Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-911/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının ləğv edilməsi; ƏDV-dən azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qər arların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-229/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmaması səbəbindən cavabdeh tərəfindən aparılmış kameral yoxlamalar nəticəsində: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli qərar ilə oktyabr 2021-ci ilin ƏDV üzrə 226,24 manat əlavə vergi (daha sonra xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli qərar ilə eyni dö vr üzrə əvvəlki kameral yoxlama üzrə müəyyən edilmiş vergi məbləği 39,86 manat azaldılmışdır); - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli qərar ilə noyabr 2021-ci ilin ƏDV üzrə 11655,81 manat əlavə vergi; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli qərar ilə dekabr 2021-ci ilin ƏDV üzrə 12273,75 manat əlavə vergi; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli qərar ilə dekabr 2021-ci ilin ƏDV üzrə 20437,89 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İ ddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********550300 saylı, xx.xx.2022-ci il tarixli, **********000800 saylı, xx.xx.2022-ci il tarixli, **********469500 saylı və xx.xx.2022-ci il tarixli, **********511800 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarların ləğv edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid olunduğunu əsas gətirərək “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edi lməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü” məhsulunun dəyirman-ding sənayesinə aid edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilənlərin əksinə deyildir. Həmin Təsnifatda təmizlənmiş düyünün mənbəyi barədə heç nə bildirilmir. Təsnifatda nəzərdə tutulan adi qaydada (kənardan, özü istehsal etmədən) əldə edilmiş düyü nəzərdə tutulur. Çünki təmizlənmiş düyü kimi strateji məhsulun əksər hissəsi Respublikaya kənar dövlətlərdən idxal edilir. Belə olan halda, həmin düyünün satışı ƏDV-yə cəlb edilir. Şəxsin özünün becərdiyi düyünün, yəni sənaye üsulu ilə çəltiyin qabığından təmizlənmiş düyünün satışından əldə edilən vəsaitin ƏDV-yə cəlb edilməməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilənlərə tam uyğundur.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vergi ödəyicisi “çəltiyin becərilməsi” fəaliyyət növü ilə məşğuldur və təqdim etdiyi ƏDV bəyannamələrində daxil olmuş məbləğləri (ƏDV nəzərə alınmadan) ƏDV-dən azad olunan əməliyyatlar kimi göstərmişdir. Lakin, Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli, **********819800 nömrəli məktuba əsasən, Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemlə ri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli və konservləşdirilməməlidir. Eyni zamanda məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Həmin təsnifatın 10.61.11-ci “təmizlənmiş düyü” “C” seksiyasında dəyirman-d ing sənayesi məhsulları sinfinə daxil edilmişdir. Qeyd olunanlara əsasən “təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məhsulun satışı ümumi qaydada ƏDVyə cəlb edilir. Əlavə olaraq, təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən cəmiyyət tərəfindən həmin məhsulların satışı fəaliyyəti ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada yerinə yetirilir. Eyni zamanda, “iqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” cədvəlində “fəaliyyət növünün adı” siyahısında F/S kodu 01120 üzrə “Çəltiyin Becərilməsi” sütununda göstərilməsi məhz həmin məhsulun vergi ödəyicisi tərəfindən becərildiyi halda ƏDV öhdəliyindən a zad edir. Yəni məhsulun (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur.
5. Şirvan İnzibati Məhkəməsinin 5 iyul 2022-ci il tarixli, 2-1(120)-1566/2022 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçı barədə cavabdehin verdiyi 226,24 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 saylı; 11655,81 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 saylı, 12273,75 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 saylı və 20437,89 manat əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, konsevləşdirilmədiyindən, kimyəvi tərkibini dəyişmədiyindən, təbiətdə olduğu formasını itirmədiyindən istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Cavabdeh inzibati orqan məhsul növlərinin təsnifatının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2018- ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimləndiyi, həmin təsnifatın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyi, eləcə də təmizlənmiş düyü məhsulunun kənd təsərrüfatı məhsullarına aid edilmədiyi əsası ilə qərarlar qəbul edən zaman həmin qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Məhsula ƏDV-nin tətbiq edilibedilməməsini göstərən əsas sənəd olan “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Həmçinin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3227 nömrəli sərəncamına uyğun olaraq ölkədə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır və çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması həmin “Dövlət Proqramı”nda da öz əksini tapır. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarına münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi daha üstün hüquqi qüvvəyə malik olduğundan, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək azad edildiklərindən çəltik (düyü) məhsullarının istehsalçısı ol an iddiaçının da əlavə dəyər vergisini ödəməkdən azad edilməsi hüququ tanınaraq təmin edilməlidir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli qərarın əvəzinə, həmin qərarın ləğv edilməsi və əlavə verginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli qərarın ləğvini xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-229/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
10. Şirvan A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-229/2022 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 5 iyul 2022-ci il tarixli qərarı qismən - xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-229/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X4) ilə Şirvan İnzibati Məhkəməsinin 5 iyul 2022-ci il tarixli qərarı qismən - iddiaçı barədə cavabdehin verdiyi 226,24 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, xx.xx.2021-ci i l tarixli, **********540700 nömrəli qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilmiş, qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmış hissəsində onun hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlverişsiz inzibati aktların qəbulu qanunvericiliyə uyğun deyildir. Konsevləşdirilmədiyindən, kimyəvi tərkibini dəyişmədiyindən, təbiətdə olduğu formasını itirmədiyindən istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Cavabdeh inzibati orqan məhsul növlərinin təsnifatının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edi lmiş “Məhsul növləri təsnifatı” ilə tənzimləndiyi, həmin təsnifatın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyi, eləcə də təmizlənmiş düyü məhsulunun kənd təsərrüfatı məhsullarına aid edilmədiyi əsası ilə qərarlar qəbul edən zaman həmin qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Bundan əlavə, məhsula ƏDV-nin tətbiq edilib-edilməməsini göstərən əsas sənəd olan “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Eləcə də, çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-c i illər üçün Dövlət Proqramı”nda da öz əksini tapır.
13. Ləğv edilmiş hissə ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı barəsində oktyabr 2021-ci il üzrə ƏDV-nin hesablanması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə yeni qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı MMC-yə oktyabr 2021-ci il ƏDV ilə bağlı əvvəlki kameral yoxlama üzrə müəyyən edilmiş 447,65 manat vergi məbləği 39,86 manat azaldılaraq 407,79 manat müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli əvvəlki qərar ləğv edilmişdir. İddiaçı da iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ve rərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Belə olan halda, qeyd olunanlara əsasən iddiaçının cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları, iddia tələbinə etira zın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli və konservləşdirilməməlidir. Lakin iddiaçının təqdim etdiyi məhsul təbiətdə olduğu ilkin formada deyil, yəni ilkin forması dəyişdirilməklə (çəltik təmizlənərək istifadəyə hazır olan düyü halına salınmış) və qablaşdırılmaqla təqdim olunmuşdur. Məhkəmənin gəldiyi nəticə Vergi Məcəlləsinin 13.2.61.2-ci maddəsinin tələbinə zidd olmaqla maddi hüquq normasının yanlış təfsir və yanlış tətbiqi ilə müşayiət olunmuşdur. “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məhsulun satışı ümumi qaydada ƏDV-yə cəlb edilir. b. kassasiy a şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi; Maddə 13.2.61. kənd təsərrüfatı məhsulla rının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi:... 13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.... Maddə
164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:... 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə 18. “Normativ hüquqi ak tlar haqqında” qanun 1.0.16. normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının Hüquqi X7inə daxil edilməsi; Maddə
40. Normayaratma prosesinin mərhələləri 40.0. Normayaratma prosesi aşağıdakı mərhələlərdə, müəyyən olunmuş prosedura əməl etməklə həyata keçirilir: 40.0.1. normayaratma fəaliyyətinin planlaşdırılması; 40.0.2. normayaratma təşəbbüsü (normativ hüquqi aktın layihəsinin hazırlanması); 40.0.3. normativ hüquqi aktın qəbul edilməsi; 40.0.4. normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi X7inə daxil edilməsi; 40.0.5. normativ hüquqi aktın dərc edilməsi.
19. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddi alar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli, 3227 nömrəli Sərəncamı
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rə dd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən dövlət qeydiyyatın a alınaraq fəaliyyətə başlamışdır. İddiaçının əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib- becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmin düyü halına gətirib onun ticarətini təşkil etməkdən ibarətdir. Bunun üçün iddiaçı istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda çəltiyi əkib-becərir, sonra isə Astara rayon Balaca Şahağacı kəndində olan dəyirmanda qabıqdan təmizləyərək düyü halında satışını təşkil edir. İddiaçının fəaliyyət növünə görə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən ƏDV ödəməkdən azad edilmiş olması barədə müraciəti əsasında 2020-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində iddiaçıdan ƏDV tutulmamışdır. Lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Statistika Komitəsi nin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid olunduğunu, bu səbəbdən “təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Azərbaycan Respublikası Vergi məcəlləsində nəzərdə tutulmadığını, həmçinin “təmizlənmiş düyü” kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən iddiaçının həmin məhsulların satışı ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan öhdəliklərinin də ümumi qaydada yerinə yetirildiyini əsas gətirərək 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə iddiaçı barəsində kameral qaydada ƏDV borcunun hesablanması barədə qərarlar qəbul etmişdir. İddiaçı cavabdeh inzibati orqanın həmin qərarını məhkəmə qaydasında mübah isələndirmişdir.
29. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarların qəbul edilməsinin əsasında “Təmizlənmiş düyü” məhsullarının satışının Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən ƏDV-dən azad edilməməsi dayanır. Odur ki, Təmizlənmiş düyü” məhsullarının satışının Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən ƏDV-dən azad edilib-edilməməsinə qiymət verilməlidir.
30. Qanunvericiliyin sözügedən müddəasına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır.
31. Burada ilkin olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kənd təsərrüfatı istehsalı bəzi xidmətlərin göstərilməsi də daxil olmaqla, müvafiq olaraq kənd təsərrü fatı məhsullarının, xammalın və ərzaq məhsullarının becərilməsi, istehsalı və emalı ilə bağlı iqtisadi fəaliyyətlərin məcmusu deməkdir. Kənd təsərrüfatı bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesidir.
32. Kənd təsərrüfatı məhsullarının istehsalına və satışına isə müvafiq olaraq Vergi Məcəlləsinin 13.2.60 və 13.2.61.2-ci maddələrində anlayış verilmişdir. Belə ki, həmin müddəalara əsasən əsasən sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrik at kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi kənd təsərrüfatı məhsullarının istehsalıdır. Eyni zamanda, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.
33. Hazırkı iş üzrə iddiaçının fəaliyyəti çəltiyi əkib-becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirməklə onun ticarətini təşkil etməkdən ibarətdir.
34. Vergi Məcəlləsinin 13.2.61.2 və 164.1.18-ci maddələrinin birgə təhlili nəticəsində onu qeyd etmək olar ki, məhsul təbiətdəki ilkin formasını saxladığı, kimyəvi tərkibini dəyişdirmədiyi və konservləşdirilmədiyi təqdird ə, onun satışı ƏDVdən azaddır.
35. Odur ki, iddiaçının fəaliyyəti Vergi Məcəlləsinin göstərilən maddəsində azadolmaya aid olunmasına aydınlıq gətirilməsi üçün çəltikdən düyü alınması prosesi nəzərdən keçirilməlidir. Belə ki, çəltik dənli taxıl bitkisi olmaqla qabığı çıxarılmamış düyüdür və ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Məlumdur ki, yeyinti sənayesində çəltikdən birbaşa istifadə edilmir. Emal prosesinin qabıqçıxarma mərhələsində dəndən çıxarılan çiçək qabığı, püfə və s. cilalanma qurğularında qabığı çıxardılmış dən cilalandıqda alınmış əlavə məhsul urvacıq, cilanalanmış çəltik dəni isə çəltik yarması və ya “düyü” adlanır. Çəltik emal edildikdə tətbiq edilmiş emal texnologiyasından asılı olaraq 65-75% düyü alınır (mənbə: https://www.agro.gov.az/uploads/documents/pages/dig ertexnika4.pdf).
36. Göründüyü kimi, çəltik emal prosesindən keçərək düyü alınsa da, həmin prosesin gedişində məhsul təbiətdəki ilkin formasını saxlayır (qabığın çıxarılması ilkin formanın itirilməsi mənasına gəlməməlidir), kimyəvi tərkibini dəyişdirmir və konservləşdirilmir. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən istehsal olunan düyü kənd təsərrüfatı məhsulu, iddiaçının fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı kimi qiymətləndirilməlidir.
37. Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3227 nömrəli sərəncamına uyğun olaraq ölkədə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial im kanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Həmin Proqramın 8.1.3-cü bəndində çəltik məhsullarının istehsalı sahəsində mütərəqqi təcrübəyə malik xarici şirkətlərlə əlaqələrin genişləndirilməsinin Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldığı göstərilir. Eyni zamanda, həmin Proqramın 8.5.2-ci bəndində çəltik istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, X1 və Kommunikasiya Mərkəzinə tapşırıldığı göstərilir. Göründüyü kimi, çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması həmin “Dövlət Proqramı”nda da öz əksini tapır.
38. Beləliklə, cavabdehin “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmaması səbəbindən aparılmış kameral yoxlamalar nəticəsində qəbul etdiyi mübahisələndirilən qərarlar Vergi Məcəlləsinin 13.2.61.2 və 164.1.18-ci maddələrinə ziddir və iddiaçının hüquqlarını pozur.
39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin təmizlənmiş düyü məhsulunun kənd təsərrüfatı məhsullarına aid edilməməsi nəticəsinin əsasında duran Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi X7”inə daxil edilmədiyindən hə min dəlilin normativ-hüquqi əsası mövcud olmamışdır (hazırkı qərarın 18-ci bəndi).
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-229/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.