Məhkəmə qərarları › İş №2-1(102)-907/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-907/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-907/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti İdarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topd an satış müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 02.05.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-625/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1968-ci ildə Yevlax şəhərində anadan olmuşdur. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi). O, 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti İdarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsində işləmişdir. (ИТ seriyalı, ******* saylı əmək kitabçası). Tibbi Sosial Ekspert Komissiyasının 02.05.2018-ci il tarixli arayışına əsasən iddiaçıya 02.05.2018-ci il tarixdə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Yevlax şəhər şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin sonuncu iddiaçının işlədiyi müəssisələrin arxiv sənədləri saxlanılmadığına görə əmək haqqı arayışı əldə edilə bilmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmadığını əsas gətirərək, 21.06.2018-ci il tarixli, 46 /1683 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti İdarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona 02.05.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, ИТ seriyalı, ******* saylı əmək kitabçasına əsasən, iddiaçı 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti İdarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsində işləmişdir. Ona 02.05.2018-ci ildən birinci dərəcəli əlillik təyin edilmişdir. Lakin cavabdeh əsassız olaraq müəssisənin arxiv sənədləri və əmək haqqı arayışı olmadığına görə ona əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Halbuki, əmək kitabçası iş stajını təsdiq edən yeganə sənəddir. İddiaçı hesab edir ki, həmin müəssisələrin sənədlərinin arxivə verilməsi onun vəzifəsi deyil. Ona görə də sosial təminat hüququndan əsassız məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. Şəki İnziba ti-iqtisadi Məhkəməsinin 2-1(84)-1259/2018 saylı, 18 sentyabr 2018-ci tarixli qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilərək, iddiaçının 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti İdarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 02.05.2018-ci ildən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin, iddiaçının işlədiyi müddətin sosial sığorta stajında daxil edilməsindən imtina etməsi sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Eyni zamanda iddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajını topladı ğından onun əlilliyə görə əmək pensiyası almaq hüququ vardır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-625/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: A.A.Mahmudov və V.İ.Məlikov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-iqtisadi Məhkəməsinin 21(84)-1259/2018 saylı, 18 sentyabr 2018-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayətdə bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanuni baxımdan ədalətli deyildir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. İddiaçının 16.06.1992-ci il tarixdən 31.12.1999-cu il tarixədək 12 nömrəli Mingəçevir Tikinti İdarəsində və 10.01.2000-ci il tarixdən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsində işləməsi arxiv sənədləri ilə təsdiq olunmur. Bu baxımından məhkəmə işə birtərəfli yanaşmış, qərar qəbul edərkən digər mötəbər halları nəzərə almamışdır. Daha sonra qeyd edilir ki, şəxsin işləməsi müəssisənin aidiyyəti sənədlərində əks olunur. Bu sənədlərlə əmək kitabçası üzləşdirilir. Bundan sonra əmək kitabçasındakı qey dlərin həqiqiliyi müəyyən edilir. Lakin hazırkı işdə bu proseduranı həyata keçirmək mümkün deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində iki hal mübahisə edilir: İddiaçının 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti idarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdan satış müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi; İddiaçıya əsassız olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisələndirilən dəlilləri əsassız hesab edir və qeyd edilən xüsusatlara ayrı - ayrılıqda münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək p ensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edi lir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Qanunun müddəalarından göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında onun 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti idarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsində işlədiyi göstərilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajının nəzərə alınmaması ilə bağlı cavabdehin mövqeyi əsassızdır. Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları-sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun ol araq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi döv lət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təş kilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyy ətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, hazırkı iş üzrə sığorta edən Mingəçevir Tikinti idarəsinin və Yevlax tam təsərrüfat hesablı topdan satış müəssisəsinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, cavabdehin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi məlumatlarda iddiaçının adının olmaması sığortaolunan iddiaçının təqsiri deyi ldir və müvafiq sənədləşmənin aparılması da onun vəzifəsi deyildir. Bu vəzifə sığortaedənə - Mingəçevir Tikinti idarəsinə və Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsinə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. Kassasiya şikayətinin ikinci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra haki miyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İş materiallarından görünür ki, iddiaçı 16.06.1992-ci ildən 31.12.1999-cu ilədək 12 nömrəli Mingəçevir Tikinti İdarəsində və 10.01.2000-ci ildən 30.12.2005-ci ilədək Yevlax tam təsərrüfat hesablı topdansatış müəssisəsində işləmişdir. (ИТ seriyalı, ** ***** saylı əmək kitabçası).İddiaçının iş stajı onun adına tərtib edilmiş əmək kitabçasındakı qeydlərlə sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan müddəalar işə tətbiq olunduqda xx.xx.1968-ci il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün o, 11 il 6 ay (02.05.2018-06.06.1968=50 yaş-15 yaş=35 il x 4 ay=140 ay/12=11 il 6 ay) sosial sığorta stajına malik olmalıdır. İddiaçının əmək kitabçasından görünür ki, o,11 il 6 aydan artıq iş stajına malik olmaqla, İ qrup əlil kimi pensiya təyin edilməsi üçün zəruri olan iş stajını toplamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-c i maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsa sən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-625/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar