Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-905/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-600/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il tarixdən qərar qəbul edilən tarixə hər ay 630 manat hesablamaqla 145.530 manat orta aylıq əmək haqqının, istifadə etmədiyi məzuniyyətə görə 16500 manat, cəmi 162.030 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1077/2022 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-600/2022 nömrəli qərardadı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1077/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
5. Qeyd edilən qərardad iddiaçıya 26 noyabr 2022-ci il tarixdə təqdim edilmişdir.
6. İddiaçı 5 dekabr 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2-1(105)-600/2022 nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi rədd edilmişdi r.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərardadı iddiaçıya 13 yanvar 2023-cü il tarixdə təqdim edilmişdir.
9. İddiaçı öz hesabına 5 yanvar 2023-cü il tarixdə “Şimal” Vəkil bürosunun vəkili Vəkil ilə 01/2023 nömrəli müqavilə bağlamış və həmin tarixdə də vəkil orderi tərtib edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-600/2022 nömrəli qərardadından vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 7 fevral 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
10. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərardad ından kassasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən verilmiş dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardad iddiaçıya 13 yanvar 2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı öz hesabına vəkil ilə 5 yanvar 2023-cü il tarixdə müqavilə bağlamış, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli 2-1(105)-600/2022 nömrəli qərardadından vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 7 fevral 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olu nmuşdur.
11. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutların təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
12. İddiaçı tərəfindən məhkəməyə hər hansı müraciət daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalı dır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
14. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
15. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-600/2022 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən verilmiş dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardad iddiaçıya 13 yanvar 2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı öz hesabına vəkil ilə 5 yanvar 2023-cü il tarixdə müqavilə bağlamış, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tar ixli 2-1(105)-600/2022 nömrəli qərardadından vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 7 fevral 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur.
17. Beləliklə, prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür.
18. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-600/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.