Məhkəmə qərarları › İş №2-1(102)-909/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-909/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-909/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1979, FİN: xxxxxxx2) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həval ə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-832/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1996-cı ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialına “Hüquqşünaslıq” ixtisası üzrə daxil olaraq təhsil almış və Dövlət İmtahan Komissiyasının 08 iyun 2001-ci il tarixli qərarı ilə ona “Hüquqşünas” ixtisası verilmişdir.

2. İddiaçıya təhsil aldığı müəssisəni bitirməsinə dair DBC ******* nömrəli, 08 iyun 2001-ci il tarixli diplom verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. 3. 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4 -489 saylı, 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialına qarşı iddia qaldırıb filialın fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırki dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin iş üzrə qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, cavabdeh Dağıstan Universitetinin Ə. Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbə lərin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil almış və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin etibarsız hesab edilməsi qanunauyğun sayıla və bu barədə iddia tələbi təmin oluna bilməz. 4. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2398/4-489/3 saylı, 14 yanvar 2010cu il tarixli qərardadı ilə izah edilmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489 saylı, 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomların etibarsız hesab edilməsi hissəsində təmin olunmamışdır.

5. İddiaçı ona verilmiş diplomun tanınması ilə bağlı cavabdeh i nzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən elektron formada iddiaçıya ünvanlanmış 31 may 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4-489 saylı qətnaməsi ilə onun fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən Rusiya Feder asiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun adına verilmiş DBC ******* nömrəli, 08 iyun 2001-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialı tərəfindən verilmiş DBC ******* nömrəli, 08 iyun 2001-ci il tarixli diploma əsasən iddiaçıya verilmiş “hüquqşünaslıq” ixtisasının tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiа оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 1996-2001-cı illərdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsil alaraq “hüquqşünaslıq” ixtisasının verilməsi barədə həmin ölkənin ali təhsil haqqında dövlət sənədi olan xx.xx.2001-cı il tarixli, DBC ******* nömrəli diplom almışdır. xx.xx.2007-ci il tarixdə apostil olunmaqla təsdiq edilmiş diplom üzrə ixtisasının ölkədə tanınması üçün cavabdehə xx.xx.2016-cı il tarixində elektron ərizə ilə müraciət etmiş və həmin elektron müraciətin nəticəsi barədə ona xx.xx.2017-ci tarixli, 1455/ANİ saylı məktub göndərilmiş, həmin məktubla xx.xx.2001-cı il tarixli, DBC ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Həmçinin nümayəndəsi (atası) X2 tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə diplom üzrə ixtisasının tanınması haqqında müraciət edilmişdir. Cavabdehin xx.xx.2 020-ci il tarixli məktubu ilə diplom üzrə ixtisasının tanınması mümkün hesab edilməmişdir. Cavabdehin məktublarında imtinaya əsas kimi, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489- 2006 saylı qətnaməsinə əsasən Universitetin Bakı Filialının fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Qeyd edilən məktublarda istinad edilən hal diplomunun tanınmasından imtina edilməsinə əsas ola bilməz. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi, o Universitetin Bakı Filialını bitirdikdən 6 il keçdikdən sonra qəbul edilmişdir və mövcud qanunvericiliyə əsasən sözügedən qətnamə geriyə şamil edilə bilməz. Universitetin Bakı Filialına qəbul olunduğu və təhsil aldığı bütün dövr ərzində həmin ali təhsil müəssisəsi nin fəaliyyəti Azərbaycan Respublikasının heç bir dövlət və digər müvafiq orqanları tərəfindən qeyri-qanuni hesab edilməmiş, bu barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat olmamışdır. Digər tərəfdən, təhsil aldığı dövrdə ona hərbi xidmətə çağırış zamanı Azərbaycanın müvafiq dövlət orqanı tərəfindən ali təhsil müəssisəsinin tələbəsi kimi güzəşt verilmiş, hərbi xidməti ali təhsilli şəxs kimi keçmiş və bunlar da həmin dövrdə Universitetin Bakı Filialının Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərdiyini təsdiq edir. Bundan başqa, Universitetin Bakı Filialının göstərilən dövrdə verdiyi diplomların Təhsil Nazirliyi tərəfindən tanınması faktları da məlumdur.

8. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Belə ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı Filialı Azərbaycan Respublikasının qanunları və ondan irəli gələn normativ-hüquqi aktların tələblərinə məhəl qoyulmadan qeyri-qanuni fəaliyyət göstərdiyinə görə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4489-2006 saylı qətnaməsi ilə onun fəaliyyəti dayandırılmışdır. Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialının təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılıq (lisenziya) və akkreditasiya mövcud olmamışdır. Dövlət Akkreditasiyası və təhsil fəaliyyətini həyata keçirmək üçün lisenziyası olmadan qeyri-qanuni fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisind ə tanınmasına dair şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4021/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2001-cı il tarixli, DBC ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının diplomuna Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 26 sentyabr 2007-ci il tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Hərbi xidmətə çağırış zamanı da iddiaçıya al i təhsil müəssisəsinin tələbəsi kimi güzəşt verilmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2021 nömrəli, 02 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva-sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4021/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.

13. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icra at

14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-2000/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyovaməruzəçi, İ.K.Hüseynov və K.N.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2021 nömrəli, 02 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixində təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyi də belə dir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi mövcud olduğundan, hazırkı vəziyyətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları qiymətləndirməmiş, tam və hərtərəfli araşdırma aparmamışdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-832/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4021/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının tədris illərində (1996-2001) sözügedən təhsil müəssisəsinin Bakı filialı İisenziyasız - təhsil fəaliyyəti üçün xüsusi razılıq verilmədən fəaliyyət göstərmişdir.

19. Belə ki, iş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2007-cİ il tarixli 23974/4-488 nömrəli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetini n Bakı filialına qarşı fəaliyyətinin dayandırılmasına dair iddia tələbi təmin edilmiş, cavabdeh Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialının fəaliyyəti dayandırılmış, cavabdeh müəssisələrdə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qət edilmişdir.

20. Bununla yanaşı məhkəmə qeyd edir ki, sözügedən qətnamədə təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmiş, lakin iddiaçı təhsilini həmin qətnamənin qüvvəyə mindiyi tarixdən əvvəl başa vurduğundan bu imkandan yararlana bilməmişdir.

21. Belə ki, məhkəmə qətnaməni qəbul edərkən həmin dövrdə müəssisədə təhsil alanlar ın digər ali təhsil müəssisələrinə köçürülməsini Təhsil Nazirliyinin üzərinə vəzifə olaraq qoymasına baxmayaraq, müəssisə fəaliyyətini dayandırana qədər məzun olmuş şəxslərə münasibətdə konkret mövqe bildirməmişdir. Məhkəmənin məsələyə dair konkret mövqe bildirməməsini, təhsil alanların və məzunların müəssisəyə qanunsuz qəbul olmasını və s. nəzərə alaraq iddiaçının xarici ali təhsil İxtisasının tanınması məqsədəuyğun hesab edilmir.

22. Həmçinin təqdim olunmuş sənədlərə əsasən Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialının Azərbaycan Respublikasında hüquqi statusu müəyyən edilməmişdir. Yəni həmin filial qanunvericiliyə uyğun qaydada qanuni fəaliyyət göstərməmişdir.

23. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində hüquqi şəxs statusu almaq İstəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər.

24. Dövlət qeydiyyatı olmayan filial eyni zamanda lisenziya olmadan fəaliyyət göstərmiş və bu səbəbdən onun fəaliyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli 23974/4-488 nömrəli qətnaməsi İlə dayandırılmışdır.

25. Belə ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Eyni zamanda, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Resp ublikası Qanununa əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növləri sırasına daxildir.

26. Eyni zamanda, sözügedən təhsil müəssisəsinin fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən də təhsil fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növləri siyahısında yer almışdır. Həmin fərmana uyğun olaraq ali və orta İxtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üçün Təhsil Nazirliyi tərəfindən lisenziya verilməli idi.

27. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın İ hissəsinə görə ali təhsil müəssisəsi ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir.

28. Bundan əlavə, "Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən İşlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı"nın 3-cü hissəsinə əsasən, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərmə si, o cümlədən akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları

31. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarl a kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddiaçının diplomu üzrə ixtisasının tanınmasından imtinanın dəlilləri ilə mahiyyətcə eyni olan apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının diplomunun tanınması üçün tələb olunan dispozisiya şərtlərinin mövcudluğu ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə göstərişləri və ümumiyyətlə, oxşar işlər üzrə Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla ape llyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin yuxarıda istinad edilən mövqeyinə uyğun olaraq kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməs inin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

40. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

41. Mübahisəyə dair hazırki iş üzrə materiallardan iddiaçıya qeyd olunan təhsil müəssisəsini bitirdiyi barədə 08 iyun 2001-ci il tarixli, ДBC ******* nömrəli diplom verildiyi, həmin diplomun Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunduğu müəyyən olunur. Eyni zamanda, qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsinin iş materiallarına əlav ə olunmuş surətindən görünür ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. 42. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qisməntəhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə-“Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurmayan t ələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur.

43. Qeyd olunmalıdır ki, qətnamə ilə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmış, onların yarımçıq qalmış həmin təhsil bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirmək hüququ tanınmışdır.

44. Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılmasının r ədd olunduğu nəzərə alınmalıdır. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmış və onların etibarlılıq statusu təsbit edilmişdir. Bu baxımdan cavabdeh həmin diplomların tanınması ilə bağlı müraciətlərə baxarkən qüvvədə olan həmin məhkəmə qətnaməsini nəzərə almağa və ona uyğun davranmağa borcludur.

45. Bundan əlavə, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, qeyd olunan təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə verilmiş diplomlar üzrə onların ixtisasları tanınmalı və ekvivalentliyin müəyyən edilməsi barədə müvafiq şəhadətnamə verilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların d eyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır. Cavabdeh bunları və Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyini nəzərə almağa və ona uyğun davranmağa borcludur. Odur ki, xx.xx.2001-ci il tarixində təhsilini başa vurmuş iddiaçı, təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası qanunsuz hesab olunmalıdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-832/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar