Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-907/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin ƏDV depozit hesabı üzrə əməliyyatlar aparmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin ya nında Dövlət Vergi Xidmətinə qarşı “iddiaçının ƏDV sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə və digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(105)-716/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə göstərilir ki, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında hazırda texniki məhdudiyyət mövcuddur. Belə ki, ƏDV sub-uçot hesabı üzərindən başqa vergi ödəyicisinin hesabına ödəniş edən zaman “Səhv!! Zəhmət o lmasa VÖEN-i düzgün göstərin” kimi standart xəta ortaya çıxır. Halbuki daxil edilən VÖEN düzgündür. Bununla əlaqədar, cəmiyyətin ƏDV sub-uçot hesabına əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına, eləcə də gömrük orqanına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması xahiş edilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergidənyayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uço t hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajının verilməsi barədə proqram təminatına əlavə və dəyişikliklər edilmişdir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli halların araşdırılması ilə bağlı təsdiqedici sənədlər aidiyyatı üzrə qeydiyyata olduqları vergi orqanına təqdim edilməlidir. Qeyd edilənləri nəzərə alaraq yaranmış uyğunsuzluğun aradan qaldırılması tövsiyə olunmuşdur.
3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, onların xx.xx.2021-ci il tarixli müraciətləri ƏDV sub-uçot hesabına qoyulmuş məhdudiyyət barədə olduğu halda, onların cavab məktubu riskli vergi ödəyici siyahısından çıxarılması barədədir. Halbuki "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısında mövcud deyildir. Göstərilənlərə əsasən müraciətinə təkrar baxılmasını və ƏDV sub-uçot hesabında ƏDV məbləğinin sərbəst hərəkətlərinı, o cümlədən digər vergi ödəyicilərinin sub-uçot hesabına və gömrük orqanına ödənişlərin edilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqti sadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 17 yanvar 2022-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə və digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəm ədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda cəmiyyətə məxsus ƏDV subuçot hesabı vergi orqanı tərəfindən qanunsuz texniki üsullarla “bloka” salınmış və tərəflərindən ƏDV-nin məxarici üzrə hər hansı əməliyyatın aparılması texniki baxımdan qeyri-mümkün olmuşdur. Buna səbəb isə həmin hesabda proqram təminatı tərəfindən yaradılan texniki məhdudiyyətlərdir. Belə ki, ƏDV sub-uçot hesabında hər hansı əməliyyat aparmaq istəyərkən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” kimi standart xəta ortaya çıxır. Qeyd olunan texniki problemlərlə bağlı dəfələrlə vergi orqanına müraciət etsələr də, hər hansı texniki problemin olmadığını bildirmişlər. Halbuki vergi ödəyicisi kimi neçə illik təcrübələrindən bilirlər ki, bu cür addım, yəni ƏDV sub-uçot hesabına texniki blokun q oyulması vergi orqanlarının çoxillik ənənəsidir. ƏDV-nin depozit hesabı X1 açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bu müddəalardan aydın olur ki, vergi ödəyicisinin ƏDV üzrə 2 hesabı mövcuddur: depozit hesabı və sub-uçot hesabı. Depozit hesabı faktiki olaraq pul vəsaitlərinin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesabı hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyicisinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən elektron proqram təminatıdır. Belə ki, ƏDV- nin sub-uçot hesabına münasibətdə istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 saylı qərarının 4-cü bəndinə əsasən: 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; - dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; - ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron vergi hesabfakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV subuçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul ta rixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələ rin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Müddəalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Bu halda cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi əsasları qanunvericilikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona ve rilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddənin tələbləri onu ehtiva edir ki, vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda onun ƏDV depozit hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Qanunvericiliyi n sadalanmış maddələrinin mənası ondan ibarətdir ki, vergi ödəyicisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yalnız vergi ödəyicisi səlahiyyətlidir, lakin həmin hesabda cəmləşmiş məbləğlər vergi ödəyicisinin depozit hesabında olan məbləğləri əks etdirməlidir. Depozit hesabından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ödəniş tapşırığına əsasən müvafiq məbləğ tutulduqda, sub-uçot hesabında olan göstəricilərdən həmin məbləğin tutulması vergi ödəyicisinə məlum olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2012-ci il 24 dekabr tarixli **********004800 nömrəli Qərarı ilə təsdiq edilmiş (**********0048 nömrə ilə X3 Reyestrində qeydiyyata alınmış) “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1ci yarımbəndinə əsasən xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: - Əlavə dəyər vergisi ödəyicisi olmayan vergi ödəyiciləri müraciət etdikdə; - İstifadəçi kodu, parol və ya şifrəsi səhv olduqda; - Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparıldıqda; - Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Reqlamentin 3.3.2-ci bəndinə əsasən imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Müddəalardan göründüyü kimi, cavabdeh tərəfindən yalnız müvafiq hall ar mövcud olduqda elektron xidmətdən istifadə ilə bağlı imtina edilə bilər ki, qeyd edilən hallar məhdudiyyətlə bağlı deyil, bilavasitə elektron sistemdə aparılan əməliyyatlarla bağlıdır. Yəni qeyd edilmiş hallarda cavabdeh tərəfindən sub-uçot hesabına hər hansı bir məhdudiyyət qoyulmur, lakin proqram təminatından istifadə edilməklə cavabdeh informasiya texnologiyaları vasitəsilə vergi ödəyicisinə sub-uçot hesabdan istifadə edilməsindən imtina edə bilər. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə borcu olduqda, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış onun səhifəsindən digər sub-uçot hesaba ödənişlərin aparılmasından sistem tərəfindən imtina edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericilikdə nəzərdə tutulan hallar olmadığı ha lda, qanunsuz şəkildə proqram təminatı vasitəsilə iddiaçının ƏDV subuçot hesabına müdaxilə edir, sub-uçot hesabından istifadə edilməsindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda, əsassız texniki xətalar vasitəsilə imtina edir və nəticədə iddiaçının fəaliyyətini iflic edir.
7. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı məhkəməyə ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin Dövlət Vergi Xidməti tərəfindən qoyulduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsi ni sübut edə bilməmişdir. Həmçinin ərizəçinin iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə ə sasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV subuçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020 tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparılan vahid ma liyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində (bundan sonra müvafiq sahə) dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. İddiaçının ərizəsində qeyd olunan “ƏDV subhesabına əməliyyatların aparılmasında yaradılmış məhdudiyyət” ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı hərəkətlər edilməmiş, bu barədə hər hansı inzibati akt qəbul edilməmişdir. Qeyd edilmişdir ki, iddiaçı öz iddia ərizəsinin öhdəliyin icrası haqqında iddia növünə aid etmişdir. X2 Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin iddiaçı öz iddia ərizəsində məhz cavabdeh Dövlət Vergi Xidməti tərəfindən onun qanunla qorunan hansı hüquqlarının və ya maraqlarının pozulduğunu, hansı nəticəyə gətirib çıxardığını aydın ifadə etməmişdir. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğunu göstərir ki, bu da iddianın mümkün sayılmaması üçün əsasdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-891 /2022 nömrəli qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia təmin edilmiş, iddiaçının ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə, digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, proqram təminatının “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatlara dair çıxarışlardan ƏD V köçürmə əməliyyatının uğurla icra edilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısının göstərildiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında kompüter sistemində ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə, digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə məhdudiyyətlərin olduğu əyani müşahidə edilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasında məhdudiyyətlər mövcuddur. Cavabdeh proqram təminatında yaranan nasazlıqların aradan qaldırılması öhdəliyinə bağlıdır. Lakin cavabdeh tərəfindən normaların tələbi ndən irəli gələn öhdəlik iddiaçıya münasibətdə yerinə yetirilməmiş, nəticədə iddiaçının maliyyə əməliyyatlarının aparılması və malların təqdim edilməsi üzrə imkanları məhdudlaşmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(105)-716/2022 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-891/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birin ci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, məhkəmə cəmi bir dəfə apardığı müşahidə nəticəsində iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığını hansı qaydada müəyyən etdiyini və müşahidə zamanı kompüter sistemində görünən məhdudiyyətin nədən ibarət olduğunu açıqlamamış, həmin məhdudiyyətin məhz cavabdehin hansı hərəkətləri və ya hərəkətsizliyinin nəticəsində yaranmasına dair heç bir əsaslandırma gətirməmişdir. Başq a sözlə, məhkəmə xüsusi bilik tələb edən sahə üzrə müvafiq məhkəmə ekspertizasını təyin etmədən subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.7 və 87.8-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV... 175.8. ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-faktura ları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlə t büdcəsinə köçürülməsi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDVnin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydaların ı müəyyən edir. 1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir....
2. ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarınd an; - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən; - Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən....
4. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; - dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; - ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron qaimə-fakturaya əsasə n alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Resp ublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. 4.3-1. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər: 4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri; 4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər). 4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış “Səlahiyyətlərin idarə edilməsi” menyusundan istifadə edilm əklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir. 4.4. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər. 4.5. Ödəniş tapşırığında satıcının VÖEN-i düzgün göstərilmədiyi halda alıcı İnternet vergi idarəsinə daxil olaraq, ƏDV-nin “naməlum sub-uçot hesabı”ndan satıcıya ünvanlanan vəsaitləri onun VÖEN-i göstərməklə köçürmə əməliyyatları aparmalıdır. Ödəniş tapşırığının “B2. Vəsaiti alan” bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda və vəsaiti ödəyən ƏDV qeydiyyatında olmadıqda, həmin vəsait ƏDV-nin “naməlum sub-uçot hesabı”na mədaxil edilməklə dövlət büdcəsinə köçürülür və həmin məbləğ vəsaiti ödəyən vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir. 4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından, naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər həmin gün bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olun ur. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər də növbəti iş günündə bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinə darlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. 4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. 4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılma sının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraa t... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyət cə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Nəzərə almaq lazımdır ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır. ƏDV sub-uçot hesabı isə Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.
25. Qanunvericilikdə ba şqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
26. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.
27. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaiməfakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər yuxarıda istinad olunan normalarda gö stərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər.
28. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-ni n depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.
29. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər.
30. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanı tərəfindən tam təmin edilməmişdir.
31. Belə ki, həm iddiaçı tərəfindən təqdim edilən, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkə məsində müəyyən edilən hallardan görünür ki, iddiaçı özünə məxsus ƏDV sub-uçot hesabında hər hansı əməliyyat aparmaq istəyərkən sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısı göstərilir və bu hal iddiaçıya münasibətdə davamlı xarakter daşıyır.
32. İddiaçının bununla bağlı xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müraciətlərinə baxılması barədə cavabdehin iş materiallarına əlavə olunmuş məktublarında iddiaçının müraciətinə konkret cavab verilməmişdir. Halbuki həmin müraciətlərdən sonra cavabdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi.
33. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəs aitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli sayıla bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin proqram təminatında yaranan nasazlıqların aradan qaldırılması öhdəliyi mövcuddur.
34. Lakin cavabdeh tərəfindən yuxarıda istinad olunan normaların tələbindən irəli gələn öhdəlik iddiaçıya münasibətdə yerinə yetirilməmiş, nəticədə iddiaçının maliyyə əməliyyatlarının aparılması və malların təqdim edilməsi üzrə imkanları məhdudlaşmışdır.
35. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinet inin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir.
36. Buna görə də ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə cavabdeh məsuliyyət daşıyır.
37. Hazırkı mübahisəyə münasibət də cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal iş fəaliyyətinə, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törətmiş və iqtisadi maraqlarına ziyan vurma riski yaratmışdır.
38. Həmçinin, iddiaçının sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğundan, sonradan iddiaçının hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmaya, yaxud xeyli dərəcədə çətinləşə bilər.
39. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh proqram təminatının daima işlək vəziyyətdə olmasına nəzarət etməli olduğu halda bunu etməyərək proqram təminatında yaranan problemlərin həllində və iddiaçının müraciəti əsasında iddiaçıdan asılı olmayan səbəblərdən meydana gələn məhdudiyyətin aradan qaldırılmasında hərəkətsizlik nümayiş etdirməklə səmərəli idarəçiliyin əsas prinsiplərinə (dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektronlaşdırılması və s.) zidd davranmış, nəticədə iddiaçının konstitusion qaydada təsbit edilən azad sahibkarlıq hüququnun məhdudlaşmasına şərait yaratmışdır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nət icə qanuni və əsaslıdır. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(105)-716/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.