Məhkəmə qərarları › İş №2-1(102)-911/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-911/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-911/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qarajın köçürülməsi nəticəsində vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Üçüncü şəxsin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: Cavabdeh MənzilKommunal Təsərrüfatı Birliyi) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2019-cu il 5 noyabr tarixli 2-1(103)-2339/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ona məxsus qarajın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciət təmin olunmamışdır. İddiaçı 2018-ci il 8 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 56 nömrəli evin yaxınlığında yerləşən 6x3 metr ölçüdə daşınmaz əmlakın (qaraj) Cavabdeh tərəfindən qanunsuz sökülməsi (mülkiyyətdən qanunsuz məhrum edilmə) nəticəsində dəymiş 36000 manat məbləğində maddi zərərin, həmçinin streslərə, iztirablara, mənəvi-psixi təsirlərə məruz qalmağı ilə bağlı 5000 manat mənəvi ziyanın, cəmi 41000 manat məbləğində kompensasiyanın Cavabdehndən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş Bakı şəhər Oktyabr rayon XDS İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon 56 saylı evin yaxınlığında yerləşən 6x3 metr ölçüdə qaraj tikilməsinə icazə verilmiş, həmin qaraja dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1995-ci il 12 oktyabr tarixdə atasının mülkiyyət hüquqları 1651 nömrəsi ilə qeydə alınmış, texniki pasport verilmişdir. İcra hakimiyyətinin nümayəndələri dəfələrlə qarajın yerləşdiyi əraziyə gələrək, qarajın götürülməsini əsassız olaraq tələb etmişdir. 2017-ci ilin avqust ayında qaraj iddiaçının məlumatı və razılığı olmadan yerindən götürülmüş və 150-200 metr aralı məsafədə “xxxx” ASC-yə məxsus obyektin mühafizə zolağına tullanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 iyun tarixli 2-1(81)-85/2019 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon 56 nömrəli evin yaxınlığında yerləşən 6x3 metr ölçüdə daşınmaz əmlakın (qaraj) Cavabdeh tərəfindən qanunsuz sökülməsi (mülkiyyətdən qanunsuz məhrum edilmə) nəticəsində dəymiş 15000 manat məbləğində maddi zərərin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı onun mülkiyyətində ol an qarajın yerinin dəyişdirilməsi nəticəsində həmin əmlakdan təyinatı üzrə istifadə etmək imkanını itirmişdir. Bu səbəbdən, ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 noyabr tarixli 2-1(103)-2339/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçıya məxsus dəmir qaraj digər münasib yerə köçürülən zaman iddiaçıya məlumat verilmiş, qaraja heç bir zədə toxunulmamış və qoyulduğu yerdə istifadəyə yararlı vəziyyətdədir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 12 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 15 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi 1 il 6 aydan artıq məhkəmə araşdırılması müddətində aparılmış ekspertiza rəylərinə qiymət verməmiş, ümumiyyətlə qanunvericiliyin kobud şəkildə pozulması ilə qərar qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Üçüncü şə xsin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının və cavabdehin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə -İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəs i), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasə n, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “... İddiaçıya məxsus dəmir qaraj Mir Cəlal küçəsi, 60 saylı binanın yanına köçürülmüşdür. Həmin qaraj digər münasib yerə köçürülən zaman iddiaçıya məlumat verilmiş, qaraja heç bir zədə toxunulmamış və qoyulduğu yerdə istifadəyə yararlı vəziyyətdədir. Bunları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qaraj daşınar əmlakdır və qaraj bir yerdən başqa yerə köçürülərkən hər hansı bir ziyan dəyməmişdir. Lakin qarajın əvvəlki yerdə qalması abadlıq işləri aparılarkən ətrafın görünüşünə xələl gətirdiyin dən onun yerinin dəyişdirilməsi məqsədə müvafiqdir.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin müddəalarına görə, hər kəsin mülkiyyət hüququ vardır (İ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (İİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (İİİ). Heç kəs məhkəmənin qə rarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (İV). Apellyasiya instansiyası məhkəməsi qərarında Azərbaycan Respublikası Konstitusiyasının həmin müddəalardan irəli gələn tələbləri nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qarajın publik ehtiyaclar üçün köçürüldüyünü qəbul etdiyi halda, mübahisənin düzgün həlli üçün işin faktiki hallarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarının tələbləri rəhbər tutulmaqla araşdırmalı və qiymət verməli idi. Digər tərəfdən, apellyasiya instansiy ası məhkəməsi nəzərə almalı idi ki, cavabdehin hərəkətləri ilə qarajın bilavasitə konstruktiv elementlərinə fiziki zərər yetirilməyə bilər. Lakin mülkiyyətçi həmin qarajdan təyinatı üzrə istifadə etmək imkanından məhrum olubsa və bu nəticə cavabdehin təqsirli hərəkətləri ilə bilavasitə səbəbli əlaqədədirsə, cavabdeh həmin nəticənin aradan qaldırılması (əvvəlki vəziyyətin bərpa olunması, zərərin digər qaydada ödənilməsi) öhdəliyini daşıyır. 2019-cu il 6 may tarixli, 32629 nömrəli ekspertiza rəyinə görə, tədqiq olunan tikilinin piyada yolunun kənarından 3,3 metr aralıda, istilik borularının üzərində yerləşdirildiyi, tikilinin qarşı hissəsinin, yəni giriş qapısının yer səviyyəsindən 50 sm-ə qədər yuxarıda havadan asılı vəziyyətdə qaldığı, tikiliyə giriş yolunun yalnız piyada keçidinin üstündə n olduğu nəzərə alınaraq, həmin qaraj tikilisindən maneəsiz istifadə olunmasının faktiki olaraq mümkün olmadığı müəyyən edilmişdir. “xxxx” ASC-nin 2018-ci il 11 dekabr tarixli, 18/225-07 nömrəli məktubuna əsasən, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 60 saylı yaşayış binasının qarşısındakı qaraj 2 saylı istilik məntəqəsinin və eyni zamanda da həmin ərazidən keçən diametri 159 mm olan istilik xətlərinin mühafizə zolağında yerləşdirilmişdir. Beləliklə, iddiaçı onun mülkiyyətində olan qarajın yerinin yuxarıda qeyd edilən üsulla dəyişdirilməsi nəticəsində həmin əmlakdan təyinatı üzrə istifadə etmək imkanından məhrum olmuşdur. Yuxarıda qeyd edilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş tək rar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 noyabr tarixli 2-1(103)-2339/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Ə sli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar