Məhkəmə qərarları › İş №2-1(102)-905/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-905/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-905/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi 24.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinə (üçüncü şəxslər: X14 və X11) qarşı Göyçay rayonu Yeniarx bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 17 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarix li, 2-1(107)-84/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE ********, FİN kod: xxxxxxx) xx xxxx 1964-cü ildə Göyçay rayonu Xəlitli kəndində anadan olmuşdur və orada qeydiyyatda olmaqla yaşayır.

2. Üçüncü şəxs X14 (AZE 7749725, FİN kod: 540QX20) 26 aprel 1960-cı ildə Göyçay rayonu Xəlitli kəndində anadan olmuşdur və orada qeydiyyatda olmaqla yaşayır.

3. Üçüncü şəxs X11 (AZE 8609434, FİN kod: 2X8N6A9) 5 noyabr 1958-ci ildə Göyçay rayonu Xəlitli kəndində anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. 4. 2001-ci ilin yanvar ayında tərtib edilmiş “İcarə müqaviləsi”nə əsasən, Göyçay rayonu Xalidli bələdiyyəsinin perspektiv inkişaf torpaq sahəs indən 0.95 ha torpaq sahəsi 1 (bir) il müddətinə iddiaçının icarəsinə verilmişdir. 5. 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən Göyçay rayonu Xalidli bələdiyyəsi 0,50 ha torpaq sahəsini 3 (üç) il müddətinə iddiaçının icarəsinə verilmişdir. 6. 31 yanvar 2011-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən Göyçay rayonu Yeniarx bələdiyyəsi 0,50 ha torpaq sahəsini 15 yanvar 2011-ci il tarixdən 11 (on bir) ay müddətinə iddiaçının icarəsinə verilmişdir. 7. 27 mart 2012-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən Göyçay rayonu Yeniarx bələdiyyəsi 0,50 ha torpaq sahəsini 11 (on bir) ay müddətinə iddiaçının icarəsinə verilmişdir. 8. 3 fevral 2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməs i haqqında müqavilə”yə əsasən Göyçay rayonu Yeniarx bələdiyyəsi 0,50 ha torpaq sahəsini bağçılıq məqsədilə 11 (on bir) ay müddətinə iddiaçının icarəsinə verilmişdir.

9. Göyçay rayonu Yeniarx bələdiyyəsinin 20 oktyabr 2020-ci il tarixli 13 saylı iclas protokoluna əsasən, bələdiyyənin mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin satılması üçün müvafiq rəylərin alınması məqsədilə Göyçay RİH Memarlıq və Tikinti şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilməsi qərara alınmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 2 dekabr 2020-ci il tarixli 84 nömrəli rəyinə əsasən, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 0.08 ha torpaq sahəsi Göyçay rayonu Yen iarx bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır, uqodiyası əkinə aiddir. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir.

11. Göyçay Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin Yeniarx bələdiyyəsinə ünvanladığı rəyə əsasən, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİ Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə uyğun olaraq Göyçay rayonunun Yeniarx bələdiyyəsinin ehtiyat fondu sahələrindən 0.08 ha torpaq sahəsinin Xəlitli kəndi ərazisində həyətyanı məqsədi ilə satılmasına Şöbə etiraz etməmişdir. 12. 17 dekabr 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********55).

13. Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23 dekabr 2020-ci il tarixli 17 saylı iclas protokoluna əsasən, Cavabdeh alqı-satqı predmeti olan 0.08 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, Xəlitli kəndində yaşayan X10 mülkiyyətinə satılması barədə sənədlərin nəzərə alınması və Xəlitli kənd sakini X12 bələdiyyənin torpaq sahəsindən 0.08 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün satılması qərara alınmışdır. 14. 24 dekabr 2020-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə Göyçay rayonu Yeniarx bələdiyyəsi mülkiyyətində olan 0.08 ha torpaq sahəsini (daşınmaz əmlakın reyestr nömrəsi **********55) üçüncü şəxs X6, müqavilə reyestrdə 4Ə-1272 nömrə ilə qeydə alınmışdır. 15. 21 yanvar 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüququ qeydə alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********83). 16. 21 yanvar 2021-ci il tarixdə AA 556592 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, sənədin tərtib olunması əsası kimi alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi (4Ə-1272, 24 dekabr 2020-ci il) göstə rilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 23 iyun 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Göyçay rayonu Xəlitli kəndində zəbtində və istifadəsində olan 0.50 ha torpaq sahəsinin müvafiq hissəsinin X2 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 21 iyun 2018-ci il tarixli 04 nömrəli qərarı və X4 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 14 dekabr 2020-ci il tarixli 07 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Xəlitli bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış yanvar 2001-ci il tarixli icarə müqaviləsi ilə 0.95 ha torpaq sahəsi 1 il müddətinə onun icarəsinə verilmiş, sonra həmi n 0.95 ha torpaq sahəsinin 0.50 ha hissəsi 2006-cı il tarixli icarə müqaviləsi ilə 3 il müddətinə icarəsinə verilmişdir. Daha sonra Göyçay rayonu Yeniarx bələdiyyəsi ilə bağlanmış 31 yanvar 2011-ci il tarixli torpaq icarə müqaviləsi ilə həmin 0.50 ha torpaq sahəsi 11 aylıq, 23 mart 2012-ci il tarixli torpaq icarə müqaviləsi ilə 11 aylıq, 03 fevral 2016-cı il tarixli torpaq icarə müqaviləsi ilə 11 aylıq müddətə icarəsinə verilmişdir. Lakin Göyçay rayonu Yeniarx bələdiyyəsi tərəfindən onun məlumatı olmadan, ona təklif edilmədən uzun illər icarəsində və istifadəsində olan həmin torpaq sahəsinin 0.08 ha hissəsi qardaşı X12, 0.06 ha hissəsi isə X1. X11 daha sonra həmin 0.06 ha torpaq sahəsini X5. Halbuki, X11 1985-ci ildən həmin kənddə yaşamayıb və bələdiyyədən torpaq sahəsi ala bilməzdi. X14 i sə uzun müddət Rusiya Federasiyasında olmuş və Göyçay rayonu Yeniarx bələdiyyəsinin ərazisində yaşamamışdır. Ona görə də istifadəsində olan həmin torpaq sahələrinin hansı yolla onun xəbəri olmadan satılması ilə bağlı Göyçay rayonu Yeniarx bələdiyyəsinə müraciət etmiş, ona bildirmişlər ki, artıq gecdir, torpaq sahəsi satılmışdır.

19. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə X14 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

20. Bundan sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin həcmini azaltmış, Göyçay rayonu Xəlitli kəndində iddiaçının zəbtində və istifadəsində olan 0.50 ha torpaq sahəsinin müvafiq hissəsinin X4 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23 dekabr 2020-ci il tarixl i 17 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

21. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1096/2021 nömrəli qərarı (hakim F.İsmayılzadə) ilə iddia tələbi təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında üçüncü şəxsin mülkiyyətinə verdiyi torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasına, yüklülüyünə dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şə rtlərin mövcudluğu iş üzrə sübut olunmamış, inzibati orqanın mübahisəli qərarı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, inzibati praktikaya və inzibati orqanın güddüyü məqsədlərə uyğun və mütənasib olmuşdur.

23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Şəki Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli sorğusuna cavab olaraq Cavabdeh cavab məktubuna əsasən, iddiaçı ilə Yeniarx bələdiyyəsi arasında son 6 (altı) ildə heç bir icarə müqaviləsi bağlanmamışdır. Əvvəlki illərdə bağlanmış icarə müqavilələrinin isə heç bir hüquqi qüvvəsi yoxdur. Sözügedən həmin torpaq sahəsi ilə əvvəlki bələdiyyə arasında bağlanmış qe yri-qanuni icarə müqavilələrinin də bələdiyyədə ödəniş qəbzləri olmamışdır. X12 bələdiyyə tərəfindən satılmış 0.08 ha torpaq sahəsi isə qardaşı X8 zəbtində və istifadəsində olan torpaq sahəsi olub və Abdullayev Mübarizin razılığı ilə Abdullayev Sahibə satılmışdır.

25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(107)-84/2022 nömrəli qərarı (hakimlər: R.Rəfiyev (sədrlik edən və məruzəçi), G.Cavadova və V.Məlikov) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

28. İddiaçı şikayətində qeyd etmişdir ki, uzun illərdir icarəsində olan torpaq sahəsi sonradan onun özünə satılmaq əvəzinə başqasına satılmışdır. Halbuki, həmin torpaq sahəsinə görə bələdiyyə 1700 manat pul istəmiş, lakin sonradan bələdiyyə xəlvəti olaraq daha çox məbləğ əvəzində torpağı başqa şəxsə satmışdır. Bələdiyyəyə dəfələrlə bildirmişdir ki, nəvələri sağalmaz xəstəlikdən əziyyət çəkirlər, başları həkimlərin müayinələrinə və həmçinin televiziyalarda həkim axtarışlarına qarışıbdır, bundan istifadə edib torpağı başqa şəxslərə satmasınlar. Nəzərə alınmamışdır ki, həmin torpaq sahəsi məhz yaşadığ ı evin qarşısında olan torpaq sahəsidir və onun başqa şəxsə satılması mümkünsüzdür. Birinci instansiya məhkəməsi bu kimi hallara tam hüquqi qiymət verməmişdir. Mübahisəli torpaq sahəsi hələ islahat getməmişdən əvvəl onun istifadəsində qalmışdır. Həmin torpaq sahəsi ona satılmaq əvəzinə uzun müddət icarəsinə verilmişdir. Mübahisələndirilən qərar əsasında satılan 0.08 ha torpaq sahəsi onun uzun illərdir icarə müqaviləsi əsasında icarəyə götürdüyü 0.50 ha torpaq sahəsinin tərkib hissəsidir. Həmin torpaq sahəsi mərhum anası X7 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun zəbti kimi qeydə alınmışdır (JN-033F KOD ********). Hətta mübahisəli torpaq sahəsi zəbt torpaq sahəsi kimi istifadəsində olduğuna görə ona normadan az torpaq sahəsi ayrılmışdır. Lakin sonra heç bir əsas olmadan həmin torpaq sahəsi əsassız olaraq, ona yiyə durmayan, vergi ödəməyən və kənddə uzun illərdir yaşamayan şəxsə satılmışdır. Üçüncü şəxs uzun müddətdir ki, Göyçayda yaşamır. Həmin torpaq sahəsi onun evinin qarşısında yerləşir və onu uzun illərdir ki, o, abadlaşdırır və əkib becərirdi. Ona görə də torpaq sahəsi satılarkən ilk öncə ona təklif olunmalı idi. Məhkəmənin əvvəlki icarə müqavilələrinin heç bir hüquqi qüvvəsinin olmaması barədə gəldiyi nəticə əsassız olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Cavabdeh kassasiya şikayətinə etirazında bildirmişdir ki, mübahisələndirilən 0.08 ha torpaq sahəsi uzun illər X8 zəbtində və istifadəsində olmuşdur. Bələdiyyə qurumları yaranmamışdan əvvəl kolxoz idarə heyətinin qərarı ilə Mübariz Abdullayevə 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə bitişik 0.08 ha torpaq sahəsi də 2020-ci ilə qədər onun istifadəsində olmuşdur. Mübariz Abdullayev bələdiyyəyə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin qardaşı X3 etirazının olmadığını bildirmişdir. Sahib Abdullayev də Göyçay rayonu Xəlitli kəndində yaşadığından həmin torpaq sahəsinin ona satılması məqsədəuyğun hesab edilmişdir. İddiaçının istifadəsində olan 0.50 ha torpaq sahəsinin bələdiyyə tərəfindən satılan 0.08 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmin 0.50 ha torpaq sahəsi hal-hazırda da iddiaçının həyətinin yaxınlığında olmaqla qeyri-qanuni istifadəsindədir. 0.08 ha torpaq sahəsi üzərində heç bir yüklülük qeydə alınmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyy ət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüqu qların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsas hesab olunur. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi ak tlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları (-);

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. (-);

5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqav ilə ilə rəsmiləşdirilir.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə ( icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatd an keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpa qları. 34. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. 35. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanun una və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 36. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə ver ilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.

11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələd iyyəyə müraciət edirlər.... 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyy əti orqanına göndərir.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

25. Bə lədiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şi kayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxı şının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

43. Bununla belə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi, mübahisələndirilən qərar əsasında satılan 0.08 ha torpaq sahəsinin onun uzun illərdir icarə müqaviləsi əsasında icarəyə götürdüyü 0.50 ha torpaq sahəsinin tərkib hissəsi olması, həmin torpaq sahəsinin məhz yaşadığı evin qarşısında olan torpaq sahəsi olmaqla, başqa şəxsə satılmasının mümkünsüzlüyü, heç bir əsas olmadan həmin torpağa yiyə durmayan, ona vergi ödəməyən və kənddə uzun illərdir yaşamayan şəxsə əsassız olaraq satılması ilə bağlı dəlillərinə dair isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

44. Cavabdehin mübahisələndirilən qərarı hazırkı qərarın 32-36-cı bəndlərində qeyd edilmiş normaların tələblərinə və prosessual qaydalara əməl edilməklə qəbul edilmiş, həmin inzibati aktın qəbulu zamanı hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Cavabdeh haqlı olaraq qanuni əsaslarla öz mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyin tələblərinə riayət etməklə üçüncü şəxsə satmışdır.

45. İddiaçı tərəfindən 0.50 ha torpaq sahəsinin icarəsində və ya qanuni istifadəsində olmasına dair, habelə, mübahisələndirilən inzibati akt üzrə satılan 0.08 ha torpaq sahəsinin həmin 0.50 ha torpaq sahəsinin tərkib hissəsi olmasına dair sübutlar nə aşağı instansiya məhkəmələrinə, nə də kassasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.

46. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan hərtərəfli araşdırma zamanı da qeyd edilən xüsusatlarla bağlı hər hansı mötəbər sübut əldə edilməmiş, əksinə, 0.50 ha torpaq sahəsinin hələ də qeyri-qanuni olaraq iddiaçının istifadəsində olduğu, 0.08 ha torpa q sahəsinin isə həmin torpaq sahəsi ilə heç bir əlaqəsinin olmadığı, mübahisələndirilən qərar üzrə satılmış torpaq sahəsinin əvvəllər iddiaçının qardaşı X8 zəbtində olduğu, həmin torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair isə Mübariz Abdullayevin heç bir etirazının olmadığı müəyyən edilmişdir.

47. Apellyasiya instansiya məhkəməsi işlə bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də Kollegiya, apellyasiya instansiyası məhkəmənin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(107)-84/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar