Məhkəmə qərarları › İş №2-1(102)-912/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-912/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-912/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Rəşid Qəribovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 1982-1994-cü illərdə Ağsu rayonu xxx adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(107)-654/2018 saylı iş üzrə 12.12.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 mart 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1952-ci il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 1982-1994-cü illərdə Ağsu rayonu xxx adına kolxozun fermasında çoban işləmiş və bu hal Ağsu Rayon Döviət Arxivinin 06.09.2017-ci il tarixli 499 №-li arxiv arayışında qeyd olunmuşdur. O, həmin müddətin sosial sığorta müddətinə daxil edilməsini DSMF-in Qəbələ rayon şöbəsin dən xahiş etmiş, lakin sonuncu özünün 22.02.2018-ci il tarixli 33/08 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1982-1994-cü illərdə Ağsu rayonu xxx adına kolxozda işləmişdir. Əmək kitabçası olmadıqda iş stajı arxiv arayışına əsasən də müəyyən edilir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 1982-1994-cü illərdə Ağsu rayonu xxx adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.09.2018-ci il tarixli iş № 2-1(84)-1307/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.09.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.12.2018-ci il tarixli iş № 2-1(107)-654/2018 (hakimlər Gündüz Abbasov- sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Mübariz Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 19.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti o nunla əsaslandırılmışdır ki, iddiaçının tələbi təmin olunarkən, Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 sentyabr 2017-ci il tarixli 499 saylı arayışa istinad olunmuş, lakin, həmin arayışın əsaslılığının dəqiqləşdirilməsi üçün heç bir əlavə araşdırma aparılmamış və digər ciddi əsaslara istinad olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qərar qəbul edərkən şəxsin 1982-1994-cü illərdə başqa rayonun ərazisində faktiki yaşaması ilə bağlı əlavə araşdırma aparmalı idi. Belə bir araşdırmanın aparılmaması isə apelyasiya instansiyası məhkəməsində apelyasiya şikayətinə baxılarkən nəzərə alınmalı idi. Hesab edir ki, hər iki instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını düzgün və dolğun araşdırmamış, qanunvericiliyin yuxarıda göstərilən tələblərini düzgün təfsir etməmiş, həmçinin, əlavə təsdiqləyici sənədlərin cəlb olunması üçün hər-hansı hərəkət etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1(107)-654/2018 nömrəli qərarının ləğv edilməsi və tələbin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.Qəribov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya i nstansiyası məhkəməsinin 12.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsin i də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının tələbi təmin olunarkən, Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 sentyabr 2017-ci il tarixli 499 saylı arayışa istinad olunmuş, lakin, həmin arayışın əsaslılığının dəqiqləşdirilməsi üçün heç bir əlavə araşdırma aparılmamış və digər ciddi əsaslara istinad olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qərar qəbul edərkən şəxsin 1982-1994-cü illərdə başqa rayonun ərazisində faktiki yaşaması ilə bağlı əlavə araşdırma aparmalı idi. Belə bir araşdırmanın aparılmaması isə apelyasiya instansiyası məhkəməsində apelyasiya şikayətinə baxılarkən nəzərə alınmalı idi. Hesab edir ki, hər iki instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını düzgün və dolğun araşdırmamış, qanunvericiliyin yuxarıda göstərilən tələblərini düzgün təfsir etməmiş, həmçinin, əlavə təsdiqləyici sənədlərin cəlb olunması üçün hər-hansı hərəkət etməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunan Ağsu rayon Dövlət Arxivinin 06.09.2017-ci il tarixli 499 saylı arxiv arayışına əsasən iddiaçı 1982-1994-cü illərdə Ağsu rayonu xxx adına kolxozun fermasında çoban işləmişdir. İddiaçı həmin müddətin sosial sığorta müddətinə daxil edilməsini cavabdehdən xahiş etmiş, lakin sonuncu özünün 22.02.2018-ci il tarixli 33/08 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əm ək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr yazılı əməkmüqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıiddiaçının 1982-1994-cü illərdə Ağsu rayonu Növcü kən di xxx adına kolxozun fermasında çoban işləməsi Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.09.2017-ci il tarixli 499 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapdığı və cavabdehin həmin sübutun mötəbərliyini şübhə alına alınması ilə bağlı hər hansı bir əsaslı dəlil gətirə bilmədiyini nəzərə alaraq, cavabdehin iddiaçının tələblərinin təmin edilməsindən imtinasını qanunsuz hesab edir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 12.12.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2018-ci il tarixli 21(107)-654/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar