Məhkəmə qərarları › İş №2-1(102)-906/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-906/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-906/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Kiçik Müəssisəsi cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinə (üçüncü şəxslər X5 və "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti verilməsi müddətinin üzrsüz səbəbdən ötürülməsi: şikayət üzrə apelyasiyanın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinə (üçüncü şəxslər X5 və "xxxx" MMC) qarşı “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 nömrə li ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-4311/2023 nömrəli qərardadından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 nömrəli ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

1. Bakı İnzibati Məhkəməsinin (hakim: M.Hacıbəyova) 08 avqust 2023-cü il tarixli, 21(112)-4309/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 nömrəli ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X1 dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 757 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı etibarsız hesab edilmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(112)-4309/2023 nömrəli qərarı üçüncü şəxs "xxxx" MMC-nin vəkili və nümayəndəsi X3 xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmişdir.

3. Üçüncü şəxs "xxxx" MMC-nin vəkili həmin qərardan xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova, R.Ə.Səmədov) 30 noyabr 2023-cü il tarixli, 21(103)-4311/2023 nömrəli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmayaraq şikayətin icraata qəbulundan imtina edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4309/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı üçüncü şəxsin nümayəndəsi - vəkili X2 ərizəsinə əsasən 11 sentyabr 2023-cü il tarixdə qəbzə imza edilməklə ona təqdim olunmuşdur. Bu zaman həmin qərardan apellyasiya şikayəti verilməsi üçün son gün xx.xx.2023-cü il tarixi olsa da, apellyasiya şikayəti elektron qaydada xx.xx.2023-cü il tarixində verilmişdir. Lakin hazırkı işdə ap ellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş və üçüncü şəxs "xxxx" MMC-nin və onun vəkili Nümayəndə2 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək, həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qər ardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, üçüncü şəxs "xxxx" MMC-nin vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, başqa bir məhkəmə iclası ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmiş, lakin apellyasiyanın mümkün hesab edilməsinə dair hər hansı bir sübut, dəlil və ya ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin normaları baxımından, üçün cü şəxsə apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizə verilməsi ilə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab etmişdir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir.

6. Üçüncü şəxs "xxxx" MMC həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

7. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutların və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə, həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsinin təklif edilməsi barədə məlumat elektron kabinetdə olmamış, yalnız şikayətin mümkünlüyünə baxılacağı bildirilmişdir. Bundan başqa, 11 sentyabr 2023-cü il tarixdə yalnız vəkilin orderi təqdim olunmuşdur. Eyni zamanda məhkəmə aktını vəkilə təqdim etmək məhkəməni işdə iştirak edən şəxslərə, yəni bu halda tərəflərə - üçüncü şəxsə təqdim etmək vəzifəsindən azad etmir. Göründüyü kimi, burada müddətlər məhz məhkəmə aktının məhkəmə icraatının iştirakçılarına çatdığı gündən sayılmalıdır, vəkil isə məhkəmə icraatının iştirakçısı deyildir. Məhkəmə iştirakçısına (üçüncü şəxsə) isə qərar xx.xx.2023-cü ildə rəsmi qaydada təqdim olunmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğ un olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... Maddə

81. Apellyasiya şikayəti vermək hüququ... 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə

91. Mübahisə ilə bağlı i şə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəri lməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

10. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılan zaman hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

13. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona ai d müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İPM-in 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir.

15. Hazırki iş materialları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(112)-4309/2023 nömrəli qərarı üçüncü şəxs "xxxx" MMC-nin vəkilinə xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmişdir. Belə olan halda, üçüncü şəxs "xxxx" MMC-yə münasibətdə birinci instansiya m əhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımı məhz həmin tarixdə başlamış və 30 gün sonra bitmişdir. Buna baxmayaraq, üçüncü şəxsin vəkili xx.xx.2023-cü il tarixdə, yəni prosessual müddət bitdikdən sonra Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şikayətin mümkün sayılmayaraq qəbulundan imtina edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

16. Apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutların və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini n təklif edilməsi barədə məlumatın elektron kabinetdə olmaması, yalnız şikayətin mümkünlüyünə baxılacağının bildirilməsi barədə kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(103)-4311/2023 nömrəli məhkəmə bildirişində xidməti vəzifəsindən istifadə edərək apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Sözügedən məhkəmə bildirişi həmin tarixdə üçüncü şəxsin və onun vəkilinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, üçüncü şəxsin vəkilinin bu ka ssasiya dəlili həqiqəti əks etdirmir.

17. Bundan başqa, məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixdə yalnız vəkilin orderinin təqdim olunması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, üçüncü şəxs "xxxx" MMC-nin vəkili Nümayəndə2 məhkəmə qəbzinə imza etməklə xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin qərarının surətini almışdır.

18. Bundan əlavə vəkilin məhkəmə icraatının iştirakçısı olmaması, məhkəmə iştirakçısına (üçüncü şəxsə) isə qərarın xx.xx.2023-cü ildə rəsmi qaydada təqdim olunması ilə bağlı kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, fiziki və hüquqi şəxslərin (o cümlədən məhkəmə icraatında proses iştirakçıla rının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəkilin vəzifəsidir.

19. Hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MMC ilə vəkil arasında hüquqi xidmət barədə müvafiq müqavilə bağlanaraq, vəkil tərəfindən MMC-yə hüquqi yardımın göstərilməsi barədə order verilmişdir. Odur ki, MMC-yə təqdim edilməli məhkəmə sənədləri onun vəkilinə təqdim edilməklə, eyni zamanda üçüncü şəxs olan MMC-yə də çatdırılmış hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxs "xxxx" MMC tərəfindən sonradan onu təmsil etmək üçün eyni vəkilə etibarnamə verilməsi də kassasiya şikayətinin qeyd edilən dəlilinin əsassız olduğunu təsdiq edir.

20. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-4311/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar