Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-91/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdeh1nə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müvəqqəti xarakterli müdafiə tədbiri ) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, 22.01.2020 Səfərova Mətanət İsa qızının katibliyi, üçüncü şəxs X1 vəkili Vəkil iştirak ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 olmaqla) xx xxx 1994-cü il tarixli, 846 nömrəli sərə ncamın və xxxx torpaq sahəsinə dair plan və ölçünün ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2356/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadından üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Bakı şəhəri, Cavabdeh1 Başçısının xx xxx 1994-cü il tarixli, 846 nömrəli sərəncamı ilə X2 fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında 780 kv.m sahəsi olan torpaq sahəsi ayrılmışdır. Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsi hal-hazırda Yavər Əliyev küçəsi adlanır. (Bakı şəhəri Cavabdeh1 başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin xx xxxx 2019cu il tarixli 1209 saylı arayışı) xxxxsahə xüsusi mülkiyyət hüququ əsasında X3 (bundan sonra iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində 728 nömrəli reyestr kitabının 68953 nömrəli vərəqində qeydiyyata alınmış, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xxxxsahədə yerləşən torpaq sahəsinin xx xxxx 2018-ci il tarixli AN seriyalı 267481 saylı plan və ölçüsü tərtib edilmişdir. İddiaçı Bakı şəhəri Cavabdeh1nə (bundan sonra cavabdeh) (üçüncü şəxs: X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx xxx 1994-cü il tarixli 846 nömrəli sərəncamın etibarsız h esab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, cavabdehin xx xxx 1994-cü il tarixli, 846 saylı sərəncamı əsasında xxxx torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı hər hansı sənədləşmə işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini əlavə etməklə, xx xxx 1994-cü il tarixli 846 nömrəli sərəncamın və xxxx torpaq sahəsinə dair plan və ölçünün ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisənin gələcəkdə ədalətli həlli və çıxarılacaq qərarın icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyünü aradan qaldırmaq, həmçinin iddiaçıya məxsus mübahisə predmeti olan torpaq sahəsinin üzərində üçüncü şəxs X4 tərəfindən sənədləşmə işləri aparılmasının qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi zəruridir. Əks təqdirdə, həmin torpaq sahəsinin üzərində hər hansı sənədləşmə işləri aparılacaqdır ki, bu da iddiaçıya məxsus torpaq sahəsindən istədiyi kimi istifadə etməyi, eləcə də iddianın təmin ediləcəyi təqdirdə qərarın icrasını mümkünsüz edəcəkdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2880/2019 saylı xx xxxx 20 19-cu il tarixli qərardadı ilə (hakim: R.M.Daşdəmirov) ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud vəziyyətin dəyişməsinin qarşısını almaq üçün ilkin tənzimlənmənin zəruriliyi baxımından ərizənin təmin edilməsi zəruridir. Qərardaddan narazı qalan üçüncü şəxs X4 ondan apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2356/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2880/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə raz ılaşmışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi hazırki nəticəyə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuş, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, eyni mübahisə ilə bağlı 2 saylı Bakı inzibatiİqtisadi Məhkəməsinin icraatında əlavə iki inzibati iş var. Həmin işlər üzrə İddiaçı qardaşı Asif Məmmədovdur. Asif Məmmədov 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Xaliq İmanovun icraatında olan inzibati işlə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəməyə ərizə vermiş, lakin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan apelyasiya ş ikayəti vermiş, şikayəti təmin olunmamışdır. Asif Məmmədovun da ərizəsi işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh1 Başçısının xx xxx 1994-eü il tarixli, 846 saylı sərəncamı ilə xxxx sahədə üçüncü şəxsə ayrılmış 780 kv.m-dən ibarət torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı hər hansı sənədləşmə işlərinin aparılmasının AR ƏMDKY DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və digər şəxslərə qadağan edilməsindən ibarət olmuşdur. Asif Məmmədovun ərizəsi birinci instansiya məhkəməsində təmin olunmadığından və onun məqsədi üçüncü şəxsə ayrılmış torpaq sahəsinə qadağa (əsassız olsa da) qoyulmasından ibarət olduğundan, o bacısı İddiaçı üçüncü şəxsə qarşı iddia qaldırmasına və eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verməsinə nail olmuş və nəticədə məlum qərardad çıxarılmışdır. xxxx sahədə bir nəfərə deyil, bir-neçə şəxsə ayrılmış torpaq sahəsi mövcuddur, o cümlədən üçüncü şəxsə də həmin sahədə 780 kv.m dən ibarət torpaq sahəsi ayrılıb verilib. Həmin torpaq sahəsinin üçüncü şəxsin adına tərtib olunmuş yerləşmə sxemi mövcuddur. İddiaçının mübahisə etdiyi torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin heç bir əlaqəsi yoxdur. Torpaq sahələri bir-birlərindən uzaq məsafədə yerləşir. İddiaçı torpaq sahəsinin yerləşmə koordinatları başqa, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin yerləşmə koordinatları başqadır. Həmin torpaq sahələri üst-üstə düşmür və bu barədə işdə hər hansı bir sübut da yoxdur. Üçüncü şəxsə ayrılmış torpaq sahəsi i lə başqa torpaq sahəsinin üst-üstə düşməməsini müəyyən edən qərardad mövcuddur. Digər tərəfdən, iddiaçı 2018-ci ildə AR ƏMDKY DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək xxxx sahədə üçüncü şəxsə ayrılmış torpaq sahəsinə çıxarışın onun adına verilməsini xahiş etmiş, lakin ona rəsmi qaydada imtina verilmişdir. Görünən odur ki, iddiaçı və Asif Məmmədov bacı-qardaş olaraq eyni mövqedən çıxış edərək üçüncü şəxsə ayrılmış torpaq sahəsini mənimsəmək istəyirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. B una baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya və cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı sayıla və apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni qərardad ləğv edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri görülməsi üçün İPM-in 43.1-ci maddəsində sadalanan əsaslar, yəni mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması və ya ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi əsasları mövcuddur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosess ual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2356/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-91/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-91/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver