Məhkəmə qərarları › İş №2-1(102)-908/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-908/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-908/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi v ə aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 21(103)-2938/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə "Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Kontuziya" diaqnozu ilə xəstəlik müəyyən edilmişdir. Qeyd edilən diaqnozun səbəbi kimi – hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir.

2. İddiaçıya xx.xx.2018-ci il tarixdən “Keçirilmiş qapalı kəllə-beyin t ravmasının davamlı qalıq əlamətləri(N93) Postravmatik kontuziya. Postravmatik ensefapatiya. Kəskin astenometodik sindrom.Qaraciyərinin piy distrofiyası OU Topeto retinalabiotrofiyf.Görmə itiliyisağ gözdə 0,08 k/e (yüzdə/səkkiz) so gözdəo,08 k/e(yüzdə səkkiz.Görmə hər iki gözdəkonsetratik 20dərəcəyə qədər.AkadZ.Əliyeva adına MOM-un tibbi rəyinə əsasən.OU Hipertonikangiopatiya.Xroniki xolestit Xroniki pankreatit” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. 3. xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina verilmişdir.

4. TSEK-in xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16182/2023 nömrəli qərarı ilə xüsusi səbəbdən “diaqnoz əl illik əlaməti təyin etmir”, ümumi xəstəlik ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması qərara alınmışdır. 5. xx.xx.2023-cü il tarixdən “İrsi retinal distrofiyalar, Vis OU=0.05 k/e (yüzdə altı), OUTapetorential abiotrofiya. İrsi retinal distrofiya” diaqnozu ilə ümumi xəstəlik – gözdən əlilliyi olan şəxs səbəbindən 2 il müddətinə təkrar orqanizminzin funksiyalarının 80% pozulması ilə əlaqədar əlillik təyin olunmuşdur. a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək TSEK-in xx.xx.2023-cü il tarixli, 3-17-4/3-316182/2023 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərb i travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, rəsmi olaraq xx.xx.N93-cü il tarixdə Cəbrayıl RHK-ı tərəfindən səfərbər olunmuş, 722 (896) nömrəli, N saylı hərbi hissələrdə xidmət etmişdir. xx.xx.N93-cü il tarixdə Cəbrayıl rayonunun müdafiəsi zamanı ağır yaralanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 7.2 bəndinin “a” yarımbəndinə əsasən “Müdafiə nazirliyi mərkəzi hərbi həkim komissiyasının 1526 nömrəli, xx.xx.2017-ci tarixli protokoluna uyğun olaraq, aldığı xəsarətlər-diaqnoz: "Qapalı kəllə- beyin travması, baş beyinin silkələnməsi, kontuziya” A zərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli 650 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 217 nömrəli arayışı, 3 nömrəli şəhər klinik xəstəxanasından verilmiş xx.xx.N93-cü il tarixli çıxarış epikrizi, 3 nömrəli şəhər klinik xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 917 nömrəli məktubu əsasında MN MHHK-nın həkim mütəxəssis heyəti tərəfindən təsdiq edilmiş, “Hərbi travmadır, Azərbaycan Respublikasını müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Bakı şəhər sakini xx.xx.N70-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017ci il tarixli 1646 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Bas-beyin silkələnməsi. Kontuziva” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı görmə zəifliyi, ürəkbulanma, başda səs, başgicəllənmədən şikayətlənmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verə biləcək defisit qeyd edilməmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını söyləyə bilməmiş, zəif görmə ilə əlaqələndirmişdir. X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 11234 nömrəli Tibbi Rəyində diaqnoz “Vis QU-0.06 k/e (yüzdə altı), irsi retinal distrofivalar” kimi müəyyənləşdirilmişdir. X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı nəticələri. Postravmatik ensefalopativa. Kəllədaxili hipertenziva, qarısıq davranış pozuntuları. Beloma fəqərələrinin osteoxondrozu. L4-L5-S1 disklərin protruzivası. Diskoqen radikulopativa” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi emosional-labil poz untu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Serebral atrofiva qeyd olunur. Lateral mədəciklərin və subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində periventrikulvar və subkortikal lokalizasivalı yayılmış fokal subsantimetrli gliotik ocaqlar təyin olunur” kimi qeyd olunmuş, yaşla əlaqədar dəyişikliklər kimi qiymətləndirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “VİS QU=0,05 k/etmir. OU-Tapeto retinal abiotrofivalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 5317 nömrəli Tibbi Rəyində diaqnoz “Vis QU-0.05 k/e (yüzdə beş). İrsi retinal distrofiyalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-3876/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 T 208/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəsarətlərin nəticələri sonuncunun gözlərində müəyyən olunan oftalmoloji xəstəliklərə səbəb ola bilməzdi, belə ki, həmin xəstəliklər irsidir.... xx.xx.2023-cü il... göndərişdə qeyd edilən... diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı qoyulmuşdur. Odur ki, onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda inkar etmək də olmaz. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər İddiaçı müəyyən olunur və həmin xəsarətlərin yaratdığı nəticələr isə Forma 088 saylı göndərişin “F06.6Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu, koqnutiv funksiyaların enməsi ilə (KRX-RƏY №: 367). T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəl əri (1N3), Posttravmatik ensefalopatiya” yanaşı xəstəliklər hissəsində qeyd edilmişdir. Həmin xəsarətlərin yaratdığı yuxarıda qeyd edilən nəticələr əlilliyin təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Agentliyin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.”

11. Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(112)-3876/2024 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, TSEK-ın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-316182/2023 № li Qərarı xx.xx.N70-ci il təvəllüdlü İddiaçı aid hissədə ləğv edilmiş və iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqə dar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin uzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının diaqnozunda qeyd olunan xəstəliklərin səbəbi kimi hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir. Lakin cavabdeh iddiaçıya əlillik təyin edərkən həmin diaqnozun əlilliyə əsas vermədiyini qeyd etmişdir. Halbuki iş üzrə verilmiş ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər İddiaçı müəyyən olunur və həmin xəsarətlərin yaratdığı nəticələr isə Forma 088 saylı göndərişin “F06.6Üzvi mənşəli emosio nal labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu, koqnutiv funksiyaların enməsi ilə (KRX-RƏY №: 367). T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1N3), Posttravmatik ensefalopatiya” yanaşı xəstəliklər hissəsində qeyd edilmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2938/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 may 2024-cü il tarixli qərarı dəyi şdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: “...Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarından da görünür ki, iddiaçının N93-cü ildə müayinə və müalicə olunduğu travma diaqnozun (“Qapalı kələ-beyin travması. Baş-beyin silkələnməsi) nəticələri onun “Respublika Psixiatrik Xəstəxanası”nın və X4 aparılan müayinələri zamanı da müəyyən olunan diaqnozdakı xəsarətlər və həmin xəsarətlərin yaratdığı nəticələrə uyğundur (İşə əlavə olunmuş Forma 088 saylı göndərişdə T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1N3), Posttravmatik ensefalopatiya” xəst əlikləri qeyd edilmişdir. 2022-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş sözügedən “Əlilliyin müəyyən olunması meyarları”nın Əlavəsinin: 6.1-ci bəndinin, cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı qəbul edilərkən hələ qüvvədə olmuş redaksiyası nəzərdə tuturdu ki, “Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi” (S02 – T90); həmin bəndin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən isə “Başın travmaları” (S02 – T90) o cümlədən, “Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları” (T90) 6.2.2-ci bəndinə əsasən koqnitiv funksiyanın təzahür edən pozuntular (R47-R48) 7.6.2-ci bəndinin qüvvədə üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) - əlillik dərəcəsi təyin inə hüquq verən meyarlar kimi təsbit olunmuşdur. Beləliklə də, tədqiq olunan tibbi sənədlərə iddiaçının qeyd olunan xəstəliklərindən əziyyət çəkməsi öz təsdiqini tapır. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16182/2023 №-li qərarı ilə (ona aid hissədə) iddiaçının hələ müddəti bitməmiş əvvəlki əlilliyinin üstündən xətt çəkilərək, onun baş-beyin travması ilə əlaqədar diaqnoza malik xəstəliyini, “irsi göz xəstəliyi diaqnozu ilə” əvəz edilməklə, səbəbi “ümumi xəstəliklə əlaqədar” olmaqla əlillik təyin edilməsinin qanunsuz olduğu, bununla da onun qanunla qorunan hüquqlarının pozulduğu sübuta yetirilir.”

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işə baxarkən sırf Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarına istinad etməsi və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşın əlillik səbəbinin dəyişdirilməsinin zəruriliyini vurgulamışdır. Halbuki, ekspert rəyində “onun xəstəliklərdən əziyyət çəkməsini hazırda inkar etmək də olmaz” kimi qeyri müəyyən fikir bildirilmişdir. Buna baxmayaraq məhkəmə, Məhkəmə-Tibbi Ekspertiza və X3nin həmin qeyri-müəyyən rəyinə əsaslanaraq sırf həmin diaqnoz əsasında iddiaçıya hərbi travmaya görə əlillik təyin edilməsi öhdəliyini Agentliyin üzərinə qoymuşdur. Həmçi nin diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Lakin əyani müayinə zamanı hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Hazırda iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticə ləri bir-birilə uyğunluq təşkil etsin. Eyni zamanda, iddiaçının əyani müayinəsi zamanı xüsusi səbəbdən əlillik dərəcəsi verilməsi üçün əsas olmuş xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranması təsdiqlənməmişdir. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar” səbəbi ilə səciyyələnən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası P rezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasf’mn 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin qanunvericiliyə uyğun olaraq Tibbi-so sial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsasland ırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tari xdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətlə ndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin ə lilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra gö ndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əl illiyin müəyyən olunması meyarları” 6.2. Mərkəzi sinir sisteminin miеlinsizləşmə ilə gеdən xəstəlikləri... 6.2.2. koqnitiv funksiyanın, eləcə də kortikal funksiyaların pozulması ilə müşahidə olunan sinir sistemi xəstəlikləri (nitq və səs (afaziya, apraksiya, aqnoziya formasında) pozuntuları ilə) R47-R48 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular … 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06; üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0

22. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab ed ir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı ş ərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur.

31. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün tibb müəssisəsinin göndərişləri (Forma 088) əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və ilk öncə xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina verilmiş, sonra isə TSEK-in xx.xx.2023-cü il tarixli, 3- 17-4/3-3-16182/2023 nömrəli qərarı ilə xüsusi səbəbdən “diaqnoz əlillik əlaməti təyin etmir”, ümumi xəstəlik ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması qərara alınmışdır. Bundan sonra isə xx.xx.2023-cü il tarixdən “İrsi retinal distrofiyalar, Vis OU=0.05 k/e (yüzdə altı), OU-Tapetorential abiotrofiya. İrsi retinal distrofiya” diaqnozu ilə ümumi xəstəlik – gözdən əlilliyi olan şəxs səbəbindən 2 il müddətinə təkrar orqanizminzin funksiyalarının 80% pozulması ilə əlaqədar əlillik təyin olunmuşdur.

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi ilə bağlıdır.

33. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli N-1 nömrəli qərarı ilə t əsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: -hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

34. İşdə ola n Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, "Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Kontuziya" diaqnozu ilə xəstəlik müəyyən edilmişdir. Qeyd edilən diaqnozun səbəbi kimi – hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.

35. Qeyd edilən xəsarətlərin yaratdığı nəticələr isə Forma 088 saylı göndərişin “F06.6Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu, koqnitiv funksiyaların enməsi ilə (KRX-RƏY №: 367). T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1N3), Posttravmatik ensefalopatiya” yanaşı xəstəliklər hissəsində qeyd edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbayc an Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın əlavəsində 6.1-ci bəndinin, cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı qəbul edilərkən hələ qüvvədə olmuş redaksiyası nəzərdə tuturdu ki, “Kəlləbeyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi” (S02 – T90); həmin bəndin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən isə “Başın travmaları” (S02 – T90) o cümlədən, “Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları” (T90) - 6.2.2-ci bəndinə əsasən koqnitiv funksiyanın təzahür edən pozuntular(R47-R48) 7.6.2-ci bəndinin qüvvədə üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) - əlil lik dərəcəsi təyininə hüquq verən meyarlar kimi təsbit olunmuşdur.

37. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq iddiaçının hələ müddəti bitməmiş əvvəlki əlilliyinin üstündən xətt çəkilərək, onun baş-beyin travması ilə əlaqədar diaqnoza malik xəstəliyini, “irsi göz xəstəliyi diaqnozu ilə” əvəz edilməklə, səbəbi “ümumi xəstəliklə əlaqədar” olmaqla əlillik təyin edilməsinin qanunsuz olduğu qənaətinə gəlmişdir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bö lgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın N-22(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2938/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar