Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-913/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Qəribov Rəşid Vəliyəddin oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 21(107)-713/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 6 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 2003-cü il 9 iyun tarixdən 2005-ci il 1 dekabr tarixədək x2-nin Şəki Ərazi Elektrik Şəbəkəsinin Qəbələ şəbəkəsində enerji müfəttişi işləməsi əmək kitabçası ilə təsdiq edilmədiyindən, həmin illərin iş stajına daxil edilməsi qanuna uyğun deyildir. İddiaçı 2018-ci il 13 mart tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2003-cü il 9 iyun tarixdən 2005-ci il 1 dekabr tarixədək x2-nin Şəki Ərazi Elektrik Şəbəkəsinin Qəbələ şəbəkəsində enerji müfəttişi işləd iyi illərin iş stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2003-cü il 9 iyun tarixdən 2005-ci il 1 dekabr tarixədək x2-nin Şəki Ərazi Elektrik Şəbəkəsinin Qəbələ şəbəkəsində enerji müfəttişi işləmişdir. Bu, x3 tərəfindən verilmiş 2017-ci il 8 noyabr tarixli, 1/202 nömrəli arayışla təsdiq olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 oktyabr tarixli 2-1(84)-1562/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2003-cü il 9 iyun tarixdən 2005-ci il 1 dekabr tarixədək x2-nin Şəki Ərazi Elektrik Şəbəkəsinin Qəbələ şəbəkəsində enerji müfəttişi işlədiyi illərin iş stajına daxil olunması öhdəliyi cavabdeh in üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2003-cü il 9 iyun tarixdən 2005-ci il 1 dekabr tarixədək x2-nin Şəki Ərazi Elektrik Şəbəkəsinin Qəbələ şəbəkəsində enerji müfəttişi işləməsi x3 tərəfindən verilmiş 2017-ci il 8 noyabr tarixli, 1/202 nömrəli arayışla təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(107)-713/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-c i il 19 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 12 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə x3 tərəfindən verilmiş 2017-ci il 8 noyabr tarixli, 1/202 nömrəli arayışa istinad etmiş, lakin həmin arayışın əsaslılığının dəqiqləşdirilməsi üçün əlavə araşdırma aparmamışdır. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1-ci bəndində, Qanun un qüvvəyə mindiyi günədək (2006-cı il 1 yanvar) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən nəzərdə tutulduğundan, iddia təmin edilməməlidir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 12.2-ci maddələrinin tələblərinə əməl etməmişdir İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı 2003-cü il 9 iyun tarixdən 2005-ci il 1 dekabr tarixədək x2-nin Şəki Ərazi Elektrik Şəbəkəsinin Qəbələ ş əbəkəsində işləməsi faktını təsdiq edən sənədi təqdim etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının təqdim etdiyi sənədin mötəbərliyini, həmin sənəddəki məlumatların həqiqətə uyğun olmadığını şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(107)-713/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-913/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-913/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver