Məhkəmə qərarları › İş №2-1(102)-908/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-908/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-908/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (icarə müqaviləsinin müddətinin uzadılması) 16.06.2021 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Səyyad Kərimov, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin müddətinin uzadılması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-82/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 iyun 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdehnə qarşı Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 2004-cü ilin iyul ayında Şabran (keçmiş Dəvəçi) rayon keçmiş Liman sovxozu ərazisindən 220 ha torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(118)1120/2020 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərardadı ilə iddianın mümkün sayılmama sı qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 35.1-ci maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Republikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına istinad etmişdir.

4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(118)-1120/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.02.2021-ci il tarixli, 2-1(105)82/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məru zəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli, 2-1(118)-1120/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən işə baxılan zaman hazırkı mübahisənin tərəflərin subyektiv xarakterinə, hüquqi rejiminə, cavabdeh təşkilatın inzibati orqan olmasına və müqa vilənin müddətinin uzadılmasından əsassız imtina etməklə iddiaçıya qarşı hərəkətsizlik nümayiş etdirməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş «inzibati və mülki hüquq münasibətlərindən irəli gələn münasibətlərin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 saylı Qərarının tələbləri səhv tövsif edilməklə hazırkı mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməli olması kimi düzgün olmayan və eyni zamanda məhkəmə tərəfindən gəlinən nəticənin ziddiyyətli izahı ilə müşayət olunan qərar qəbul edilmişdir. Kasasiya şikayəti verməkdə məqsəd mübahisənin məhkəmə aidiyyətinin həlli ilə bağlı hissəsi üzrə yekun qərarın qəbul edilməsinə nail olmaqdır.

8. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində S umqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(105)-82/2021 nömrəli qərardadının ləğv edilməsi və iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

11. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

13. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.

17. Belə ki, iddiaçı iddia ərizəsində Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 2004-cü ilin iyul ayında Şabran (keçmiş Dəvəçi) rayon keçmiş Liman sovxozu ərazisindən 220 ha torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasının cavabdehə həvalə edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.

18. Göründüyü kimi hazırkı mübahisənin mahiyyəti tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin uzadılması barədədir. Mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

19. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsin ə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Həmin Qərarın 6.2-ci bəndinə müvafiq olaraq eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.

22. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, tərəflər arasında mübahisə torpaqla bağlı bağlanmış icarə müqaviləsindən irəli gəlmiş, Plenum Qərarına əsasən cavabdehin statusundan (inzibati orqan olmasından) asılı olmayaraq, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. Belə ki, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə ( yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(105)-82/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar