Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-91/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evinə dair qeydiyyatın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13rşı “03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (İddiaçı ilə iddiaçının keçmiş əri - iş üzrə üçüncü şəxs X4 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38/79 nömrəli qərarından və torpaq payı almaq hüququ olan subyektlər siyahısından görünür ki, rayonun “Bəhmətli” kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmiş, torpaq payı almaq hüququ olan subyektlər siyahısında X5, X10 və X6 adları qeyd edilmişdir. 2. 11.12.2008-ci il tarixdə tərtib edilmiş, A118447 №-li torpaq sahəsinin planı və ölçüsünə əsasən, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38 №-li qərarı ilə X8 Zaqatala rayonu Bəhmətli kəndində 1988.92 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
3. Zaqatala rayonu Bəhmətli kəndində inşa ediləcək 1 mərtəbəli fərdi yaşayış evinin memarlıq-planlaşdır ma layihəsinə əsasən, X1 əsasında "xxxx" MMC-də 2018-ci ildə 0.1988 ha həyətyanı torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir.
4. Zaqatala rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli 9/545 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən, Zaqatala rayonunun Bəhmətli kəndində tikintisi başa çatdırılmış fərdi yaşayış evinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evində tikinti quraşdırma işləri başa çatdırılmış, daxili və xarici suvaq işləri tamamlanmış, tavanı, döşəməsi, qapı və pəncərə blokları quraşdırılmış, daxili bəzək işləri aparılmışdır. Yaşayış evi istismara qəbul edilməsi üçün hazırdır. M.Babayeva tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşaat norma və qaydalarına uyğun t ikildiyini nəzərə alaraq RİHBA-nın Memarlıq və Tikinti şöbəsi onun qeydiyyata alınmasına etiraz etmir. 5. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş, 747 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən, ümumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evinin (Liter A) 2014-cü ildə inşa edilməsi ilə bağlı qeydiyyat aparılmışdır. 6. ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa (seriya RX 1278130№-li) əsasən, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi X2 tam xüsusi mülkiyyətində, 0.1988 ha həyətyanı torpaq sahəsi isə X5, X10 və X9 ümumi birgə mülkiyyətindədir.
7. Bəhmətli kənd İƏD-nin xx.xx.2018-ci il tarixli 241 №-li arayışında qeyd edilmişdir ki, Bəhmətli kənd İƏD-nin 7 nömrəli təsərrüfatbaşına kitabın 19-cü səhifəsində mərhum X7 adına 1960-cı ildə tikilmiş, 1 mərtəbəli 2 otaqlı, 60 kv.m ümumi, 40 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə var. Həyətyanı sahədə eyni zamanda 2014-cü ildə tikilmiş, ümumi sahəsi 88 kv.m. olan yaşayış evi vardır.
8. Bəhmətli kənd İƏD-nin xx.xx.2018-ci il tarixli 1008 №-li arayışında qeyd edilmişdir ki, İddiaçı hal-hazırda yaşadığı ev ümumi sahəsi 88 kv.m olmaqla, 2014-cü ildə tikilmiş, həyətyanı sahəsi isə mərhum Babayev Sadəddinin adına olmuşdur.
9. Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı X2 mülkiyyətində olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evində olan istifad ə hüququna, 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun, kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X15 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.
10. Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1217/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X11 və X3 qarşı fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
11. İddiaçı fərdi yaşayış evinə dair X2 adına aparılmış qeydiyyatın rəsmiləşdirilməsi haqqında RX seriyalı İ288130 nömrəli çıxarışın ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki i craat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (İddiaçı ilə iddiaçının keçmiş əri - iş üzrə üçüncü şəxs X4 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. İddianın əsaslarına görə, 1998-ci ildə İddiaçı və X11 qeyri-rəsmi evlənmiş və 24 may 2000-ci il tarixdə onların arasındakı nikah rəsmiləşdirilmişdir. 1998- cı ildə qeyri-rəsmi evləndikdən sonra İddiaçı, X4 atası X8 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1960-cı ildə inşa olunmuş fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0.1998 ha həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 saylı qərarına əsasən İddiaçı qaynatası X7, qaynanası - X9 və baldızı - X2 mülkiyyətinə verilmişdir. İddiaçının qaynatası - X10 1999-cu ildə, qaynanası - X14 isə 2002-ci ildə ölmüşlər. Sonuncuların ölümündən sonra onlardan miras qalmış fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının keçmiş əri - X11 tərəfindən faktiki olaraq qəbul olunmuşdur. 2015-ci ilin mart ayında İddiaçı ilə iddiaçının keçmiş əri X11 qeyd olunan torpaq sahəsi ndə birgə vəsaitləri hesabına yeni fərdi yaşayış evinin inşasına başlamış və 2015-ci ilin oktyabr ayından həmin fərdi yaşayış evinin 1(bir) otağını hazır edərək, ora köçmüşlər. Halhazıradək də iddiaçı uşaqları ilə birgə həmin fərdi yaşayış evində yaşayır. İddiaçı ilə X11 arasında 24 may 2000-ci il tarixdə bağlanmış nikah Zaqatala rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(033)-95/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra, iddiaçının keçmiş baldızı - X5 iddiaçıya qarşı Zaqatala rayon Məhkəməsində iddia qaldıraraq, sonuncunun həmin evə olan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini xahiş etmiş və məhkəmənin 21 sentyabr 2018-ci il tarixli, 2(033)880/2018 iş nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçıya məlum olmuşdur ki, iddiaçı ilə onun keçmiş əri - X4 birgə vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 03 may 2018-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. Sözügedən fərdi yaşayış evi 2014-cü ildə inşa edilməsinə baxmayaraq, çıxarışın verilməsinə əsas olan sənədlərdə fərdi yaşayış evinin tikildiyi il 2018-ci il olaraq qeyd edilmişdir. Həmin fərdi yaşayış evinin tikilməsində iddiaçının da rolunun olması Zaqatala rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli qətnaməsində qeyd edilmişdir.
14. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddiaya etirazında qeyd etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi və onun yerləşdiyi 1988 kv.m. torpaq sahəsinə dair iş üzrə 3-cü şəxs X2 və digərlərinin adına rəsmiləşdirilmiş x x.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixliğ 38 saylı qərarı ilə bağlı DTXK-si (ləğv edilmiş) tərəfindən tərtib edilmiş AN 118447 nömrəli plan və ölçü sənədi, X20 ərazi dairəsinin xx.xx.2018-ci il tarixli 241 nömrəli arayışı, memarlıq planlaşdırma layihəsi, Zaqatala rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2018-ci il tarixli 9/545 nömrəli məktubu və digər sənədlərə əsasən verilmişdir. Qeyd edilənlərə əsasən iddia əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir.
15. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı iddiası ilə razı deyil. İddiaçı eyni məzmunlu iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. X21 sədrliyi ilə iddiaya baxılmış və xx.xx. 2019-cu il tarixli 2- 1(84)-220/2019 nömrəli qərardad ilə iddia mümkün sayılmamış, İddiaçı iddiası təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-300/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-220/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı X2 mülkiyyətində olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X15 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Müvafiq qətnamə hazırda qüvvədədir və Zaqatala RİPŞ-nin icraatındadır. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir.
16. Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli SDS-979 №-li məktubunda qeyd edilənlərə əsasən, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)1217/2019 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Zaqatala rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli mülki işi xx.xx.2018-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hal-hazırda həmin mülki iş Şəki Apellyasiya Məhkəməsinin arxivində saxlanılır.
17. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməs indən imtina edilmiş, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
18. Şəki İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddiа rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququnun qeydə alınmasına əsas - həmin evin yerləşdiyi 0.1988 ha torpaq sahəsi üzərində Mətanət Babayevanın mülkiyyət hüququnu təsdiq edən sənədin (torpaq sahəsi onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala RAİK-nın xx.xx.1996-cı il tarixli 38/79 nömrəli qərarı ilə verilib), tikinti layihəsinin memarlıq-planlaşdırma layihəsinin olması, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatl andırılan orqana (Zaqatala RİH) bilavasitə məlumat verilməsi və iddiaçının müraciətinə əsasən sonuncu tərəfindən həmin fərdi yaşayış evinə yerində baxış keçirilərək müvafiq tikinti - quraşdırma işlərinin başa çatdırılmasının təsdiq edilməsi olmuşdur. Odur ki, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş mübahisəli yaşayış sahəsi ilə bağlı qeydiyyatın ləğvi üçün əsaslar olmadığından, cavabdehin - iddiaçının müraciətini təmin etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
20. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(107)-260/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin məzmunu iddia ərizəsin in məzmununa uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti, X20 ərazi dairəsi tərəfindən qeydiyyat orqanına təqdim olunmuş 2 mart 2018ci il tarixli, 241 nömrəli arayışdan da göründüyü kimi, təsərrüfatbaşına kitabda X7 adına 1960-cı ildə inşa olunmuş l(bir) mərtəbəli, 2(iki) otaqlı, ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.
25. Bununla yanaşı, həmin arayışda qeyd olunur ki, “... Həyətyanı sahədə eyni zamanda 2014-cü ildə inşa olunmuş fərdi yaşayış evi vardır.”
26. Arayışın məzmunundan da göründüyü kimi, X2 adına hər-hansı bir evin olması barədə təsərrüfatbaşına kitabda heç bir qeydiyyat yoxdur.
27. Qeyd olunan fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə qeydiyyat orqanına təqdim olunmuş “Memarlıq planlaşdırma layihəsi”ndən də göründüyü kimi, X5 yalnız 2018-ci ildə sifarişçi qismində fərdi yaşayış evi inşa etmək məqsədi ilə "xxxx" MMC-yə müraciət etmiş və layihə tərtib olunduqdan sonra Zaqatala rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi həmin layihəni təsdiq etmişdir. 28. 24 aprel 2018-ci il tarixdə isə Zaqatala rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə məktub ünvanlayaraq, həmin tikintinin inşaat norma və qaydalarına uyğun tikildiyini nəzərə alaraq, qeydiyyata alınmasına etiraz etmədiklərin i bildirmişdir.
29. Şikayət əsaslandırılarkən “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə v ə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir..... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar..... 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur..... 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əml aka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır..... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;..... Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi..... Maddə 10.2. Qeydiyyat orq anına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 0.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqas ına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır..... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir..... Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardad ını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəm ələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına apa rılmış qeydiyyatın ləğvinə yönəlmişdir.
40. İddiaçının kassasiya şikayətinin əsaslarına görə, qeyd olunan fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti, X20 Ərazi Dairəsi tərəfindən qeydiyyat orqanına təqdim olunmuş 2 mart 2018-ci il tarixli, 241 nömrəli arayışdan da göründüyü kimi, təsərrüfatbaşına kitabda X7 adına 1960-cı ildə inşa olunmuş 1(bir) mərtəbəli, 2(iki) otaqlı, ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Bununla yanaşı, həmin arayışda qeyd olunur ki, həyətyanı sahədə eyni zamanda 2014-cü ildə inşa olunmuş fərdi yaşayış evi vardır. Göründüyü kimi, X2 adına hər-hansı bir evin olması barədə təsərrüfatbaşına kitabda heç bir qeydiyya t yoxdur.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38/79 nömrəli qərarından və torpaq payı almaq hüququ olan subyektlər siyahısından görünür ki, rayonun “Bəhmətli” kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmiş, torpaq payı almaq hüququ olan subyektlər siyahısında X5, X10 və X6 adları qeyd edilmişdir. 41. 11.12.2008-ci il tarixdə tərtib edilmiş, A118447 №-li torpaq sahəsinin planı və ölçüsünə əsasən, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38 №-li qərarı ilə X8 Zaqatala rayonu Bəhmətli kəndində 1988.92 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
42. Zaqatala rayonu Bəhmətli kəndində inşa ediləcək 1 mərtəbəli fərdi yaşayış evinin memarlıq-planlaşdırma layihəsin ə əsasən, X1 əsasında "xxxx" MMC tərəfindən 2018-ci ildə 0.1988 ha həyətyanı torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir.
43. Zaqatala rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli 9/545 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən, Zaqatala rayonunun Bəhmətli kəndində tikintisi başa çatdırılmış fərdi yaşayış evinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evində tikinti - quraşdırma işləri başa çatdırılmış, daxili və xarici suvaq işləri tamamlanmış, tavanı, döşəməsi, qapı və pəncərə blokları quraşdırılmış, daxili bəzək işləri aparılmışdır. Yaşayış evi istismara qəbul edilməsi üçün hazırdır. M.Babayeva tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşaat norma və qaydalarına uyğun tikildiyini nəzərə alaraq, RİHBA-nın Memarlıq və Tikinti şöbəsi onun qeydiyyata alınmasına etiraz etmir. 44. ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa (seriya RX 1278130№-li) əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi X2 tam xüsusi mülkiyyətindədir. 0.1988 ha həyətyanı torpaq sahəsi X5, X10 və X9 ümumi birgə mülkiyyətindədir.
45. Göründüyü kimi, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququnun qeydə alınmasına əsas - həmin torpaq sahəsinin yerləşdiyi 0.1988 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən sənədin (torpaq sahəsi onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala RAİK-nın xx.xx.1996-cı il tarixli 38/79 nömrəli qərarı ilə verilib), tikinti layihəsinin memarlıqp lanlaşdırma layihəsinin olması, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (Zaqatala RİH) bilavasitə məlumat verilməsi və iddiaçının müraciətinə əsasən sonuncu tərəfindən həmin fərdi yaşayış evinə yerində baxış keçirilərək müvafiq tikinti quraşdırma işlərinin başa çatdırılmasının təsdiq edilməsi olmuşdur.
46. Bundan başqa, Zaqatala rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2019-cu il tarixli 2(033)-1217/2019 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər X11 və X3 qarşı fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsində isə həmin fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun mövcud olduğu qeyd edilməmişdir. Qətnamənin məzmununda iddiaçının həmin fərdi yaşayış evinin tikintisində və təmiri işlərində rolunun olduğu nəzərə alınaraq kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi qət edilmişdir.
47. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun olmaması Zaqatala rayon Məhkəməsinin yuxarıda istinad olunan qətnamələrində birmənalı olaraq qeyd edilmişdir.
48. Beləliklə, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş mübahisəli yaşayış sahəsi ilə bağlı qeydiyyatın ləğvi üçün əsaslar olmadığından, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunveric iliyin tələblərinə uyğun olmuşdur.
49. Məhkəmə kollegiyasınin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
50. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.