Məhkəmə qərarları › İş №2-1(102)-912/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-912/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-912/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldığı gündən bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldı ğı gündən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-346/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi – AZE0*******; FİN kodu – xxxxxxx; Doğum tarixi – 28 avqust 1975-ci il) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçı 7 yanvar 2009-ci ildə “ümumi xəstəlik” səbəbi ilə İİ qrup əlillik verilmişdir.

3. İddiaçı ikinci dəfə 5 yanvar 2016-cı il tarixdə ümumi xəstəliklər səbəbi ilə (Xr. pielonefrit, tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya. OU hipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə;) 15 yanvar 2021-ci il tarixədək Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. 4. 2021-ci ilin yanvar ayından etibarən iddiaçıya əlillik dərəcəsinə uyğun olaraq təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyin müddətsiz müəyyən olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 aprel 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi” Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin elektron sənəd formasında daxil əsasında qiymətləndirildiyi, iddiaç ının əlilik dərəcəsinin qiymətləndirilməsinin növbəti müayinə tarixi çatdığı üçün qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti səhiyyə müəssisəsinə müraciət etməli olması bildirilmişdir. Həmçinin səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan və sağlamlıq vəziyyəti tam və ətraflı şəkildə əks rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldığı gündən bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdeh qismində qəbul edilməsi, iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin müddətsiz müəyyən olunması və dayandırılmış pensiyanın verilməsinin dayandırıldığı gündən bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 5 avqust 2021-ci il tarixli, 2-1(112)-7308/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN 1 saylı zona TSEK-nin SER TSE-01 07 8854 saylı arayışına əsasən iddiaçıya 7 yanvar 2009-ci ildə “ümumi xəstəlik” səbəbi ilə İİ qrup əlillik verilmişdir. Bundan sonra, iddiaçı müxtəlif vaxtlarda müayinələrdən keçmiş, sonuncu müayinə tarixi 5 yanvar 2016-cı il tarixdə olmaqla ona 5 il müddətinə yəni, 5 yanvar 2021-ci il tarixədək İİ dərəcə əlillik təyin edilmişdir. Lakin 2021-ci ilin yanvar ayından etibarən iddiaçının əlillik dərəcəsinə uyğun olaraq təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. İddiaçı bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, heç bir nəticə verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona yenidən müayinə olunmaq və yenidən əlillik dərəcəsinin qiymətləndirilməsinin lazım olduğ u bildirilmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Təlimat”ın 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə, cavabdehin hərəkətləri əsassızdır.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - iddiaçının əlillik vəziyyəti 19 saylı Şəhər Poliklinikasının 7 yanvar 2009-cu il tarixli, 0266003AAKT9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik- cinsiyyət sis teminin xəstəlikləri => N17-N19 - Böyrək çatmazlığı => N18 Xronik böyrək çatmazlığı => N18.8 - Xroniki böyrək çatmazlığının digər təzahürləri; Diaqnozun mətni: Xroniki pielonefri. tez-tez kəskinləşmələrlə. Hipertoniya xəstəliyi İİ mər, böyrək mənşəli. XBÇ İİ dır. Sağ böyrək daşı xəstəliyi. Xroniki hepatit. Xroniki xolesistit. Anemiya. Somatogen nevroz; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefri, tez-tez kəskinləşmələrlə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin poliklinikanın 7 yanvar 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmazlığı => N18 - Xronik böyrək çatmazlığı => N18.8 - Xroniki böyrək çatmazlığının digər təzahürləri; D iaqnozun mətni: Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. Simptomatik hipertoniya. Xorniki xolesistopankreatit. Asteno-nevrotik sindrom. XBÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki pielonefrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Poliklinikanın 5 yanvar 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmazlığı => N18 - Xronik böyrək çatmazlığı => N18.8 - Xroniki böyrək çatmazlığının digər təzahürləri; Diaqnozun mətni: Xr.pielonefrit, tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya. OU-hipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xr.pielonefrit, tez-tez kəskinləşməklə. Sağ böy rəyin daşı. Simptomatik hipertoniya. OUhipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmazlığı => N18 - Xronik böyrək çatmazlığı => N18.8 - Xroniki böyrək çatmazlığının digər təzahürləri; Diaqnozun mətni: Xr.pielonefrit, tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya. OU hipertonikangiopatiya. Nevroz. XBÇ lı dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik =>DİGƏR: Xr. pielonefrit, tez-tez kəskinləşməklə. Sağ böyrəyin daşı. Simptomatik hipertoniya. OU-hipertonik angiopatiya. Nevroz. XBÇ lı dərəcə" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qəra rı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-s osial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosi al müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

12. Bakı İnzibati Məhkəməsinin 5 avqust 2021-ci il tarixli, 2-1(112)-7308/2021 nömrəli qərarı (hakim: X5) ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün SER TSE-01 078854 saylı Forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən ümumi xəstəliklə əlaqədar 7 yanvar 2009-cu il tarixdən müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Lakin daha sonra iddiaçının növbəti müayinə üçün aidiyyəti tibb müəssisəsində 5 yanvar 2021-ci il tarixə vaxt təyin edilməsinə baxmayaraq onun sözügedən tibb müəssisəsində əlavə bərpa müalicə olunması, tam reabilitasiya olunmadığı təqdirdə əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi müəyyən edilməmişdir. iddiaçının 2009-cu il tarixdə ilk dəfə İİ qrup əlilliyinin müəyyən edildiyi, 2016-cı il tarixdə yenidən İİ qrup əlilliyinin təsdiq edildiyi nəzərə alaraq, onun 2021-ci il tarixdə tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan və sağlamlıq vəziyyəti tam və ətraflı şəkildə rəsmiləşdirildiyi tə qdirdə hazırkı tələbinin təmin olunmasında tələb hüququ əsaslı olardı. Məhkəmə həmçinin qeyd edilmişdir ki, iddiaçı 2021-ci il tarixdə növbəti müayinədən keçdiyi təqdirdə, lakin cavabdeh tərəfindən ona İİ dərəcə əlilliyin müddətsiz təyin olunmasından imtina edildiyi halda həmin məsələnin həlli ilə bağlı məhkəmədə iddia tələbi irəli sürə bilərdi. Beləliklə, iddiaçının əlilik dərəcəsinin qiymətləndirilməsinin növbəti müayinə tarixi çatdığı üçün qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti səhiyyə müəssisəsinə müraciət edərək həmin səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunmadığından və sağlamlıq vəziyyəti tam və ətraflı şəkildə rəsmiləşdirilmədiyindən, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-346/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X3) ilə Bakı İnzibati Məhkəməsinin, 5 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmənin istinad olunan təlimatda, nə də digər qanunda İİ dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda, əlilliyin müddətsiz müəyyən olunması üçün şəxsin yenidən müayinədən keçməli olmasını zəruri edən müddəa və ya şərt yoxdur. Məhkəmə öz qərarında bu fikrini heç bir norma ilə əsaslandıra bilməmişdir. Çünki belə norma mövcud deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi belə bir şərtin olmadığını etiraf etmişdir. Məhkəmə iddiaçının üzərinə qanunla nəzərdə tutulmayan vəzifələr qoyur ki, bu da birbaşa Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına ziddir. İddiaçının İİ dərəcə əlil olmasının 10 ili (Təlimatın 4.2 əsasən) 2019-cu ildə tamam olmuş, yuxarıda qeyd edilən Təlimatın 4.2-ci bəndində tələb olunan şərt yerinə yetirilmişdir. Pensi yanın dayandırılma anına iddiaçının 12 il ikinci dərəcə əlilliyi var idi. İnzibati orqan iddiaçının yenidən müayinədən keçməli olması ilə bağlı şərtin mövcudluğunu sübut edə bilməmişdir. Lakin, buna baxmayaraq iddia rədd edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırı laraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət e dir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (b undan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-c i il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərba ycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, ikinci dərəcəli əlillik aşağıdakı üç haldan biri olduqda müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda; - Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş hə ddinə çatdıqda.

29. Göstərilən maddi hüquq normasında əlilliyin müddətsiz verilməsi halları qeyd edir və iddiaçı məhz qanunda göstərdiyi ikinci hala, yəni ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il əyin olunduğunu istinad edərək əlilliyin müayinə keçmədən müddətsiz təyin edilməsini tələb edir.

30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 20-ci bəndində qeyd olunan maddi hüquq normasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən ə lilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Re spublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qay danın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır.

32. İddi açı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir.

33. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Lakin iddiaçıya 5 yanvar 2016-cı il tarixdən 5 yanvar 2021-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının 2021-ci il tarixdə (əlilliyi) tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunmamış, sağlamlıq vəziyyəti müəyyən olunmamışdır.

34. Hazır kı qərarın 20-23-cü bəndlərində göstərilən maddi hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya müddətsiz əlillik təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

36. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməl i, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)346/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 21(103)-346/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar