Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-912/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbinin təmin olunduğu və mübahisənin məhkəmədən kənar qaydada həll olunduğu üçün iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X1rşı “62 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1864/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2294/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)18 64/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya “62 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi” vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh Ali Məhkəməyə vəsatət təqdim edərək İMP-in 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və İddiaçı yasa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh vəsatətə iddiaçı ya əmək pensiyasının təyin edilməsinə dair 2 mart 2023-cu il tarixli qərarı əlavə etmişdir.
7. İddiaçı cavabdeh tərəfindən verilmiş vəsatətlə bağlı məhkəməyə təqdim etdiyi ərizədə ona əmək pensiyasının təyin edildiyini və hazırda həmin pensiyanı aldığını göstərmiş, işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilə r. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraa tla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
10. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bununla bağlı tələbini təmin etmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti versə də, daha sonra iddiaçının tələbini təmin edən ona əmək pensiyasının təyin edilm əsi haqqında 2 mart 2023-cu il tarixli qərar qəbul etmişdir.
12. İddiaçı həmin vəsatətlə bağlı məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, ona əmək pensiyası təyin edilmişdir, hazırda həmin pensiyanı alır və işin icraatına xitam verilməsinə etiraz etmir.
13. Beləliklə, mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş, iddiaçının tələbini təmin edən yeni inzibati akt qəbul edilmişdir.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X1rşı “62 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilir.