Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-910/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın etibarsızlığının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.06.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs-"xxxx" Firması) qarşı qərarın etibarsızlığının tanınması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-935/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X2 (XDS )İcraiyyə Komitəsinin (İK) 7/436 saylı, 10 dekabr 1990-cı il tarixli qərarı ilə “Aysel” kooperativinə təsərrüfat fəaliyyəti üçün 0,52 ha ölçüdə torpaq sahəsi ayrılmışdır.
2. Kirov Rayon XDS-in (indiki Binəqədi rayon) İK-nin 21/538 saylı, 15 noyabr 1991-ci il tarixli qərarı ilə “Aysel” kooperativinin bütün əmlakı onun hüquqi varisi "xxxx" firmasına verilmişdir. Hazırda mübahisə predmeti olan həmin torpaq sahəsi "xxxx" firmasının istifadəsindədir
3. Mübahisəli torpaq sahəsi 29 sentyabr 2004-cü il tarixdə Podratçı şirkətlər arasında bağlanmış «X5 haqqında Saziş»ə və “X4” nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə İddiaçı Şirkətinin istifadəsinə ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs-"xxxx" Firması) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qərarının etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər XDS İK-nın 7/436 saylı, 10 dekabr 1990-cı il tarixli qərarı ilə dövlətin müstəsna mülkiyyətində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan, 29 aprel 2005-ci il tarixli, 901-İİQD saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında» Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 2 saylı Mədənin 3-cü sahəsində yerləşən 236042, 236043, 236031, 236037, 236017, 236014 saylı neft quyularının mühafizə zolağı daxilində yerləşən 0,52 ha ölçüdə torpaq sahəsi “Aysel” kooperativinə təsərrüfat fəaliyyəti üçün ayrılmışdır. Bundan sonra, Kirov Rayon XDS-in (indiki Binəqədi RİH-in) 21/538 saylı, 15 noyabr 1991-ci il tarixli qərarı ilə “Aysel” kooperativinin bütün əmlakı onun hüquqi varisi olan "xxxx" firmasına verilmişdir. Ona görə də, hazırda mübahisə predmeti olan həmin torpaq sahəsi "xxxx" firmasının isti fadəsindədir. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixdə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında» AR Dövlət Neft Şirkəti, X7 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixli, 901 saylı Qanuna əsasən Saziş Qanun statusu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan Kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda onun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alı nması xüsusi vurğulanmışdır. AR Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında» Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Əvvəla, məlum olduğu kimi, mübahisəli torpaq sahəsi 29 sentyabr 2004-cü il tarixdə «X5 haqqında Saziş»ə və “X4”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Bundan başqa, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum «X5 haqqında» Saziş və «Birgə Əməliyyat» Sazişi imzalanmamışdan da öncə, sənaye təyinatlı torpaqlar kateqoriyasına a id edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, ARDNŞ-ə məxsus olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə İddiaçı şirkətinin qanuni istifadəsinə veriİmişdir. Sözügedən torpaq sahəsinin Saziş ərazisindən çıxarılaraq özgəninkiləşdirilməsinə ARDNŞ, X7 Bi.Vi. və İddiaçı Şirkəti tərəfindən hər hansı bir razılıq verilməmişdir. Analoji iş üzrə AR Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarı mövcuddur. Həmin qərarda Ali Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Ali Məhkəmənin 2-1(102)- 1233/15 saylı iş üzrə 10 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 3 iyul 2015-ci il tarixli q ərarı ləğv edilmiş və Şirkətin Binəqədi RİH-ə qarşı (X1 üçüncü şəxs olmaqla) 1377 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkünsüz sayılmışdır. Kollegiya öz qərarında mövqeyini 29 aprel 2005-ci il tarixli, 901-HQD nömrəli Azərbaycan Respublikası Qanununun 4, 5-ci bəndlərinə istinad etməklə belə əsaslandırmışdır ki, sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Binəqədi RİH tərəfindən xx.xx.2001-ci il tarixdə qəbul edilmiş sərəncam artıq öz qüvvəsini 15 may 2005ci il tarixdən itirmişdir. Qanunun yuxarıda sadalanan müddəalarına əsas ən müəyyən olunmuşdur ki, Bakı XDS İK-nın 7/436 saylı, 10 dekabr 1990-cı il tarixli qərarı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirmişdir və bu səbəbdən də qərarın etibarsızlığı məhkəmə tərəfindən tanınmalıdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7962/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim R.L.Kərimli) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının 20 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Sazişin qüvvəyə minməsini nəzərə alaraq, hazırkı iddiaçının istinad etdiyi həmin Qanunun müddəaları Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində bütün aktların qüvvəsini itirdiyini nəzərdə tutduğu halda, həmin əraziyə düşən torpaq sah əsinin ayrılması barədə səlahiyyətli orqanın hər hansı qüvvəsi olmayan qərarının etibarsız sayılması nə «İnzibati icraat haqqında» AR Qanununun 65-ci maddəsindəki əsaslara uyğundur, nə də İPM-in 72-ci maddəsinin təsiri altına düşür. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, işin yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-935/2022 nömrəli iş üzrə 31 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər H.Ü.Həmidov-sədrl ik edən və məruzəçi, C.A.Yusifov və E.E.Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm mübahisə predmeti olan sərəncamın qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni “İnzibati icraat haqqında” Qanun və İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək) qüvvədə olmuş qanunvericilik normaları ilə dövlət hakimiyyəti orqanlarının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddəti buraxıldığı hallarda, sonradan balans saxlayanın, mülkiyyətçinin, istifadəçinin dəyişməsi, habelə tətbiq olunan yeni qanunun (o cümlədən Sazişin təsdiq edilməsi haqqında) qəbul olunması və qüvvəyə minməsi buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardadında istər mülki prosessual, istərsə də, inzibati prosessual qanunvericiliyin tamamilə yalnış və hazırkı iddiaya aidiyyəti olmayan normalarına istinad etmişdir. Həmin qanunvericilik normalarının tətbiqi isə şirkətin müə yyən etmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir.
13. İddianın mahiyyətindən də görünür ki, iddia Şirkət tərəfindən tanınma haqqında iddia növündə qaldırılmışdır, lakin apellyasiya instansiyası məhkəməsi yalnış olaraq Mülki Prosessual Məcəlləsinin qüvvədən düşmüş müddəalarına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, məhkəmə işə baxarkən kobud pozuntuya yol verməklə, İPM-nin qüvvədə olan müddəalarına yox, MPM-nin qüvvədən düşmüş maddəsinə əsaslanmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni İnzibati Prosessual Məcəllənin müddəalarına) istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş maddəsinin tələbinə əsaslanaraq qərardad qəbul etmişdir. Lakin, əslində id dianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-nin və “İnzibati İcraat haqqında Qanun”un tələbinə istinad etməli idi. İnzibati qanunvericiliyin tələbinə görə isə, müəyyən etmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlər şamil edilmir.
15. Buradan da belə qənaətə gəlmək olar ki, məhkəmə nə MPM-nin qüvvədən düşmüş müvafiq maddəsinə, nə də ki, İPM-nin müddətlə bağlı qüvvədə olan müvafiq müddəasına istinad edə bilməzdi. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, iddia tələbi tanınma və müəyyən etmə barədə iddia növünə aid olduğuna görə, nə MPM-nin, nə də ki, İPM-nin prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qər ardad qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olm ayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətl ərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9) KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdiril mədən saxlanılmalıdır.
23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də inzibati aktın etibarsızlığının tanınması ilə bağlı iddia ərizəsinin dəlilləri ilə mahiyyətcə eyni olan apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, mübahisə ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin yuxarıda istinad edilən mövqeyinə uyğun olaraq kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkə mə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Şirkət tərəfindən məhkəmədə qaldırılmış iddia tanınma haqqında iddia növünə aiddir və qüvvədə olan inzibati qanunvericiliyin tələbinə görə, müəyyən etmə və tanınma növündə iddialara prosessual iddia müddəti şamil edilmir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş müddəalarına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni İnzibati Prosessual Məcəllənin müddəalarına) istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş maddəsinə əsaslanaraq qərardad qəbul etmişdir. Halbuki, əslində iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-ə və “İnzibati icraat haqqında Qanun”a istinad etməli idi. Lakin bu zaman iddia tələbi tanınma və müəyyən etmə barədə iddia növünə aid olduğuna görə, apelyasiya məhkəməsi İPM-in müddətlə bağlı qüvvədə olan müvafiq müddəasına də istinad edə bilməzdi. Yəni, nə MPM-nin, nə də İPM-in prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməzdi.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi torpaq sahəsinin ayrılması barədə sərəncamın etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması h aqqında iddia kimi təqdim olunmuşdur. Lakin iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azından qısa müddət ərzində, yəni tez bir zamanda inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığının müəyyən olunmasında maraqlı olmalı və etibarsızlığın tanınması ilə müəyyən məqsəd güdməlidir. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına mali k olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Beləliklə, bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentlə (iddiaçının marağı) bərabər həm də zaman komponentinə malik olmalıdır. Bu səbəbdən, hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir.
30. Belə ki, etibarsızlığın tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddiaya yaxındır. Lakin “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız və ya əhəmiyyətsiz sayıldığı, heç bir hüquqi nəticə yaratmadığı, yəni iddia predmeti mövcud olmadığı üçün mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.
31. Bundan əlavə, nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun bu qərarın 17-ci bəndində istinad olunan norması ilə inzibati aktın etibarsızlığının dəqiq və konkret əsasları müəyyən olunmuşdur və yalnız həmin hallardan hər hansı birinin mövcud olduğu təqdirdə inzibati akt etibarsız sayılır. Həmin normaya əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt.
32. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
33. Nəzərə almaq lazımdır ki, haz ırda qüvvədə olan və bu qərarın 17-18-ci bəndlərində istinad olunan normalar inzibati aktın etibarsız sayılması ilə bağlı torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilikdən fərqli qaydalar və hüquqi müdafiə imkanları nəzərdə tutur. Bununla bağlı qeyd edilməlidir ki, hazırda qüvvədə olan inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı bu Qərarın 18-ci bəndində istinad olunan normanın müddəaları nəzərə alınmalıdır. Həmin normaya görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddi a iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Bu zaman iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Bu iddianın subsidiar iddia kimi müəyyən olunmasında qanunvericinin məqsədi hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquq mübahisəsini dolayısi ilə deyil, məhz birdəfəlik həll edən hüquq müdafiə vasitəsindən istifadə imkanının yaradılmasından ibarətdir. Bu mənada, iddiaçı məqsədinə əsas iddia növləri vasitəsi, konkret halda mübahisələndirmə haqqında iddia ilə çata bilərdisə, subsidiar iddianın qaldırılmasına yol verilmir.
34. Beləliklə, hazırkı mübahisəyə münasi bətdə iddiaçının yuxarıda istinad olunan norma baxımından və həmin normada nəzərdə tutulan anlamda Bakı şəhər XDS-nin İKnin torpaq sahəsinin ayrılması barədə sərəncamının etibarsız sayılması ilə bağlı hüquqi müdafiə marağının mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan, məhkəməyə iddia ilə müraciət hüququ mütləq hüquq deyildir və qanunvericiliklə müəyyən edilmiş şərtlərə və məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, qeyd olunan məhdudiyyət konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mü lki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi, eləcə də prosessual məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Apellyasiya məhkəməsinin qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Kassasi ya şikayəti təmin edilmir. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 21(103)-935/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.