Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-906/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 4 dekabr 2024-cü il tarixli, 2-N(N03)-2360/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletə əsasən o, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, xx.xx.N992-ci il tarixdə ordu sıralarından azad olunmuşdur.
2. N №-li hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixli N5 nömrəli əmrində N №-li hərbi hissədə tam döyüş hazırlığın təmin üçün səfərbərliyə alınmış əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur.
3. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 202 saylı əmrinin arxiv çıxarışında N №-li hərbi hissə tərkibində olan N №- li hərbi hissənin 27№-li əmrinə əsasən ordu sıralarından azad edilən və ümumi təchizatdan xaric edilən əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur.
4. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.202N-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-2N06 nömrəli arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti barədə məlumat olmadığını qeyd edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəli yinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N992-ci ilin avqust ayından könülü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdam rayon Komissarlığı tərəfindən Ağdam rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissənin nəzdində olan N saylı hərbi hissəsində artileriya bölməsində xidmət etmişdir. xx.xx.N992-cü il tarixdə ordu sıralarından tərxis olunmuşdur. N saylı hərbi hissənin xx.xx.N992-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinə daxil olmuş və həmin hərbi hissənin xx.xx.N992-ci il tarixli, 202 saylı əmri ilə ordu sıralarından azad edilmişdir. (Hərbi biletdə səh. N7) Ağdam rayonu uğrunda gedən döyüşlərdə işti rak etmişdir. (Hərbi biletdə səh. N8) xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, xx.xx.N992-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Müharibə vaxtı hərbi xidmət keçmə N saylı hərbi hissənin qərargah rəisi mayor C.Məmmədov tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. (Hərbi biletdə səh. 24) Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə etdiyi müraciətinə cavab olaraq 03 dekabr 202N-ci il tarixli 4/2-2N06 nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixli N5 nömrəli əmrində N №-li hərbi hissədə tam döyüş hazırlığın təmin üçün səfərbərliyə alınmış əsgərlərin siyahısında İlqar Heydərovun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmrində həmin gündən etibarən əsgər X8 sıralarından azad edilərək ümumi təhçizatdan xaric edilməsi barədə məlumat vardır.
8. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya tərəfindən xx.xx.20N9cu il tarixli iclasda iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərar barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul edilməsindən 3 il sonra onu mübahisələndirmişdir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N87/2024 nömrəli, N5 fevral 2 024-cü il tarixli qərarı ilə (hakim: H.Ağalarov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş say ıla bilməz.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-N(N03)-2360/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, G.Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin N5 fevral 2024-cü il tarixli qərarı ləğv edilərək iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etmişdir: - AR Müdafiə Nazirliyinə sorğu ünvan lanaraq, N saylı hərbi briqadanın və həmin briqadanın tərkibində olan N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək döyüşlərdə iştirak edən hərbi hissə olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubunda Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N N-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək, N N-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumatın yazıldığı qeyd olunmuşdur. - iddiaçının qanunvericilik normalarına uyğun olaraq döyüş əməliyyatlarında iş tirak edən hərbi hissəyə daxil olması və ordu sıralarından azad edilərək ümumi təchizatdan xaric edilməsi barədə əmrlər iş materiallarına əlavə edilmişdir. - şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, İddiaçıla birlikdə 708 nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə birlikdə döyüşdə iştirak etmiş, N993-cü ilin avqust ayında İddiaçıla birlikdə döyüşə getmişlər və elə N993-cü ilin dekabr ayında ikisi də tərxis olunmuşdur. Həmçinin şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, İddiaçıla birlikdə 708 nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə birlikdə döyüşdə iştirak etmiş, N993-cü ilin avqust ayında İddiaçıla birlikdə döyüşə getmiş və elə N993-cü ilin dekabr ayında ikisi də tərxis olunmuşdur. Şahid qismində dindirilmiş X5 müharibə a dı və vəsiqəsinin verilməsinə əsasən olan AR Müdafiə Nazirliyinin arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N5 №-li əmrində Elşən Rüstəmovun 708№-li hərbi hissənin tam döyüş hazırlığını təmin etmək məqsədilə səfərbərliyə alındığı üçün hərbi hissənin sərəncamına götürülməsi barədə məlumat var, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 0N№-li əmrində Elşən Rüstəmovun xx.xx.N992-ci il tarixdən sərəncamdan çıxarılması barədə məlumat vardır....eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara mü nasibətdə bərabər davranmamışdır.
14. Apellyasiya məhkəməsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü, “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsində şahid qismində dindirilmiş X6 və X3 izahatlarında bildirmişlər ki, İddiaçıla birlikdə 708 nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə döyüşdə iştirak etmiş və N993-cü ilin avqust ayında birlikdə döyüşə getmişlər və N993-cü ilin dekabr ayında tərxis olunmuşlar. Halbuki, iddiaçı iddia edir ki, hərbi xidmətdə N993-cü ildə deyil xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək olmuşdur. Bundan əlavə X8 sıralarından azad edilərək ümumi təchizatdan xaric edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin avqust N992-ci il, N №-li hərbi hissə komandirinin dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti barədə məlumat aşkar olunmamışdır.
17. Kassator hesab edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının və Azərbaycan Res publikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublika sının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Göründüyü kimi məhkəmə iddiaçının apellyasiya şikayətini təmin edərkən N992-ci ildə “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı olmamasına diqqət yetirməmişdir. Digər tərəfdən “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr N997-ci il tarixli 634 nömrəli Fərmanı ilə N994-cü il iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında N il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. İddiaçı, həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, xx.xx.N992-ci ildə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bü tövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə La çın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşır ığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildi yi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya b uraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azə rbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir:...
21. İnzibati Prosessual Məcəllə: a) Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.N. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
25. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsinə yönəlmişdir.
26. Kassasiya şikayətindən göründüyü kimi, cavabdehin əsas dəlili iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən sübutların olmaması və məhkəmənin bu halı qiymətləndirməməsidir.
27. Bu dəlili əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hazırkı qərarın N9-20-ci bəndl ərində göstərilən normaların tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.
28. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il tarixli 28 sentyabr 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən İddiaçı ordu sıralarından azad edilməsi və ümumi təchizatdan çıxarılması barədə xx.xx.N992-ci il tarixli, N nömrəli əmrdə onun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyi və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi ilə bağlı hər hansı məlumatın qeyd edilməməsinə istinad etmişdir.
30. İstinad olunan əmrdə qe yd edilmişdir ki, “həmin gündən etibarən 708 №- li tərkibində olan 300№-li h/h-nin 27№-li əmrinə əsasən əsgər Heydərov İlqar ordu sıralarından azad edilərək ümumi təchizatdan xaric edilsin”.
31. Göründüyü kimi iddiaçı 300№-li hərbi hissənin N№ əmri ilə ordu sıralarından azad edilmiş və həmin əmrin arxiv çıxarışı iş materiallarına əlavə edilməmişdir.
32. Digər tərəfdən iddiaçının ordu sıralarından azad edilməsinin əsası iş materiallarından müəyyən edilmir. Başqa sözlə iddiaçının qanuni əsasla tərxis olması səbəbindən ordu sıralarından azad edilməsi işdən görünmür.
33. Qeyd edilənlərdən əlavə apellyasiya məhkəməsi iddianı təmin edərkən şahid ifadələrinə istinad etmişdir. Belə ki, apellyasiya məhkəməsinin iclasında şahid kimi ifadə vermiş X6 və X3 izahatlarında bildirmişlər ki, İddiaçıla birl ikdə 708 nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə döyüşdə iştirak etmişlər, N993-cü ilin avqust ayında birlikdə döyüşə getmişlər və N993-cü ilin dekabr ayında tərxis olunmuşlar.
34. Halbuki, iddiaçı özü iddia ərizəsində xx.xx.N992-ci il tarixdə ordu sıralarından tərxis olmasını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən şəxslər ilə N993-cü ildə döyüşlərdə iştirak etməsi qeyri-mümkündür.
35. Lakin apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətli halları araşdırmayaraq iddiaçıya münasibətdə barabərlik hüququnun pozulduğunu bildirmişdir.
36. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunları etməmiş, əldə edilən sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir.
37. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunub-olunmadığını müəyyən etməli, bunun üçün iddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə bağlı hərtərəfli araşdırma aparmalı, bundan sonra mübahisə üzrə düzgün nəticəyə gəlməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 4 dekabr 2024-cü il tarixli, 2-N(N03)-2360/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.