Məhkəmə qərarları › İş №2-1(102)-910/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-910/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-910/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi; işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq edilməsi müddətinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 Həsən oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şək i rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı) qarşı “1987-ci il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 1990-cı il 18 sentyabr tarixdən 1993-cü il 05 avqust tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 2019-cu il 08 may tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli, 2-1(107)-43/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALL ARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 11 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək kitabçası və diplomuna əsasən 2006-cı il 01 yanvar tarixədək 14 il 9 ay sosial sığorta stajı - 10567.08 manat pensiya kapitalı, 2006-cı il 01 yanvar tarixdən 2019-cu il 01 may tarixədək fərdi uçot məlumatlarına əsasən hesabında 5561.32 manat pensiya kapitalı olmaqla, cəmi 16128.40 manat pensiya kapitalı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əlillik təyin olunarkən 57 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 (57-15 = 42 x 4 =1 68 /192 * 144 = 126 x 160 = 20160) manat pensiya kapitalı tələb olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 30 iyun tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1987-ci il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 1990-cı il 18 sentyabr tarixdən 1993-cü il 05 avqust tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 2019-cu il 08 may tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdir. Belə k i, 1987-ci il 06 iyun və 1990-cı il 18 sentyabr tarixlərdə iddiaçının uşaqları doğulmuşdur. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən 1987-cı il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 1990-cı il 18 sentyabr tarixdən 1993-cü il 05 avqust tarixədək olan müddət işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Onun işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarıma qulluq etməsi - 5 il 10 ay 17 gün müddət 2006-cı il 01 yanvar tarixədək olan sığorta stajına əlavə ol unduqda sığorta stajı 20 il 7 ay təşkil edir. Belə olduqda, cəmi pensiya kapitalı 20433.23 manat təşkil edir ki, bu məbləğ də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya əmək pensiyası təyin olunması üçün hüquq yaratmaqda kifayətdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış və vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçının əmək kitabçası və diplomuna əsasən 2006-cı il 01 yanvar tarixədək 14 il 9 ay sosial sığorta stajı - 10567.08 manat pensiya kapitalı, 2006-cı il 01 yanvar tarixdən 2019-cu il 01 may tarixədək fərdi uçot məlumatlarına əsasən hesabında 5561.32 manat pensiya kapitalı olmaqla, cəmi 16128.40 manat pensiya kapitalı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əlillik təyin olunarkən 57 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 (57-15 = 42 x 4 = 168 /192 *144 = 126 x 160 = 20160) manat pensiya kapitalı tələb olunur. İddiaçı tələbində 1987-ci il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 1990-cı il 18 sentyabr tarixdən 1993-cü il 05 avqust tarixədək olan müddətin işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməsini qeyd etmişdir. Lakin «Əmək pensiyaları haqqında» Az ərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən işləməyərək 3 yaşadək uşağa qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçının təhsil müddəti stajına daxil edilmişdir. Əgər iddiaçının tələbində qeyd etdiyi 5 il 10 ay müddət sosial sığorta stajına daxil edilsəydi, o zaman onun 2006-cı il 01 yanvar tarixədək 20 il 7 ay sosial sığorta stajı - 14746.15 manat pensiya kapitalı olmaqla, cəmi 20307.47 manat pensiya kapitalı olardı. Bu kapital da iddiaçıya 2019-cu il 08 may tarixdən əlilliyə görə əmək pensiyası təyini üçün kifayət edərdi. Yuxarıdakıları nəzərə alaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə və 12.1-ci maddəsinə istinadən vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından iddiasını əsassız hesab edir və məhkəmədən təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 08 sentyabr tarixli, 2-1(116)-1153/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 1987-cı il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 1990-cı il 18 sentyabr tarixdən 1993-cü il 05 avqust tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona 2019-cu il 08 may tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyi qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1987-cı il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 1990-cı il 18 sentyabr tarixdən 19 93-cü il 05 avqust tarixədək işləməyərək körpə uşağına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 20160.0 manat pensiya kapitalı tamamlanacaqdır. 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığort a stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli, 2-1(107)-43/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 08 sentyabr tarixli qərarı dəyi şdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalarının 3.2 bəndinə əsasən (sosial sığorta stajının hesablanması) 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası: 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, h abelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Siyahının məzmunundan da göründüyü kimi, işləməyən ananın üç yaşadək uşağına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 1 6. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67....İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olma qla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. Cavabdeh təsdiq edir ki, iddiaçının əmək kitabçası və diplomuna əsasən 2006-cı il 01 yanvar tarixədək 14 il 9 ay sosial sığorta stajı - 10567.08 manat pensiya kapitalı, 2006-cı il 01 yanvar tarixdən 2019-cu il 01 may tarixədək fərdi uçot məlumatlarına əsasən hesabında 5561.32 manat pensiya kapitalı olmaqla, cəmi 16128.40 manat pensiya kapitalı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə isti nadən əlillik təyin olunarkən 57 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 (57-15 = 42 x 4 =168 /192 * 144 = 126 x 160 = 20160) manat pensiya kapitalı tələb olunur.

23. Cavabdeh, həmçinin hesab edir ki, iddiaçının tələb etdiyi 1987-ci il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 1990-cı il 18 sentyabr tarixdən 1993-cü il 05 avqust tarixədək işləməyərək 3 yaşınadək körpə uşaqlarına qulluq etdiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır.

24. Məhkəmələr “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin yuxarıda istinad edilən müddəalarına əsasən haqlı olaraq hesab etmişlər ki, iddiaçının 1987-ci il 06 iyun tarixdən 1990-cı il 06 iyun tarixədək və 19 90-cı il 18 sentyabr tarixdən 1993-cü il 05 avqust tarixədək işləməyərək körpə uşağına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 20160.0 manat pensiya kapitalı tamamlanacaqdır (20 il 7 ay sığorta stajı, 20307,47 manat pensiya kapitalı).

25. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli, 2-1(107)-43/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar