Məhkəmə qərarları › İş №2-1(102)-91/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-91/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-91/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkünlər üçün nəzərdə tutulmuş və ödənişi dayandırılmış aylıq müavinətin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli, 2-1(10 5)-174/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək vahid aylıq müavinətin verilməsinin bərpa olunmasını və 2018-ci il 01 iyun tarixdən hal-hazıradək ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ona ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 13 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən 2018-ci ilin iyun ayından dayandırılmışdır. İddiaçının oğlu X8 şəhərində daimi qeydiyyatda olmaqla, həqiqi hərbi xidmətə getdiyi üçün ona verilən vahid aylıq müavinət 2015-ci ilin avqust ayından dayandırılmış, 2016-cı ilin avqust ayında hərbi xidmətdən qayıtdığı üçün ona verilən vahid aylıq müavinət bərpa edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən 2016-cı il 25 noyabr tarixdə verilmiş AZE seriyalı xnömrəli şəxsiyyət vəsiqəsinə əsasən X8 şəhərindən qeydiyyatdan çıxaraq adına olan özəlləşdirilmiş evə deyil, ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 05 sentyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin məcbur i köçkünlər üçün təyin edilmiş, iddiaçının 2018-ci il 01 iyun tarixədək qeyri-qanuni dayandırılmış vahid aylıq müavinətini bərpa etməsi, 2018-ci il 01 iyun tarixdən qərar icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il 29 oktyabr tarixdə Zəngilan rayonundan məcburi köçkün düşmüş və hal hazırda yaşadığı ünvanda müvəqqəti məskunlaşmışdır. Onun oğlu X3 həddi buluğa çatdıqdan sonra ondan ayrılaraq ünvan 3 ünvanda özünə mənzil almış və 2016-cı il 25 noyabr tarixdə Zəngilan rayonundan daimi qeydiyyatdan çıxaraq, Bakı şəhərinə daimi qeydiyyata düşmüşdür. Onun oğlu X3 Bakı şəhərində daimi qeydiyyatda olmasına baxmay araq, onun adına olan mənzili əsas göstərərək ona verilən vahid aylıq müavinəti 2018-ci il 01 iyun tarixdən qanunsuz olaraq dayandırılmışdır. Onun oğlu X3 Bakı şəhərində daimi qeydiyyatda olduğuna görə iddiaçının ailə tərkibinə aid olmadığı üçün onun hər hansı əmlaka sahib olmasının iddiaçıya verilən vahid aylıq müavinətinin kəsilməsi qanuna ziddir.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 06 dekabr tarixli, 2-1(085)1597/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçı dayandırılmış vahid aylıq müavinətin bərpa edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə isə haqlı olmuşdur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli 2-1(105)-174/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətinin ödənilməsi Qaydası”nın 1-ci bəndində aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə o cümlədən: - 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilməsi qeyd olunur.

12. Həmin Qaydanın 2.1-ci bəndində aylıq müavinətin aşağıdakı məcburi köçkün statusu olan şəxslərə o cümlədən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edə n, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil olunmadığı qeyd edilir.

13. Məhkəmə X1 iddiaçının ailə üzvü olub-olmaması, həqiqətənmi onunla birgə yaşayıb-yaşamadığına dair heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Halbuki, qeyd olunan Qaydanın 2.1-ci bəndində aydın göstərilir ki, “məcburi köçkünlər və onlarla birgə yaşayan ailə üzvləri”. Məhkəmə iddiaçının məcburi köçkün olaraq Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni salınmış məcburi köçkün şəhərciy ində 9 saylı binanın, 15 nömrəli mənzilində yaşamağını, həyati mənafelərinin həmin ünvana bağlı olduğu faktına əhəmiyyət verməmişdir.

14. İş materiallarına əlavə olunan bir-birini təkzib edən sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, ******* saylı arayışda X1 2016-ci il 25 noyabr tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu bildirilsə də, Abşeron rayon Masazır MKİS tərəfindən verilmiş 043 saylı arayışda X3 iddiaçının ailə tərkibinə daxil olan şəxs kimi göstərilib. Eyni zamanda, arayışda adı çəkilən iddiaçının qızı-X4 2006-cı ildən ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonunda, arayışda adı qeyd olunan digər qızı-X5 2002-ci ildən ailə quraraq Zəngilan rayonu Vənətli kəndi üzrə qeydiyyatda olmaqla Sabunçu rayonunda məcburi köçkün kimi mə skunlaşmışdır. Göründüyü kimi hər üç övladı başqa ünvanlarda yaşayıb müxtəlif ünvanlarda qeydiyyatda olmaqla iddiaçı ilə heç bir təsərrüfat aparmayan, birgə yaşamayan şəxslərdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil 2021-ci il 16 fevral tarixli məhkəmə iclasında kasasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan son ra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2014-cü il 10 dekabr tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş və 2017-ci il 22 fevral tarixədək qüvvədə olmuş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 6.1-ci bəndinə əsasən, yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.1. məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə (şəhid ailələri istisna olunmaqla); 6.1.2. məcburi köçkün olduqdan sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla);...

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onla rla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);...

19. İPM: Maddə

91. Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şika yət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının oğlu X3 ünvan 3 ünvanında yerləşən ayrıca yaşayış sahəsini (mənzili) əldə etmiş, 2015-ci il 03 iyul tarixdə onun adına “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. X3 2016-cı il 25 noyabr tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

24. Cavabdeh tərəfindən iddiaçıya verilən vahid aylıq müavinət 2018-ci ilin iyun ayından dayandırılmışdır.

25. Bu qərarın 17 və 18-ci bəndlərində qeyd olunan Təlimat və Qaydanın tələblərindən göründüyü kimi, məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, eyni zamanda ərazisi işğal olunmuş rayondakı (şəhərd əki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə aylıq müavinət verilmir.

26. İddiaçı hesab edir ki, iş materiallarına əlavə olunan bir-birini təkzib edən sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, ******* saylı arayışda X1 2016-ci il 25 noyabr tarixdən ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu bildirilsə də, Abşeron rayon Masazır MKİS tərəfindən verilmiş 043 saylı arayışda X3 iddiaçının ailə tərkibinə daxil olan şəxs kimi göstərilib.

27. Eyni zamanda iddiaçı bildirmişdir ki, arayışda adı çəkilən iddiaçının qızı X4 2006-cı ildən ünvan 11 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonunda, arayışda adı qeyd olunan digər iddiaçının qızı X5 (baxmayaraq ki rəsmi nikaha düşdükdən sonra soyadı Quliyeva olmuşdur) 2002-ci ildən ailə quraraq Zəngilan rayonu, Vənətli kəndi üzrə qeydiyyatda olmaqla Sabunçu rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Göründüyü kimi iddiaçının hər üç övladı başqa ünvanlarda yaşayıb müxtəlif ünvanlarda qeydiyyatda olmaqla iddiaçı ilə heç bir təsərrüfat aparmayan, birgə yaşamayan şəxslərdir.

28. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri ilə bağlı qeyd edir ki, işin materiallarına görə, cavabdeh orqan tərəfindən aylıq müavinətin dayandırılmasının iddiaçının qızlarının - X4 və X7 ilə bağlılığı yoxdur. Digər tərəfdən, onlar ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş şəxslər də deyillər.

29. İddiaçının oğlu Orxan Bahadurzadəyə münasibətdə isə, vəziyyət fər qlidir və cavabdeh orqan tərəfindən aylıq müavinətin dayandırılmasının səbəbi də həmin şəxslə bağlı olmuşdur. Belə ki, Orxan Bahadurzadə iddiaçının ailə üzvü kimi xx xxxx 2015-ci il tarixdə ayrıca yaşayış sahəsi əldə etmişdir.

30. İddiaçı, həmçinin qeyd edir ki, Nazirlər Kabinetinin sözügedən qərarının 2.2ci bəndinə görə, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə aylıq müavinət şamil edilmir. İşə baxan məhkəmələr nəzərə almamışlar ki, qeyd olunan bənddə məcburi köçkünlərin ailə başçıları nəzərdə tutulur. Ailənin digər üzvləri məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhər dəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşdükdə yalnız həmin şəxsə verilən vahid aylıq müavinəti dayandırılır. Bu halda isə iddiaçıya verilən yox, yalnız oğlu Orxan Bahadurzadəyə verilən vahid aylıq müavinəti dayandırılmalıdır.

31. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, istinad edilən Qaydanın 2.2-ci bəndində (eləcə də, Təlimat və Qaydanın digər müddəalarında) “ailə üzvləri”nin tərkibi fərqləndirilmir. Başqa sözlə, istər valideynlər, istərsə də onların övladları (yaxud ailənin üzvü olan digər şəxslər) bir-birinə münasibətdə ailə üzvləridirlər və onlardan hər hansının “ailə başçısı” olması onun və ya digərlərinin ailə üzvü statusunu dəyişmir.

32. Apellyasiya instansiyası məhkə məsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli, 2-1(105)-174/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar