Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-911/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iş üzrə QƏRARİ Açar sözlər: lisenziyanın ləğvi, inzibati icraat zamanı inzibati orqan tərəfindən məlumatlandırılma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X12 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi hissəsind ə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-580/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Mərkəzi Bankın xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyasına əsasən sığorta agenti kimi fəaliyyət göstərmişdir.
2. X10 Heyətinin xx.xx.2022-ci il tarixli 3 nömrəli qərarı ilə lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığından iddiaçıya sığorta agenti fəaliyyətinə görə verilmiş lisenziya ləğv edilmişdir.
3. İddiaçı ləğv edilmiş sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın bərpa edilm əsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir.
4. Cavabdeh 22 noyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun 2022-ci ilin 1-ci rübü üzrə sığorta agenti fəaliyyəti barədə hesabatı “Sığorta fəaliyyəti haqqında” Qanun 93.2-3-cü maddəsinə əsasən müəyyən olunmuş formada və müddətdə Mərkəzi Banka təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, lisenziyanızın qüvvəsinin dayandındırılması ilə bağlı inzibati icraat başlanılmış və ona 05 may 2022-ci il tarixində məktub göndərilərək, 19 may 2022-ci il tarixində Mərkəzi Banka görüşə dəvət edilmiş, lakin o görüşdə iştirak etməmişdir. X7 31 may 2022-ci il tarixli, 05 nömrəli Qərarı ilə lisenziyanın qüvvəsi 31 avqust 2022-ci il tarixinə kimi dayandırılmışdır. Qərarı n surəti 02 iyun 2022-ci il tarixdə ona təqdim edilmiş və bu barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində elan yerləşdirilmişdir. 31 avqust 2022-ci il tarixinədək lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar onun tərəfindən aradan qaldırılmadığı üçün lisenziyanın qüvvəsinin ləğvi ilə bağlı Mərkəzi Bank tərəfindən yenidən inzibati icraat başlanılmış və bu barədə ona 06 sentyabr 2022-ci il tarixdə məktub göndərilərək, 16 sentyabr 2022-ci il tarixdə Mərkəzi Banka görüşə dəvət edilmişdir. Bundan sonra “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.2-ci maddəsinə əsasən X10 Heyətinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə ona sığorta agenti fəaliyyətinə verilmiş 11 aprel 2013-cü il tarixli, 000923 nömrəli lisenziya ləğv edilmişdir. Qanuna əsasən ləğv edilmiş lisenziyanın bərpas ı mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziya əsasında sığorta agenti fəaliyyəti ilə məşğul olur və vergi orqanlarında ********** nömrəli VÖEN-lə uçotdadır. Lakin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarı ilə 28 nəfərin, o cümlədən onun lisenziyası ləğv edilmişdir. Qeyd edilən qərarda lisenzi yanın ləğv edilməsinin səbəbi kimi lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmamaları göstərilmişdir. Qeyd olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası iddiaçıya ünvanlanmış məktubla eyniyyət təşkil etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(116)-761/2023 saylı qərarı ilə (hakim X4) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə qərarın qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
10. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməs ini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-580/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X1 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(116)761/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi nə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, iddiaçı mübahisəli qərarı poçt vasitəsi ilə alandan sonra ona qərarda göstərildiyi kimi heç bir "müəyyən edilmiş" müddət barədə məlumat verilmədiyindən lisenziyanın bərpa edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə ona cavab vermişdir ki, qanuna əsasən ləğv edilmiş lisenziyanın bərpası mümkün deyil. Eyni zamanda cavabda bildirilmişdir ki, onun lisenziyasının qüvvəsinin dayandırılması ilə bağlı inzibati icraat başlanmış və iddiaçı xx.xx.2022-ci il tarixdə məktub göndərilərək, xx.xx.2022-ci il tarixdə Mərkəzi bankda görüşə dəvət edilmişdir. Əlavə olaraq cavabda bildirmişdir ki, xx.xx.2022-ci il tarixədək lisenziya nın qüvvəsinin dayandırılmasına əsas verən hallar iddiaçı tərəfindən aradan qaldırılmadığı üçün lisenziyanın qüvvəsinin ləğvi ilə bağlı Mərkəzi Bank tərəfindən yenidən inzibati icraat başlanmış və bu barədə ona xx.xx.2022-ci il tarixli məktub göndərilərək, xx.xx.2022-ci il tarixdə Mərkəzi Banka görüşə dəvət edilmişdir. Lakin iddiaçı lisenziyanın qüvvəsinin dayandırılması və qüvvəsinin ləğvi ilə bağlı inzibati icraat başlanmasından və xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərdə Mərkəzi Bankda görüşə dəvət edilməsindən xəbəri olmamışdır. Belə ki, o, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları almamışdır. Bu səbəbdən də iddiaçı aparılmış icraatdan məlumatsız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ 17. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
43. Lisenziyalaşdırmaya dair tələblər 43.1. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir. Maddə
83. Sığorta vasitəçiliyi fəaliyyətinin lisenziyalaşdırılması 83.1. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün Mərkəzi Bankdan müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. 83.2. Fiziki şəxs müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün aşağıdakı tələblərə cavab verməlidir: 83.2.1. ən azı 19 yaşının olması; 83.2.2. müvafiq lisenziya almaq istəyən şəxslər üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydalara əsasən Mərkəzi Bankda müvafiq attestasiyadan keçməsi; 83.2.3. bu Qanunun 107.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın digər əsaslarla ləğv edilməməsi; 83.2.4. məqbul və lazımi keyfiyyətlərə malik olması 83.2.5. sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmaması. 83.3. Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı iki şəxs bu Q anunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq Mərkəzi Bankda attestasiyadan keçməlidir. 83.3-1. Hüquqi şəxs sığorta agenti fəaliyyəti dövründə attestasiyadan keçməli işçilərinin say həddinə dair bu Qanunun 83.3-cü maddəsinin tələbinə riayət etməlidir. 83.4. Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq Mərkəzi Bankda attestasiyadan keçməlidir. 83.5. Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən möv qeyə malik olmamalıdır. 83.6. Bu Qanunun 83.2.5-ci və 83.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin kateqoriyasını Mərkəzi Bank müəyyən edir. 83.7. Şəxs sığorta agenti və sığorta brokeri fəaliyyətləri ilə eyni vaxtda məşğul ola bilməz. 83.8. Sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə verilən lisenziya müddətsizdir. Maddə
88. Sığorta vasitəçilərinə dair əlavə tələblər 88.1. Sığorta brokeri müvafiq lisenziya aldıqdan 10 iş günü müddətində öz peşə məsuliyyətini Mərkəzi Bankın müəyyən etdiyi məbləğdə sığorta etdirməli və belə sığorta onun fəaliyyətinin bütün müddəti ərzində təmin olunmalıdır. 88.2. Sığorta müqaviləsinin bağlanmasında vasitəçilik və ya məsləhət xidməti göstərmiş sığorta brokerinin həmin müqavilə üzrə risklərin təkrarsığorta etdirilməsi zamanı va sitəçilik və ya məsləhət xidmətinə cəlb edilməsi qadağandır. Bu tələbə riayət etməməyə görə həm sığorta brokeri, həm də müvafiq sığortaçı məsuliyyət daşıyır. 88.3. Fiziki şəxs sığorta vasitəçisi, habelə bu Qanunun 83.3-cü, 83.4-cü və 88.4cü maddələrində nəzərdə tutulmuş şəxslər Mərkəzi Bankda attestasiyadan keçdiyi tarixdən hesablanmaqla 5 ildə bir dəfə Mərkəzi Bankda attestasiyadan keçməlidir. 88.4. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxsin əmək müqaviləsi və mülki-hüquqi müqavilə əsasında sığorta vasitəçiliyi fəaliyyətinə cəlb edilmiş əməkdaşları bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Mərkəzi Bankda attestasiyadan keçməlidirlər. Maddə
93. Sığorta vasitəçilərinin hesabatları və məlumatları 93.1. Sığortaçıların hesabat və məlumatları ilə bağlı bu Qanunun 78-ci maddəsinin tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə bu Qanunun 93.2-ci maddəsinin tələbi nəzərə alınmaqla şamil edilir. 93.2. Hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin (iri və orta sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur. 93.2-2. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxslər bu Qanunun 83.3-1ci və 88.4-cü maddələrində nəzərdə tutulmuş əməkdaşları barədə hər maliyyə ilinin sonunda Mərkəzi Banka yazılı məlumat verməlidir. 93.2-3. Sığorta vasitəçiləri fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların f orması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Maddə
103. Mərkəzi Bankın sanksiyaları 103.1. Mərkəzi Bank bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edir: 103.1.1. sığortaçını, sığorta vasitəçisini, həmçinin onların rəhbər işçilərini, aktuariləri və müstəqil ekspertləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək; 103.1.2. lisenziyanın qüvvəsini məhdudlaşdırmaq; 103.1.3. lisenziyanın qüvvəsini dayandırmaq; 103.1.4. lisenziyanı ləğv etmək. Maddə
106. Lisenziyanın qüvvəsinin dayandırılması 106.1. Mərkəzi Bank aşağıdakı əsaslarla lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır:... 106.1.10. sığorta vasitəçisi nin bu Qanunun 88.3-cü və (və ya) 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi. Maddə
107. Lisenziyanın ləğvi 107.1. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir: 107.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə; 107.1.2. lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda; 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması ü çün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədl əri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlə rin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə qanuna müvafiq fo rmada münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
26. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, o, lisenziyanın qüvvəsinin dayandırılması və ləğvi ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmasından, eləcə də xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərdə Mərkəzi Bankda görüşə dəvət edilməsindən xəbəri olmamışdır. Belə ki, o, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları almamışdır. Bu səbəbdən də iddiaçı aparılmış icraatdan məlumatsız olmuşdur.
27. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hal iş materialları ilə tam təkzib olunur. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş poçt qəbzlərindən görünür ki, iddiaçıya lisenziyasının qüvvəsinin dayandırılması ilə bağlı inzibati ic raat başlanılması barədə xx.xx.2022-ci il tarixdə göndərilmiş məktub xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən müvafiq poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. İddiaçı cavabdeh tərəfindən dəvət edilmiş görüşə gəlməsə də, cavabdeh Mərkəzi Bankın 31 may 2022-ci il tarixli, 05 nömrəli Qərarı ilə lisenziyanızın qüvvəsi 31 avqust 2022-ci il tarixinə kimi dayandırılmışdır. Qərarın surəti 02 iyun 2022-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə onu qəbul etmişdir (iş vər 71).
28. Daha sonra iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 31 avqust 2022ci il tarixinədək lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün lisenziyanın qüvvəsinin ləğvi ilə bağlı Mərkəzi Bank tərəfindən yenidən inzi bati icraat başlanılmış və bu barədə ona 08 sentyabr 2022-ci il tarixdə məktub göndərilmiş, 16 sentyabr 2022-ci il tarixdə məktub iddiaçının ünvanına çatdırılmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əksini bildirməsinə baxmayaraq iş materiallarında olan qəbzlərlə cavabdeh inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsindən irəli gələn vəzifələrini tam icra etdiyi, inzibati icraat barədə maraqlı şəxsə məlumat verdiyi müəyyən edilir.
30. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisənin yaranma səbəbi cavabdeh tərəfindən iddiaçıya verilmiş lisenziyanın ləğv edilməsi ilə əlaqədardır. 31. “Sığorta fəaliyyəti haqqında” Qanunun 93.2-3-cü maddəsinə əsasən sığorta vasitəçiləri fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin qanunun 106-cı maddəsinin tələbin əsasən sığorta vasitəçisinin bu Qanunun 88.3-cü və (və ya) 93.2-3-cü maddələrinin tələblərinə riayət etməkdikdə Mərkəzi Bank lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.2-ci maddəsinə əsasən verilmiş lisenziya ləğv edilir.
32. Göründüyü kimi cavabdeh inzibati orqan “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərinə tam riayət edərək iddiaçının lisenziyalaşdırılmasını əvvəl dayandırmış, iddiaçı tərəfindən dayandırılmaya əsas olan hallar aradan qaldırılmadığından verdiyi lisenziyanı ləğv etmişdir.
33. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, iddiaçı öz mövqeyinin qanuni olması ilə bağlı hesabatları nə inzibati orqana, nə də ki məhkəmələrə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tələbində haqsız olmuşdur.
34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
35. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-580/2023 nömrəli, 25 oktyabr 2023-cü il t