Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-91/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh xxxnə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2-1(103)2200/2023 nö mrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçı barəsində aşağıdakı qeyd olunan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarlar qəbul edilmişdir: -təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş vergi hesabfaktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən **********540500 saylı, 30 aprel 2020-ci il tarixli qərarla yanvar 2019-cu ilin hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 6.915,75 manat; -2018-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələri ilə mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində ki dövriyyə arasında fərq olduğuna görə **********608200 saylı 07 may 2020-ci il tarixli qərarla 2018-ci il mənfəət vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 46.244,42 manat; -iddiaçının bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə **********866100 saylı 22 may 2020-ci il tarixli qərarla 2017-ci il əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.625,63 manat; -iddiaçının bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə **********922200 saylı 22 may 2020-ci il tarixli qərara əsasən iyul 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.013,35 manat; -iddiaçı nın bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə **********485600 saylı 31 may 2020-ci il tarixli qərara əsasən iyul 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.047,01 manat; -iddiaçının bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə **********486300 31 may 2020-ci il tarixli qərara əsasən oktyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.360,85 manat; -iddiaçının bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə **********488700 saylı 31 may 2020-ci il tarixli qərara əsasən avqust 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 25.233,46 manat; -iddiaçının bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə **********551400 saylı 31 may 2020-ci il tarixli qərara əsasən noyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15,811.38 manat; -iddiaçının bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə **********8883500 saylı 31 may 2020-ci il tarixli qərara əsasən sentyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 9.428,22 manat; -əvəzləşdiril mənin qəbul edilməməsinə görə (elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması) **********611600 saylı 08 iyun 2020-ci il tarixli qərarla fevral 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 762,85 manat; -aksiz vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığından və azalmanı təsdiq edən sənədlərin olmamasını görə **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli qərara əsasən iyul 2018-ci il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.194,00 manat; -aksiz vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığından və azalmanı təsdiq edən sənədlərin olmamasını görə **********688700 saylı 05 oktyabr 2020-ci il tari xli qərarla dekabr 2018-ci il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 31.377,80 manat; -aksiz vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığından və azalmanı təsdiq edən sənədlərin olmamasını görə **********689400 saylı 05 oktyabr 2020-ci il tarixli qərara əsasən yanvar 2019-cu il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.571,20 manat; -2019-cu il hesabat dövrünün aksiz vergisi üzrə ilkin bəyannamədə göstərilən məbləğlər sonradan dəqiqləşmiş bəyannamədə azaldılması və azalmanı təsdiq edən sənədlərin olmaması əsası ilə **********690800 saylı 05 oktyabr 2020-ci il tarixli qərara əsasən əvvəlki vergini bərpa etmişdir; -elektron qaimə-fakturalarda olan dövriyyə ilə ƏDV bəyannaməsindəki dövri yyə arasında olan fərqə görə **********299700 saylı 02 mart 2021-ci il tarixli qərarla dekabr 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 57.600,36 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək son olaraq cavabdehin **********540500 saylı 30 aprel 2020-ci il tarixli, **********08200 saylı 07 may 2020-ci il tarixli, **********866100 saylı 22 may 2020-ci il tarixli, **********922200 saylı 22 may 2020-ci il tarixli, **********485600 saylı 31 may 2020-ci il tarixli, **********486300 saylı 31 may 2020ci il tarixli, **********488700 saylı 31 may 2020-ci il tarixli, **********551400 saylı 31 may 2020-ci il tarixli, **********883500 saylı 31 may 2020-ci il tarixli, **********611600 saylı 08 iyun 2020-ci il tarixli, **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli, **********688700 saylı 05 oktyabr 2020-ci il tarixli, **********1689400 saylı 05 oktyabr 2020-ci il tarixli, **********690800 saylı 05 oktyabr 2020-ci il tarixli, **********299700 saylı 02 mart 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi 2019-cu ilin müəyyən olunmuş hesabat dövründə vergi orqanına təqdim edilmişdir. Lakin, ve rgi orqanı tərəfindən bildirilmişdir ki, təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı uyğunsuzluqların olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və 2018-ci il üçün mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar aradan qaldırılaraq, müvafiq izahatlar verilmiş, sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixli **********348500 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral olaraq şəxsi hesab vərəqinə 2018-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında həmin qərar rəsmi qaydada onlara təqdim edilməyib və həmin qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdı r. 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar 10 mart 2020-ci il tarixində sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırılmış və kameral vergi yoxlamasının aparılması üçün vergi orqanına təqdim edilmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, **********566700 saylı və xx.xx.2020-ci il tarixli **********570200 saylı məktublarla Vergilər Nazirliyinə müraciət edərək, elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini və hesablanmış 47 362.29 manat kameral məbləğinin geri qaytarılmasını xahiş etmişlər. Müraciətlərinə xx.xx.2020-ci il tarixli **********846300 saylı məktubla cavab verilərək bildirilmişdir ki, kameral vergi yoxlaması barədə Vergilər Nazirliyinə daxil olmuş müraciətlərinə baxılır və qanunvericilikdə müəyyən edilmiş müddətdə c avab veriləcəkdir. Lakin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********731900 saylı, xx.xx.2020-ci il tarixli, **********286100 saylı və xx.xx.2020-ci il tarixli, **********772800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarla 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların aradan qaldırılmasını və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsini tələb etmişlər. Eyni zamanda bildirilmişdir ki, vergi bəyannaməsi və zəruri sənədlər 5 iş günü ərzində təqdim edilməsə, vergi orqanı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarını yenidən hesablayacaqdır. Bu günə kimi təqdim etdikləri sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi b əyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla da, vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixli, **********192900 saylı, xx.xx.2020-ci il tarixli, **********499900 saylı və xx.xx.2020-ci il tarixli, **********079400 saylı şikayət ərizələri ilə Vergilər Nazirliyinə müraciət edərək, 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırıldığını, xx.xx.2019-cu il tarixli, **********348500 saylı elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini, hesablanmış 47362.29 manat kameral məbləğinin geri qaytarılmasını, göstərilənlərə uyğun olaraq təsdiqlənməmiş azalmanın təsdiq olunmasını və şə xsi hesab vərəqəsində azalma kimi yazılmasını xahiş etmişlər. Şikayətləri nəticəsiz qalmış və mənfəət vergisi bəyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla əlaqədar, olaraq şikayətləri icrasız qaldığından hər hansı cavab ala bilməmələri səbəbindən, məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə göstərilmiş qanunvericilik aktlarına əsasən hesab edirlər ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirməməsi və kameral vergi yoxlamasını həyata keçirməməsi qanunsuzdur. Vergi orqanı hər bir halda təqdim olunmuş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və digər sənədlər əsasında yenidən kameral yoxlama keçirilməlidir. Eyni zamanda, xx.xx.2019-cu il tarixli **********348500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı qanunsuz çıxarılmış və vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış vergilər, maliyyə sanksiyaları və faizlər əsassız olaraq hesablanmışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar da ləğv olunmalıdır. Cavabdehin etirazları:
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 15652,83 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (91865,29 manat) məbləğdən 76212,46 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********897400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 11 625,63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli ******* ***866100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, (VÖEN: **********) tərəfindən təqdim olunmuş İE seriyalı 462828 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********639500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr zrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdiril miş vergi bəyannaməsi təqdim olunmadığından 2020ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 762.85 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********611600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100,0 manat vergi məbləği azaldılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğun suzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100.00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********690800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma nəticəsində 2020-ci ilin yanvar-dekabr aylarında təqdim edilmiş elektron qaimə-fakturalara əsasən həmin elektron qaimə-fakturaları əldə edən vergi ödəyiciləri tərəfindən 208 176,89 manat əsas məbləğ üzrə 37471,84 manat ƏDV məbləğinin əvəzləşdirməsinə və həmin dövr üzrə onlayn kassa aparatlarının çıxarışlarına əsasən 0,00 manat dövriyyə aşkar edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən hə min dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 425 273,50 manat dövriyyə məbləği (dəqiqləşdirilən artırılan və azaldılan dövriyyə məbləğləri nəzərə alınmaqla) göstərildiyi aşkar edilmişdir ki, nəticədə xx.xx.2020-ci il tarixinə avans məbləği də nəzərə alınmaqla 529746,33 manat məbləğində dövriyyənin azaldılması kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********892100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020- ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 57600.36 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********299700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********058600 nömrəli qərarla bağlı bildirilir ki, 2020-ci ilin avqust ayı üçün aksiz vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği azaldılmış və bu barədə xx.xx.2021-ci il tarixli **********017800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinın 26 aprel 2022-ci il tarixli 2-1(112) -233/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 sentyabr 2022-ci il tarixli, 9/4898 saylı rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlrəinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə və bütün yuxarıda göstərilənlərə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablandığı müəyyən olunur. Ekspertiza təyini haqqında qəra rdadda öz əksini tapmış digər suallarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur, eyni zamanda təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə və Vergi Məcəlləsinin tələblərinə görə 2017-ci ilin sentyabr ayı üzrə büdcəyə 11.956, 56 manat artıq ödəmə müəyyən olunur. Bundan başqa ekspert qarşısında qoyulmuş sualda soruşulanlar üzrə qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında İddiaçı X1 ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı q eyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır.
7. Bakı İnzibati Məhkəməsinın 27 oktyabr 2022-ci il tarixli 2-1(112)-233/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 dekabr 2022-ci il tarixli, 9/8339 saylı rəyində qeyd edilmişdir ki, lkin ekspertiza tədqiqatı zamanı soruşulan 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 3 1 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat sənədlərinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906, 60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Bakı İnzibati Məhkəməsinin hazırki qərardadı ilə təyin edilmiş ekspertiza üzrə ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan qərarlar üzrə də təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən dövlət büdcəsinə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadı. Beləliklə, ekspert qarşısında qoyulmuş sualda soruşulanlar üzrə qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında məhkəməni n qərardadında öz əksini tapmış suallarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Rəyin nəticəsinə əsasən təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında məhkəmənin qərardadında öz əksini tapmış suallarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır.
9. Bakı İnzibati Məhkəməsinın 22 dekabr 2022-ci il tarixli, 2-1(112)-233/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilərək cavabdehin “30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli * *********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəylər i məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Bundan əlavə qeyd edilmişdir ki, 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********6908 00 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat sənədlərinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906, 60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunduğundan, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadığından, cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edi lməklə ləğv edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 21(103)-2200/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinın 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin əlavə dəyər vergisi ilə bağlı 2017-ci ilin may ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********866100 saylı qərarı 9549,35 manat, 2017- ci ilin iyun ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli ********** 485600 saylı qərarı 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********922200 saylı qərarı 10129,18 manat, 2017-ci ilin avqust ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********488700 saylı qərarı 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********486300 saylı qərarı 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********551400 saylı qərarı 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə qəbul edilmiş 31 may 2020-ci il tarixli **********883500 saylı qərarı və digər- **********540500 saylı 30 aprel 2020-ci il tarixli, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli * *********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi 2017-ci ilin may ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********866100 saylı qərarı 9549,35 manat, 2017-ci ilin iyun ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********485600 saylı qərarı 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********922200 saylı qərarı 10129,18 manat, 201 7-ci ilin avqust ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********488700 saylı qərarı 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********486300 saylı qərarı 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********551400 saylı qərarı 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə vergi orqanı tərəfindən 9428,22 manat vergi hesablansa da, ekspert tərəfindən vergi ödəyicisinin həmin dövr üzrə 11956,56 manat artıq hesablaması müəyyən olunduğundan və buna görə də həmin dövrə vergilərin hesablanması əsassız olduğu üçün 31 may 2020- ci il tarixli **********883500 saylı qərarı bütövlükdə və 30 aprel 2020-ci il tarixli **********540500 sayl ı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020- ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilməlidir.
14. Vergi orqanı 2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr və noyabr ayları üzrə ümumilikdə 46579,85 manat istisna olmaqla qalan hissələrdə, həmçinin 2017-ci ilin sentyabr dövrü üzrə 31 may 2020-ci il tarixli **********883500 saylı qərarı və digər- vergi orqanının qəbul etdiyi mübahisələndirilən30 aprel 2020-ci il tarixli **********5405 00 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları ilə iddiaçıya əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və əsaslı olmasını əsaslandıra bilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da qeyd etmişdir ki, məhkəmə qərarının nəticəvi hissəsində mübahisələndirilən vergi orqanının qərarlarının məhz hansı hissədə ləğv olunması dəqiq göstərilmədiyi üç ün həmin hissədə məhkəmə qərarı qeyrimüəyyənlik yaradır. Odur ki, apellyasiya baxışı zamanı ekspertin verdiyi dəqiqləşməyə uyğun olaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
16. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 3.8, 16.1.1, 23.1, 36.2, 53.3-cü maddələrinə və “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2, 24.3-cü maddələrinə istinad etmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd edir: əvəzləşdirilən dövriyyə ilə bağlı: Hüquqi şəxs t ərəfindən təqdim edilmiş bəyannamə məlumatlarındakı əvəzləşdirilən dövriyyə ilə kameral müəyyən edilən əvəzləşdirilən dövriyyə arasındakı fərqə səbəb əvəzləşdirmə üçün təqdim edilmiş HP seriyalı 336682 nömrəli, HW seriyalı 509690 nömrəli elektron qaimə-fakturalar üzrə ƏDV məbləği ödənilməməsi və bu elektron qaiməfakturası üzrə əvəzləşdirmə aparılması olmuşdur. Həmçinin əvəzləşdirmə üçün təqdim edilmiş İE seriyalı 462828 nömrəli elektron qaiməfaktura üzrə ödəniş məbləği, faktura məbləğindən böyük olmuş, müvafiq qaimə üzrə artıq ödənilmiş məbləğ ödəyici tərəfindən əvəzləşdirilmiş, kameral vergi yoxlaması ilə artıq əvəzləşdirilən məbləğ (malın qaimədə göstərilən məbləğindən artıq ödənilən hissəsi) nəzərə alınmamışdır Göründüyü kimi məhkəmənin yüksək sübutetmə standartı tətbiq etməklə vergi orqanının hesablamanın əsasını göstərə bilməməsi qənaətinə gəlməsi Avropa Məhkəməsinin aşağıda qeyd olunan qərarlarında əks olunanhəddən artıq formalizmin tətbiqinin tərəfin məhkəməyə əlçatanlıq hüququnun pozulmasına gətirib çıxartmışdır. Məhkəmə cavabdehin sübut hesab edərək əsaslandırma üçün hesablamalara dair formal tələblər (bu məlumatlar rəsmi xarakterli olmadığından) irəli sürsə də həmin hesablamaların konkret olaraq hansı tələblərə cavab vermədiyini və bu tələblərin hüquqi əsaslarının nədən ibarət olması barədə qəbul etdiyi qərarında heç bir əsaslandırma aparmamışdır. Eyni qaimə üzrə iki dəfə əvəzləşdirilən məbləği qəbul edən məhkəmə icraatı heç bir hüquqi və faktiki əsaslandırma aparmadan həyata keçirildiyi üçün əsaslı sayıla bilməz. ekspert rəyinin mötəbərliyi ilə bağlı: İşdə olan ekspert rəyi məhkəmə qərardadının məzmunu və cavabdehin etirazı köçürülməklə yazılmış, hesablama ilə bağlı heç bir fakta əsaslanmayan ümumi sözlərlə rəy verilmişdir. Belə ki, rəyə əsasən, iş materiallarında olan mühasibat sənədlərinə əsasən, 2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113191,03 manat məbləğində deyil, ümumilikdə, 51906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən edilmədiyi qeyd olunmuşdur. Eləcə də, müvafiq dövrlər üzrə ayrı-ayrılıqda hesablamanın azalmasına səbəb olacaq hallar barədə məlumat qeyd olunmamış, məhz hansı “mühasibat sənədləri” əsasında məbləğin azaldılması qeyd olunmamış, əsaslandırma aparılmadan sadəcə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Əgər həqiqətən də iş materiallarında mövcud olan mühasibat sənədləri, həmçinin xronometraj müşahidə ilə müəyyən edilmiş dövriyyə və tərtib edilmiş akt, malların alış və əvəzləşmə sənədləri nəzərə alınsa idi, ekspertin gəldiyi nəticələr həqiqəti əks etdirməklə, mötəbər hesab oluna bilərdi. Həmçinin, digər qərarlarla bağlı xx.xx.2022-ci il tarixli 9/8339 nömrəli ekspert rəyində sadəcə olaraq qeyd edilmişdir ki, göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, bu hissədə ekspert qeyri-müəyyən rəy vermiş, məhkəmə isə həmin rəyi əsas götürməklə, sözügedən qərarları tamamilə ləğv etmişdir. Ekspert rəyi he ç bir şəkildə əsaslandırılmamış, gəlinən nəticə isə qeyri-müəyyən qalmışdır. Ekspert tərəfindən nə xərclər, nə də gəlir müəyyən olunmadığı halda hansı əsasla sözügedən nəticəyə gəlinməsi anlaşılan deyildir. Kassator qeyd etmişdir ki, mübahisələndirilən məhkəmə aktının qəbul edilmə səbəbi məhz apellyasiya məhkəməsinin həmin və yeganə sübut olan ekspert rəyini tədqiq etməməsi və digər sübutlarla yanaşı qiymətləndirməməsi olmuşdur.
19. Həmçinin qeyd edilmişdir ki, ƏDV üzrə 2020-ci ilin fevral və dekabr ayları, aksiz vergisi üzrə 2018-ci ilin iyul və dekabr ayları, 2019-cu ilin fevral ayı ekspertizasının tədqiqi predmetini əhatə etməmiş, həmin dövrlərə ekspert münasibət bildirməmişdir. Məhkəmə qərarını əsaslandırarkən yalnız 08 sentyabr 2022-ci il tarixli 4897 saylı ekspert rəyini əsas götürmü ş, lakin ekspert tədqiqatını əhatə etməyən qərarları ləğv etmişdir.
20. Kassator Vergi Məcəlləsinin 23.1.6, 37.3, 72.1, 72.5, 82.3-cü maddələrinə, MPM-in 101.6, 101.7, 103.1, İPM-in 12.1, 12.2-ci maddələrinə istinad edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2-1(103)-2200/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi: Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında ola n digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumat lar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tə rəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.
23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar v ə faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti ü zrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarı
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılm ası üçün həmin məhkəməyə göndərilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
32. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bi r halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
33. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçı barəsində aparılmış kameral vergi yoxlaması nəticəsində hazırkı qərarın 1-ci bəndində q eyd olunan qərarları qəbul etmişdir.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi yuxarıda qeyd edilən qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir.
35. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəydə qeyd olunan göstəricilərə və rəyi tərtib etmiş ekspert Toğrul Cəfərli məhkəmə iclasına verdiyi ifadəyə əsaslanmış, bundan başqa hər hansı sübuta istinad etməmişdir.
36. Həmin rəyləri araşdırarkən (bax: iş İİİ cild, v. 14 və 143), rəylərdə işin halları, tərəflərin dəlilləri sadalanmış, hər hansı hesablama və açıqlama aparılmadan cəmi 51906 manat ƏDV-nin iddiaçı tərəfindən az ödənildiyi qeyd olunmuşdur. Lakin müvafiq dövrlər üzrə ayrı-ayrılıqda hesabl amanın azalmasına səbəb olacaq hallar barədə məlumat qeyd olunmamış, məhz hansı “mühasibat sənədləri” əsasında məbləğin azaldılması rəydə öz əksini tapmamış, əsaslandırma aparılmadan sadəcə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir.
37. Xüsusi ilə qeyd edilməlidir ki, ƏDV üzrə 2020-ci ilin fevral və dekabr ayları, aksiz vergisi üzrə 2018-ci ilin iyul və dekabr ayları, 2019-cu ilin fevral ayı ekspertizasının tədqiqi predmetini əhatə etməmiş, həmin dövrlərə ekspert münasibət bildirməmiş, lakin apellyasiya məhkəməsi ekspert tədqiqatını əhatə etməyən qərarları da ləğv etmişdir.
38. Göründüyü kimi, iş materiallarında ekspert rəyinin nəticə hissəsində qeyd olunmuş göstəricilərin hansı qaydada alındığını əks etdirən əsaslandırma mövcud olmadığından, rəydə gös tərilən rəqəmlərin həqiqiliyini müəyyən etmək mümkün deyildir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi əsaslandırmasında yalnız ekspert rəyi ilə kifayətlənsə də, həmin rəy üzrə araşdırmanı əks etdirən sənədləşmələrin natamam olduğuna, ekspert rəyindəki göstəricilərin hansı araşdırmanın nəticəsində əldə olunduğuna və bunların rəydə əksini tapmadığına diqqət yetirməmiş, ekspert rəyinə digər sübutlarla əlaqəli şəkildə qiymət verməmişdir.
39. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh hər bir qərar üzrə hesablama əsaslarını aşağıdakı qaydada qeyd etmiş və apellyasiya şikayətində də göstərilən qaydada əlavə vergilərin hesablanmasını əsaslandırmışdır: -2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr və noyabr aylarının ƏDV bəyannamələri üzrə müvafiq dövrlərin kənarlaşmanın səbəbi kimi, təqd im edilmiş ƏDV bəyannamələri ilə rəsmiləşdirilmiş xronometraj müşahidəsinin nəticələri arasında olan uyğunsuzluqların olması göstərilmiş və həmin uyğunsuzluqlar aradan qalxmaması səbəbindən cavabdehin tərəfindən xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********488700 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020ci il tarixli **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli qərarlarla əlavə vergi məbləği hesablanmışdır. -2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə əlavə vergi məbləğinin hesablanmasının əsası kimi 2019-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilm iş HW seriyalı 509690 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması göstərilmiş və bu səbəbdən xx.xx.2020-ci il tarixli **********540500 nömrəli qərarla əlavə vergi məbləği hesablanmışdır. - 2018-ci il mənfəət vergisi üzrə ƏDV bəyannamələrinin cəmi dövriyyəsi ilə mənfəət vergisi bəyannaməsinin gəlir hissəsindəki dövriyyə arasında fərq olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” uyğun olaraq, 46.244,42 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********608200 nömrəli qərarla əlavə vergi məbləği hesablanmışdır. - 2018 iyul, dekabr və 2019 yanvar, fevral aylarının Aksız vergisi bəyannamələrinin ilkin bəyannamədə göstərilən məbləğlərin sonradan dəqiqləşdirilmiş bəyannamələrdə azaldılması, lakin vergi ödəyicisi azalmaları təsdiq edən sənədlərin olmaması səbəbindən xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli qərarlarla əlavə vergi məbləği hesablanmışdır. -2020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə əlavə vergi məbləğinin hesablanmasının əsası kimi təqdim olunmuş İE seriyalı 462828 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması göstərilmiş v ə bu səbəbdən xx.xx.2020-ci il tarixli **********611600 nömrəli qərarla əlavə vergi məbləği hesablanmışdır. -2020-ci ilin yanvar-dekabr aylarında təqdim edilmiş elektron qaimə-fakturalarda olan dövriyyə ilə ƏDV bəyannaməsində olan fərqin olması səbəbindən xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarla əlavə vergi məbləği hesablanmışdır.
40. Buna baxmayaraq vergi orqanının dəlillərini təkzib edən hər hansı bir dəlil apellyasiya məhkəməsi tərəfindən irəli sürülməmiş, həmçinin apellyasiya məhkəməsində ifadə verən ekspertin özü də, cavabdehin kamera qaydada hesabladığı əlavə vergilərin hesablama əsaslarının düzgünlüyünü təkzib edən sübutlara istinad etməmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qərarının nətic ə hissəsində cavabdehin mübahisələndirilən qərarlarını sadalayır və həmin qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edir, lakin işə baxan apellyasiya instansiyası məhkəməsi, məhkəmə iclasında ekspertdən əlavə məlumat alaraq mübahisələndirilməyən dövr üzrə (aprel 2017 – 5326,74 manat) də ekspertin rəy verməsini müəyyən edir və birinci instansiya məhkəməsinin qərarını dəyişərək qeyd edilən dövrü iddiaçı tərəfindən ödənilməli olan 51.906,60 manat ƏDV məbləğindən çıxararaq ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla mübahisələndirilən qərarları ləğv edilməsi barədə qərar qəbul edir.
42. Halbuki, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiy a məhkəməsi isə şikayət həddindən kənara çıxaraq, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilməyən hissəsi ilə bağlı qərar qəbul etmişdir.
43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayət i üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
45. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun mə zmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
46. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 21(103)-2200/2023 nömrəli qərarı qismən, iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.