Məhkəmə qərarları › İş №2-1(102)-908/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-908/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-908/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-446/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci ildə Tovuz rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 74, yataqxanada qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 de kabr 2008-ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqəsinə uyğun olaraq ona Mərkəzi Filial tərəfindən 6 dekabr 2008-ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyinin müddətinin 13 mart 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqəsində xidmət illəri 18 il 1 ay 13 gün, güzəştli xidmət illəri 4 il 5 ay 18 gün olmaqla cəmi xidmət müddəti 22 il 7 ay 1 gün göstərilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası FHN-nin X1 Xidmətində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək təqaüdünün təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)7521/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

6. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası DİN-in Yanğından Mühafizə orqanlarında xidmətə qəbul edilib. xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1 182 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin sərəncamına qəbul edilmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası FHN-nin X1 Xidmətindən “Azərbaycan Respublikası DİN-də xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq səhhətində yaranmış narahatlıqla əlaqədar işdən azad edilmişdir. O, 2-ci qrup əlildir, 2008-ci ildən bu günədək ürəyin işemik xəstəsidir, əlillik səbəbi ümumi xəstəlik olaraq işemik xəstəliyi, gərginlik stenokardiya ilə əlaqədardır. 2012- ci ildə ürəyi ilə bağlı koronar angioplastika əməliyyatı olunmuşdur. xx.xx.2014-cü ildə ürəyində yenidən narahatlıq hiss etdiyindən həkimə müraciət etmiş və KAQ müayinəsi olunmuşdur. Müayinin nəticəsinə əsasən ona AKŞ əməliyyatı olunmuşdur. Ardıcıl olaraq hər il xəstəliyi ilə əlaqədar xəstəxanada yataraq davamlı müalicələr almış, hər 5 ildən bir xəstəliyi ilə bağlı əlilliyə görə əmək pensiyasının alınması üçün müayinələrdən keçmişdir. Lakin məlum olmayan səbəblərə görə xx.xx.2021-ci il tarixdən ona əlilliyə görə verilən pensiya ödənişi dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək təkrar əlilliyin təmin olunmasını xahiş etmiş, lakin cavabdehin yuxarıda qeyd olunan məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud olması vacib deyildir. Bildirir ki, əlill iyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti tibbi-sosial ekspert komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bildirmişdir ki, 2008-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçərək 2-ci qrup əlillik almışdır. Bundan sonra əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti bitdikdən sonra təkrar müayinədən keçmək üçün digər sənədlərlə birlikdə elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmiş, lakin illər üzrə ardıcıl olaraq xəstəxanadan verilmiş epikrizləri və digər müayinə sənədlərinə baxdıqdan sonra imtina edilmişdir.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qanunamüvafıq deyildir və təmin edilməməlidir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən, 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövl ət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi "məlumat vərəqi"nə əsasən xx.xx.2008-ci il tarixdən 2-ci qrup əlilliyə görə (hərbi xidmət dövrü ilə əlaqədar) əmək pensiy ası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, “əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyaçısının bir növündən başqa bir növünə keçmə hüququ vardır”. İddiaçı ərizə ilə Filiala müraciət edərək əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsini xahiş elmişdir. İddiaçının adına göndərilən "məlumat vərəqi'nə əsasən tələb olunan əmək stajı olmadığından yaşa görə əmək pensiyası növünə keçirilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5, 9.5.1, 20.14.1-ci maddələrinə əsasən - hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)7521/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim: G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci; 1.0.3-cü; 1.0.5-ci; 9.5-ci, 9.5.1-ci və 9.5.3-cü maddələrinə və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməs i baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir.

11. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 200 4-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir... 1). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. 2). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.

12. İddiaçının 2004-cü il 13 sentyabr tarixinədək güzəştli şərtlərlə 20 il xidmət ili mövcud deyil, odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hə rbi xidmət etmiş hərbi qulluqçu kimi əmək pensiyası hüququ yoxdur. O, xidmət xəstəliyinə görə buraxılmış və buraxılarkən (xx.xx.2008-ci il tarixə) 46 yaşı olmuş, 27 il 01 ay 24 gün ümumi stajı olmuş, bu stajın 18 il 01 ay 13 gününü hərbi xidmətdə keçirmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.5.3-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxs kimi yaşa görə pensiya hüququ vardır.

13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” qa ydalarının 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən vaxtilə məlumat vərəqi verilmiş və hazırda mübahisə təminat xərcliyində baş verən artımla və bununla əlaqədar olaraq pensiyanın yenidən hesablanması (və ya pensiyaya əlavə edilməsi) ilə bağlı deyil, cavabdeh qurum iddiaçı tərəfindən təqdim edilən sənədlər (əmək kitabçası) əsasında onun ümumi iş stajını müəyyən edə bilər, yəni Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumatdan asılı deyil.

14. Eyni zamanda qeyd edilmişdir ki, cavabdeh qurumun iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi hüququnun təmin edilməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanunun qeyd edilən mənasına görə, iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmə hüququ (qanunun 34-cü maddəsi) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməklə təmin edilir (qanunun 31.2-ci maddəsi). Bu səbəbdən iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinə əsasən, tələb etdiyi xx.xx.2021-ci il tarixdən (inzibati orqana müraciəti xx.xx.2021-ci il tarixdədir) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

15. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)446/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli q ərarı ilə (hakimlər H.Ü.Həmidov – sədrlik edən, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)7521/2021 nömrəli, 09 senyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsi tətbiq edilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası Fövqəla də Hallar Nazirliyinin təqdim etdiyi "məlumat vərəqi"nə əsasən ona xx.xx.2008-ci il tarixdən 2-ci qrup əlilliyə görə (hərbi xidmət dövrü ilə əlaqədar) əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34- cü maddəsinə əsasən - “əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyaçısının bir növündən başqa bir növünə keçmə hüququ vardır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5-ci maddəsinə əsasən Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqv im İli və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

20. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsi tətbiq edilə bilməz ona görə ki, həmin Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Qeyd edilən maddədə əmək pensiyasının bir növündən digər bir növünə keçirilməsi, şəxsin əmək pensiyası aldığı və keçmək istədiyi pensiya növünə onun hüququ olduqda tətbiq edilə bilər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3. Hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda ) xidmət edən hərbi rütbəli şəxslər hesab edilir. Maddə 1.0.5. Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelly asiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 27.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” i şi üzrə qərarı).

28. Qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayətinin dəlilləri də imtina məktubu, iddiaya etiraz, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Həmin dəlillərə aşağı instansiya məhkəmələrində icraat zamanı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 2004-cü il 13 sentyabr tarixinədək güzəştli şərtlərlə 20 il xidmət ili mövcud deyil, odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi əmək pensiyası hüququ yoxdur. O, xidmət xəstəliyinə görə buraxılmış və buraxılarkən (xx.xx.2008-ci il tarixə) 46 yaşı olmuş, 27 il 01 ay 24 gün ümumi stajı olmuş, bu stajın 18 il 01 ay 13 gününü hərbi xidmətdə keçirmişdir. Odur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.5.3-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxs kimi yaşa görə pensiya hüququ vardır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

30. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununl a bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də Kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 31.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-446/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar