Məhkəmə qərarları › İş №2-1(102)-908/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-908/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-908/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinin vəkili Vəkil iştirakı ilə iddiaçı "İddiaçı" MM C-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə qarşı Mingəçevir şəhər XDS İK-nin 22.09.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-667/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.09.1988-ci il tarixli 323 nömrəli qərarı ilə "xxxx" kooperativinə göl balığı yetişdirmək üçün 10,61 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 19.10.1988-ci il tarixli 360 №-li qərarı ilə "xxxx" kooperativinin təşkil edilməsinə icazə verilmiş və Nizamnaməsi qeydiyyatdan keçirilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14.11.1991-ci il tarixli 856 №-li qərarı ilə "xxxx" kooperativinə Şüşə-mahlıc zavodunun nəzdindən çıxıb, müstəqil fəaliyyət göstərməsinə icazə verilmişdir. "İddiaçı" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31.10.1996-cı il tarixli 706 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" kooperativinin adı və təşkilatı-hüquqi formasının dəyişilməsi ilə onun bazasında və hüquqi varisi kimi təsisçilərin 21.12.2004-cü il tarixli 01 №-li ümumi yığıncağının qərarı ilə yenidən təşkil edilmişdir. "İddiaçı" MMC (bundan sonra - iddiaçı) sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin sonuncu 16.05.2018-ci il tarixli **********04 nömrəli məktubla bildirmişdir ki, elektron baza xəritəsinə əsasən "İddiaçı" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi aşkar edilmişdir. Texniki baxış zamanı həmin torpaq sahəsinin üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi və 2 ədəd süni göl yaradıldığı məlum olmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işlərinin aparılması və süni göllərin yaradılması qanunazidd olduğundan Mingəçevir şəhəri ərazisində yerləşən 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq Mingəçevir şəhər XDS İK-nin 22.09.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəmə yə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.09.1988-ci il tarixli 323 nömrəli qərarı ilə göl balığını yetişdirmək üçün "xxxx" kooperativinə 10,61 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31.10.1996-cı il tarixli 706 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" kooperativi dövlət qeydiyyatından keçən zaman üç nəfər üzvü olmuşdur. Üzvlərdən ikisi ayrı-ayrı vaxtlarda öz ərizələri ilə kooperativ üzvlüyündən çıxmışlar. Ona görə də kooperativdə yeganə təsisçi əmr verərək kooperativə yeni üzv qəbul etmiş, sonra isə onlar ümumi yığıncaq keçirərək kooperativin təşkilatı-hüquqi formasını, adını dəyişərək onu yenidən təşkil etmişlər. "İddiaçı" MMC Azərbaycan Respublikasının Ədliyyə N azirliyində 31.10.1996-cı il tarixli, 706 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" kooperativinin adı və təşkilatı-hüquqi formasının dəyişilməsi ilə onun bazasında və hüquqi varisi kimi təsisçilərin 21 12.2004-cü il tarixli 01 №-li ümumi yığıncağının qərarı ilə yenidən təşkil edilmişdir. Həmin vaxtdan cəmiyyətə ayrılan 10,61 ha torpaq sahəsi "İddiaçı" MMC-nin istifadəsindədir. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, elektron baza xəritəsinə əsasən, "İddiaçı" MMC-nin istifadəsinə verilmiş 10,61 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı ərazidə yerləşir və həmin torpaq sahəsi üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyriyaşayış binası inşa edilərək 2 ədəd süni göl yaradılmışdır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işlərinin aparılması və süni göllər in yaradılması qanunazidd olduğundan Mingəçevir şəhəri ərazisində yerləşən 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1016/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, xidmət haqqı və dövlət rüsumu iddiaçı "İddiaçı" MMC tərəfindən ödənildikdən sonra Mingəçevir şəhər XDS İK-nin 22.09.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddiaçı "İddiaçı" MMC-dən 60 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödəni lməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Mingəçevir şəhər XDS İK-nin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 22.09.1988-ci il tarixli 323 nömrəli qərarı həmin torpaq üzərində "İddiaçı" MMC-nin hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-667/2018 saylı iş üzrə 04 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: A.A.Mahmudov və V.İ.Məlikov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1016/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi bir inci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli 2-1(107)-667/2018 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə kollegiyası işə birtərəfli və səthi yanaşmaqla aşağıda göstərilən hallar nəzərə almamışdır. Elektron baza xəritəsinə əsasən "İddiaçı " MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi aşkar edilmişdir. Texniki baxış zamanı həmin torpaq sahəsinin üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi və 2 ədəd süni göl yaradıldığı məlum olmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işlərinin aparılması və süni göllərin yaradılması qanunazidd olduğundan Mingəçevir şəhəri ərazisində yerləşən 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması sırf qanuna ziddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi- tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci və 10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas olduğundan qeyri-yaşayış binalarına dair hüquqi və texniki sənədlər tam şəkildə təqdim edilməlid ir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına uyğun olaraq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşm ə və konfiqurasiya fərqlərinin ) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması həyata keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli 2-1(107)-667/2018 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul et məyi mümkün hesab etmişdir. Belə ki, ona göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndəsinin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iş tirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya qeyd edir ki, mübahisəyə əsas iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində göl balığı yetişdirilməsi məqsədi ilə 2 ədəd süni göl yaradılması və qeyriyaşayış binası inşa edilməklə tikinti işlərinin aparılması, beləliklə də torpağın təyinatı üzrə istifadə edilməməsi olmuşdur. Hər iki məhkəmə instansiyası cavabdehin imtina məktubunda sadalanan halları araşdırmadan, onun imtinasını q anunvericiliyin tələblərinə uyğun hesab etməmiş və bu səbəbdən iddia tələbini təmin etmişlər. İş materiallarında olan mütəxəssis rəyində qeyd edilir ki: - Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.09.1988-ci İ tarixli 323 nömrəli qərarı ilə göl balığı yetişdirmək üçün İddiaçı MMC-nə ayrılmış 10.61 ha torpaq sahəsinin 4.0 ha hissəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası örüşdür. Qüvvədə olan torpaq qanunvericiliyinə uyğun olaraq, qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğundan, heyvandarlığın inkişafı məqsədilə otlaq kimi istifadə oluna bilər. - Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.09.1988-ci İ tarixli 323 nömrəli qərarı ilə göl balığı yetiişdirmək üçün İddiaçı MMC-nə ayrılmış 10.61 ha torpaq sahəsinin 6.61 ha hissəsi Dövlət su fondu torpaqlarına aid olmaqla axmaz ərazisinə düşür. Cavabdeh kassasiya şikayətində olduğu kimi, apelyasiya şikayətində də bildirmişdir ki, torpaq sahəsində yerində baxış keçirilən və elektron baza məlumatları yoxlanılan, həmçinin təqdim olunan sənədlər araşdırılan zaman "İddiaçı" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi aşkar edilmişdir. Texniki baxış zamanı həmin torpaq sahəsinin üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyriyaşayış binasının inşa edildiyi və 2 ədəd süni göl yaradıldığı məlum olmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işlərinin aparılması və süni göllərin yaradılması qanunazidd olduğundan Mingəçevir şəhəri ərazisində yerləşən 10,61 ha torpaq sahəsi üzərində is tifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması qanuna ziddir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi barədə dəlillərinə düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu t orpaqları.( 9-cu maddə). - kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). - kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələ r zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsini n 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlav ə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edil məsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqdan təyinatı üzrə deyil, göl balığı yetişdirmək üçün süni göllər yaradılması və qeyri-yaşayış binasının tikilməsi məqsədilə istifadə edilməsini nəzərə almamış, torpağın hüquqi rejimi ilə bağlı məsələni, inzibati orqanın imtinasının qanuniliyini araşdırmamış, beləliklə də İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Resp ublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd edilən halların araşdırılması, beləliklə də maddi və prosessual hüquq normalarının tələbləri təmin edilməklə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-667/2018 saylı iş üzrə 04 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar