Məhkəmə qərarları › İş №2-1(102)-911/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-911/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-911/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxx 1956-cı il təvəllüdlü, AZE:0*******, FİN:xxxxxxx,) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-244/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasının sürətindən görünür ki, xx.xx.1977-ci ildə “Bakı Elektroştamp Təcrübə zavodu”nda ərazi təmizləmə sahəsinin köməkçi işçisi kimi qəbul edilmiş (xx.xx.1977-ci il tarixli 158 saylı əmr); xx.xx.1977-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir (xx.xx.1977-ci il tarixli 488 saylı əmr); xx.xx.1982-ci ildə "xxxx" Novovoronej zavodunda 18 saylı sexə mühəndistexnoloq vəzifəsinə qəbul olunmuş (xx.xx.1982-ci il tarixli 55-k saylı əmr); xx.xx.1984-cü il tarixdə konstruktor şöbəsinə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş (xx.xx.1984-cü il tarixli 35-k saylı əmr); xx.xx.1985-ci il tarixdə həmin şöbəyə baş mühəndis vəzifəsinə keçirilmiş (xx.xx.1985-ci il tarixli 4k saylı əmr); xx.xx.1986-cı il tarixdə XTKB (Xüsusi Konstruktor Texnoloji Bürosu) mühəndis-konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1986-cı il tarixli 714 saylı əmr); xx.xx.1987-ci il tarixdə vəzifəsindən azad edilmişdir (xx.xx.1987-ci il tarixli 39 K saylı əmr); xx.xx.1987-ci il tarixdə "xxxx" Novovorenoj zavodundan köçürmə qayasında TMM ternajorunun və texniki təlim vasitələrinin təmiri və on lara texniki xidmət laboratoriyasına mühəndis-elektronik qəbul edilmişdir (xx.xx.1987-ci il tarixli 155-k saylı əmr); xx.xx.1988-ci il tarixdə əməyin ödənilməsinin yeni şərtlərinin tətbiqi ilə əlaqədar olaraq TMM avadanlıq və texniki təlim vasitələrinin təmir-istismar xidməti üzrə sahəsinin EHM labaratoriyasının mühəndis-elektroniki vəzifəsi müəyyən edilmişdir (xx.xx.1987-ci il tarixli 477 saylı əmr); xx.xx.1989-cu il tarixdə TMM təmir-istismar xidməti üzrə sahəsinin EHM labaratoriyasının mühəndis-elektronikinin 3-cü kateqoriyası verilmişdir (xx.xx.1989- cu il tarixli 45 saylı əmr); xx.xx.1989-cu il tarixli İEAS İB-nin xx.xx.1989-cu il tarixli 145 saylı əmrinə əsasən “Novovoronejatomenerjitənzimləmə” istehsalat müəssisəsinin adı “Novovoronejatomtexenerji” istehsalat müəssisəsi adlandırılmı şdır (xx.xx.1989-cu il tarixli 258 saylı Əmr) xx.xx.1990-cı il tarixli İAÖ sexinə KLM sahəsinin kateqoriyalı mühəndisi keçirilmişdir (xx.xx.1990-cı il tarixli 1 saylı əmr); xx.xx.1990-cı il tarixdə Attestasiya komissiyasının qərarına əsasən KLM sahəsinin 2 kateqoriyalı mühəndisi ixtisas dərəcəsi müəyyən edilmişdir (xx.xx.1990-cı il tarixli 207 saylı Əmr); xx.xx.1993-cü il tarixdə vəzifəsindən azad edilmişdir (xx.xx.1993-cü il tarixli 87 saylı əmr); xx.xx.1993-cü il tarixdə 1 dərəcəli rentgen-qammaqrafiya defektoskopçusu vəzifəsinə qəbul edilmişdir (xx.xx.1993-cü il tarixli 151/k saylı əmr); xx.xx.1994-cü il tarixdə 4-cü rentgenqammaqrafiya defektoskopçusu dərəcəsi verilmişdir (xx.xx.1994-cü il tarixli 52/k saylı əmr); xx.xx.1995-ci il tarixli usta vəzifəsinə təyin edilmişdir (xx.xx.1994-cü il tarixli 109/k saylı əmr); xx.xx.1998-ci il tarixdə Voronej Qİ "xxxx" ATSC firmasının filialının adı Voronej Qİ "xxxx" ASC firmasının filialına dəyişdirilmişdir (xx.xx.1998-ci il tarixli 98/a saylı əmr); xx.xx.2000-ci il tarixdə vəzifəsindən azad edilmişdir (xx.xx.2000-ci il tarixli 160/k saylı əmr); xx.xx.2000-ci il tarixdə Novovoronej şəhəri "xxxx" ASC İstehsalat üzrə sex rəis müavini vəzifəsinə qəbul edilmişdir (xx.xx.2000-ci il tarixli 19 saylı əmr); xx.xx.2003-cü il tarixdə vəzifəsindən azad edilmişdir (xx.xx.2003-cü il tarixli 15 saylı əmr); xx.xx.2003-cü il tarixdə 3 saylı Tikinti-Quraşdırma Tresti ASC-yə TXN-nə usta vəzifəsinə qəul edilmişdir (xx.xx.2003-cü il tarixli 61 saylı əmr); xx.xx.2005-ci il tarixdə vəzifəsindən azad edilmişdir (xx.xx.2005-ci il tarixli 2 saylı əmr); xx. xx.2005-ci il tarixdə "xxxx" ASC-nin filialının 4 saylı Tikinti Quraşdırma idarəsinin 3 saylı Tikinti Quraşdırma Tresti ASC-dən köçürülmə qaydasında TNX-nə usta vəzifəsinə qəbul edilmişdir (xx.xx.2005-ci il tarixli 3 saylı əmr); xx.xx.2005-ci il tarixdə vəzifəsindən azad edilmişdir (xx.xx.2005-ci il tarixli 126 saylı əmr); xx.xx.2005-ci il tarixdə köçürülmə qaydasında quraşdırma işləri idarəsinə 6 dərəcəli KNX nəzarətçisi qəbul edilmişdir (xx.xx.2005-ci il tarixli 88 saylı əmr); xx.xx.2006-cı il tarixdə vəzifəsindən azad edilmişdir (xx.xx.2006-cı il tarixli 245/1 saylı əmr); xx.xx.2006-cı il tarixdə Voronej vilayəti, Voronej şəhərində 4 saylı Tikinti Quraşdırma idarəsi-texniki nəzarət xidmətinə rentgenqammaqafiya ustası vəzifəsinə qəbul edilmişdir (xx.xx.2006-cı il tarixli əmr); xx.xx.20 07-ci il tarixdə vəzifəsindən azad edilmişdir. 2. “Azneft” İstehsalat Birliyi ”Bibiheybətneft” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SƏ14-60A saylı arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il ildən xx.xx.2008-ci ilədək 3 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator peşəsində (6 ay 22 gün) işləmişdir.. 3. 30 iyun 1982-ci ildə verilmiş 18315 qeydiyyat nömrəsi ilə qeydə alınmış ЗВ 309351 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1977-ci ildən 1982-ci ilədək X1 ali təhsil almışdır. 4. ГГ seriyalı 110157 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

5. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 18 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlüdür, hazırda 64 (altmış dörd) yaşı vardır. xx.xx.1977-ci il tarixindən etibarən (43 il) əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini (təxminən 40 ildən çox müddətini) insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ 23 may 2013-cü il tarixindən yaranmışdır. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmiş, qanuni müraciətləri cavabsız qalmışdır.

8. Cavabdeh iddia qarşı təqdim etdiyi etirazın dəlilləri ilə imtina məktubunun məzmunu eynidir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev, 2-1(112)- 1778 /2021 nömrəli ) 23 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın mürac iət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 15 (on beş) il, 24 (iyirmi dörd) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzib ati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).

11. Cavabdeh həmin qəra rdan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər C.A.Yusifov-sədrlik edən məruzəçi, H.Ü.Həmidov və E.E.Nağıyeva 2-1(103)- 244 /2022 nömrəli) 27 yanvar 2022-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri

14. Aparılmış inzibati icraat, eləcə d ə məhkəmədə araşdırılmış iş materiallarından məlum olur ki, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdıq edən sənədlər, həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir.

15. Bundan əlavə bildiririk ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1 993-cü il tarixli 320 N:-li Qərarı ilə "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 N:-li Siyahısı" və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N:-li Siyahına istinad edərək iddiaçının işlədiyi vəzifələri sənayedə materialların və məmulatların şüalandırılmasında səyyar radiozotop defektoskopiya qurğularında daim və bilavasitə məşğul olan işçilər və texnoloji proseslərdə və texnolojj avadanlıqların təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər vəzifələrin ə uyğunlaşdırmışdır. Buna baxmayaraq iddiaçının işlədiyi vəzifələr bilavasitə Siyahıda göstərilən vəzifələrlə birbaşa uyğunluq təşkil etmir.

16. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilm əsi ilə rnəhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına İmkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər.

17. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dılində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir.

18. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşələrlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan iş çilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı ol duqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt-1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimu m məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güz əştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA ŞİKAYƏTİNİN MÜMÜKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtınd a, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin e dilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. İddiaçının güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006cı il tarixədək 25 ildən az olmayan ümumi staja, o cümlədən 12 il 6 aydan az olmayan güzəştli şərtlə pensiya hüququ verən staja malik olmalıdır.

30. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 1 yanvar 2006-cı ilə qədər onun 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işl ərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında XXİİ fəslin 5-ci bölməsinin (Sair işlər) fəhlələrə aid “12205000—1754a” kodunda: “sənayedə materialların və məmulatların şüalandırılmasında səyyar radioizotop defektoskopiya (qammadefektoskopiya) qurğularında daim və bilavasitə məşğul olan işçilər”; rəhbər və mütəxəssisə aid olan “12205000—1754b” kodunda isə: “Sənayedə rentgen qurğuların, həmçinin onların tənzimlənməsi və sazlanması ilə daim bilavasitə məşğul olan işçilər”, güzəştli pensiya hüququna malik göstəricilər kimi təsbit olunmuşdur (Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq olunmuş Siyahıda, eyni adla 22.5-ci bölməsində yer almışdır.)

32. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçının işlədiyi həmin peşələr Siyahıda qeyd edilmişdir və iş stajı 12 il 6 aydan çoxdur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-244/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar