Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-906/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi Elsevər Nəciyevin və vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N05)70/202N nömrəli iş üzrə 22.02.202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə N9 may 202N-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N975-ci ildə Xaçmaz şəhərində anadan olmuş və N7.04.N994-cu ildən N2.02.N995-ci il tarixinə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştrak etmişdir. 03.0N.N993-cu t arixdən N saylı hərbi hissəyə hərbi xidmətə çağırılmış və 05.NN.N997-ci il tarixində qanuni əsaslarla tərxis olunmuşdur. Bu hərbi hissənin tərkibində bir sıra qaynar döyüş əməliyyatlarında iştirak etmiş, Müharibə veteranı adı və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, 28.09.20N9-cu il tarixli imtina məktubu ilə ona bildirmişlər ki, Müdafiə Nazirliyi arxiv sənədlərində N7.04.N994-cu ildən N2.02.N995-ci il tarixinə kimi N saylı hərbi hissədə may–iyun N994- cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab etməmişdir. Bildirmək istəyir ki, müharibədə iştrakı, düşmənlə üz-üzə müxtəlif döyüş əməliyyatlarında iştrakı danılmaz fakt dır və haqqı olan müharibə veteranı adını hələ də ala bilməmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə istinad etməklə onun müraciətini müsbət həll etməli idi. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharib veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
3. Sumqayıt İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-N(NN8)726/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3 maddəsinə, Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu haqqında” Qanunun N və 3-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun N9.N-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”yə, eləcə də İPM-nin N4-cü maddəsinə istinad edərək belə hesab etmişdir ki, iddiaçının döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.08.2020-ci il tari xli, 2-N(NN8)-726/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.202N-ci il tarixli, 2-N(N05)-70/202N nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-N(NN8)-726/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin N4.3, 68.2-ci maddələrini, həmçinin birinci instansiya məhkəməsinin də istinad etdiyi Nazirlər Kabinetinin yuxarıda göstərilmiş 22.09.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnaməni tətbiq etməklə belə hesab etmişdir ki, cavabdeh iddiaçıya müharibə veteranı adı verilməsindən əsaslı olaraq imtina etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi tam əsaslı və qanuni olaraq iddianı təmin etmişdir. Həmin qərarda göstərilir: “Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı Müdafiə Nazirinin 29.N2.N994-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N5 fevral N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmışdır. Müdafiə Nazirinin qeyd olunan qərarı hərbi hissəni özbaşına tərk edən şəxslərə aid edilir. Bu isə İddiaçı müharibə veteranı statusunun verilməsinə yol vermir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də Müdafiə Nazirinin 29.N2.N994-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N5 fevral N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmışdır, lakin sonradan İddiaçı N və N saylı hərbi hissələrdə davam etdirməklə, Müdafiə Nazirinin 26.09.N997-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Nəzərə alınmalıdır ki, həmin dövrə İddiaçı xidmət etdiyi N saylı və N saylı hərbi hissələr döyüş əməliyatlarında iştrak etmişdirlər. Məhkəmə İddiaçı hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab edir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştrak edən zamanı yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə Müdafiə Nazirinin 26.09.N997-cı il tarixli əmrinə əsasən ordu sıralarında tərxis olunub”. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarında isə göstərilir: “Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya iddiaçıya müharibə veteranı adının verilməsindən əsaslı olaraq imtina etmişdir.
10. Belə ki, İddiaçı iddia ərizəsində N7.04.N994-cü ildən N2.02.N995-ci ilə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyini göstərir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, N2 may N994-cü il tarix dən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilər.
12. İş materiallarından isə iddiaçının N2 may N994-cü ildən sonra döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması faktı müəyyən edilmir. İddiaçı özü də belə bir halı mübahisələndirmir.
13. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, iddiaçının N saylı və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyini, hərbi xidmətini N və N saylı hərbi hissələrdə davam etdirməklə Müdafiə nazirinin 26.09.N997-ci il tarixli əmrinə əsasən ordu sıralar ından tərxis olunmasına istinad etmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir, N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir ki, iddiaçı həmin hərbi hissənirvşəxsi heyətinin siyahısına N7 aprel N994-cü ildə daxil edilmişdir.
15. Belə olan halda, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun N7 aprel N994-cü ildən N2 may N994-cü ildən tarixədək döyüş əməliyyatlarında iştirak etməsi faktı sübut olunmalıdır.
16. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N4.06.20N9- cu il tarixli 9/2-8NN0 nömrəli məktubunda göstərilir ki, XN Məntəqəsindən gəlmiş, sıravi İddiaçı N №li hərbi hissə komandirinin N2 fevral N995-ci il tarixli 43 №-li əmrilə şə xsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Cavabdeh inzibati orqan isə XN Məntəqəsinin hərbi hissəni, xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış hərbi qulluqçuların yenidən hərbi xidmətə göndərilməsi məqsədi ilə yaradıldığını göstərir.
17. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər İdarəsi Mərkəzi Arxivinin 09 sentyabr 20N9-cu il tarixli 9/2-N276N saylı arayışından görünür ki, N90 №-li hərbi hissənin may-iyun N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır.
18. Cavabdeh iddiaçıya imtina cavabı verərkən qeyd edilən arayışı əsas götürmüşdür.
19. İş materiallarından görünür ki, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə N9 aprel N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının Müdafiə nazirinin 29.N2.N994-cü il tarixli 4N6 №-li əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının N7 aprel N994-cü ildən N2 may N994-cü ilədək olan müddət ərzində döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir”.
21. Göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsi iddianın təmin edilməməsi üçün onun N saylı hərbi hissə komandirinin N5.02.N995-ci il tarixli 27 №-li əmri ilə şəxsi heyətinin siyahısından çıxarılmağına və N2.05N994-cü ildən sonra (atəşkəs elan olunandan sonra) döyüş əməliyyatları ilə əlaqədar xəsarət almağı faktının müəyyən edilməməsinə istinad edilmişdir. Halbuki, xəsarət almamaq heç də o demək deyil ki, xəsarət almayan şəxs döyüşlərdə iştirak etməmişdir. Belə ki, 44 günlük müharibədə də elə iştirakçılar vardır ki, hər hansı xəsarət almamışlar. Digər tərəfdən iş materialları ilə təsdiq olunur ki, barəsində hər hansı cinayət törətmək barədə heç bir məhkəmə qərarı yoxdur və o da öz təsdiqini tapır ki, əksinə xidmətimi digər döyüşən hərbi hissədə davam etdirməklə 26.09.N997-ci il tarixdə ordudan tərxi s olunmuşdur.
22. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.202N-ci il tarixli, 2N(N05)-70/202N nömrəli qərarını ləğv edərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayət inin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22.02.202N-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22.02.202N-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
26. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 22.02.202N-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməm əsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22.02.202N-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Nəciyevdə da vəkili D.Əfrasiyabovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22.02.202Nci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya instansiya sı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
30. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin 22.02.202N-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9N-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 9N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
33. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olara qeyd etməyi zəruri hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin N2.N, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.
34. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi barədə nəticəyə gələrkən iş üzrə qəbul etdiyi 22.02.202N-ci il tarixli qərarının əsaslandırıcı hissəsində yazmışdır ki, “İddiaçı iddia ərizəsində N7.04.N994-cü ildən N2.02.N995-ci ilə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyini göstərir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, N2 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, ya xud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilər.
36. İş materiallarından isə iddiaçının N2 may N994-cü ildən sonra döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması faktı müəyyən edilmir. İddiaçı özü də belə bir halı mübahisələndirmir.
37. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, iddiaçının N saylı və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyini, hərbi xidmətini N və N saylı hərbi hissələrdə davam etdirməklə Müdafiə nazirinin 26.09.N997-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunmasına istinad etmişdir.
38. Məhkə mə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir ki, iddiaçı həmin hərbi hissənin şəxsi heyətinin siyahısına N7 aprel N994-cü ildə daxil edilmişdir.
39. Belə olan halda, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun N7 aprel N994-cü ildən N2 may N994-cü ildən tarixədək döyüş əməliyyatlarında iştirak etməsi faktı sübut olunmalıdır.
40. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N4.06.20N9-cu il tarixli 9/2-8NN0 nömrəli məktubunda göstərilir ki, XN Məntəqəsindən gəlmiş, sıravi İddiaçı N №li hərbi hissə komandirinin N2 fevral N995-ci il tarixli 43 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təm inatlarla təmin edilərək 2-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur.
41. Cavabdeh inzibati orqan isə XN Məntəqəsinin hərbi hissəni, xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış hərbi qulluqçuların yenidən hərbi xidmətə göndərilməsi məqsədi ilə yaradıldığını göstərir.
42. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 09 sentyabr 20N9-cu il tarixli 9/2-N276N saylı arayışından görünür ki, N90 №-li hərbi hissənin may-iyun N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır.
43. Cavabdeh iddiaçıya imtina cavabı verərkən qeyd edilən arayışı əsas götürmüşdür.
44. İş materiallarından görünür ki, N №-li hərbi hissədən xidmətini d avam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə N9 aprel N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının Müdafiə nazirinin 29.N2.N994-cü il tarixli 4N6 №-li əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının N7 aprel N994-cü ildən N2 may N994-cü ilədək olan müddət ərzində döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir”.
46. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin 22.02.202N-ci il tarixli qərarında göstərdikləri biri-birinə ziddir, belə ki, apelyasiya instansiyası məhkəməsi 22.02.202N-ci il tarixli qərarında ilk öncə yazır ki, “iş materialları ilə müəyyən edilir ki, iddiaçının xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir ki, iddiaçı həmin hərbi hissənin şəxsi heyətinin siyahısına N7.04.N994-cü ildə daxil edilmişdir”.
47. Daha sonra apelyasiya instansiyası məhkəməsi 22.02.202N-ci il tarixli qərarında yazır ki, “Belə olan halda, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun N7.04.N994-cü ildən N2.05.N994-cü ildən (“ildən” sözü qərarda olduğu kimi yazılmış, Ali Məhkəmənin qeydi) tarixdən döyüş əməliyyatlarında iştira k etməsi faktı sübut olunmalıdır”.
48. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla apelyasiya məhkəməsi özü müəyyən etmişdir ki, iddiaçının N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına N7.04.N994-cü ildən daxil edildiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.
49. Digər tərəfdən qeyd edilməlidir ki, məlum olduğu kimi İPM-nin N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
50. Həmin Məcəllənin N2.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri süb utları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
51. Həmin Məcəllənin N4.N-ci maddəsinə müvafiq olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
52. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin İşlər İdarəsi Mərkəzi Arxivinin N4.06.20N9-cu il tarixli məktubu və 09.09.20N9-cu il tarixli arayışa istinad etməsi iddiaçının N7.04.N994-cü ildən N2.05.N994-cü ilədək olan müddət ərzində döyüş əməliyyatlarında iştirak etməməsi faktı kimi qəbul edilə bilməz, belə ki, həmin sənədlərdə iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsini təsdiq edən hər hansı bir konkret mötəbər məlumat öz əksini tapmamışdır, yəni başqa sözlə apely asiya məhkəməsi həmin sənədlərlə kifayətlənməyərək sözügedən məsələni tam və hərtərəfli araşdırmayaraq iş üzrə yanlış nəticəyə gəlmişdir.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiyasi instansiyası məhkəməsinin 22.02.202N-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çoxlu sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.202N-ci il tarixli, 2N(N05)-70/202N nömr əli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.