Məhkəmə qərarları › İş №2-1(102)-905/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-905/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-905/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməyən əmək pensiyası məbləğinin yenidən hesablanıb ödənilməsi, pensiya məbləğindən tutulmaların geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-241/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 25 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edi lmiş və həmin məktubda qeyd olunmuşdur ki, pensiyaçı kimi işlədiyi dövrdə sığorta kapitalının 3147,63 manat olması, habelə xx.xx.2020-xx.xx.2021-ci il tarixlər arasındakı dövr ərzində 43.13 manat pul vəsaitinin ödənildiyinin müəyyən edildiyi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 316,35 manat sığorta kapitalının olduğu və ona ümumilikdə 80,39 manat məbləğində artıq ödəmənin olduğu və iddiaçıya xx.xx.2014-cü il tarixində 178,44 manat məbləğində pensiya məbləği ödənilməli olduğu, lakin 178.00 manat ödənildiyi qeyd e dilmişdir.

3. Cavabdehin 19 avqust 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin müraciətinə əsasən Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalar zamanı onun əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götü rülməklə əmək pensiyası hesablanırdı. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 İİ1 ay 13 gün (təhsil müddəti nəzərə alınmaqla) təşkil edir. Bununla əlaqədar 01.01,2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən pensiya təyin olunan tarixə adıçəkilən şəxsin pensiyasının sığorta hissəsi 62,90 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2237,76 manat sığorta kapitalına görə 15,54 manat əlavə edilərək (2237,76:144 ay=15,54 manat) xx.xx.2014-cü il tarixinə 178,44 manat əmək pensiyası (62,90+15,54+100 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 202,98 manat)) ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 28 il 10 ay götürülməklə pensiyasının sığorta hissəsi 62,28 manat hesablanaraq, üzərinə xx.xx.2006- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 2263,68 manat sığorta kapitalına görə 15,72 manat əlavə edilərək 178,00 manat (62,28+15,72+100 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 202,46 manat)) məbləğində əmək pensiyası təyin olunaraq ona ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım his sələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı İddiaçı xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 316,35 manat sığorta kapitalına uyğun əmə k pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 316,35 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 111 (144 ay - 33 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (316,35/111=2,85 manat) qanuni əmək pensiyasının (202,98 manat) üzərinə əlavə edilərək (2,85+202,98=205,83 (xx.xx.2020- ci il tarixinədək indeksləşdirilməklə 261,29 manat)) ona ödənilməli olduğu halda, səhv müəyyən edilmiş 663,84 manat sığorta kapitalı 144 aya bölünərək (666,72/144=4,61 manat) düzgün olmayan əmək pensiyasının (202,46 manat) üzərinə əlavə edilməklə (4,61+202,46=207,07 manat (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 262,86 manat)) adıçəkilən şəx sə ödənilmişdir. Bundan başqa, adıçəkilən şəxsin vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının sonradan ödənildiyinə görə əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 261,29 manatdan 278,59 manata artırılmışdır. İddiaçı ümumilikdə 80,39 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin fevral ayında 31,01 manat, aprel ayında 32,05 manat, may ayında 17,33 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 337,57 manat, 29.1 -ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqəd ar 387,20 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta Texniki peşə məktəbində təhsil aldığı dövrün əmək stajına hesablanaraq ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi və pensiyaçı kimi işlədiyi dövrdə topladığım sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünməklə əmək pensiyasının üzərinə əlavə edib 284.72 manat indeksləşdirilərək işdən çıxan tarixdən xx.xx.201 7-ci ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “ona xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəmə məhkəməsinə müraciət edərək, ödənilməyən pulun xx.xx.2014-cü il tarixindən ödənilməsi, 1973-1976-cı təhsil illəri iş stajı kimi hesablayıb 2014-cü ildən ödənilməsi, ondan tutulmuş 84 manatın qaytarılması 2014-2017-ci illərdə işləyib qazandığı pulu hesablayıb ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Qusar rayonunun Kalunxur kəndində anadan olmuşdur. Ona xx.xx.2014-cü ildən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuş və xx.xx.2021-ci il tarixə kimi həmin pensiyanı almışdır. Lakin ona xx.xx.2014-cü ildə pensiya təyin olunarkən xx.xx.1973xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajına hesablanmamış və nəticədə ona az pensiya məbləği hesablanmışdır. Ona görə də o pensiyanın yenidən hesablanıb artırılması məqsədilə cavabdehə müraciət etmişdir. Onun təxmini hesablamalarına görə pensiyası 9 manat artmalı idi, yəni aldığı 320,68 manatın üstünə gələrək 329,68 manat almalı idi. Lakin pensiyası artmaq əvəzinə cavabdeh əksinə xx.xx.2021-ci il tarixdən pensiyasını 21 manat azaldaraq 299,91 manata endirmiş üstəlik onu borclu çıxarmışdır. Guya ona indiyə kimi 43,13 manat artıq pensiya ödənilmişdir. Halbuki xx.xx.2014-cü ildən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunarkən xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajına hesablanmamış və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizəsini rədd edərək bildirmişdir ki, narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. O na görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtinası əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməsini və təhsil almasını təsdiq edən sənədləri, hərbi biletini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci, 32.1- ci, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Q anununun 13cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıya, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, mənə xx.xx.1973xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajıma hesablanaraq təhsil aldığı dövr ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmə lidir. Bundan başqa, qanuna əsasən, pensiyaçı kimi işlədiyi dövrdə topladığı sığorta kapitalı-3147,63 manat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına-144 aya bölünməklə3147,653/144=21,86 manat əmək pensiyasının üzərinə əlavə edib262,86+21,86=284,72 manat indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən yox, işdən çıxan tarixdən-xx.xx.2017-ci ildən ödənilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır.

8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixindən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” (bundan sonra - ƏPQ) qanuna uyğun olaraq 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin e dilmişdir. Belə ki, “ƏPQ”-nun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “ƏPQ”-nun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dö vlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi “ƏPQ”da ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir

9. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)1322/2022 nömrəli (hakim L.Mirzəyeva) qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı işləməyən əmək pensiyaçı sı kateqoriyasına keçdikdən sonra əmək pensiyasının hesablanmış məbləği ilə razı deyildir. Hazırda iddiaçı ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını istəyir. İddiaçı cavabdeh inzibati orqanın apardığı hesablama ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə h əmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)241/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasi ya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2014-cu ilxx.xx.2017-ci illər üzrə təyin edilmiş və ödənilməli olan yaşa görə əmək pensiyasının məbləği ilə ona ödənilmiş əmək pensiyasının məbləği arasında fərq müəyyən edilməklə, ödənilməyən pensiya məbləğinin hesablanaraq, iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuş, İddiaçı artıq ödənilmiş pensiya məbləği qismində əmək pensiyasından tutulmuş 80,39 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması (geri ödənilməsi) öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, artıq ödənilmiş pensiy a məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə qeyd edilən halla bağlı cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir.

14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı onun əmək pensiya məbləğindən 84 manat məbləğində pul vəsaiti t utulduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək pensiya məbləğindən tutulmaların ümumilikdə məbləği 80,39 manat təşkil etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiya məbləğindən artıq ödənilmiş pul vəsaiti qismində tutulmuş 80,39 manat məbləğində pul vəsaiti ona geri qaytarılmalı, iddia tələbi bu hissədə təmin edilməli, qalan məbləğə (3,61 manat) aid hissədə isə əsassız olduğundan (bu hal öz təsdiqini tapmadığından) təmin edilməməlidir.

15. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin təhsil illərinin iş stajına daxil edilərək, pensiya məbləğinin yenidən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iş materialları əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiya təyin ed ildiyi zaman onun sosial sığorta stajının hesablanması zamanı onun təhsil aldığı 1973-1976-cı illərin nəzərə alınması halını qeyd etmişdir. Bununla da, indiki halda iddiaçının təhsil aldığı illərinin onun sosial sığorta stajına daxil edilməsi halı öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmamaqla, öz təsdiqini tapmadığından təmin edilməməlidir.

16. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin 2014-2017-ci illərdə işləyib qazandığı pulun hesablanıb ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi dövrdə qazanılmış pensiya kapitalı nəzərə alınaraq, əmək pensiyası yenidən hesablanmı ş (bu barədə müvafiq qərar qəbul edilmişdir), bununla bağlı cavabdeh inzibati orqan tərəfindən yanlışlığa və ya müvafiq qanunvericilik normalarının tələblərinin pozulması halına yol verilməsi və nəticə etibarilə bu halın iddiaçının hüquqlarının pozulmasına səbəb olması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunda göstərilənlərlə eynilik təşkil edir.

19. Əlavə olaraq qeyd edir ki, inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir.

20. Cavabdeh iddiaçıya artıq ödənilmiş məbləğin büdcəyə bərpa edilməsində haqlıdır. Həmçinin iddiaçıya ödənilən pensiya məbləğinin düzgün hesablanıb ödənilməsi iddiaçının pensiya işinə əlavə edilən sənədlərlə öz təsdiqini tapmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (b undan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla aza ldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).... Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edil məsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı inst ansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməs inin araşdırmaları yetərli hesab olunur.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçıya 23 iyun 2014-cü il tarixdə (178,44 manat məbləğində) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ilk dəfə məhz 178,44 manat məbləğində əmək pensiyası təyin edilməsi halı cavabdeh inzibati orqan tərəfindən təsdiq edilmişdir. Bundan əlavə iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərarın məzmunundan görünür ki, iddiaçıya xx.xx.2014-xx.xx.2014-cü il tarixdə təyin edilən pensiya məbləğinin 178.44 manat, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə 179,54 manat, xx.xx.2016-xx.xx.2016-ci illərdə 182,72 manat, xx.xx.2016-xx.xx.2016-ci illərdə 192,72 manat, xx.xx.2017xx.xx.2017-ci illərdə 202,98 manat, x x.xx.2017-xx.xx.2017-ci illərdə 205,83 manat olması qeyd edilmişdir.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyi vaxt 178 manat məbləğində təyin edilsə də, ona həmin məbləğdən az pensiya məbləği ödənildiyindən, ödənilməyən pensiya məbləğinin ödənilməsi, 1973-1976-cı illərə aid təhsil illərinin iş stajına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması və ondan artıq ödəmə kimi tutulmuş 84 manat məbləğində pul vəsaitinin geri qaytarılması, 2014-2017-ci illərdə işləyib qazandığı pulun yenidən hesablanıb ona ödənilməsinə yönəlmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iş materiallarında olan müvafiq bank hesabından çıxarış məl umatlarında pensiya məbləği kimi köçürülən məbləğlərin təyin edilən pensiya məbləğlərindən az olduğu öz təsdiqini tapmışdır (2014-2017-ci illərə aid dövrlərdə ayrı-ayrı aylar üzrə təyin edilən pensiya məbləğlərindən az məbləğdə pensiya ödənişinin bank hesabına köçürülməsi aşkar olunmuşdur). Cavabdeh inzibati orqan tərəfindən isə həmin halın (həmin dövrlərdə təyin edilmiş pensiya məbləği ilə ödənilmiş pensiya məbləği arasında məbləğ fərqinin yaranması əsaslarının) əsaslandırılmasına dair heç bir dəlilə istinad edilməmiş, habelə iddiaçıya təyin edilən məbləğlərə dair sənəd təqdim edilsə də, həmin məbləğdə pensiya ödənişinin ödənilməsi və iddiaçının bank hesabına köçürülməsinə dair heç bir dəlil təqdim etməmişdir.

33. Bundan başqa qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

34. Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, iddiaçıya əmək pensiyasını təyin edən orqan iddiaçının razılığı olduqda yalnız, onun pensiyasından artıq ödənilmiş əmək pensiya məbləğinin ondan tutulması barədə qərar qəbul edə bilərdi.

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə zidd o lmuşdur.

36. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin təhsil illərinin iş stajına daxil edilərək, pensiya məbləğinin yenidən hesablanması hissəsi ilə bağlı gəldiyi nəticəni haqlı hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiya təyin edildiyi zaman onun sosial sığorta stajının hesablanması zamanı onun təhsil aldığı 1973-1976-cı illərin nəzərə alınması halını qeyd etmişdir. Bununla da, indiki halda iddiaçının təhsil aldığı illərinin onun sosial sığorta stajına daxil edilməsi halı öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir.

37. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-241/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar