Məhkəmə qərarları › İş №2-1(102)-910/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-910/2019

16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-910/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bund an sonra cavabdeh) qarşı “iddiaçıya 31.01.2015-ci ildən 31.01.2018-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)- 724/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 31.01.2018-ci il tarixli müharibə veteranı vəsiqəsi verilmiş və 31.01.2018-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlanmışdır. İddiaçı 31.01.2015-ci ildən 31.01.2018-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 23 iyun 2018-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, 31 yanvar 2018-ci i tarixdə verilmiş vəsiqəyə əsasən iddiaçıya həmin tarixdən cavabdeh tərəfindən müavinət təyinatı aparılmışdır və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq iddiaçının ərizəsində qeyd etdiyi illər üçün cavabdeh tərəfindən müavinət təyinatı mümkünsüzdür. İddiaçı cavabdehə qarşı 27 avqust 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 31.01.2015-ci ildən 31.01.2018-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(84)-1502/18 saylı iş) 17 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçıya 31.01.2015-ci ildən 31.01.2018-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı müavinət təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədi əldə etdiyindən iddiaçının “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə həmin tarixdən əvvələ (3 il) müavinət təyin edilməsini tələb etmək hüqu quna malik olmuşdur. Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2-məruzəçi, X4 və X5, 2-1(107)-724/2018 saylı iş) 18 dekabr 2018-ci il tarixli qərarla, cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 27 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 11 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “Veteranlar haqqında” Qanunun 7-ci, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının hü ququ iş materiallarından göründüyü kimi, 31.01.2018-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilməklə yaranmışdır. Beləliklə, onun müavinət almaq hüququ da o zamandan yaranmışdır. Məhz buna görə də ona əvvəlki dövrlər üçün müavinət təyin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Proses sual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan 31 yanvar 2015-ci ildən 31 yanvar 2018-ci il tarixədək dövr üzrə müavinətin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkə mə icraatı qaydasında cavabdehin üzərinə həmin dövrün müavinətinin ona ödənilməsinə dair öhdəlik qoyulması barədə iddia qaldırmış, iddia məhkəmə tərəfindən təmin edilmişdir. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...müharibə veteranları sayılırlar. İşdən görünür ki, iddiaçının Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi mübah isə olunmur və 31 yanvar 2018-ci il tarixdən başlayaraq iddiaçıya müavinət təyin edilərək ödənilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə görə müharibə veteranı...adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 31 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsini 31 yanvar 2018-ci ildə alsa da, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi vaxtdan müharibə veteranı sayılır. Hazırkı mübahisəyə qədər iddiaçının müharibə veteranı kimi müavinət alması ilə bağlı əvvəllər hər hansı dövlət orq anına müraciət etməsinə dair işdə sübut yoxdur. İddiaçı özü də bu barədə mübahisə açmamışdır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlərbu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi 2018-ci ilin fevral ayına qədər olan son 3 ilə aid müavinətin iddiaçıya ödənilməli olması barədə gəldiyi nəticə əsaslıdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində həmçinin qeyd edilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi tə qdim edildikdə həyata keçirilir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı onun üçün nəzərdə tutulan hər hansı güzəştin tətbiq edilməsini deyil, “Sosial müavinətlər haqqında” Qanunla ona ödənilməli olan aylıq müavinətin ödənilməsini xahiş edir və qanunla ödənilməli olan müavinət hansısa güzəşti ehtiva etmir. Odur ki, şikayətin dəlilləri əsaslı sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-724/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar