Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-906/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X7 Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: bələdiyyələrin iştirak etdiyi mübahisələr; mülkiyyətdə olan evin altındakı torpaq sahəsinn satılması GİRİŞ HİSSƏ Hakimlər: 11.06.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı X7 Cavabdehnə, 3-cü şəxslər X27, X3, Mehdiyeva Semizər Məmməd qızına, X14, X15 və X8 qarşı torpaq sahəsinin satılması haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarından 3-cü şəxs Mehdiyeva Semizər Məmməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X22 cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinə, 3-cü şəxslər X27, X3, Mehdiyeva Semizər Məmməd qızına, X14, X15 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ölçü işləri ilə bağlı cizgidə göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərarı ilə (hakim V.Qasımov; iş No 2-1(84)-641/2018) iddianın təmin edilməsi; “ünvan 2 ünvanda ölçü işləri ilə bağlı cizg”idə göstərilən 397,1 kv.m torpaq sahəsinin iddia çıya hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdeh Bələdiyyənin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Hüseynov, hakimlər R.Rəfiyev və G.Abbasov; iş № 21(103)-531/2018) 3-cü şəxs Mehdiyeva Semizar Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs Mehdiyeva Semizar Məmməd qızı kassasiya şikayəti verərək, qərarı ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri 3- cü şəxs S.Mehdiyevanın kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma aparmamış, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, təqdim olunmuş sənədlərə və sübutlara düzgün hüquqi qiymət vermemiş və nəticədə düzgün olmayan bir qərar qəbul etmişdir. Mübahisəli evin 4/56 hissəsi 3-cü şəxs S.Mehdiyevaya, 40/56 hissəsi iddiaçıya, digər hissələr isə digər mülkiyyətçilərə məxsusdur. Lakin torpaq sahəsi tərəflərdən heç kiminin mülkiyyətində deyil, İddiaçı uzun illərdir bu ünvanda yaşamamış və həmin həyətyanı sahədən istifadə etməmişdir. Həmin həyətyanı torpaq sahəsi 3-cü şəxs S.Mehdiyeva tərəfindən və ailə üzvləri X37. X44. X23 və X38 tərəfindən istifadə edilməkdədir. Bu torpaq sahəsi ilə bağlı vergi ödənişləridə tərəfindən həyata keçirilmişdir. Mübahisəli ev 2 otaqdan ibarətdir və həmin evə məhkəmə qərarı ilə köçürülən şəxslərlə birlikdə 15 nəfərdən çox şəxs (uşaqlarla birlikdə) yaşamaqdadır. 3-cü şəxs S.mehdiyevanın ailə üzvüləri: 3 oğlu, onların ailələri və 7 nəvəsi, hamısı bu ünvanda yaşayır və həmin ünvana qeydiyyatdadırlar. İş üzrə iddiaçı şəxs 3-cü şəxs S.Mehdiyevanın məhrum atasının xəstəliyindən o zamanlar istifadə edərək saxta vəsiyyətnamə əldə etmiş və həmin evin böyük bir hissəsini öz adına rəsmiləşdirmişdir. İddiaçı JN-1488A KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Mingəçevir şəhər məhkəməsinin qərarı ilə ləğv edildiyini bildirmişdir. Lakin iş materialla rından göründüyü kimi, həmin şəhadətnamə ləğv edilsədə, “Torpağın mülkiyyətə verilməsinə dair” Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23.07.2004-cü il tarixli, 293 nömrəli sərəncamı bu günə kimi qüvvədədir. Həmin sərəncama əsasən, mübahisəli torpaq sahəsi orada yaşayanların mülkiyyətinə verilmişdir. Belə olan halda, həmin mübahisəli torpaq sahəsindən bu günə kimi yaşamayan bir şəxsə hərracdan kənar satılması qanunsuzdur. Mübahisəli ərazi Cavabdeh mülkiyyətində olan bir ərazidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Həmin maddənin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cavabdeh tərəfindən verilmiş sənəddən göründüyü kimi, O, öz mülkiyyətində olan ərazinin hərracda satılmasına razılıq verməmişdir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüquqna malikdir. Heç kəs öz mülkiyyətindən məhrum edilə bilməz. Bütün bunalara baxmayaraq, apellyasiya instansiya məhkəməsi mübahisəli torpaq sahəsini iddiaçının mülkiyyəti kimi qimətləndirmiş və ən əsası mülkiyyətçinin Azərbaycan Respublikasının Konstitusiyası ilə və Beynəlxalq Konvensiyalar ilə qoruna hüquqlarını pozmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədikləri ndən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, X34 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 03.07.1997-ci il tarixli 2246 №-li qeydiyyat vəsiqəsinə əsasən, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 4/8 mənzil 2 şəxsi mülkiyyət hüququ əsasında X9 (iddiaçının atsıdır) adına qeydə alınmışdır. İşin materiallarında olan, X9 adına tərtib olunmuş "İyun 1997-ci il tarixli 5747 №-li fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu"nun "Həyətin planı" qrafasında torpaq sahəsi 562,63 kv.m göstərilmişdir. İşin materiallarında olan, Mingəçevir şəhər 1 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış 30.10.1998-ci ıl tarixli vəsiyyətnaməyə görə, X1 şəhəri N.Rəfi bəyli küçəsi ev 4/8, 2 nömrəli mənzili iddiaçı X16 vəsiyyət etmiş, qalan vərəsələri vərəsəlikdən məhrum etmişdir. İş materiallarında olan “JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə uyğun olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23.07.2004-cü il tarixli 293 №-li qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X9, Mehdiyeva Semizər Məmməd qızının, X28, Abbasova GülbənizQoca qızına və X21 ümumi birgə mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin hazırda qüvvədə olana 25.12.2008-ci il tarixli qətnaməsi ilə, X7 Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 4/8 evin, miras qalmış 2-ci mənzilini qəbul etmə müddəti uzadılmış, həmin mənzildə vəsiyyətnamə üzrə vərəsə kimi, X7 payının 10/14 hissə, məcburi pay hüququ olan vərə sələr - X17, X10, X4 hər birinin payının 1/4 hissə; X2, X11, X18 və X19 cəmi payının 1/4 hissə olduğunun müəyyən edilməsi; JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi qərara alınmışdır. İşin materiallarında olan MA seriyalı ******* nömrəli (həm də RX seriyalı ******* nömrəli) "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"a əsasən, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 4/8 mənzil 2 ümumi paylı mülkiyyət hüququ əsasında X29 (40/56), X27 (4/56), X25 (1/56), X30 (1/56), X31 (1/56), X12 (1/56), X20 (4/56), X39 (1/56), X26 (1/56), X32 (1/56), X5 (1/56) adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Araşdırılan qərardan göründüyü kimi, a pellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, MA seriyalı ******* nömrəli çıxarışda göstərilən fərdi yaşayış evinin yerləşdiyi 599,5 kv.m torpaq sahəsinin X6 verilməsi barədə 1488A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Mingəçevir şəhər Məhkəməsinin 25.12.2008-ci il tarixli qətnaməsi ilə ləğv edilsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.05.2018-ci il tarixli **********17 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə və torpaq sahəsinin planına görə, torpaq sahəsi hazırda Cavabdeh mülkiyyətindədir və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: Qanuna görə, qeyri-qanuni istifadə e dilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda həmin torpaq sahələrinin Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmasından ibarətdir. Bu qaydadan iki istisna nəzərdə tutulmuşdur. Birincisi, 29 iyun 2001-ci ildə qəbul edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tikinti üçün qeyri-qanuni istifadə edilən torpaqların geri qaytarılması mümkün olmadıqda, bu torpaq sahələri onları istifadə edən şəxslərin mülkiyyətinə verilir. İkinci istisna bundan ibarətdir ki, torpaq üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadıqda, artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına r əsmiləşdirilir. Göründüyü kimi, Qanunda hər iki hal üçün ümumi şərt kimi qanunsuz istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması, birinci hal üçün isə əlavə olaraq, torpaq sahəsinin göstərilən Qanun qüvvəyə minənədək tikinti üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Müəyyən edilmişdir ki, hazırda iddiaçıya və 3-cü şəxslərə məxsus olan mənzilin əvvəlki, yaxud indiki mülkiyyətçilərinə torpaq sahəsinin ayrılması barədə hər hansı qərar, sərəncam mövcud deyil, həmin torpaq sahəsi mənzildə yaşayan şəxslər tərəfindən 29 iyun 2001-ci il tarixli "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək özbaşına tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən yerində baxış zamanı göstərilən torpaq sahəsinin hər dörd tərəfdən hasa ra alındığını, həyətin üç tərəfinin qonşularla, bir tərəfinin isə küçə ilə həmsərhəd olduğunu, həyətdə bir mərtəbəli köhnə fərdi yaşayış evi və hər birinin sahəsi 5-6 kv.m olan anbar tipli iki tikilinin olduğunu müəyyən etmişdir. Nə tərəflər, nə də üçüncü şəxslər bu halı mübahisələndirmirlər ki, torpaq sahəsinin bələdiyyəyə qaytarılması artıq mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən, dövlət və ya lədiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə rpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli jünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 243.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsə mənsub torpaq sahəsində an daşınmaz əmla kın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən tifadə hüququna malikdir. İş üzrə müəyyən edilir ki, mənzilin həyətində olan torpaq sahəsi əvvəlki sənədlərdə 599,9 m göstərilsə də, faktiki olaraq 594 kv.m-dir. Bunun 37,88 kv.m-i mənzilin altında olmaqla, alan hissə 556,12 kv.m-dir. İddiaçının mənzildə payı 40/56 hissə İduğuna görə o, buna mütənasib olaraq, torpağın da 40/56 hissəsini almaqda haqlıdır, cavabdeh bələdiyyənin iddiaçıya satmağa hazırda razı olduğu və sxemini məhkəməyə təqdim etdiyi 397,1 m sahə məhz həmin payın ölçüləri həddindədir. Belə olan halda iddia tələbi əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi tərəfinən düzgün olaraq təmin edilmişdir. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci ma ddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət v ə icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.1-ci maddəsinə görə, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (16.1 -ci maddə). Həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə müvafiq olaraq torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarına görə, torpaq sahələri ilə əl aqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, mənafelərinə toxunan subyektlərin dairəsi müəyyən edilməli və prosesə cəlb edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, 3-cü şəxs S. Məehdiyevanın kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin dördüncü və beşinci hissələrinə müvafiq olaraq fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinin ikinci hissəsinə görə, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azər baycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. İş üzrə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən evin 2 saylı mənzili hələ 19.06.1997-ci il tarixdə iddiaçı və 3-cü şəxs S.Mehdiyevanın atasının adına qeydiyyata alınmışır. Eyni tarixli texnki pasportda evin yerləşdiyi torpaq sahəsinin ölçüləri də göstərilmişdir. Belə olan halda, yuxarıda qeyd edilən Qanunun müddəaları hazırki hala və tərəflər arasında yaranmış mübahisəyə tətbiq oluna bilər. Bu halda isə mübahisəli tor paq sahəsinin bələdiyyə mülkiyyətində olması sual altında qalır. Araşdırlan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin dəqiq statusunun aydınlaşdırılması üçün kifayət qədər səy göstərməmişdir. Ona görə də, işin yenidən apellyasiya instansiya məhkəməsində araşıdırması, yuxarıda qeyd edilən məsələnin aydınlaşdırlması zərurəti yaranır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs Mehdiyeva Semizər Məmməd qızının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-906/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-906/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver