Məhkəmə qərarları › İş №2-1(102)-909/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-909/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-909/2021 01.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, üçüncü şəxs Üçüncü şəxs1 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər Göyçay rayonu Potu Bələdiyyəsi, Üçüncü şəxs1) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş ü zrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi İddiaçı satılmış və bununla bağlı torpaqların alqı-satqısına dair 14.03.2007-ci il tarixli akt tərtib edilərək 28.06.2007-ci il tarixdə 24 nömrə ilə qeydiyyata alınmışdır. Habelə, 15.03.2007-ci il tarixli aktla sözügedən torpaq sahəsi yer üzərində ölçülərək iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı DTXK-nın Göyçay rayon şöbəs i və Potu Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsinin 07.10.2016-cı il tarixli 390 nömrəli mütəxəssis rəyi ilə Potu Bələdiyyəsinin baş sxemindən çıxarışda göstərilmiş 1310B/0,10 torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi olması, DTXK-nın Göyçay rayon şöbəsi və Potu Bələdiyyəsi tərəfindən təsdiq edilmiş iddiaçıya verilən torpaq sahəsinin yerquruluşu planında göstərilən 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, 2015-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əlavə olunmuş rəqəmsal kadastr xəritəsindən çıxarışda göstərilən 0,11 ha torpaq sahəsinin iddiaçıya verilən torpaq sahəsinin yerquruluşu planında göstərilən 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Xəritədə iddiaçıya satılmış 1310B/0,10 torpaq sahəsinin sərhəd qonşuluğunda 1313B/0,18, 1314B/0,07 və digər mülkiyyətçilərin torpaq sahələrinin yerləşdiyi göstərilmişdir.

2. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli qərarı ilə X6 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı noyabr 2003-cü il tarixli JN502F nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. X10 həmin torpaq sahəsini 02.05.2005-ci il tarixli müqavilə əsasında X1. X4 isə sözügedən torpaq sahəsini 23.06.2008-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə üçüncü şəxs Üçüncü şəxs1 satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 say lı Ərazi İdarəsi Üçüncü şəxs1 hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən sonuncu, cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə Üçüncü şəxs1 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar əsasında Üçüncü şəxs1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən 17.12.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sə nədi verilmişdir.

3. İddiaçı nümayəndəsi X5 İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmənin 16.10.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə Üçüncü şəxs1 adına qeydiyyata alınması tələb olunan 0,11 ha həyətyanı torpaq sahəsinin Göyçay rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli protokol qərarı və torpaqların alqısatqısına dair 14.03.2007-ci il tarixli akta əsasən İddiaçı satıldığını, Üçüncü şəxs1 mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin koordinatlarının hazırda İddiaçı qanuni istifadə və sahibliyində olan torpaq sahəsinə vurulduğunu, hüququna toxunulan İddiaçı isə həmin məhkəmə prosesinin iştirakçısı olmadığını bildirməklə sözügedən qərarın ləğv edilərək iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə q ərardad qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28.12.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərardadına əsasən İddiaçı ərizəsi təmin edilərək yeni açılmış hallarla bağlı iddiaçı Üçüncü şəxs1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “23.06.2008-ci il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat təzələnmişdir.

5. Üçüncü şəxs1 apellyasiya şikayəti verərək iş üzrə icraatın təzələnməsinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28.12. 2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.02.2016-cı il tarixli 2-1(107)-94/2016 nömrəli qərardadı ilə iddiaçı Zamanova Radə Emin qızının apellyasiya şikayəti təmin edilməmişdir.

6. Üçüncü şəxs1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.02.2016-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.05.2016-cı il tarixli 2-1(102)866/2016 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-94/2016 nömrəli iş üzrə 23.02.2016-cı il tarixli qərardadı ləğv edilərək, İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 16.10.2015-ci il tarixli qanuni qüvvəy ə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış 2-1(84)-772/2015 nömrəli inzibati iş üzrə məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsinə dair ərizəsi təmin edilməmişdir.

7. Bundan sonra İddiaçı qeydiyyat orqanına qarşı məhkəməyə müraciət edərək üçüncü şəxsin adına olan torpaq sahəsinin planı və ölçüsü sənədini onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2017-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamış və iddiaçıya üçüncü şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirməli olması barədə izah verilmişdir.

8. Daha sonra isə hazırkı iş üzrə iddiaçının nümayəndəsi X11 cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək Göyçay rayonu Potu bələdiyyəsinin 10.03.2007-ci il tarixl i 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Üçüncü şəxs1 mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Üçüncü şəxs1 mülkiyyət hüququnun ləğv edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən tələbi təmin edilmədiyindən hazırkı iddianı irəli sürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, 3-cü şəxslər Göyçay rayon Potu Bələdiyyəsinə və Üçüncü şəxs1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin üzərinə 3-cü şəxs Bələ diyyənin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən, Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs Üçüncü şəxs1 mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Üçüncü şəxs1 mülkiyyət hüququnun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə qərarı və torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış, yerində ölçülərək 15.03.2007-ci il tarixli aktla ona təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsi ölkədə torpaq islahatı aparılan vaxt bələdiyyə mülkiyyətinə verilmiş, qanunvericiliyin tələblərinə tam uyğun olaraq ona satılmışdır. Qanunvericiliyin tələbi nə görə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq üçün müraciət etdikdə bildirilmişdir ki, ona satılmış torpaq sahəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2015ci il tarixli qərarı əsasında üçüncü şəxsin mülkiyyəti kimi dövlət qeydiyyatına aldırmaq müraciət etdikdə bildirmişdir ki, ona satılmış torpaq sahəsi məhkəmə qərarı əsasında üçüncü şəxsin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Halbuki, üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsinə dair mövcud ilkin sənədlə bağlı elektron baza məlumatlarında hər hansı məlumat mövcud deyil.

11. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Göyçay rayon AİK-in 21.07.1998-ci il tarixli 39 saylı qərarı ilə X6 mülkiyyətinə 0,11 hektar torpaq sahəsi verilmiş, o, həmin torpaq sahəsini X3, sonuncu isə Üçüncü şəxs1 satmışdır. Üçüncü şəxs1 mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də torpaq sahəsi üzərində başqa şəxsə məxsus tikili olduğu müəyyən olunmuş və ərizənin icrasından imtina olunmuş, bundan sonra Üçüncü şəxs1 məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2015-ci il tarixli qərarı ilə qeydiyyatın aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar cavabdeh tərəfindən icra olunaraq Üçüncü şəxs1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Beləliklə, cavabdeh tərəfindən qeydiyyat qanuni əsaslarla aparıldığı üçün iddia tələbi əsassızdır.

12. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2017-ci il tarixli 2-1(84) -477/2017 nömrəli qərarı ilə (hakim Rüfət Məcidov) iddianın təmin edilməsi; cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 3-cü şəxs Üçüncü şəxs1 mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Üçüncü şəxs1 mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə qərarı və torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya satıldığından, həmin vaxtdan mübahisəli torpaq sahəsi iddiaçının sahiblik və istifadəs ində olduğundan iddiaçı həmin torpaq sahəsi ilə bağlı tələb irəli sürməyə ixtiyarlı şəxsdir. Cavabdeh orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış, Potu Bələdiyyəsinin baş sxemindən çıxarışda sərhəd qonşuluğunda 1313B/0,18, 1314B/0,07 və digər mülkiyyətçilərin torpaq sahələrinin yerləşdiyi 1310B/0,10 kimi göstərilmiş torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququ pozulmuş, gələcəkdə həmin torpaq sahəsinə sərəncam hüququnun yaranması imkanı mümkünsüz olmuşdur.

14. Məhkəmə qərarından üçüncü şəxs Üçüncü şəxs1 və cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.05.2018-ci il tarixli 2-1(107)-64/2018 nömrəl i qərarı ilə (sədrlik edən M.Hüseynov, hakimlər R.Əliyev və İ.Şükürov) 3-cü şəxs Üçüncü şəxs1 və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarının dəyişdirilməsi; iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İdarənin üzərinə Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs Üçüncü şəxs1 adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. Məh kəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olsa da, qərarın nəticəvi hissəsi anlaşılmazdır. Belə ki, cavabdeh “mülkiyyət hüququnu” deyil, “mülkiyyət hüququnun qeydiyyatını” ləğv edə bilər, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu ləğv etmək isə məhkəmənin səlahiyyətinə aiddir. Digər tərəfdən, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçının hüquqi marağı Göyçay rayonu Potu bələdiyyəsi tərəfindən ona satılmış 0,11 ha. həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Üçüncü şəxs1 adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsinə yönəlmişdir. Yəni, İddiaçı üçüncü şəxs Üçüncü şəxs1 qanuni şəkildə əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu deyi l, bu hüququn ona məxsus torpaq sahəsi üzərində qeydiyyata alınmasını mübahisələndirir. Ona görə də qərar yuxarıda qeyd olunan məzmunda qismən təmin edilməlidir.

17. Məhkəmə qərarından üçüncü şəxs Üçüncü şəxs1 və cavabdeh kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.08.2018-ci il tarixli 2-1(102)1725/2018 nömrəli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı X7 ilkin etibarnaməni 43 saylı Notariat Kontorunda 04 avqust 2012-ci il tarixdə vermişdir. Daha so nra isə həmin etibarnamə əsasında verilmiş səlahiyyətlərdən çıxış edərək X11 tərəfindən başqa şəxslərə səlahiyyətlər ötürülmüşdür. Lakin iş materiallarında verilmiş səlahiyyətlərin həcmi fərqli olan 04 avqust 2012-ci il tarixli iki etibarnamə vardır. Onlardan biri iddia ərizəsi verilərkən təqdim edilmişdir, digərini isə üçüncü şəxsin vəkili sorğu əsasında əldə edərək məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi göstərilən ziddiyyətli halın araşdırılmasını təmin etməmişdir. Halbuki, bu hal verilmiş iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasının müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşımışıdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.01.2019-cu il tarixli 2-1(107)-9/2019 nöm rəli qərarı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov) 3-cü şəxs Üçüncü şəxs1 və cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarının dəyişdirilməsi; iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İdarənin üzərinə Göyçay rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs Üçüncü şəxs1 adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq araşdırma apararaq müəyyən etmişdir ki, V.Ö. iş materiallarındakı etibarnamə ilə məhkəmədə səlahiyyətli şəxs kimi iddiaçının adından iddia qaldırmaq səlahiyyəti olmuşdur. İddianın mahiyyəti üzrə isə işin ilkin apellyasiya baxışında məhkəmənin qeyd etdiyi hüquqi mövqe ilə razılaşmışdır.

22. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

23. Həmin qərardan üçüncü şəxs Üçüncü şəxs1 kassasiya şikayəti verərək, qərar ləğv olunmaqla apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini kollegiyasından xahiş etmişdir d. Kassasiya instansiyası məh kəməsindəki ikinci icraat

24. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 19.11.2019-cu il tarixli, 2-1(102)1582/2019 nömrəli qərarına əsasən kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.01.2019-cu il tarixli 2-1(107)9/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etsə və mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüquqlarının ləğv olunması qənaətinə gəlsə də, bu qənaətinin etibarlı əsaslarını göstərə bilməmiş, nəhayət, tərəflər arasında yaranmış mübahisənin əsas sualını, yəni mübahisəli torpaq sahəsinin kimə məxsus olması sualını cavablandıra bilməmi şdir. Eyni zamanda bu suala işə cəlb edilmiş nə mütəxəssisin rəyində, nə də təyin edilmiş ekspertizanın rəyində cavab verilməmişdir. e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 21(107)-3/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Elçin Hüseynov, hakimlər – Ayaz Mahmudov və Vəzirxan Məlikov) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2017-ci il tarixli, 2-1(84)-477/2017 saylı qərarın dəyişdirilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üz ərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Üçüncü şəxs1 adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

27. Cavabdeh olan inzibati orqan daha əvvəl İddiaçı bələdiyyə tərəfindən qanuni olaraq ayrıldığını özü təsdiq etdiyi və hüdudlarında fərdi yaşayış evi olan torpaq sahəsinin üzərində başqa şəxsin - Üçüncü şəxs1 mülkiyyət hüququnu qeydiyyata almaqda səhvə yol vermişdir. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2015-ci il tarixli qərarı ilə Üçüncü şəxs1 mülkiyyət hüququnun məhz həmin torpaq sahəsinin üzərində qeydiyyata alınması öhdəliyi qoyul mamışdır. İnzibati orqan məhkəmənin qərarını düzgün icra etməmiş, nəticədə yeni məhkəmə mübahisəsinə şərait yaratmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin üzərində üçüncü şəxs Üçüncü şəxs1 mülkiyyət hüququnun qeydiyyata alınması ilə İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları, habelə gözlənilən (qanuni gözləntiyə əsaslanan) mülkiyyət hüququ pozulmuşdur.

28. Məhkəmə qərarı 10.03.2021-ci il tarixində üçüncü şəxs Üçüncü şəxs1 təqdim edilmişdir.

29. Üçüncü şəxs Üçüncü şəxs1 05.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 2-1(107)3/2021 nömrəli qərarının ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, üçüncü dəfə işə baxan məhkəmə əvvəlki qərarlardan heç nə ilə fərqlənməyən, digər iki qərarı təkrarlayan, işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz, ədalətsiz və əsassız qərar qəbul etmişdir.

31. Belə ki, iş materiallarına əlavə edilmiş 27.03.2017-ci il tarixli 30868 nömrəli və 26.10.2020-ci il tarixli 10/1936 nömrəli ekspert rəyləri arasında ziddiyyət olsa da, məhkəmə bu halı qiymətləndirməmişdir.

32. Digər tərəfdən bütün məhkəmə proseslərində məhkəmələrin və ekspertin istinad etdiyi hüquqi sənəd kimi 2015-ci il tarixli müayinə (baxış) aktında iddiaçının adına hüquqmüəyyənedici sənəd kimi Göyçay rayon XDS-nin 19.01.1993-cü il tarixli 01 saylı protokolu ilə 0,11 ha. torpaq sahəsi verildiyi qeyd edilir. Halbuki, Milli Arxiv İdarəsi tərəfindən verilmiş və iş materiallarında olan 24.02.2017-ci il tarixli 112 nömrəli arxiv arayışında iddiaçıya 0,06 ha. torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Məhkəmə isə Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci ildə iddiaçıya 0,11 ha. torpaq satması barədə qərarını və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 2015-ci il tarixli müayinə aktını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

36. İnsan huquqlarının və əsas azadlıqlarının mudafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən, hər bir fi ziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 37. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri öz əksini tapmışdır. Həmin bəndə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmadığını müəyyən etmək, eləcə də dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək Xidmətin vəzifələrinə aiddir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin siyahıda qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı (8.0.3), qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4) da qeyd edilmişdir.

39. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

40. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

41. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. H əmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

43. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Üçüncü şəxs kassasiya şikayətində iş materiallarında olan ekspert rəylərində ziddiyyət olduğunu və məhkəmənin bu hala qiymət vermədiyini qeyd etsə də, məhkəmə üçüncü şəxsin bu dəlilini əsassız hesab edir.

48. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya 0,11 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra iddiaçı mübahi səli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəmiş, bu istəklə bağlı cavabdeh İdarəyə müraciət etmiş, lakin həmin inzibati orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni üçüncü şəxs Üçüncü şəxs1 mülkiyyət hüququnun rəsmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verildiyini) göstərməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

49. Bununla yanaşı müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli qərarı ilə X6 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, X10 həmin torpaq sahəsini 02.05.2005-ci il tarixli müqavilə əsasında X1. X4 isə sözügedən torpaq sahəsini 23.06.2008-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə üçüncü şəxs Üçüncü şəxs1 satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi Üçüncü şəxs1 hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən sonuncu cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə Üçüncü şəxs1 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar əsasında Üçüncü şəxs1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən 17.12.2015-ci il tarixli RX-0774497 saylı ç ıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

50. İddiaçı həmin çıxarışla üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən ona satılmış torpaq sahəsi olmasına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

51. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, həm iş materiallarına əlavə edilmiş 26.10.2020-ci il tarixli, 10/1936 nömrəli ekspert rəyindən, həm də 08.07.2020-ci il tarixli 07/086 nömrəli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçıya satılm ış torpaq sahəsinin koordinatları X2 mülkiyyətində olmuş (sonradan Üçüncü şəxs1 satılmış) torpaq sahələri ilə üst-üstə düşmür. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən İddiaçı adına verilmiş 0,11 ha. həyətyanı torpaq sahəsində Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli olan və üçüncü şəxsin adına qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üstüstə düşür.

52. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2015-ci il tarixli, 2-1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpa q sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirilmişdir.

53. Cavabdeh orqanın bu hərəkəti hazırkı qərarın 38-ci bəndində göstərilən normanın pozuntusudur. Belə ki, normanın tələbinə görə yalnız həmin maddədə göstərilən əsaslar ol duğu təqdirdə şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alına bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından isə müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi 23.06.2008-ci il tarixli müqavilə qeyd edilsə də, üzərində mülkiyyət hüquqları qeydə alınan torpaq sahəsinin koordinatları həmin müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh orqan müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini onun adına dövlət reyestrində qeydiyyata alarkən səhvə yol vermiş, müqavilə ilə iddiaçıya satılmış torpaq sahəsini yox, başqa torpaq sahəsini onun adına qeydiyyata almışdır.

54. Halbuki, cavabdehin inzibati orqan hazırkı qərarın 37-39-c u bəndlərində göstərilən maddələrin tələbinə görə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmadığını müəyyən etməli, dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etməlidir.

55. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın hazırkı qərarın 37-39-cu bəndlərində göstərilən vəzifələrini tam icra etməməsi işə apellyasiya instansiyası məhkəməsində baxılarkən öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2015-ci il tarixli 2-1(84)772/2015 nömrəli qərarının icrasında səhvə yol verərək torpaq sahə si üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirilmişdir. Mübahisə predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hazırkı qərarın 38-ci bəndində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu iş materialları ilə təsdiq olunmur.

56. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Üçüncü şəxs1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 21(107)-3/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar