Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-907/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı X"qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı X"qızının (bund an sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-99/2020 saylı, 4 noyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qusar rayonu Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıya kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 2,40 ha torpaq sahəsi satılmışdır. Həmin alqı-satqıya dair 14.10.2005-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən ödəniş edilmişdir.
2. İddiaçı ilə Qusar rayonu Qalacıq b ələdiyyəsi arasında 20.10.2005-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir.
3. Qusar rayonu Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli qərarı əsasında torpaq sahəsinə dair DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən 11.03.2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” akt verilmişdir.
4. İddiaçı Qusar rayonu, Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli qərarına və adına tərtib olunmuş Dövlət Aktına istinad edərək həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh 30.10.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi dövlət aktı idarənin elektron b aza məlumatlarında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DT və XK-nın Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan başqa xəritəyə görə həmin torpağın 1.14 ha hissəsi digər şəxslərin istifadəsindədir, 0.88 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsi isə kolluq torpaq sahəsi olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 04.06.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə satılmış və həmin torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il t arixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında sözügedən 2.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi göstərilən ölçüdə iddiaçının qanuni istifadəsində və sahibliyindədir. O, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etdikdə, torpağın bir hissəsinin "xxxx" MMC-nin istifadəsində olduğunu bildirərək ona imtina cavabı vermişdir. Halbuki, həmin MMC-nin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti və iddiası yoxdur, MMC bu barədə hətt a yazılı məktub da vermişdir.
7. Cavabdehin iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazının dəlilləri ilə iddiaçıya verdiyi imtinanın dəlilləri eynilik təşkil edir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(085)-1166/2019 saylı iş) 4 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Qusar rayonu Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıya satılmış və həmin torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il tarixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında sözügedən 2.40 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış dır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. İddiaçının adına tərtib olunmuş Dövlət aktı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitabında yaxud elektron baza xəritə materiallarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1məruzəçi, X3 və X6, 2-1(105)-99/2020 saylı iş) 4 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.
12. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya satılmış torpaq sahəsinin satışı onun təyinatına və hüquqi rejiminə uyğun gəlməməsi hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar çıxış etsə də, hazırki halda iddiaçının adına tərtib olunmuş Dövlət aktı Qusar rayonu, Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli, 15 saylı qərarına əsasən tərtib edilmiş, həmin qərarla isə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə torpaq sahəsi satılmışdır. Yuxarıda aparılan dəyərləndirməyə görə isə bu keyfiyyətdə olan torpaq sahəsinin belə məqsəd üçün satılması yolverilməz olduğundan, nə Qusar rayonu Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli, 15 saylı qərarı, nə də həmin qərara əsasən tərtib olunmuş JN-474 kod 30115018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edə bilməz.
13. İddiaçı 6 yanvar 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Qusar rayonu Qalacıq bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məqsədi ilə 2.40 ha torpaq sahəsi ona satılmışdır. Həmin alqı-satqıya dair 14.10.2005-ci il tarixli 005404 saylı qəbz və 20.10.2005-ci il tarixli alqı-satqı aktı da verilmişdir. Torpağın satılması ilə bağlı DTXK-nin Qusa rayon şöbəsindən rəy alınmışdır. Həmin şöbə tərəfindən həmçinin JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair akt” verilmişdir. Torpaq sahəsi həmin vaxtdan göstərilən ölçüdə iddiaçının qanuni istifadəsində və sahibliyindəd ir. O, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etdikdə, torpağın bir hissəsinin "xxxx" MMC-nin istifadəsində olduğunu bildirərək ona imtina cavabı vermişdir. Halbuki, həmin MMC-nin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti və iddiası yoxdur, MMC bu barədə hətta yazılı məktub da vermişdir. 15.
17. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.09.2020-cı ıl tarixli C-54 saylı Mütəxəssis Rəyinə görə - iddiaçıya satılan 2.4 ha torpaq sahəsinin kateqoriya üzrə kənd təsərrüfatı təyinatlı olmaqla kənd təsərrüfatı ehtiyacları üçün yararlı olduğu bildirilmişdir. Bu səbəbdən də, torpaq sahəsinin yararlı olması əsas tutularaq, belə torpaq sah əsinin xüsusi mülkiyyətə verilə bilməməsi göstərilərək, birinci instansiya məhkəməsinin qərarı apellyasiya qaydasında ləğv edilmişdir. Hansı kı, eyni predmet üzrə 2 ziddiyyətli mütəxəssis Rəyi verilirsə, tarixi daha əvvəl ki, mütəxəssis rəyi üstün tutulmalı ıdı. Belə ki, qanunvericiliyin imperativ normasına görə ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsi yoxdur. Çünki, tarixi daha sonraya təsadüf edən mütəxəssis rəyinin nəticəsi iddiaçının ziyanına olmuş və bununla da, iddiaçının konstitusiya ilə qorunan mülkiyyət hüququ pozulmuşdur. Bildiyimiz kimi, mülkiyyət hüququ tək sərəncam hüququndan ibarət deyil ki, onu da yalnız xüsusi mülkiyyət hüququndan sonra əldə edəsən. İstifadə və sahiblik hüququ da, mülkiyyət hüququnun komponentlərindən olmaqla, iddiaçının hüquqlarını müəyyənləşdirir ki, bunu da apellyasiya instansiyası nəzərə almamışdır. Fakt odur ki, iddiaçının hüquqmüəyyənedici sənədləri əsasında, bir sözlə onun sözügedən torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları var ki, iddiaçıda olan bu hüquqların da mövcudluğu mübahisəsiz haldır. Bundan başqa, həmin torpaq sahəsinin konfiqurasiyası da - quruluşuna görə, kənd təsərrüfatı təyinatı üçün çox əlverişsizdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
18. Torpaq Məcəlləsi: Maddə
13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. (-). Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları (-). Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan t orpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər (12 dekabr 2008-ci il tarixə qədər qüvvədə olmuş redaksiya). 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008 -ci il, № 12, maddə 1048) ilə 56-cı maddənin 2-ci bəndin ikinci cümləsində, “hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri” sözləri, üçüncü cümləsində “müvəqqəti istifadəsinə və” sözləri çıxarılmışdır və həmin bəndə yeni məzmunda dördüncü cümlə əlavə edilmişdir. Maddə
86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-). Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. (-). 19. “Bələd iyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə v ə su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (23 oktyabr 2007-ci il tarixə qədər olan redaksiya). 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəll əsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müə yyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdu dlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. (-). Maddə
16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 21. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə
1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqla rın kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə
3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir... Maddə
12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların m əqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı: 2.Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiy yatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər.
22. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natama m faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mü bahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apely asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
26. İddiaçı Qusar rayonu Qalacıq Bələdiyyəsinin 11.10.2005-ci il tarixli 15 nömrəli qərarı əsasında ona satılmış torpaq sahəsi ilə bağlı verilmiş 11.03.2006-cı il tarixli JN-474 seriyalı kod 30115018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında 2.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh şəhadətnamənin elektron baza kadastr xəritə materiallarında əks olunmadığını, ləğv edilmiş DT və XK-nın Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında iddiaçının təqdim etdiyi Dövlət aktının qeydə alınmadığını, elektron məlumat bazasında olan xəritəyə əsasən 2.40 ha torpaq sahəsinin 1.14 ha hissəsinin digər şəxslərin istifadəsində olduğu, 0.88 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğunu bildirib hüququn qeydə alınmasından imtina etmişdir.
27. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsi bələdiyyə tərəfindən qanuni əsasla satılmış, rayon torpaq şöbəsi müsbət rəy vermişdir. Apelyasiya məhkəməsinin aldığı mütəxəssis rəyi birinci rəylə ziddiyyət təşkil etdiyinə görə əvvəlki rəy əsas götürülməlidir.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İşdə olan sənədlərə əsasən Qusar rayonu Qalacıq Bələdiyyəsinin 15 saylı 11.10.2005-ci il tarixli qərarı ilə kənd təsərrüfatına yararsız 2.4 ha torpaq sahəsi iddiaçıya satılmış, Qalacıq Bələdiyyəsinin 14.10.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə torpağın dəyəri kimi iddiaçı tərəfindən 1.533.120 manat bələdiyyənin hesabına ödənilmiş, DT və XK-nın Qusar rayon şöbəsi tərəfindən verilmiş rəydə 2.40 ha torpaq sahəsinin iddiaçıya satılması qanuna müvafiq hesab edilmiş, rəydə torpaq sahəsinin az yararlı olması qeyd edilmiş, Qalacıq Bələdiyyəsi və iddiaçı arasında bağlanmış və DT və XK-nın Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş 20.10.2005-ci il tarixli torpaqların alqısatqısına dair aktla 2.4 ha torpaq sahəsi iddiaçıya satılmış, bundan sonra həmin torpaq sahəsinə DT və XK-nın Qusar rayon şöbəsi tərəfindən 11.03.2006-cı il tarixli JN-474 kod 30115018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. 30. 2.40 ha torpaq sahəsi iddiaçıya Qusar rayonu, Qalacıq Bələdiyyəsinin 11.10.2005-ci il tarixli, 15 saylı qərarı ilə ayrılmışdır. Qərarda torpağın kənd təsərrüfatına şərti yararsız olması, kənd təsərrüfatı məqsədilə satıldığı qeyd edilmişdir.
31. Apelyasiya məhkəməsinin aldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 7 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyində qeyd etmişdir ki, Qusar rayonu Qalacıq Bələdiyyəsinin 11.10.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torp aq sahəsinin naturada faktiki ölçüsü 2,5 ha-dır. Faktiki istifadədə olan torpaq sahəsinin naturadakı döngə nöqtələrinin koordinatları torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə üst-üstə düşür. JN 474 nömrəli 30115018 kodlu X11 elektron baza məlumatlarında (DWJ xəritələrində) qeydə alınmamışdır, lakin iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi JN 474 nömrəli, 30115018 kodlu Dövlət Aktındakı plan ölçü və koordinatlarla üst-üstə düşür. Qeyd edilən torpaq sahəsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş sorğuya verilmiş cavaba əsasən elektron bazada "xxxx" MMC-nin adına verilmiş **********46, **********23 reyestr nömrəli və X4 və ailə üzvlərinin adına verilmiş **********04 nömrəli çıxarışlarla kəsişir. Məqsədli təyinatına görə Bəl ədiyyənin qərarı ilə ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir və kənd təsərrüfatı üçün yaralıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, işin 59-cu səhifəsində cavabdeh birinci instansiya məhkəməsinə ünvanlandığı 17 sentyabr 2019-cu il tarixli məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin adına həmin əraziyə çıxarış verilməmişdir. Apelyasiya məhkəməsinin aldığı mütəxəssis rəyində cavabdehə istinad olunaraq iddiaçıya aid torpaq sahəsinin "xxxx" MMC-nin adına verilmiş **********46, **********23 reyestr nömrəli çıxarışla kəsişdiyi bildirilmiş, apelyasiya məhkəməsi bu ziddiyyəti aradan qaldırmamışdır.
33. Cavabdeh idarənin elektron məlumat bazasında olan xəritəyə istinad edərək 2.40 ha tor paq sahəsinin 1.14 ha hissəsinin digər şəxslərin istifadəsində olduğu, 0.88 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğunu bildirmiş, apelyasiya məhkəməsi istinad edilən elektron məlumat bazasında olan xəritəyə baxış keçirməmiş, elektron məlumat bazasında hüququn qeydə alınması tələb olunan torpaq sahəsinin həqiqətən 1.14 ha hissəsinin digər şəxslərin istifadəsində olduğu, 0.88 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 0.38 ha hissəsinin isə kolluq torpaq sahəsi olduğu yoxlanılmamışdır.
34. Apelyasiya məhkəməsi həmçinin ləğv edilmiş DT və XK-nın Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə olan Dövlət aktlarının qeydiyyat kitablarında iddiaçının təqdim etdiyi Dövlət aktının qeydə alınmadığı barədə cavabdehin dəlili ilə bağlı ar aşdırma aparmamış, Dövlət aktının tərtib edildiyi il, yaxud ondan sonrakı illərlə bağlı cavabdehə təqdim edilmiş qeydiyyat kitablarına baxış keçirməmişdir.
35. Cavabdeh imtinasında 2.40 ha torpaq sahəsinin 0.38 ha hissəsinin kolluq torpaq sahəsi, mütəxəssis rəyində isə kənd təsərrüfatı üçün yaralı olduğunu bildirmiş, apelyasiya məhkəməsi bu barədə olan ziddiyyətlə bağlı araşdırma aparmamışdır.
36. Cavabdeh imtinasında 1.14 ha torpaq sahəsinin digər şəxslərin istifadəsində, mütəxəssis rəyində konkret sahə qeyd edilməsə də, elektron bazada "xxxx" MMC-nin adına və A.İ.Xamedovun adına olan çıxarışlarla kəsişdiyi qeyd olunmuş, apelyasiya məhkəməsi həmin şəxsləri, o cümlədən Qalacıq Bələdiyyəsini məhkəmə icraatına cəlb etməmiş, 2.40 ha torpaq sahəsinin "xxxx" MMC-yə, A.İ.Xamedova, yaxud hər ha nsı digər şəxsə ayrılması barədə sənədləri cavabdehdən tələb etməmiş, torpaq sahəsinin nə vaxt digər şəxslərə ayrılmasına, torpaq sahəsinin qanuni əsasla verilib-verilməməsinə hüquqi qiymət verməmiş, mübahisə ilə bağlı torpaq sahələrinin üst-üstə düşməsi barədə məhkəmə ekspertizası təyin edilməsinin zəruriliyini müzakirə etməmişdir. 37. 2005-ci ildə iddiaçıya ayrılmış torpaq sahəsinə dair rayon torpaq şöbəsinin rəyində və bələdiyyə qərarında bələdiyyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin az yararlı olması qeyd edilsə də, 2020-ci ildə tərtib edilmiş mütəxəssis rəyində torpaq sahəsinin yararlı olması göstərilmiş, apelyasiya məhkəməsi torpaq sahəsi iddiaçıya ayrılan zaman yararsız, az yararlı, yaxud yararlı olub-olmaması ilə bağlı araşdırma aparmamış, aidiyyəti dövlət orqanların ın rəyini almamış, 2.40 ha torpaq sahəsi iddiaçıya ayrılarkən kadastr fondunda hansı kateqoriya torpaq sahəsi olmasını müəyyən etməmişdir.
38. Apelyasiya məhkəməsi “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına uyğun olaraq torpaq kadastr fondunda mübahisə predmeti olan 2.40 ha torpaq sahəsinin keyfiyyət göstəriciləri üzrə hansı məlumatın olmasını müəyyən etməmişdir. 39. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə görə müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişaf ı üçün cəlb olunan torpaqlar və kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər (2.4, 7.1.1 və 7.1.2-ci maddələr).
40. Torpaq Məcəlləsinin tələblərinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyala rı torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur (9.2, 10.4, 10.5-ci maddələr).
41. Həmçinin torpaq qanunvericiliyinə görə bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir (12.5 və 17-ci maddələr). 42. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun tələblərinə gör ə dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları A zərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır (1, 5-7-ci maddələr).
43. Mübahisəyə baxılan zaman qüvvədə olmuş “ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin müddəalarına görə bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək üçün arayış hazırlanması, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məl umat bankını yaratması, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədi ilə tədqiqat və monitorinq aparmaq və çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək Xidmətin fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir.
44. Odur ki, torpaq sahələrini n keyfiyyət göstəricisi üzrə yuxarıda qeyd edilən aidiyyəti dövlət orqanlarına sorğu edilib rəsmi məlumatı alınmadan, belə məlumatlara istinad edilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kənd təsərrüfatına yararlı olmasına dair alınan rəy mötəbər sübut kimi qəbul edilə bilməz.
45. İşin hallarından göründüyü kimi cavabdeh sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu və qanunvericiliyə görə onun alqı-satqı predmeti ola bilməyəcəyini bildirmişdir.
46. Belə olan halda, işə baxan məhkəmə ilk növbədə mübahisəli torpaq sahəsinin iddiaçıya satılan zaman kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olduğunu dəqiq müəyyən etməli olduğu halda, bunu etməmişdir. Təkrar apelyasiya baxışı zamanı həmin halın aydınlaşdırılması təmin edilməli, iddiaçıya sat ılmış 2.40 ha torpaq sahəsinin həmin vaxt kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olmasına dair səlahiyyətli orqanların rəyi alınmalıdır.
47. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.59-cu bəndinə əsasən, mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir.
48. Təkrar işə baxılan zaman iddiaçıya satılmış 2.40 ha torpaq sahəsinin keyfiyyət göstərici si barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat alınmasının zəruri olub-olmaması müzakirə edilməlidir.
49. Torpaq sahəsi satılan zaman kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olduğu dəqiq müəyyən edildikdən sonra Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq onun xüsusi mülkiyyətə satılmasının mümkünlüyünə qiymət verilməli, eləcə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarının tələblə ri nəzərə alınmaqla həll edilməlidir.
50. İddiaçı tələbində hüquqi əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsi ilə yanaşı, 8.0.1-ci maddəsinə də istinad etmiş, apelyasiya məhkəməsi Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq Qalacıq Bələdiyyəsinin bələdiyyəyə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair qərarına münasibət bildirməmişdir.
51. Apelyasiya instansiyası İPM-in 12.1 və 58-ci maddələrinin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır.
52. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına g öndərilməlidir.
53. İddiaçı kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayətin dəlili əsaslı sayıla bilməz.
54. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-99/2020 saylı, 4 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin e