Məhkəmə qərarları › İş №2-1(102)-912/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-912/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-912/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar müddəti) sözlər:(57 yaşdan güzəştli pensiya, ümumi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iş stajı, təhsil GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı sosial sığorta stajının müəyyən edilməsi və güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3036/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubla iddiaçının 25 il ümumi iş stajının olmadığını əsas gətirərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 ildən çox ümumi stajı, 25 ildən yuxarı xüsusi stajı nəzərə alınaraq ona hüququnun yarandığı gündən - xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və təyinat aparılarkən fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdəki (xx.xx.2018-ci il) tələbinə uyğun 144-ə bölünərək pensiyasına əlavə edilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1976-cı ildə Bakı Dənizçilik məktəbinə daxil olmuş, xx xxxxxx 1980-c i ildə oranı bitirdikdən sonra xx xxxxxx 1981-ci ildə gəmidə matros vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Gəmilərdə müxtəlif vəzifələrdə işləmişdir, halhazırda baş mexanik vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixədək 29 ildən yuxarı ümumi sosial sığorta stajı, 20 ildən yuxarı xüsusi stajı vardır. Xüsusi stajı gəminin maşın şöbəsində müxtəlif dərəcələri mexanik vəzifəsində işləməklə toplanmışdır. Sənədlərini xx.xx.2019-cu il tarixdə cavabdehə təqdim edərək, 2 saylı Siyahı üzrə 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etsə də, cavabdeh bundan əsassız imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun mümkün sayılmamasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-3547/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, iddiaçının 57 yaşı tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalının pensiyasına əlavə edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3036/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3547/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmə dən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3036/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı iddia edir ki, təhsil aldığı dövr sığorta stajına daxil edilməklə 57 yaşı tamam olduğu xx.xx.2018-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı təh sil aldığı dövrün sığorta stajına daxil edilməli olması barədə dəlilini “Vətəndaşların pensiya təminatı haqqında" qanunun 67-ci maddəsinin (ğ) bəndi ilə əsaslandırmağa çalışmışdır. Həmin bəndə görə, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmənin mövqeyinə görə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbinə əsasən iddiaçının təhsil aldığı dövr sığorta stajına daxil edilməlidir. Ona görə ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin (ğ) bəndinə görə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Lakin məhkəmənin qiymətləndirməsi yanlışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı, işlədiyi peşənin Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya aid olduğunu iddia edir. 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış şəxslərin pensiyaya çıxması üçün 25 il ümumi, 12,5 il isə güzəştli iş stajının olması və 57 yaşın tamam olması tələb edilir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx xxxxxx 1981-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. 2006-cı ilin yanvar ayının 1-dək onun ümumi stajı 25 ildən az edir. Dolayısı ilə, ƏPQ-nin 9.8-ci maddəsinin təsir dairəsinə düşmür. Digər tərəfdən, iddiaçı bu halı bildiyi üçün təhsil aldığı müddətin də əmək stajına daxil edilməli olmasını iddia edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin (ğ) bəndi təhsil müddətini əmək stajına daxil edirdi. Lakin hazırda belə bir göstəriş ƏPQ-də öz əksini tapmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itird iyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İşin hal larında göründüyü kimi, cavabdeh imtina məktubunda, iddiaya etirazında, eləcə də şikayətlərində əmək kitabçası üzrə iddiaçının ümumi iş stajının 25 ildən az olduğunu bildirərək, onun ümumi iş stajını mübahisələndirir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh iddiaçının təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsinin mümkün olmadığına və beləliklə də, tələb olunan 25 il sığorta stajı toplanmadığına görə ona güzəştli şərtlərlə pensiya təyin edilməsini mümkünsüz sayır. Cavabdehin mövqeyinə görə, «Əmək pensiyaları haqqında» Qanunda təhsil müddətinin sığorta stajına daxıl edilməsi barədə göstəriş yoxdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən o, xx.xx.1961-ci il təvəllüdlü dür, onun 57 yaşı xx.xx.2018-ci ildə tarixində tamam olub. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsd iq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işl ərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmu ş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alına n sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şə xslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəl i Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kit abçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İddiaçıya məxsus əmək kitabçası və iş yerindən verilmiş arayışla müəyyən olunur ki, iddiaçı 1976-cı ildən 1980-ci ilədək Bakı Dəniz çilik məktəbində təhsil almışdır. xx.xx.1981ci-xx.xx.1983-cü illərdə Gəmi Nəqliyyat Donanmasına motorçu, mexanik vəzifələrində, Qaz Sənayesi Nazirliyinin “Kaspmormefqazprom” İdarəsində xx.xx.1983-xx.xx.1985-ci illərdə gəmilərdə mexanik işləmiş, xx.xx.1985-ci ildə “ X11” İdarəsindən köçürülmə ilə “Abşeron 10”-a 2 dərəcəli mexanik qəbul olunmuş, xx.xx.1987-ci ildə Skafandra gəmisinə növbə mexaniki keçirilmiş, xx.xx.1988-ci ildə Abşeron rayon Dəniz Neft və Qaz Donanması İdarəsi “Xəzər Qaz və Neft Donanması” Abşeron sualtı işlərin ekspedisiya dəstəsi və dəniz nəqliyyatı idarəsi “X9”- na dəyişdirilmişdir. xx.xx.1989-cu ildə Abşeron rayon Dəniz Neft və Qaz Donanması idarəsinə 2-ci mexanik keçirilmiş, xx.xx.1995-ci ildə “Çalqon 4” gəmisinə 2-ci mexanik keçirilmiş, xx.xx.1998-ci ildə “Çalqon 4” gə misinə böyük mexanik keçirilmişdir. xx.xx.2003-cü il tarixli 8 saylı əmrə əsasən Dənizdə Neft və X1 “Xəzərdənizneftdonanma” İdarəsinin Abşeron rayon X10” idarəsinin adı “Azneft” İB-nin “Xəzər X10sı” İdarəsinin Abşeron rayon Dənizneftdonanma İdarəsi adına dəyişdirilib. xx.xx.2006-cı ildə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı ildən 05..03.2010-cu ilədək BUE Kaspian LTFD şirkətinin gəmilərində 3-cü mexanik işləmiş, xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X10sının gəmilərində 2- və 3-cü mexanik vəzifələrində işləmişdir, xx.xx.2013-cü ildən “X7 Limited” Şirkətinin AR filialında “CSD-450” gəmisində baş mexanik vəzifəsində işləyir. “xxxx ” QSC Xəzər X10sı tərəfindən iddiaçı barəsində verilmiş EN 01/02-288 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixində Abşeron rayon X10 İdarəsinin b/k “ Abşeron-10 ” gəmisinə 2-ci mexanik vəzifəsinə (xx.xx.1985-ci tarixli 375-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1989-cu ildə m/k “Urunos-3” gəmisinə 2-ci mexanik (xx.xx.1989-cu il tarixli 90-k nömrəli əmr), xx.xx.1995-ci ildə m/k Calqan-4” gəmisinə 2-ci mexanik (xx.xx.1995-ci il tarixli 236-k nömrəli əmr), xx.xx.1998-ci ildə həmin gəmiyə böyük mexanik vəzifəsinə (xx.xx.1998-ci il tarixli 79-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (xx.xx.2006-ci il tar ixli 46-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2010- cu ildə “G.Əsgərova” gəmisinə 3-cü mexanik vəzifəsinə (xx.xx.2010-cu il tarixli 61-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2012-ci ildə həmin gəmiyə 2-ci mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 513-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 390-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə t/x “G.Əsgərova” gəmisinə 2-ci mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 09-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsin in bağlanması) (xx.xx.2013-cü il tarixli 401-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Kassasiya şikayətində mübahisə edilən təhsil müddətinin ə sassız olaraq iş stajına hesablanması ilə bağlı cavabdehin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İş materiallarında olan əmək kitabçasına, dəniz məktəbi attestatına əsasən müəyyən edilir ki, iddiaçı 1976-cı ildə SSRİ Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik Məktəbinə daxil olmuş və 1980-ci ildə adı çəkilən məktəbin “Gəmi güc qurğularının istismarı (dizeli)” ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx xxxxxx 1980-ci il tarixli qərarı ilə İddiaçı Texnik- gəmi mexaniki ixtisası verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları və qanunvericiliyin tələblərinə əsasən iddiaçının 25 il ümumi sığorta stajı olduğundan və bunun da 12 il 6 ayından çoxunu zərərli və ağır iş şəraitində işlədiyindən onun 57 yaşından güzəştli pensiya hüququnun yarandığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququna malik olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3036/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar