Məhkəmə qərarları › İş №2-1(102)-906/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-906/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-906/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı * oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi hüququndan istifadə; məcburi ƏDV qeydiyyatına alınmanın mübahisələndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, şifahi məhkə mə baxışı keçirilmədən, İddiaçı * oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-1120/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ictimai iaşə fəaliyyəti ilə məşğuldur.

2. Cavabdeh iddiaçını xx.xx.2018-ci il tarixdən məcburi ƏDV qeydiyyatına almış, “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********710400 n ömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarla 2018-ci ilin oktyabr-dekabr ayları üçün ona ƏDV hesablamış, ƏDV-nin hesablanması zamanı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” xx.xx.2018-ci il tarixli Yekun Akta istinad etmişdir.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının xx.xx.2019-cu il tarixli, **********848100 saylı qərarı ilə “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********7267300 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət isə Apelyasiya Şurasının xx.xx.2019-cu il tarixli **********558500 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarların ləğv edilməsi, 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, qanunvericiliyin müddəalarına əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istəyən vergi ödəyicisi bu barədə aprel ayının 20-dən gec olmayaraq bəyannamə verməlidir. İddiaçı da h əmin bəyannaməni vermiş və müvafiq olaraq aylıq dövriyyəyə uyğun vergilər onun tərəfindən vaxtında ödənilmişdir. Cavabdeh əsassız olaraq onu ƏDV ödəyicisi kimi qeydiyyata almış və mübahisələndirilən qərarları qəbul etmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən 2018-ci ilin İV rübü üzrə xx.xx.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, hər hansı məbləğin bəyan edilmədiyi müəyyən edilmişdir. Ödəyicinin xx.xx.2018-ci il tarixdən ƏDV qeydiyyatında olması nəzərə alınmaqla, vergi ödəyicisinin obyektində keçirilən sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 2018-ci ilin İV rübü üzrə ƏDV hesablanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2343/2020 nömrəli qərarı ilə (hakim N. Abıyev) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, cavabdehin xx.xx.2019cu il tarixli, **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarları maddi hüquqi baxımdan qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.2-ci maddəsinə görə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Məhkəmə araşdırması zamanı iddiaçı - fərdi sahibkar * oğlu tərəfindən 2018-ci ilin 4cü rübü üçün xx.xx.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, qeyd olunan bəyannamənin 809, 810, 811 və 812-ci sətirlərində (8 faiz üzrə) məbləğlərin əks olunduğu, əks olunan məbləğlərin rəsmiləşdirilmiş son xronometraj müşahidələrini n nəticələrindən aşağı əks olunduğu, lakin qeyd olunan rüb üçün xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, hər-hansı məbləğlərin bəyan edilmədiyi və qeyd olunan bəyannamənin vergi orqanı tərəfindən nəzərə alındığı müəyyən edilmişdir.

9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Məmmədov - sədrlik edən və məruzəçi, R.Qurbanov və Ş.Məmmədova) 23 iyul 2021-ci il tarixli, 2-1(103)-216/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, “Vergilərin hesablanmas ı barədə” 02 may 2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlar ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2018-ci ilin 1-ci rübünə dair sadələşdirilmiş verginin bəyannaməsini aprel ayının 20-dək vergi orqanına təqdim etmişdir və cavabdeh bu faktı mübahisə etmir. O, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Vergi Məcəlləsinin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməmişdir. Belə olan halda, iddiaçıya 2018-ci ildə tətbiq olunmalı metod sadələşdirilmiş vergidir. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan halda belə, yalnız sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyi, bu hüquqdan imtina etdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu idi. Qeyd olunan şərtlər olmadığı halda isə iddiaçıya 2018-ci il üzrə ƏDV hesablana, ondan ƏDV-nin məqsədləri üçün qeydiyyat tələb oluna bilməzdi.

12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə) 8 dekabr 2021-ci il tarixli, 2-1(102)-1967/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsini qeyd etmişdir ki, iş üzrə iddiaçıya mübahisələndirilən qərarlarla vergi hesablanmasının əsasında iddiaçının xx.xx.2018-ci ildən məcburi ƏDV qeydiyyatına alınması və xronometraj keçirilməsi dayanır. Başqa sözlə, iddiaçı Vergi Məcəlləsinin 218.1 və 218.2-ci maddələrinə istinadən ƏDV ödəyicisi olmadığını bildirsə də, cavabdeh tərəfindən ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınmasını, eyni zamanda, mübahisələndirilən qərarlarla hesablanmış vergi məbləğinin əsasında duran xronometr ajın nəticələrini mübahisələndirməmiş, ƏDV ödəyicisi kimi onun qeydiyyatı aktiv qalmış, xronometrajın nəticələri isə ləğv edilməmişdir. İşə baxan apelyasiya instansiya məhkəməsi iddianı təmin edərkən kameral qərarların qanuniliyinə qiymət verilməsi zamanı yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış, iddiaçının ƏDV ödəyicisi olması məsələsinə qiymət verməmiş, kameral qərarın qəbul edilməsi zamanı vergi orqanlarının hərəkətlərinin və hesablamalarının düzgünlüyünə münasibət bildirməmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Aytən Oruczadə) 25 fevral 2022-ci il tarixli, 2-1(103)-1120/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti q ismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı qərarların ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmamışdır.

16. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən kameral qərarların qanuniliyinə qiymət verilməsi zamanı yuxarıda qeyd olunan xüsusatları - iddiaçının ƏDV ödəyicisi olmasının və cavabdeh tərəfindən aparılmış vergi ödəyicisinin xronometraj metodu ilə müşahidəsinin nəticələrinin mübahisələndirilməməsini nəzərə almamışdır. Beləliklə, hazırki iddianın təmin ediləcəyi təqdirdə iddiaçı tərəfindən mübahisələndirilən qərarlar ləğv edilsə belə, qərarların qəbul edilməsinə əsas olan hallar aradan qalxmadığından iddiaçının arzuladığı hüquqi nəticəni əldə etməsi mümkün görünmür.

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün hesab edilərək təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. İddiaçının ƏDV ödəyicisi kimi qeydiyyata alınması və mübahisələndirilən vergi orqanının qərarlarının qəbul edilməsi cavabdeh tərəfindən aparılmış vergi ödəyicisinin xronometraj metodu ilə müşahidəsinin nəticələrinə əsasən icra edilməmiş, iddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövr ərzində 200.000 manatdan artıq olduğuna görə 01.08.201 8-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır.

19. İddiaçının ƏDV öd əyicisi kimi qeydiyyatı hazırda aktiv deyildir. Belə ki, iddiaçı tərəfindən ilk olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət verilmiş, həmin Nazirliyin İnzibati şikayətin qismən təmin edilməsi haqqında “17” oktyabr 2019-cu il tarixli, **********848100 qərarında da göstərilmişdir ki, vergi ödəyicisinin, yəni iddiaçının 1 yanvar 2019-cu il tarixədək aparılan əməliyyatlar üzrə ƏDV-yə, 2019-cu ildən başlayaraq aparılan əməliyyatlar isə sadələşdirilmiş vergiyə cəlb edilməli olduğu müəyyən edilmişdir.

20. Göründüyü kimi, cavabdeh inzibati orqanın özü də qərarında iddiaçının 2019-cu ildən aparılan əməliyyatlar üzrə sadələşdirilmiş vergi ödəyicisi olduğunu qəbul etmişdir. Bu halda iddiaçının ƏDV qeydiyyatının aktiv olması barədə məhkəmənin gəldiyi qənaət təkzib olunur.

21. Bundan başqa, məhkəmə qərardadında göstərmişdir ki, digər tərəfdən isə iddia tələbində müvafiq qərarların ləğvi tələb edilsə də, həmin qərarlarla hesablanmış vergi məbləğinin əsasında duran xronometrajın nəticələri mübahisələndirilmir, xronometrajın nəticələri qüvvəsini saxlayır.

22. Bildirirəm ki, iddiaçı tərəfindən hesabatlar onun təsərrüfat obyektində keçirilmiş son xronometraj metodu ilə müşahidələrə əsasən müəyyən edilmiş orta günlük satış dövriyyəsinə uyğun verilmişdir. Sadəcə olaraq, dövriyyə 200.000 manatı keçdiyi üçün iddiaçı ƏDV qeydiyyatına alınmışdır. Cavabdehin ƏDV-nin hesablanması barədə qərar qəbul etməsinin səbəbi o olmuşdur ki, iddiaçı aprel ayının 20-dən gec olmayaraq bu barədə bəyannamə verməmişdir. Lakin, araşdırma zamanı bu təkzib olunmuş, iddiaçı tərəfindən qanunun tələbinə uyqun olaraq sadələşdirilmiş vergi ödəyicisi olmağı barədə 2018-ci ilin aprel ayının 20-dək müvafiq bəyannamə verildiyi öz təsdiqini tapmışdır.

23. Apellyasiya instansiyasında məhkəmə kollegiyasının sorğusu əsasında Dövlət Vergi Xidməti Kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin təqdim etdiyi bəyannamələrdən görünür ki, iddiaçı 2018-ci ilin 1-ci rübünə dair sadələşdirilmiş verginin bəyannaməsini aprel ayının 20-dək vergi orqanına təqdim etmişdir və cavabdeh bu faktı mübahisə etmir.

24. İddiaçı İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Belə olan halda, iddiaçıya 2018-ci ildə tətbiq olunmalı metod sadələşdirilmiş vergidir, o, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 ma natdan artıq olan halda belə yalnız sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyi, bu hüquqdan imtina etdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyata alına bilərdi. Qeyd olunan şərtlər olmadığı halda isə iddiaçıya 2018-ci il üzrə ƏDV hesablana, ondan ƏDV-nin məqsədləri üçün qeydiyyat tələb oluna bilməzdi.

25. İddiaçı hesab edir ki, onun hüquqlarının kobud surətdə pozulması ilə qəbul edilmiş apellyasiya İnstansiyası məhkəməsinin qərardadı ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə ədalətli qərar qəbul edilməlidir.

26. Apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etmək əvəzinə (iddiaçı 2018-ci ilin 1-ci rübünə dair sadələşdirilmiş verginin bəyannaməsini aprel ayının 20-dək vergi orqanına təqdim etmişdir və cavabdeh bu faktı mübahisə etmir) işə aidiyy əti olmayan Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə istinad edərək maddi hüquq normalarının kobud pozaraq iddianın mümkün sayılmaması barədə ədalətsiz qərardad qəbul edilmişdir.

27. Halbuki, iş üzrə 3 instansiya məhkəməsində iddianın mahiyyəti üzrə baxılması barədə qərarlar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının ar zuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

31. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarların ləğv edilməsini, vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş edir.

34. İnzibati mübahisə üzrə iddiaçının mövqeyi bundan ibarətdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə uyğun olaraq, 2018-ci ilin aprel ayının 20dək sadələşdirilmiş vergi hüququndan istifadə etməyə dair müvafiq bəyannaməni təqdim etdiyindən, ona 2018-ci ilin İV rübü üzrə ƏDV hesablanması əsassızdır. Cavabdeh isə bildirir ki, i ddiaçı AR VM-in 218.1-ci maddəsinin tələbinə uyğun olaraq 2018-ci ilin aprel ayının 20-dək sadələşdirilmiş vergi hüququndan istifadə edəcəyinə dair müvafiq məlumatı verməmiş, həmçinin dövriyyəsi 200.000 manatdan artıq olduğuna görə 2018-ci ilin avqust ayının 1-dən məcburi ƏDV qeydiyyatına alınmış, keçirilmiş son xronometraj müşahidəsinin nəticələrinə əsasən isə ona 2018-ci ilin İV rübü üzrə ƏDV hesablanmışdır (iddiaçı 2018-ci ilin İV rübü üzrə 2019-cu ilin mart ayının 05-də dəqiqləşdirilmiş bəyannamə vermiş və dövriyyəni 0 göstərmişdir).

35. İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə uçota alınmışdır və əsas fəaliyyəti “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər”dən ibarətdir. 19 mart 2018-ci il tarixdə ünvan 1 ün vanında yerləşən “Park Restoran” adlı təsərrüfat obyekti uçota alınmış, fərdi sahibkarın xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən isə qeyd olunan təsərrüfat obyektinin qeydiyyatı ləğv olunmuşdur.

36. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********1076 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarı əsasında ünvan 1 ünvanında yerləşən **********- 15001 kodlu “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə xx.xx.2018-ci il tarixdə tərtib olunmuş VN-14025106 saylı yekun akta əsasən, fərdi sahibkarın orta günlük dövriyyəsinin ümumilikdə 3.660,12 manat olduğu müəyyən edilmişdir.

37. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı fərdi sahibkarın təsərrüfat subyektində keçirilmiş son xronometraj metodu ilə müşahidələrə əsasən, orta günlük satış dövriyyəsinin 3.660,12 manat (ƏDV-siz əsas məbləğ 3.101,80 manat, ƏDV-si 558,32 manat) müəyyən edilməsinə baxmayaraq, 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar-may ayları üçün əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********403100 nömrəli, xx.xx.2019-cu il tarixli **********602600 nömrəli və xx.xx.2019-cu il tarixli **********286000 nömrəli məktublar göndərilmişdir.

38. İddiaçı tərəfindən bəyannamədə olan uyğunsuzluqlar barədə məktuba cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kə narlaşma aradan qaldırılmaqla vergi bəyannaməsi təqdim edilmədiyi üçün cavabdeh vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergi bəyannaməsi üzrə 17.308,01 manat, 2018ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat, 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 15.633,04 manat, 2019-cu ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin aprel ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat və 2019-cu ilin may ayı üçün əlavə də yər vergisi üzrə 11.724,78 manat əlavə vergi məbləği hesablanmış və buna dair qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli, **********726300 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, xx.xx.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir.

39. Cavabdeh vergi orqanının apardığı araşdırma zamanı, fərdi sahibkar * oğlunun vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 aylıq dövr ərzində 200.000,00 manatdan artıq olduğu müəyyən olunduğu üçün sonuncu xx.xx.2018-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınaraq, bu barədə ona xx.xx.2018-ci il tarixli **********6 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişi göndərilmişdir.

40. İddiaçı vergi orqanının qeyd edilən qərarlarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********848100 nömrəli qərarı ilə vergi ödəyicisinin şikayəti qismən təmin edilərək, Bakı şəhəri LGD tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarların dəyişdirilmədən saxlanılması və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, xx.xx.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarların ləğv edilməsi qərara alınmış və qeyd olunan qərarla VN-nin Bakı şəhəri LGBİ -yə aşağıdakılar tapşırılmışdır: fərdi sahibkara rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 2018-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə və 2018-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə əlavə vergilərin hesablanmasını təmin etmək; fərdi sahibkarın ƏDV üzrə vergi mükəlləfiyyətinin xx.xx.2019-cu il tarixdən ləğv edilməsini və sadələşdirilmiş vergi üzrə mükəlləfiyyətinin xx.xx.2019-cu il tarixdən aktivləşdirilməsini və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 8 faiz dərəcə ilə sadələşdirilm iş vergi məbləğinin hesablanmasının təmin edilməsi; fərdi sahibkar tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin 3-cü rübü üçün təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsinin 810, 811 və 812-ci sətirlərinin göstəricisiz əks olunmasının təmin edilməsi; bu qərarın 2-ci, 3.1-ci və 3.2-ci və 3.3-cü bəndlərinin icrası ilə bağlı fərdi sahibkarın şəxsi hesab vərəqəsindəki müvafiq düzəlişlərin edilməsinin təmin olunması məsələsinə baxılması.

41. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurasının 06 dekabr 2019-cu il tarixli **********558500 saylı qərarı ilə * * n edilməmiş, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********848100 nömrəli qərarı və Vergilər Nazirliyi yanında Bakı LGD tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********7267300 nömrəli qərarların dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. 42. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd).

43. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qa yda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır.

45. Hazırki işin hallarından göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə ictimai iaşə fəaliyyəti ilə məşğul olan iddiaçıya ƏDV üzrə verginin hesab lanması ilə bağlıdır.

46. İnzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

47. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

48. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

49. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iddia tələbinin uğurluluq ehtimalına münasibətdə işin faktiki ha llarından aydındır ki, iddiaçının ƏDV ödəyicisi kimi qeydiyyata alınması və mübahisələndirilən vergi orqanının qərarlarının qəbul edilməsi cavabdeh tərəfindən aparılmış vergi ödəyicisinin xronometraj metodu ilə müşahidəsinin nəticələrinə əsasən icra edilmişdir. İddiaçı ƏDV ödəyicisı olmadığını bildirsə də, hazırda onun ƏDV ödəyicisi kimi qeydiyyatı aktivdir və iddiaçı tərəfindən hər hansı qaydada mübahisələndirilmir. Digər tərəfdən isə iddia tələbində müvafiq qərarların ləğvi tələb edilsə də, həmin qərarlarla hesablanmış vergi məbləğinin əsasında duran xronometrajın nəticələri mübahisələndirilmir, xronometrajın nəticələri qüvvəsini saxlayır. Ona görə də, hazırki iddia təmin edilməklə iddiaçı tərəfindən mübahisələndirilən qərarlar ləğv edilsə belə, həmin qərarların qəbul edilməsinə əsas ola n hallar aradan qalxmadığından iddiaçının arzuladığı hüquqi nəticəni əldə etməsi mümkün görünmür.

50. Beləliklə də, cavabdehin hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən olunmadığından iddianı mümkün saymamaqla apellyasiya məhkəməsi haqlı olmuşdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı * oğlunun kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1120/2022 saylı, 25 fevral 20 22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar