Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-913/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X10) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1728/2022 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzil İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********63 saylı məktubundan görünür ki Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzilə dair X9 və X2 istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. 3. "xxxx" MMC-nin 02 nömrəli, xx.xx.2022-ci il tar ixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildə iddiaçı, onun arvadı X5 və qızı X13 yaşayırlar.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X3 və X2 onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqd an məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Qeyd olunanları nəzərə alaraq, X10 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X9 və X2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, E.Süleymanov küçəsi, 2561/67ci məhəllə, 117 saylı mənzili xx.xx.2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirmiş, ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 0901**2539-05301-093154 reyestr nömrəsi ilə çıxarış verilmişdir. 2020-ci ilin əvvəllərində “T-FİNANS" LTD MMC şirkətinə işə girmişdir. Şirkətin direktoru X10 və icraçı direktoru X1 şəhərində qeydiyyatda idilər. Onlar iddiaçıya Gəncə şəhərinə gedib-gəlməyin çətinlik törətdiyini, tezliklə Bakıda ev almağı fikirləşdiklərini, onları bir-iki aylığa qeydiyyata saldırsa, şirkətin işləri üçün teztez Gəncəyə gedib-gəlməkdən azad olacaqlarını demişlər. İddiaçı onların çətinlik çəkməsini istəməmiş, onla rı xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Qeyd edilən şəxslər bir gün də olsun iddiaçının mənzilində yaşamamışlar. Qeydiyyat formal xarakter daşımışdır. Lakin müxtəlif idarələrdən, yerli və inzibati məhkəmələrdən, apellyasiya və Ali məhkəmədən gələn məktublar və bildirişlər, X12 Xidmətindən, müxtəlif kredit təşkilatlarından gələn xəbərdarlıq məktubları iddiaçı və ailəsini narahat etməyə başlamışdır, həm də onların iddiaçıya vəd etdikləri müddət də artıq keçmişdir. Odur ki, iddiaçı dəfələrlə onlara zəng edərək qeydiyyatdan çıxmağı xatırlatmış, lakin üçüncü şəxslər qeydiyyatda qalmaqda davam edərək könüllü qeydiyyatdan çıxmamışlar.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2022 -ci il tarixli, 2- 1(112)-2135/202 2 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, xx.xx.1978-ci il təvəllüdlü X3 və xx.xx.1947-ci il təvəllüdlü X2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 256167-ci məhəllədə yerləşən 117 saylı mənzildən (yeni qaydalarla: AZ1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 98, M7, m2) qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2020-ci il tarixdə üçüncü şəxslərin mübahisəli ünvana qeydiyyata alınmalarına razılıq ərizəsi vermiş, üçüncü şəxslər iddiaçının ailə üzvləri olmamış, həmin mənzilə heç bir hüquq əldə etməmişlər və hazırda mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəs dlərdən qorumağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilən halların hazırkı iş üzrə mövcud olmasını nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
11. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1728/2022 nömrəli qərarı (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X6 və X8) ilə Bakı İnzib ati Məhkəməsinin 17 yanvar 2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Üçüncü şəxslər kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəfin təqdim etdiyi "xxxx" MMC-nin 02 nömrəli, xx.xx.2022-ci il tarixli arayışını əsas götürərək Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildə iddiaçı, onun arvadı X5 və qızı X7 yaşamalarını qəbul edir və ona əsaslanır. Lakin məhkəmə orada üçüncü şəxslərin yaşamaması barədə heç bir qeydin olmadığına əhəmiyyət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi heç bir mötəbər əsaslar gətirmədən qarşı tərəfin mövqeyini müdafiə etmiş və mənzilə hüquq olmadığını qeyd edərək istifadə hüquqlarının pozulmasına yol açmışdır. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun M a d d ə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları... Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericili yi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayı ş yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmi n orqanın üzərinə qoya bilər.
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslan dırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti mümkündür. Şikayət v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
23. İnsa n Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələ n işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması əsaslarının mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgü n tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının mülkiyyətində olan mənzilə üçüncü şəxslərin, yalnız onların qeydiyyatını nəzərdə tutan iddiaçının razılığı əsasında qeydiyyata alındıqları, həmin mənzilə dair hər hansı istifadə və ya başqa əmlak hüquqlarına malik olmadıqları görünür.Həmçinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən 3-cü şəxslərin qeydiyyatdan çıxarılmasını istisna edən hər hansı hüquqi əsasın və ya halın mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.
27. Bu baxımdan həmin qərarın 15-ci bəndində istinad olunan normalar anl amında, üçüncü şəxslərin qeydiyyatına razılıq vermiş şəxs həmin şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu da özündə saxlayır və istinad olunan normalara əsasən, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə hazırkı məzmunda tələb irəli sürməkdə haqlı sayılmalıdır.
28. Beləliklə, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır.
29. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslərin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1728/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.