real topdansatış bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, həmçinin 17.12.2019-cu il tarixli qərarla 01.02.2016-cı ildən 01.10.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə rezin məmulatlarının istehsalı sexində istehsal edilmiş məhsulların real topdansatış bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. 3. “Prime Leqal” Ekspertiza və Hüquq şirkəti” tərəfindən verilmiş 18.02.2020-ci il tarixli rəydən görünür ki, satılmış məhsulun dəyərinə və bu məhsulun istehsalına sərf edilmiş elektrik enerjisinə əsasən 1 kvt/saat elektrik enerjisi sərf edilməklə 4.12 manat dəyərində məhsul istehsal edilməsi ehtimal edilir. Həmin məbləğ və ayrı-ayrı aylarda istifadə edilmiş elektrik enerjisi nəzərə alınmaqla təqribi və təxmini hesablama yolu ilə hazırda fəaliyyəti dayandırılmış “xxxx” MMC-də 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində (elektrik enerjisi sərfiyyatı həmin dövrü əhatə etdiyinə görə) istehsal edilməsi məhsulun həcmi müəssisə satış qiyməti ilə 1972361.62 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı ilə təqdim edilmiş satış və elektrik enerji sərfiyyatı məlumatlarına əsasən nəzəri heablama yolu ilə müəyyən edilmiş məhsulun ümumi dəyəri ilə satış sənə dlərində qeyd edilən müəssisə satış dəyəri üzləşdirildikdə məhsul dövriyyəsinin 367.401,39 manat (1.972.631,62 – 1.604.960,23) əskik göstərildiyi müəyyən edilmişdir. Topdansatış qiyməti ilə bu fərq 433.533,64 manat, pərakəndə satış qiyməti ilə isə 520.240,37 manat təşkil edir. 4. “xxxx” MMC-də 2016-2017-ci illər üzrə mənfəət vergisi, fevral 2016-cı il – sentyabr 2018-ci illər üzrə əlavə dəyər vergisi, 2016-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, l rüb 2016 - lll rüb 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi, 2016- 2017-ci illər üzrə əmlak vergisi yoxlanılmış və bu barədə, 19.02.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. 5. 14.04.2020-ci il tarixli **********198962 saylı qərarla cavabdeh vergi orqanı tərəfindən 14.04.2020-ci il tarixli qərara düzəliş edilərək, iddiaçı “xxxx” MMC-yə 2016-cı ilin mənfəət vergisi 11.265,23 manat, 2017-cı ilin mənfəət vergisi 2.720,68 manat, 2016-cı ilin əlavə dəyər vergisi 60832.20 manat, 2017-ci ilin əlavə dəyər vergisi 14.691,05 manat olmaqla, cəmi 89.509,68 manat əlavə vergi borcu və 68.856,16 manat maliyyə sanksiyası hesablanmışdır. 6. 16.04.2020-ci il tarixli **********198990 saylı qərarla cavabdeh tərəfindən 14.04.2020-ci il tarixli qərara düzəliş edilərək, iddiaçı “xxxx” MMC-yə 2016-cı ilin mənfəət vergisi 11.265,23 manat, 2017-cı ilin mənfəət vergisi 2.720,68 manat, 2016-cı ilin əlavə dəyər vergisi 60.832,20 manat, 2017-ci ilin əlavə dəyər vergisi 14.691,05 manat olmaqla, cəmi 89.509,68 manat əlavə vergi borcu və 14.461,14 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏB UL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 14.04.2020-ci il tarixli **********198962 saylı və 16.04.2020-ci il tarixli **********98990 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra, iddiaçının direktoru V.Qarayev iddia tələbinin dəqiqləşdirilməsi barədə izahat verərək 14.04.2020-ci il tarixli **********198962 saylı və 16.04.2020-ci il tarixli **********98990 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Səyyar verg i yoxlamasının keçirilməsi haqqında” 19 fevral 2020-ci il tarixli aktı ilə 2016-2018-ci il tarixədək olan dövr üzrə əlavə dəyər vergisi və mənfəət üzrə şirkətin fəaliyyətinin yoxlamasını aparmış və buna dair guya təqdim edilmiş hesabatlarda göstərilən məbləğlər azaldılmaqla vergidən yayınma halının mövcudluğuna dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, 14 aprel 2020-ci və 16 aprel 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarlar qəbul edilmiş və tələbnamə verilərək 87.310,35 manat əlavə vergi borcu və 68.856,16 manat maliyyə sanksiyası, cəmi 156.166,51 manat vergi borcu hesablanmışdır. Həmin rəyin tamamilə əsassız olduğuna və vergi orqanının yeganə istinad mənbəyi kimi səyyar vergi yoxlaması zamanı mü təxəssis rəyinə əsaslandığına görə həmin rəy etibarsız hesab olunmalıdır. Cavabdehin 30.11.2018-ci il tarixli qərarına əsasən “xxxx” MMC-də səyyar vergi yoxlaması aparılmış və nəticəsi 19.02.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. 1 ildən artıq müddətdə davam edən yoxlama zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə 22.02.2019-cu il tarixli məktubla müraciət olunmuş, lakin Birliyin mütəxəssisləri tərəfindən rəy verilməsindən imtina olunmuşdur. Bundan sonra “X5 və Hüquq Şirkəti” MMC-yə 09.12.2019-cu il tarixli məktubla müraciət olunmuş və 8 fevral 2020-ci il tarixli 104/105 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən, iddiaçının istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisənin istifadə etdiyi elektrik enerji sinə və satılmış məhsulun maya dəyərinə əsasən təxmini və təqribi hesablama əsasında aparılmış və istehsal həcmi müəyyən edilmişdir. Ekspert rəyi ilə heç çür razılaşmaq mümkün deyildir. Ekspert və yoxlayıcılar icarəyə götürülən obyektdə olan elektrik sayğacından kimlərin istifadə etdiyi barədə heç bir şey bilmədən istifadə olunan elektrik enerjisinə görə sərfiyyatın hamısı iddiaçının adına yazmışlar. Halbuki, həmin sayğacdan iddiaçı ilə yanaşı “Texno Crusher” müəssisəsi də istifadə etmiş və özünün də nəzarət sayğacı olmuş və istifadə olunan elektrik enerjisinə görə sərfiyyat “Texno Crosher" müəssisə tərəfindən hesablanaraq iddiaçıya ödənilmişdir. Həmin ödəniş sənədlərinin surətləri məktubla Vergilər Nazirliyinə təqdim edilmişdir. İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan 22.02.2016-cı ildə keçməyinə baxmayaraq, ekspert rəyində 01.02.2016-cı il tarixdən 01.10.2018-ci il tarixədək olan dövr üzrə olan məlumatlardan istifadə olunduğu göstərilmişdir. Ancaq ekspertlər və yoxlayıcılar istehsal üçün lazım olan xammalın nə vaxt alındığını müəyyən etməmişlər. 2016-cı ilin mart-aprel aylarında 61.098,85 manat dəyərində xammal idxal edilmiş və mart ayında istehsal olmamış, aprel ayında isə 9.403,34 manatlıq xammal istehsala sərf edilərək 30.497,00 manat dəyərində məhsul istehsal edilmiş və 2016-cı ilin 01 may tarixinə 51.694,9 manat məbləğində xammal qalığı qalmışdır. Ekspertlər isə elektrik enerjisinin sərfiyyatına görə təkcə 2016-cı iln aprel ayı üzrə 125.647,64 manatlıq məhsul istehsal edildiyi ehtimalı olduğunu rəydə göstərmişlər. Yuxarıda göstərilənlər sonrakı aylarda da təkrarlan ır. Ekspert rəyində məhsulun satış dəyəri ilə bu məhsulun istehsalına sərf edilən elektrik enerjisi müqayisə edilərkən ziddiyyət və uyğunsuzluq olduğu bildirilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(118)1000/2020 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “xxxx” MMC-nin barəsində çıxardığı 14.04.2020-ci il tarixli **********198962 saylı və 16.04.2020-ci il tarixli **********98990 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı üçün əlavə vergi hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyat ına görə mütəxəssis rəyinə əsasən hesablamışdır. Cavabdeh yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. İstehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı.

12. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayı t Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2-1(105)-101/2021 saylı qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(118)-1000/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayəti nin dəlilləri

16. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, yoxlama əsasında müəssisə tərəfindən 2016-2017-ci illər ərzində mənfəət vergisi üzrə 13.985,91 manat vergi məbləğinin azaldığı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 13.985,91 manat məbləğində mənfəət vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 6.992,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

17. Əlavə dəyər vergisi üzrə isə “X5 və Hüquq Şirkəti” MMC tərəfindən təqdim edilmiş 18.02.2020-ci il tarixli ekspert rəyində 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində “xxxx” MMC tərəfindən istifadə edilmiş elektrik enerjisinin 476731 kvt/saat olduğu qeyd edilmişdir. Məhsulun satış dəyəri ilə bu məhsulun istehsalına sərf edilən elektrik enerjisi müqayisə edildikdə (üzləşdirildikdə) aşağıdakı ziddiyyət və uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 2016-cı ildə istifadə edilmiş 120098 kvt/saat elektrik enerjisi müqabilində 115.928,75 manat dəyərində (160554,98m: 120098 kvt/saat =1,34 m) 1 kvt/saata görə 1,34 manat dəyərində məhsul istehsal edildiyi halda, 1 kvt/saat müqabilində 2017-ci və 2018-ci illərdə istehsal edilən müvafiq olaraq (768450,19 m: 206327 kvt/saat) 3,72 və 4,52 manat dəyərində (675955,06m: 149406 kvt/saat) məhsuldan kəskin fərqləndiyi bildirilmişdir. Bu hesabla 1 kvt/saat elektrik enerjisi müqabilində istehsal olunması ehtimal edilən məhsulun orta dəyərinin 4,12 manat (3,72+4,52: 2) olması müəyyən edilmişdir. 2016-cı ildə 120.998 kvt/saat elektrik enerjisi müqabilində 160.554,98 manat dəyərində məhsul istehsal edilməsi real hesab edilmir.

18. Qeyd olunan xüsusat, yəni 1 kvt/saat elektrik enerjisi sərf edilməklə 4,12 manat dəyərində məhsul istehsal edilməsinin mümkün olması nəzərə alınmaqla, təqribi və təxmini hesablama yolu ilə hazırda fəaliyyəti dayandırılmış “xxxx” MMC-də 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində (elektrik enerjisi sərfiyyatı həmin dövrü əhatə etdiyinə görə) istehsal edilməsi ehtimal edilən məhsulun həcmi müəssisə satış qiymətilə 1.972.361,62 manat (ƏDV-siz) müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində isə vergiyə cəlb edilən cəmi dövriyyə məbləği 1.604.960,40 manat göstərilmişdir. ƏDV -nin müqayisəli cədvəli yoxlama materiallarına əlavə olunmuşdur.

19. İyun 2018-ci il dövrü üzrə 03.07.2018-ci il tarixli **********8126 nömrəli yük gömrük bəyannaməsinə əsasən 7.197,13 manat məbləğində ƏDV məbləği təkrar əvəzləşdirildiyindən qeyd edilən məbləğ yoxlama ilə azaldılmışdır.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmasına görə 50% məbləğində, yəni 61.862,74 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişd ir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

23. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Maddə 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödə nilməsi qaydası və müddəti. Maddə 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

25. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İ nzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayət lə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Belə ki, iş materiallarından görünür ki, 14.004.2020-ci il tarixli və 16.04.2020-ci il tarixli qərarlarla iddiaçıya 2016-cı ilin mənfəət vergisi 11.265,23 manat, 2017-cı ilin mənfəət vergisi 2.720,68 manat, 2016-cı ilin əlavə dəyər vergisi 60.832,20 manat, 2017-ci ilin əlavə dəyər vergisi 14.691,05 manat olmaqla, cəmi 89.509,68 manat əlavə vergi borcu və 14.461,14 manat maliyyə sanksiyası hesablanmışdır.

31. Maliyyə sanksiyası hesablayarkən cavabdeh orqan “X5 və Hüquq Şirkəti” MMC tərəfindən təqdim edilmiş 18.02.2020-ci il tarixli ekspert rəyinə istinad etmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında izahat verən “Prime Leqal” Ekspertiza və Hüquq şirkəti”nin direktoru X4 və ekspert X1 18.02.2020-ci il tarixli rəyi müdafiə etmiş və izah etmişlər ki, “xxxx” MMC-də istehsal sahəsində ki avadanlıqlar aşkar edilmədiyinə, xronometraj sayını aparmaq mümkün olmadığına görə, istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisələrin istifadə etdiyi elektrik enerjisinə və satılmış məhsulun dəyərinə əsasən təxmini və təqribi hesablanmışdır.

33. Cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamış, yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. İstehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəriciləri və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhs ulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı.

34. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri.

35. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsn ifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir.

36. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir.

37. Hazırki halda ekspert tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hes ablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

38. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfində n müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

39. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir.

40. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə əlavə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.

41. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun apely asiya instansiyası instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və apelyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-101/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar