Məhkəmə qərarları › İş №2-1(102)-913/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-913/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-913/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması 19.08.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi X4 Agentliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)2865/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Ukrayna Respublikası T.Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş B17 073735 saylı diplomun Azərbaycan dilinə tərcümə olunmuş surətinə əsasən iddiaçı 2017-ci ildə “hüquqşünaslıq” ixtisası üzrə qiyabi formada Ukrayna Respublikası T.Şevçenko adına Kiyev Milli Universitetini bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir. İddiaçı ali təhsil haqqında sənədlərinin nostrifikasiya olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2 018-ci il tarixli məktubla bildirilmişdir ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nı, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (Ərizənin baxılması hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Me yarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənlərə əsasən Ukrayna Respublikası T.Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş B17 073735 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün olmamışdır. İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin veri lməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2012-ci ildə Ukrayna Respublikasında T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul olmuş və orada qiyabi formada təhsil alaraq xx xxxx 2017-ci il tarixdə həmin təhsil müəssisəsini bitirmişdir. Ona xx xxxx 2017- ci il tarixdə B17 Ns 073735 bakalavr diplomu verilmişdir. Həmin diplom xx xxxxxxxx 2017-ci il tarixdə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir, T.Şevçenko adına Kiyev Milli Universitetində 2012 - 2017-ci illərdə o, qiyabi təhsil almışdır. Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı təhsil aldığı müddətdə heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil müəssisəsinin tələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Diplomun tanınmasında heç b ir hüquqi qadağa olmadığı halda diplomun tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Diploma əlavədən görünür ki, o, ali təhsil aldığı müddətdə qarşıya qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirilmiş və təhsilini qanuni əsaslarla başa vurmuşdur. Həmin ölkəyə müntəzəm olaraq getdiyi və orada uzun müddət qaldığı onun pasportunda aydın şəkildə görünür. Tədris dili üzrə bilik səviyyəsi ilə bağlı qeyd olunur ki, Kiyev Milli Universiteti beynəlxalq standartlara uyğun təhsil verir. Bu təhsili bildirən diploma əlavə də ona təqdim olunmuşdur. Universitetin Azərbaycanda rəsmi olaraq tanınması onun beynəlxalq standartlara uyğun təhsil verməsini təsdiqləyir. Təəssüf ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq onun (iddiaçının) diplom üzrə ixtisasını tanımamışdır. Bu isə onun gələcəkdə özünə karyera qurmasına və təhsili aldığı sahədə mütəxəssis kimi formalaşmasına ciddi maneə yaradır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(82)-4154/2018 saylı iş)xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya Ukrayna Respublikası T.Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş B17 073735 saylı diplom üzrə ixtisasın tanınması və diplomun ekvivalentliliyinin müəyyən edilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qanunvericilikdə imtinanın əsası kimi göstərilmiş hallar hazırkı iş üzrə müəyyən edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtis adi kollegiyasının (hakimlər X6məruzəçi, X7 və X10, 2-1(103)-763/2019 saylı iş) xx xxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov 2-1(102)-2905/2019 saylı iş) x xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən imtina məktubunda (inzibati aktda) göstərilmişdir ki, “Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir”. Cavabdehin qənaətinə görə iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması hər hansı bir mötəbər sübutla (müvafiq ekspert komissiyasının rəyi, disk və video görüntü ilə) təsdiq olunmamış, yəni, bu cür sənədlər iş materiallarında mövcud deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmin halını ümumiyyətlə araşdırmamış və bu baxımdan sözügedən imtina məktubunun (inzibati aktın) əsaslı olub-olmamasını yoxlamamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12məruzəçi, X8 və X11, 2- 1(103)-2865/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ixtisas üzrə bilik səviyyəsi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq yoxlanılaraq iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edildiyindən, diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyə n edilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə qərarın surətini almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)913/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi X4 Agentliyi ilə əvəz edilmişdir. kasasiya şikayətinin dəlilləri: xx xxxx 2000-ci il tarixli Qanun ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və t əhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edilmişdir. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 5-ci bəndində qeyd olunur ki, Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmi ş) bütün ali təhsil müəssisələrini əhatə edir. Yuxarıda sadaladığı qanuni əsaslarla iddiaçı Ukrayna Respublikasının T.Şevçenko adına Kiyev Milli Universitetini bitirərək “hüquqşünas” ixtisasına yiyələnmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” başlıqlı qərarından da aydın görünür ki, Qaydalar ixtisasın müəyyən olunmuş qaydalara uyğunluğunun yoxlanılması məqsədini güdür, yəni, məqsəd burada şəxsin əldə etdiyi bilik bacarıqların yoxlanılması deyil, əldə etdiyi diplomun prosedur çərçivəsində və qanuni əsaslarla əldə edib-etməməsidir. Çünki bilik və bacarıq nisbi anlayışdır, eyni universiteti bitirən bütün tələbələr eyni bilik və bacarıqlara sahib ola bilməz. Diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsində məqsəd və meyar qaydalarda göstərilmişdir və iddiaçının əldə etdiyi B17№073735 bakalavr diplomu sadalanan tələblərə cavab verir. İddiaçı hökumətlərarası Sazişdə göstərilən akkreditə olunmuş universiteti bitirdiyindən, cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi qeyd olunan diplom üzrə ekspertiza keçirilməsinə zərurət olmamışdır. Qanunvericiliyə görə Şəhadətnamənin verilməsindən imtinaya görə əsaslardan biri ekspertin mənfi rəyidir. Lakin iş materiallarından da görünür iddiaçıya münasibətdə heç bir mənfi ekspert rəyi olmamışdır. Qaydaların 3.7-ci bəndində göstərilən mənfi rəyi vermə halları sadalanmışdır ki, iddiaçının işində belə hallar təsbit olunmamış dır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə önəm kəsb edən əhəmiyyətli halları araşdırmamaqla Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etməmişdir. MPM-in 420-ci maddəsində qeyd olunur ki, kasasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İn zibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşdə olan sənədlərə görə iddiaçı 2017-ci ildə Ukrayna Respublikası T.Şevçenko adına Kiyev Milli Universitetini qiyabi formada hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. İddiaçı diplomun Azərbaycan Respublikasında tanınmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsus dur. Cavabdehin ekspert rəyinə əsasən iddiaçının tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. İddiaçının təhsilinin müddəti 4 il olduğundan, bu müddət Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin standartlarına (5 il müddətinə) uyğun gəlmədiyindən iddia təmin edilə bilməz. “Təhsil haqqında” Qanun un 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası ) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 2 9.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanın ması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razı laşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhs ilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının müsahibə zamanı aldığı ixti sasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmiş, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, habelə məhkəmə icraatı zamanı tədris dili ilə bağlı mübahisə açmamışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakala vr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının isə aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamış və bu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlməmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəm ə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2865/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar