Məhkəmə qərarları › İş №2-1(102)-91/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-91/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-91/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “iddiaçının 2019-cu il oktyabr ayından əvvəlki illərin veteran pulunun (müavinətin) ödənilməsi” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli, 2-1(103)-2041/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “iddiaçının 2019-cu il oktyabr ayından əvvəlki illərin, ayların veteran (müavinət) pulunun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3601/2021 nömrəli, 08.04.2021-ci il tarixli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilməmişdir.

3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli, 21(103)-2041/2021 nömrəli qərarına əsasən (sədrlik edən – Səadət Bəktaşi, hakimlər – Mirzə Tağızadə və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3601/2021 nömrəli, 08.04.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. Məhkəmə qərarı iddiaçıya 27.09.2021-ci il tarixində təqdim olunmuşdur. İddiaçı 18.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli, 2-1(103)-2041/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

7. Həmin Məcəllənin 96.3-cü maddə sinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

8. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

9. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

10. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət on u verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

11. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, kassasiya şikayətinə vəkil orderi əlavə olunmamış və şikayət vəkil tərəfindən imzalanmamışdır.

13. Bununla bağlı iddiaçıya göndərilmiş 18.11.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 17.12.2021-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmənin sözügedən bildirişində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı qeyd edilmiş, bildirişdə göstərilmiş 17.12.2021-ci il tarixinədək tərəflər məhkəmə iclasına yazılı qaydada baxılmasına dair etiraz təqdim etməmişdir.

15. Hazırkı qərardadın 6-11-ci bəndlərində göstərilən normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayıla bilməz.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 07.09.2021-ci il tarixli, 21(103)-2041/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar